TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

tərəkəmə  əhli dəxi küllən yaylaq dağlara gedib, möhkəm oldular. Pəs 
naibüssəltənə Abbas Mirzə  təmam qoşunu ilə  gəlib Çanaxçı  kəndində 
ordu eylədi.  Əliqulu xan, sərdari-Şahsevən dəxi beş min qoşun ilə 
Əsgəran qalasının həvaləsinə  gəlib ki, Tiflisdən gələn yolun üstü ola. 
Orada ordu edib və bir dəstə atlıları dəxi Tərtər çayınadək qarovula getdi. 
Qərara gəlmişdilər ki, hər iki tərəfdən yürüş eləyib, qalanı müsəxxər 
edələr,  Əbülfət xan bir para Qarabağdan Qızılbaşa fərar edən bəylərlə, 
Qarabağın ilat və dihatın xah erməni və xah müsəlman naibüssəltənə 
hüzuruna itaətə aparıb, (onlara) ənam və  xələtlər verirdilər. Erməni 
kəndlərinin məcmu məlikləri və koxaları təmamən Əbülfət xanın yanına 
gedib xələt və xatircəmlik hasil elədilər ki, qarət və  əziyyətdən arxayın 
olalar. Bu müqəddimələri və  əhvalatı  İbrahim xan və mayor Lisaneviç 
təkrarən sərdar Sisianov hüzuruna hale elədilər. Pəs sərdar Sisianov dəxi 
polkovnik Karyagini yeger polku ilə ki, Bahadur adı ilə  məşhur idi, 
topxana və podpolkovnik Kotlyarevski ilə Qarabağ  əhlinin himayətinə 
məmur və  məsul elədi. Onlar da tezlik ilə  gəlib haman günü ki, əzm 
eləmişdilər ki, Əliqulu xan Əsgəran səmtindən və şahzadə Abbas Mirzə 
Çanaxçı  kəndindən qala üstə yürüş edələr. Bu əsnada  İbrahim xanın 
məmur elədiyi qarovul xəbər gətirdi ki, polkovnik Karyagin qoşun ilə 
Şahbulağa gəlib düşdülər. Naibüssəltənə Çanaxçıdan köçüb Şuşa 
kəndinin üstündən keçib, Əsgəran qalasına tərəf getməyə başladılar. Xan 
və Məhəmmədhəsən ağa belə təsəvvür edirdilər ki, qala üstə gələcəklər. 
Bu heyndə polkovnik Karyagin dəstəsi Şahbulaqdan Əsgərana tərəf zahir 
olub, topunun tüstüsü aşkar nümayan oldu. Naibüssəltənə  həm qala 
səmtindən keçib, top və  zənburək ata-ata getdi. Amma yollarda dava 
eləyə-eləyə  gələn,  Əliqulu xanın üstə olan qoşunu idi. Polkovnik qoşun 
ilə dava edə-edə Qarağacı mənzilinədək ki, əzim qəbiristan idi, gəldilər. 
Orada yolun içi qəbirlərin hasarları idi. Təng və çətin yerlər idi ki, ərradə 
keçib gələ bilməzdi. Xüsusən ki, Əsgəran qalalarını qızılbaş qoşunu tutub 
və möhkəmləndirmişdilər. Qaladan dağa kimi hər iki tərəfini möhkəm 
səngər qayırmışdılar ki, keçmək mümkün deyildi. Əlacsız qalıb, geri 
Şahbulağa tərəf qayıtmağı dəxi ar və namus bildi. Qəbiristanın kənarında 
iki kiçik balaca hasar var idi. Ərradələri oraya sürüb yerbəyer düşdülər. 
Və ətraflarını səngər elədilər. Aşkar idi ki, əgər Əsgəran qala- 
 
  
 198


larının  şul Qarağacı yerinin arasında daşlı  və enişli-yoxuşlu dərələr 
olmasaydı, düz və  səhra yer olsaydı, polkovnik və yeger batalyonu, 
xüsusən bahaduri-namdari-şardil Pyotr Stepanoviç Kotlyarevski Qızdbaş 
qoşununa qalib olub, Əsgəran qalalarınadək gedərdilər. Ləşkəri-qızılbaş 
onlara mane ola bilməzdi. Şul yerdə ki, batalyon səngər eləmişdi, ətrafı 
tamam səhra və düz yer idi. Qarqar çayı ilə onların arası bir verst olurdu. 
Qızdbaş qoşunu çox piyada batalyonla suyun arasında və qabaqlarında 
çoxlu möhkəm səngərlər qayırıb batalyonu mühasirə elədilər. Su 
aparmağa məqdur ola bilmədi. Batalyon iki gün əvvəl götürdükləri su ilə 
güzəran edib, ondan sonra susuz qaldılar. Quyu qazdılar ki, bəlkə su çıxa. 
Məqdur ola bilmədi.  İki gündən sonra bir gecə bir rota qoşun su 
aparmağa çaya yürüş edib Qızılbaş ləşkərini suyun ətrafından kənar edib, 
bir dəfə beqədri-məqdur su apardılar. Sonra suyun ətrafını yerbəyer şöylə 
möhkəm eylədilər və kəsdilər ki, batalyon əslən su aparmağa məqdur ola 
bilmədi. Müddəti-on bir gün və gecə o tövr ilə dava edib ki, ətrafdan 
tüfəng və  zənburəng batalyonun üstə barani-bahari kimi tökülürdü. 
Amma rəşid və cürətli və tab və taqətli olan batalyon şöylə  zəhmət və 
məşəqqətlərə  və  səngərlərdə güllə  dəyib ölməyə tab və taqətlər gətirib, 
yenə pozulmadılar. Bavicudi ki, polkovnik Karyagin dəxi yaralı olub və 
Kotlyarevski həm yaralı olub, qoşunun yarıdan çoxu qınlıb və  zəxmdar 
olub, üç yüzə yavuq soldat ancaq qalıb, onlar da əksəri yaralı  və susuz 
(idilər). Qızılbaş qoşunu  ətrafdan səngərlərə yavuq yeriyib batalyonu 
məşəqqətə  və müşkül hərə-kətə  gətirdilər. On bir gün keçdi, bir yerdən 
kömək olmadı. Məlik Vanya o vaxt da yüzbaşı idi və batalyonun içində 
olurdu. Pyotr Stepanoviç ona şəfəqqətlər və  məhəbbət etməyinə görə 
qulluq edərdi. On birinci gecə bələdçilik edib, əlhəq o səfər yaxşı qulluq 
edib, batalyonu və yaralı soldatları götürüb, gecə vaxtı səngərdən çıxıb və 
topxananı da götürüb birahədən Şahbulaq tərəfinə rəvanə oldu. Hərçənd 
ki, çox piyadə Qızılbaş qoşunundan Şahbulaq qalasında qoymuşdular ki, 
Rusiya qoşunu gəlib, qalaya daxil olmasınlar. Amma qoçaq bahadur 
namdar Kotlyarevski bavicudi-zəif və yaralı ki, dava umurunda səramənd 
idi, yürüş edib, qalanın qapısını dağıdıb, daxili-qala oldular. Qızılbaş 
qoşunundan  ələ düşəni öldürüb və mabədisi qaladan yerə töküb, 
Əmirastan adlı sərkərdə dəxi qaladan yıxılıb 
 
  
 199


vəfat etmişdi. Sabahı Abbas Mirzə gəlib İran ləşkəri ilə qalanı mühasirə 
edib, adamlar göndərib ümid və nəvidlər verdi ki, guya Pyotr Stepanoviç 
və polkovnik hər ikisi yaralıdırlar. Qoşun dəxi cüzvi və əksəri yaralı və 
aclıq dəxi qoşunda var. Bəlkə polkovnik rəyə gəlib, Abbas Mirzəyə itaət 
edə. Xəyalı xam idi. Rus qoşunu tamam acından qırılsa da, şöylə zillət ilə 
itaət etməzdi. Polkovnik cavabı-mülayim və  vədeyi-fərib verib, üç gün 
orada məqs edib, soldatlar və yaralılar bir qədər aram hasil edib, yenə bir 
gecə Vanya yüzbaşı bələdçilik edib, tədbir ilə qaladan çıxıb xəlvət yol ilə 
Çöləbörd mahalının möhkəm və düşvar olan Cermuq dərəsində olan 
qalaya iki günədək gətirdi. Bir gecə, yolda qoşunu bir möhkəm dərədə 
şöylə  xəlvət saxlamışdı ki, bir gün bir gecə  qızılbaş  əsgərləri nə  qədər 
batalyonu axtarmışdılar və  səy-təlaş ilə cüstəcu etmişdilər tapa 
bilməmişdilər. Məlik Vanya gedib dağlarda sığınaqlardan subay adamlar 
gətirib Çiləbördün kəndlərində quyulardan taxıl çıxarıb, özünün həm nə 
qədər buğdası varsa, çıxarıb un edib batalyona verib, cüt öküzlərini və 
camışlarını da onlara verib aclıqdan çıxartdı. Cermuq dərəsində üç-dörd 
gün qalıb, soldatlar dürüst fəraqət elədilər. Ondan suxarı  və  ət tədarük 
edib, Murov dağınm xəlvət yolları ilə  Məlik Vanya batalyonu Gəncə 
şəhərinə  gətirmişdi.  Şul ilin haman günlərində  Fətəli  şah bu əzmə ki, 
bəlkə bir əlac edə, Şuşa qalası Rusiya qoşununun əlinə düşməyə, təmam 
qoşunu ilə Arazdan keçib, gəlib Quru çay üstə, Dizaq mahalında təxti-
tavus müsəmma olan mənzildə ki, Şuşa qalasının altı ağaclığında vaqedir, 
düşüb ordu elədi. Qarabağ xalqına küllü ənamlar verib, hüzuruna apardı 
ki, bu əhvalat və güzaridatı Tiflis şəhərində sərdari-əzəm Sisianov eşidib, 
qoşun ilə Tiflisdən çıxıb, Fətəli  şah və Abbas Mirzənin müqabilində 
Qarabağa azim oldu. Ta, gəlib Tərtər çayına yetişənədək, Fətəli  şaha 
daldan xəbər gəlmişdi ki, Rusiya qoşunu dövlət tərəfindən məmur olub, 
dəryayi-Xəzərdən keçib Talış  və  Rəşt-Ənzəli tərəfindən  İrana gəlib 
davaya başlayıblar. Buna görə  şah buradan Ərdəbil səmtinə qayıdıb 
getmişdi. Xüsusən, sərdar Sisianovun həm gəlmək əhvalını eşidib, onunla 
rubəru cəng etməyi məsləhət bilmədi. Abbas Mirzə naibüssəltənə  dəxi 
səmtini xali görüb, polkovnik Karyagin Gəncə  şəhərinə gedəndən sonra 
Şahbulaq ətrafında bir müddət ordu eləmişdi. Sonra Tiflisi çapıb və qarət 
etmək məqsədilə köçüb Gürcüstan tərəfinə Axısqa 
 
  
 200


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə