TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   61   62   63   64   65   66   67   68   ...   91

çayınadək getmişdi. Oradan dəxi Tiflisə getməyi məsləhət bilməyib
İrəvan vilayətinə getmişdi. Mayor Lisaneviç də ki, qalada idi, batalyonu 
götürüb Mehdiqulu ağa ilə  Zəngəzur mahalına gedib, orada var idilər. 
Əbülfət xan ki, o vaxtlarda Qapan mahalından köçüb Arazın o tərəfinə 
keçmişdi. Bəd əz an Qapan və Zəngəzur və sair o tərəflər təmamən yenə 
Qarabağ hakimi İbrahim xana müti oldular. Sərdar Sisianov dəxi Xanaşen 
mənzilinə  gəlib məlum oldu ki, Fətəli  şah köçüb gedibdir. Oradan geri 
qayıtmalı oldu. Bu əsnada Məhəmmədhəsən ağa varisi-Qarabağ İbrahim 
xanın əmri ilə gedib oradan sərdar Sisianovu qalaya götürdü. Lazımeyi-
çeşn və qonaqhq və  şadyanəlik  əmələ  gətirdilər. Çünki sərdara məlum 
olunmuşdu ki, İbrahim xanın  əmizadələri Mirzə  Əli bəy, Feyzi bəy və 
Məhəmmədhəsən bəy və onlara tabe olanlar Əbülfət xana maildirlər. 
Hərçənd onu xan edib; və ona itaət etməyi zahirən özlərinə xiffət 
bilirdilər ki, İbrahim xanı  və  Məhəmmədhəsən ağanı  tərk edib, Əbülfət 
xanı böyük edib, ona baş endirələr. Amma müstəqillən sahibi-hörmət 
olmağın istərdilər. Onu Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya 
həmçeşm qərar verdilər. Ona görə  sərdar Sisianov qalaya varid olan 
vaxtda Mirzə  Əli bəyi və Feyzi bəyi tutdurub, buyurdu ki, gərək 
evlərinizi götürüb, köçüb Tiflis şəhərinə gedəsiniz. Axırül-əmr  İbrahim 
xan xahişmənd olmağa görə onlan buraxıb, amma Mirzə Əli bəyin böyük 
oğlu Behbud bəyi və Feyzi bəyin bir oğlu ki, qulluqçudan olmuşdu 15 
yaşmda, hər ikisini zaval alıb Gəncə şəhərində Məhəmmədhəsən ağanın 
oğlu  Şükrulla ağa ilə zaval saxladı. Ondan sonra bir para bəylərə ki, 
Əbülfət xana meyil idilər, onlara təhdid və pareyi-itab-xitab və qadağan 
eylədi. Bir para qərardadlar bina edib, haman üç nəfər dəxi qızılbaş 
xanlarından ki, İbrahim xan yanına Fətəli şah tərəfindən yuxarıda məzkur 
olunan mətaliblərdən elçiliyə  gəlmişdilər, onlan da tutub; Qarabağdan 
kəmali-razı və xoşhallıq ilə yola düşüb Gürcüstana və şəhri Tiflisə rəvanə 
oldu. 
 201


 
 
 
İYİRMİ BİRİNCİ FƏSİL 
 
MƏHƏMMƏDHƏSƏN AĞANIN VƏFAT 
ETMƏYİN VƏ SƏRDAR SİSİANOVUN 
BADKUBƏ SƏMTİNƏ GETMƏYİN VƏ 
ORADA QƏTLƏ YETMƏYİN BƏYAN EDƏR 
 
Çün salari-əzəm knyaz Sisianovun ümdə fikirləri bu imiş ki, Böynəlnəhreyn 
əldə ola və ətrafı guşadə qıla, ta tərəddüdinam hər iki dəryadan müyəssər ola. Bu 
səbəbə Meqril (Minqreliya) torpağında Yeddiqat qalasını  və Qara dəryanın 
kənarında bina elədi. Ondan sonra əzmi bu oldu ki, sahəti-Badkubəni təsərrüfə 
gətirsin. Elə ki Qarabağdan darüssürur Tiflisə müraciət qıldı, ondan ləşkər 
münəqid edib ciyuş  və  bəhri-şuriş  və  əsakiri-cövşənnuş ilə Badkubə  təsxirinə 
azim oldu. İbrahim xandan dəxi kömək istəmişdi. Xan da buradan oğlu 
Mehdiqulu ağanı pareyi-Qarabağın bəyzadələri ilə  və qoşunu ilə  sərdarın 
hüzuruna göndərdi ki, orada əsakiri-padşahi üə müttəfiq olub, müqərrər olunan 
xidmətlərə canfəşanlıq ilə qiyam və iqdam edələr. Pəs haman ilin qış 
mövsümündə Gürcüstandan çıxıb gəlib Şəkiyə və Şəki hakimi Səlim xan dəxi ki, 
İbrahim xanın damadı idi və dövlətə müti və münqad idi, o da sərdara görə 
lazımeyi-ixlas və iradət və yaxşı peşkəşlər və tədarüklər edib Şəki vilayətindən 
yola saldı. Çünki sərdarın  əzmi  əvvəl  Şirvan vilayətini təsxir edib və Mustafa 
xan  şirvanlını itaətə  gətirmək idi. Sonra Badkubəni və Qubanı  və  Dərbəndi 
müsəxxər eləmək idi. Pəs  Şəkidən keçib, Şirvan sahətinə varid olub, Mustafa 
xanı itaətə  təklif qıldı. Mustafa xan dəxi  əgərçi  əvvəl dəfə  də bir para öz 
dövlətinə  və möhkəm olan məqamlarına etimad edib sərdara görə  məğruranə 
cavablar və  hərəkətlər eləmişdi, ləğv cavablar söyləmişdi
1
. Amma sonra 
müşahidə etdi ki, şöylə  ləşkəri-əzimə  və  Şəkinin və Qarabağın qoşunlarına və 
müxalifətinə müqavimət etməyə qadir ola bilməyəcəkdir. Əlavə Qarabağ qoşunu 
Şirvanın kəndlərini çalıb-çapıb və qarət qılmağa əl açdılar. Axırül-  
                                                 
1
 
Hələ 1804-cü ildə  və 1805-ci ilin yazında Sisianov Mustafa xandan Şirvanın Rusiyanın 
himayəsinə daxil olmasını istəmişdi və  rədd cavabı almışdı. 1805-ci ilin oktyabrında razılıq 
vermişdisə də, Sisianovun ayağına gedib, orada müqaviləyə qol çəkməkdən imtina etmişdi. 
 
 202


əmr Mehdiqulu xanın və Səlim xanın dəlalətləri ilə o da itaətə gəlib necə 
ki,  İbrahim xan və  Səlim xan əhdnamə yazıb qərardad bina etmişdilər. 
Haman qərar ilə o da əhdnamə yazıb, zahirdə itaət qılıb, Rusiya dövləti-
əleyhi-Rusiya təhtinə daxil oldu1. Bu əsnada general-mayor 
Məhəmmədhəsən ağa - İbrahim xanın böyük oğlu ki, qəleyi-Şuşada 
sahibi-azar və naxoş idi, vəfat edib, mərhum oldu. Elə ki bu məlalətamiz 
qəziyyə Qarabağda vaqe oldu, əhaliyi-vilayəti-Qarabağ üçün çox yəsi-
tamam və pərişanlıq və qəmginlik üz verib, ənduh və məlali-külli əmələ 
gəldi. Pəs o şəxslər ki, batinən Rusiya dövlətinin itaətinə razı deyildilər 
və bəziləri də ki, Əbülfət xana mayil və raqib var idilər, Məhəmmədhəsən 
ağa vəfat edəndən sonra ki, onu çox sayardılar, həqiqətdə biqüsur əmir idi 
və hər vilayətdə avazəsi var idi. Və sərdar Sisianovun da ona çox etimadı 
və meyli-məhəbbəti var idi. Və hər gunə səlahdidini pəsənd etmişdi, onun 
bu cür qəziyyəsinə görə və həm də Mehdiqulu ağanın vilayətdən kənar və 
uzaqda olmağına binaən İbrahim xan da ki, qoca və müsini və kəmqüvvət 
və naxoş  və  pərişanhal olmuşdu. Haman şəxslər cari olub, bir para 
əhdnaməyə müxalif olan hərəkətlərə başladılar. Pəs bu əhval vaqiat 
sərdari-əzəm knyaz Sisianov hüzuruna və Mehdiqulu ağaya yetişəndən 
sonra sərdar səlah görüb, Mehdiqulu ağanı  və Qarabağ qoşunlarını 
mürəxxəs edib, ezaz və ehtiram ilə və layiq olan ümidi-nəvid və ənam ilə 
Qarabağa rəvanə elədi. Dəxi necə ki, mərhum general Məhəmmədhəsən 
ağaya kamali-məhəbbət və ülfəti-səmimi qəlb ilə mehribanhğı var idi. 
Çox  ənduhi-tamam və böyük təəssüf ilə onun oğlu, hörmətli general-
mayor Cəfərqulu ağaya təziyənamə yazıb kəmali-dilsuzluq və 
mehribanlığı  və  təəhüdati-pərəstarlıq etmişdi. Elə ki Mehdiqulu ağa 
bəyzadələr ilə və qoşun ilə Qarabağa gəldi və pədəri-mehribani İbrahim 
xanın xidmətinə varid oldular və  sərdarın məhəbbətamiz nəvidatını  və 
peyğamlarım yetirdilər. Bundan sonra şərarət kiş və bədəndiş kəslərin dəf 
və  rəfinə  və dövləti-əleyhinin ixlas və iradatının istehkam qəvaidinə 
məşğul oldular. Dəxi bir az günlər bu müqəddimədən keçmişdi ki, xəbər 
yetişdi ki, 
 
 
_______________ 
1
 Rus qoşunları Mustafa xanın Fit dağındakı  qərargahına yaxınlaşarkən  Şirvan xanı 
onlara qarşı müharibə etməyin çətin olduğunu görüb, 27 dekabr 1805-ci ildə  Şirvanın 
Rusiyaya tabe olması haqqında müqaviləyə qol çəkməyə məcbur oldu. 
 203


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə