TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   63   64   65   66   67   68   69   70   ...   91

köçürüb aparacaqlar. Hər kəs də getməsə, (evini) çalıb-çapıb xarab 
edərlər.  İlat və dihati-Qarabağ tamam pamal və qarət olar. Qəllə 
məhsulunun dəxi vədəsi yetişirdi. İbrahim xan Qızılbaş ilə müdara etməyi 
lazım və  səlah bildi. Hər gunə ümurat və  məsləhətlər mayora dəxi hali 
edərdi. Mayor da bu tədbiri səlah bilib, xana ürək-dirək verirdi ki, tezlik 
ilə dövlət tərəfindən qoşun bu tərəfə  gəlir. Vədə  və  təəhhüdlər edirdi. 
Əlhəqq, qoşunun gəlməyi dəxi çox təxib və taliq oldu. Qızılbaş əsgərləri 
və Abbas Mirzə naibüssəltənə  dəxi gəlib, Arazı keçib qalanın iki 
ağaclığına varid oldular. İbrahim xanı itaətə  dəvət qılıb, xan da mayora 
məsləhət elədi. Mayor dedi ki, sən müdara etgilən, şimdi sərdarm yerində 
general Nesvetayev olur ki, Tiflisdə canişindir,  ənqərib Qarabağın 
mühafızətinə qoşun gəlir. Bu növ ilə müdara olunub İbrahim xan Abbas 
Mirzəyə cavab verdi ki, mən  İran dövlətindən bilmərrə  məyus deyiləm. 
Əgər xatircəmlik olsa, itaətimdə varam. Əlhasil, be heynlərdə  İbrahim 
xanın evi və külfəti Xan bağında olurdu. Oradan köçüb, qalanın iki 
verstliyinə gəldilər. Xan orada evində idi. Mehdiqulu xan ki, xidmətində 
idi. Bir gün irəli qalaya göndərib, vədə elədi ki, sübhdən oradan xan özü 
həm külfəti ilə köçüb qalaya gələlər. Pəs, şul gecə şeytanlıq peşəsi olan 
şər adamlar mayora şərarət edib, deyiblər ki, İbrahim xanın Qızılbaşla 
güftü gusu var. Bu gecə xanın yanında çox cəmiyyəti-külli və qoşun var 
ki, Qızılbaşdan gəlib, hazırdılar. Bu gecə gedəcəklər. Qərəz  şul gecə, 
şeytan və  bədxah adamlar mayoru fərağət qoymayıblar. Xüsusən, 
Miraxor adlı bir gürcü böyüyü var idi ki, mayorun yanında olurdu. O çox 
bais olmuşdu. Əlqissə, haman gecə, sabaha üç saat qalmış, mayor iki rədə 
soldat ilə qaladan çıxıb, xanın evi olan məkana gedirlər. Xəlvət xanın 
mənzilinə yavuq olub, mülahizə edirlər ki, görələr nə qədər cəmiyyət var 
və nə işlədirlər. Baxıb görüblər ki, tamamən rahat və fərağət yatıblar. Bir 
əlavə qoşun və biganə adam da yoxdur. Orada mayor gəlməkdə  dəxi 
peşman olub, xan bidar olub rus qoşununun orada gəlməyindən xəbərdar 
olub, acıqlanıb, səslənib mayora ki, bu nə qismi gəlməkdir ki, bu gecə 
vaxtında övrət və  uşağı qorxudursan. Bu əhvalat xanın yanında olan 
adamların içinə inqilab və vahimə düşüb, sərasimə yerindən qalxan hər 
kəs bir tərəfə qaçmağa başlayıblar.  Əz qəza o ki, müqeddər olmuşdur, 
olacaqdır. Bu 
 207


əsnada mayor əmr eyləyib, soldatlar atəş açıblar. Tökülüb ələ düşəni qətlə 
yetiriblər. Qalan adamlar qaçıb xilas olub, xanın evini tarac etmişdilər. 
Xana  əvvəl bir güllə  dəyib, yıxılıb, bir övrəti ki, Səlim xan şəkilinin 
bacısı idi və bir Nəcibə  qızı ki, Bikə  ağadan olmuşdu və bir oğlu ki, 
Göhər ağanıv anasından olmuşdu, bir nəcib oğlan idi. On üç yaşında 
orada qətlə yetişib, övrəti və  qızı yaralı qalaya gəlib, qalada mərhum 
oldular. Onlardan əlavə 17 nəfər bəy və bəyzadə və mirzə və nökər qətlə 
yetişmişlər ki, adları bu təfsil ilədir: 
-  İbrahim xan özü, Tubu bəyim - şəkili Hüseyn xanın qızı - Hərəmi 
xan, Səltənət bəyim-səbiyeyi-xan, Abbasqulu ağa-fərzəndi-xan, Hacı 
Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi Kəbirli, Hümmət bəy Cavanşir, 
Həsənağa Gülməli bəy Sarıcah, Mirzətağı  Əfşar,  Əli-pənah-pişxidmət, 
Xacə Həsən Əcəm oğlu Kəbirli, Qaranm iki oğlu, başqa iki nəfər, birinin 
adı Teymur, iki nəfər də şuşalı. 
Mehdiqulu ağa və sair xanlar bu müqəddimədən bixəbər, qalada asudə 
və  fəraqət vardılar. Sübhə bir saat qalmış bu faciəli hadisə üz verib və 
mayor Lisaneviç xanın divanxanasına gəlib, qala xalqını  cəm edib, 
Mehdiqulu ağanı xanlığa mənsub edib, bir para təkib elədi. Mehdiqulu 
xan dəxi Qarabağın vilayət  əhlinə ki, səhrada idilər, mahal bemahal 
təliqələr yazıb, o tövr vəhşətki olmuşdu, fərağət olmağa hökm eylədi, 
hamılara təsəlli və xatircəmlik verirdi. O halda, Cəfərqulu ağa varislik 
barəsində zahirən bir cavab demədi. Amma batinən dilxor idi. On beş gün 
bu müqəddimədən keçmişdi ki, general Pyotr Petroviç Nebolsin qoşun ilə 
gəlib, Əsgəran yanında düşüb, ordu elədi. Mehdiqulu xan dəxi Qarabağın 
bəyzadələrindən yaxşı atlılardan götürüb, generalın hüzuruna getdi. 
Mayor (Lisaneviç) qalada qaldı.  İki-üç gün general Əsgəranda var idi. 
Naibüssəltənə həm qoşun ilə Ağoğlanda ordu eləmişdi. General gördü ki, 
Abbas Mirzə döyüş meydani-rəzmə  qədəm qoymağa hərəkət eləməz. 
Qoşun ilə o səmtə hərəkət edib, Xanaşen mənzilinə yavuq Abbas Mirzə 
qoşunu ilə müqabilə  gəlib bir şiddət ilə  əzim dava oldu. Pyotr 
Stepanoviçin bahadur şul mənzildə  hər yerdən qoçaq soldatlar ilə 
qabaqda davada var idi. Yeddi saat qədəri dava olub, 30-40 nəfərdən 
ziyadə soldat və 4-5 əfsər məqtul və  zəxmdar oldular. Pyotr Stepanoviç 
də özü dəxi o davada qıçmdan zəxmdar oldu. Axırül-əmr Qızılbaş əsgər- 
 208


ləri məğlub olub, fərar ixtiyar etdilər. General dallarınca Quru çayın 
Təxti-tavus mənzilinədək gedib, məlum oldu ki, naibüssəltənə Arazı 
keçib, Arazın  şul tərəfində ordu edibdir. Elə ki bu xəbər məlum oldu, 
Əbülfət xan və sair Qarabağın Qızılbaş dövlətinə gedən bəyləri ki, 
Zəngəzur və Qapan səmtlərində var idilər, yaylaqdan Qarabağın tamam 
ilatmı və dihatını həm bəzilərini Naxçıvan və Ordubad tərəfinə köçürüb 
aparmağa məşğul oldular. Buna görə, cənab general-mayor Cəfərqulu ağa 
mayor Lisaneviç ilə soldat qoşunu və ilatın yaxşı  məlum və namlı 
atlılarından həm götürüb, Qarabağın ellərini qaytarmaq üçün Zəngəzur 
mahalatına azim oldular. Gecə-gündüzə baxmayıb, səyi-tamamilə ilqar 
etdilər. Qapanın böyük olan dağlarında Cəfərqulu ağa atlıları ilə qabaqca 
gedib, Qızılbaş qoşunlarına yetişib, çünki soldat piyada olmaqlarına görə 
dalda qalmışdılar. Qarabağ atlıları ilə general Cəfərqulu ağa Qızılbaş ilə 
davaya başladılar. Orada bir yaxşı  mərdanə savaş edib, iki min qədəri 
səvarə və piyada Qızılbaşdan basıb və sındırıb zir-zəbər elədilər. Əksərin 
lüt və qarət edib, daldan soldat həm gəlib çatdılar. Qızdbaşı basıb, 
dağıdıb,  Ələngəz adlı böyük yaylaq dağdan ki, Ordubadın üstüdür, 
oradan ilatı qaytarıb götürüb Qarabağda yenə öz yurd və yaylaqlarından 
sakin və cabəca və  fəraqət eylədilər. Həqiqət orada Cəfərqulu ağa xeyli 
rəşadət isbat etmişdi.  Əlqissə, general Nebolsin Quruçay və Dizaq 
tərəfindən qayıdıb gəlib, qoşun ilə qala səmtindən keçib, yenə  Əsgəran 
yanında ordu elədi. Özü oradan Şuşa qalasma Mehdiqulu xana qonaq 
gəlib, iki gün qalada var idi ki, Mehdiqulu xan kağız ilə yazıb, general 
hüzuruna hali etdi ki, çün mayor Lisaneviç İbrahim xanın haqqında bu 
tövr nahəqq iş elədi ki, özünü və övrətini və  oğlu və  qızmı yeddi nəfər 
yaxm adamları ilə  qətlə yetirdilər. Təmam evi və  əcnası qarət olundu. 
Ehtiyat edirəm ki, bu hərəkətə görə Qarabağın cahil-cühulundan bir yerdə 
mayora zərər hasil ola. Ya qətlə yetirələr. Səlah budur ki, bir qeyr 
hüznlük batalyona böyük ola, onu buradan kənar etməyə binagüzarlıq 
edəsiniz. Pəs, general Nebolsin qəbul edib, hökm yazıb, Lisaneviçi məzul 
etdi. Pyotr Stepanoviç Kotlyarevskini batalyona böyük elədi. Çün mayor 
Lisaneviç Kotlyarevski ilə çox yeganə dost idilər. Pyotr Stepanoviç bu 
səbəbə Mehdiqulu xan ilə  ədavət və  rəncidəliklər elədi. Onu məzul 
etdirmək istədi. Cəfərqulu ağa ilə 
 
  
 209


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə