TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   64   65   66   67   68   69   70   71   ...   91

dostluq edib, onu təhrik etdi. Mehdiqulu xan ilə  ədavət və küdurət 
başlayıb, iddia qıldı ki, varislik mənim haqqımdır. Amma, çünki 
Lisaneviç necə ki, yuxarıda məğrum oldu, əvvəl dəfə ərizə yazıb, general 
Nesvetayevə  təqdim eləmişdi ki, İbrahim xan öz həyatında 
Məhəmmədhəsən ağanm vəfatından sonra Mehdiqulu ağanı kağız ilə 
varis və  vəliəhd edibdir. Nesvetayev ki, canişin və  əvəzi-sərdar idi, 
padşah hüzuruna yazmışdı. Dəxi orada iş təsdiq olub, qurtarmışdı. Buna 
görə  Cəfərqulu ağanın iddiası  məqbul olunmadı.  Əlqissə, bu ilin qış 
mövsümündə ki, sərdari-əzəm knyaz Sisianovun məqtul olmaq 
müqəddiməsindən yeddi-səkkiz aydan ziyadə keçmişdi. General 
feldmarşal qraf Qudoviç sərdarlıq  əmrinə  mənsub olub gəldi. Hənuz 
Tiflisə yetişməmiş yoldan Mehdiqulu xana kağız yazıb, məlum eləmişdir 
ki, imperaturi-əzəm Aleksandr Pavloviçdən fərmani-hümayun sədr olub 
sizi Qarabağın  əyalət və hökumətinə  mənsub edibdir. Mən darüssürur 
Tiflisə varid olandan sonra sizi Tiflisə çağınram. Gərəkdir ki, padşahın 
ələminin altmda qəsəm yad etdirib fərmanı sizə  və Qarabağın  əhlinə 
təqdim edəm. Pəs bu xəbər məlum olan kimi Cəfərqulu ağa tədarük 
görüb, Mehdiqulu xandan irəli, qraf Qudoviç sərdar Tiflisə  gəlməmiş 
Tiflisə getdi. Qudoviçin gəlməyi bir ay müddəti təxir oldu. Cəfərqulu ağa 
o biri ayı orada məəttəl qaldı. Qudoviç Tiflisə varid olan günü Cəfərqulu 
ağa istiqbal etməmişdi. Qraf hörmət edib, buyurmuşdu ki, Mehdiqulu xan 
sizi nə  mətləb üçün buraya göndərib? Cəfərqulu xan demişdi ki, mən 
özüm gəlmişəm. Məni Mehdiqulu xan göndərməyib. Sərdara məlum 
olmuşdu ki, mətləbi özgədir. Pəs buyurmuşdu ki, mayor Lisaneviç sizi on 
yeddi yaşında yazıb varisliyə layiq bilməmişdi.  Şimdi imperaruri-
əzəmdən fərman sadir olub, dəxi bərhəm etmək mümkün olmaz. Pəs, qraf 
Tiflisə varid olandan sonra bir mötəmid müqərrər buyurmuşdu ki, gəlib 
Mehdiqulu xanı apara. Ona binaən Mehdiqulu xan tamam Qarabağ 
bəylərini və  əyanlarını, hətta kənd yüzbaşılarını  dəxi özü ilə bir yerdə 
aparıb, Tiflis şəhərinə daxil oldu. İki gündən sonra qraf ümumi məclis 
qayırıb, Mehdiqulu xana aman verdirib, Qarabağın hökumət fərmanını ki, 
xanın adına və  əhaliyi-vilayəti-Qarabağa yazılmışdı orada təslim elədi. 
Pəs Cəfərqulu ağa əhvalı belə görəndən sonra orada sərdara məlum elədi 
ki, xan mənə 36 para kənd verdi. Mən artıq təmənna 
 
  
 210


elədim. Şimdi o hal ilə qalır. Qraf da xandan dil cavabı təvəqqe etdi ki, 
şul kəndləri Mehdiqulu xan Cəfərqulu ağaya maaş güzəran versin. Bu 
şərtlə ki, Cəfərqulu ağa və şul kəndlər Mehdiqulu xanın ixtiyarından xaric 
olmayıb, cüzvi divanların Cəfərqulu ağa kəssin. Amma ümdə təqsirlərinə 
yenə xan yetişib, qət qılsın. Tövci məsələlərin dəxi xanın əmri ilə əncam 
və  məmun etsinlər. Hərçənd Cəfərqulu ağa israr edib, xahişmənd 
olmuşdu ki, təmam onun tabelərin ixtiyarı məhz öz əlində ola. Sərdar qraf 
razı olmamışdı ki, bir vilayətdə iki hökm ola bilməz. Cəfərqulu ağa 
qayıdıb, oradan Qarabağa gəldi. Mehdiqulu xan dəxi bir neçə gündən 
sonra Qarabağa gəlib, öz hökumətində müstəqil olub əyleşdi. Altı aydan 
sonra dəxi Mehdiqulu xana imperaturi-əfxəm tərəfindən cavahir qılınc və 
ələm mərhəmət olub, qraf sərdar yolladı, gəldi. Mehdiqulu xana kağız 
yazmışdı ki, Cəfərqulu ağaya vədə elədiyi kəndlər ki, bundan əqdəm 
Məhəmmədhəsən ağanın  əlində olarmış  və ixtiyarında imiş, onları 
Cəfərqulu ağaya versin. Çün, Mehdiqulu xan ilə  Cəfərqulu ağanın 
arasında  əzim,  ədavət və küdurət var idi, dəxi kəndləri verməyib, xan 
bəhanə və dəstaviz qayırdı ki, şul kəndlər Məhəmmədhəsən ağanın əlində 
və ixtiyarında olmayıb, mən özüm ona verərdim ki, mənə itaət və xidmət 
edə. Şimdi ki, razı olmadı, mən də vermənəm. Bu növ ilə şərir və bədxah 
adamlar bayislik edib, Cəfərqulu ağanı  qızışdırıb, arada söz-söhbət 
gəzdirib, küdurətlər saldılar. Lazım idi ki, çün varislik olmadı, bari 
xoşhallıq ilə 36 para kəndləri ki, ümdə mədaxil idi, alıb, xoşgüzəranlıq və 
rəfəhət edərdi. O tövr daimi savaş və küdurət arada olmayıb, şeytanət pişə 
adamların dilxahmda rəftar etmiyəydi. Çe fayda ki, küdurətdən bir nəfı 
olmadı ki, zərər və nidamət hasil oldu. Dəxi haman küdurət və dava-dalaş 
bais olub, Cəfərqulu ağaya və qardaşı Xancan ağaya ki, mütləqa 
ağlagəlməz idi ki, Qızılbaş dövlətinə gedələr. Çünki Qarabağın Urus 
dövlətinə itaət etməyinə  səbəb və bais Məhəmmədhəsən ağa idi. Fətəli 
şahın dəxi ümdə  rəncidəliyi və  qəzəbi ona idi. Axır  şöylə oldu ki, 
Mehdiqulu xanın küdurəti səbəb oldu ki, onlar hər ikisi Qarabağdan fərari 
olub Qızılbaşa getdilər. 
 
  
 211


İYİRMİ ÜÇÜNCÜ FƏSİL 
 
MEHDİQULU XANIN HÖKUMƏTİ-ƏYYAMINDA 
QARABAĞDA VƏ SAİR ƏTRAF VİLAYƏTLƏRDƏ 
VAQE OLAN BƏZİ ƏHVALATI VƏ MÜHARİBATI 
VƏQAYEYİ-MÜTƏFFƏRRİQƏTLƏRDƏN 
BƏYAN EDİR 
 
Çün, səneyi-məsihiyyə 1808 tarixdə və islamiyyə tarixi ilə 1222-ci il 
hicridə sərdar qraf Qudoviç təyin olub, Gürcüstana gəldi. Tiflis şəhərində 
rəxti-iqamət salıb, əyləndi. Bir neçə müddət keçmişdi ki, sultani-Rum ilə 
ədavət və müharibə vaqe oldu
1
. Sərdar qraf dəxi general Nesvetayevi 
qoşun ilə Gömrüdə qoyub, özü əsgərləri ilə Axan kəklik (Axalkalaki) 
sövbünə  rəvan oldu. Orada Axısqa hakimi Xümşizadə  Səlim paşa ilə 
davalar edib, Axan kəklik (Axal-kalaki) qalasına yürüş elədilər. Axır 
mətləb hasil olmayıb, yenə  məqsədə yetmədən Tiflisə müraciət qıldı. 
Sonra xəbər gəldi ki, Yusif paşa sərəsgər olub, əzmi-müqabilə üçün 
Qarsa gəlibdir. Pəs qraf tədarük görüb, Gömrüyə azim oldu. Arpa çayında 
sipahi-Rumiyyə ilə təlaqi olub, hər iki qoşun orada düşüb, əyləndilər. Bir 
neçə gündən sonra əzmi-meydan edib, tərəflər davaya başladılar. Bir gün 
əsr vaxtınadək cəng və guşiş  əmələ  gəlib, axır osmanlı qoşunu məğlub 
olub, axşamçağı  fərar elədilər
2
. Sərdari-qanim və müzəffər çox qənimət 
və axtarma, böyük topları osmanlıdan  ələ  gətirib, fəth və nüsrət ilə 
qayıdıb, yenə Tiflisə gəldi. Qışı Gürcüstanda qalıb, bahar fəslində İrəvan 
və Naxçıvanı  təsxir etmək üçün o tərəfə  hərəkət elədi. Qabaqca general 
Nebolsini cunidi-məsud ilə Qarabağdan Naxçıvan təsxirinə  mərsum və 
müqərrər etdi. Sonra özü dəxi tədarükü-şayan və əsakiri-firavan ilə İrəvan 
üstünə getdi. Naxçıvan müsəxxər olundu. Amma İrəvan qalasma 
müddəti-mühasirədən sonra yürüş elədilər. Çox qoşun tələf oldu. Axır, 
bineyl məqsud müraciət edib, oradan yenə Tiflisə gəldilər. Ondan sonra 
qrafı Rusiyaya izhar etdilər. Yerinə 
 
 
_____________ 
 
1
 
Müəllif səhv edir. Rus-türk müharibəsi hicri 1221 (1806)-ci ilin sonunda başlanmışdır. 
2
 Ruslarla türk ordusu arasında Arpa çay döyüşü 18 iyun 1807-ci ildə baş vermişdır. 
 212


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə