TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   62   63   64   65   66   67   68   69   ...   91

sərdari-əzəm Badkubədə məqtul oldu. Pəs bu qəmli xəbər dəxi mərhum 
İbrahim xanın və onun övladının və  əhaliyi-vilayəti-Qarabağın 
xatirələrinin pərişanlığına dübarə səbəb və bais oldu. Təfsili-məqal bu ki, 
çün sərdari-əzəm Sisianov Badkubə vilayətinə gedib yetişiblər. 
Hüseynqulu xan hakimi-Badkubə  bənayi-məkr və hiylə qoyub, əvvəla 
zahirdə itaət məqamına gəlib, vədə ediblər ki, bir gün sərdari-əzəm 
qəleyi-Badkubənin həvalisinə  gələ, Hüseynqulu xan dəxi hüzura varid 
olub, əhd və itaətin güftü gusunu təmam edələf. Heç vaxt sərdari-əzəmin 
xatirinə  gəlməz idi ki, Hüseynqulu xandan və onun tabelərindən  şöylə 
xəlaf və şəni əfal əmələ gələ. Qəzadan sərdari-əzəm iki nəfər bəyzadələri 
ilə ki, birisinin adı  Ənbərbar knyaz imiş, Gürcüstan knyazlarından və 
birisi dəxi bəyzadə imiş  və  sərdarm hüzurunun müqərribləri ola. 
Mükalimə məqamına təşrif aparırlar. Bir İbrahim bəy adlı ki, Hüseynqulu 
xanın  əqvanından idi, iki nəfər də  əlahiddə adamlar ilə  məxfi pusquda 
imişlər, nagah namərdlik edib, güllə atıb, sərdari-əzəmi rüfəqaları ilə 
qətlə yetirib
1
, ədavət nəğməsini və müxalifət təbilini büləndavaz elədilər. 
Dəxi bu sani-həni Qızılbaşiyə dövlətinə  xədamati-cəlilə  və xülusi-
cəmilədən hesab edib dərhal yel qanadlı çaparla bu əhvalı  Qızılbaş 
dövlətinə irsal və izhar elədilər və o dövlət tərəfindən dəxi təcili-tamam 
ilə böyük qoşun və  əyilməz ləşkər gəlib, səhrayi-Badkubə qoşun ilə 
doldu. Elə ki Rusiya qoşunu bu qəzayaları görəndə  dəxi Gürcüstana 
qayıtmağı  məsləhət bilməyib, oradan riayati-ehtiyat ilə  gəmilərə minib 
Hacıtahirxan (Hacı Tərxan) vilayətinə keçib getmişdilər. 
 
                                                 
1
 
Sisianov Hüseynqulu xanın xalası  oğlu  İbrahim bəy tərəfindən 8 fevral 1806-cı ildə 
öldürülmüşdür. 
2
 Əslində isə rus qoşunları gəmi ilə Xəzər dənizindəki Sara adasına getmişdilər. 
 
 204


İYİRMİ İKİNCİ FƏSİL 
 
MEHDİQULU XANIN QARABAĞDA VARİS VƏ 
VƏLİƏHD OLMAĞINI VƏ PADŞAHİ-İMPERATOR 
FƏRMANI İLƏ ONU XANLIQ VƏ VARİSLİK VƏ 
HÖKUMƏTDƏ TƏSDİQ QILMAĞINI VƏ 
İBRAHİM XANIN MALKARLIĞINI 
BƏYAN EDƏR 
 
Çün yuxarıda səmti-güzariş tapdı ki, İbrahim xan sərdari-əzəm 
Sisianov ilə əvvəl Kürək çayında mülaqat edib, əhdnamə yazıb, dövlətə, 
itaəti-möhkəm etdikləri zamanda, çünki Məhəmmədhəsən ağa xanın 
böyük oğlu və  nəzərkərdəsi idi, varislik və  vəliəhdlik onun adına hesab 
olunurdu. O səbəbə onun oğlu  Şükrulla ağam sərdari-əzəmə girov və 
zaval rəsmi ilə vermişdilər ki, Gəncə  şəhərinə aparmışdı. Çün general-
mayor Məhəmmədhəsən ağa general-leytenant mərhum  İbrahim xanın 
hali-həyatında vəfat etdi. Ondan sonra Mehdiqulu xan İbrahim xanın 
oğlanlarının böyüyü olduğuna görə  və o zamanda dəxi hərçənd ki
Məhəmmədhəsən ağa varis hesab olunurdu, amma dürüst sərahətən adı 
vəliəhd yazılmışdı. Həmçinin qeyd olmuşdu ki, İbrahim xandan sonra 
böyük oğlu varisdir. Qəzadan iş ki, bu növ oldu və böyük oğlu 
Məhəmmədhəsən ağa özündən əvvəl vəfat elədi. Pəs İbrahim xan o ildə 
ki, səneyi-islamiyyə 1220-ci il hicridə idi zilhəccə ayının 4-cü günündə
1
 
1 varislik və vəliəhdlik kağızı yazıb və möhür eləyib və tamam Qarabağ 
bəylərinin və əyan və əşxasm möhürləri üstündə, öz hali-həyatında cənab 
general-mayor Mehdiqulu xana verib, onu varislik və xanlıq xitabı ilə 
müxatəb elədilər. Bəd əz an ki, İbrahim xan vəfat etdi. Mayor Lisaneviç 
bu kağız ilə  sərdarm canişini olan general-mayor Nesvetayev hüzuruna 
yazmışdı ki, təklif olub imperaturi-əzəm Aleksandr Pavloviç tərəfindən 
qızda bəzənmiş  və  ələmi-padşahi və Qarabağın xanlıq və hökumət 
fərmanı miladi 1806-cı tarixdə olanda, yəni sentyabr ayının onuncu 
günündə yazılıb və verilib general-mayor mərhum 
                                                 
1
 Hicri 1220-ci il, zilhiccə ayının 4-ü, miladi 1806-cı ilin fevral ayının 24-nə təsadüf edir
 
 205


Mehdiqulu xana (fərman) gəlib yetişdi və (Mehdiqulu xan) Qarabağın 
əyalətinə mənsub oldu. 
Sərdar Sisianov ki, Badkubədə məqtul oldu. Bu tərəflərin xəlayiqi çün 
dövləti-əleyhi-Rusiyanın qanun və zabitəsinə  xəbərdar deyildilər,  şöylə 
təsəvvür eylədilər ki, Rusiya dövlətinin nizam və qaydalarına xələl 
gətirir. Vaxt keçdikcə çoxlu iğtişaşlar və qarışıqlıq olur. İran  şahı  və 
Qızılbaş qalib (gələcək) və buralara şəksiz malik olacaqdır.  İransayağı 
güman və  təsəvvür edirdilər. Çünki İranda  əgər  şöylə  sərdari-əzəm və 
hakim, sərdari-müəzzəm vəfat etsə, bir müddət nizami-ləşkər və qanun-
qayda vilayətlər üçün tamamilə pozulur. Bunu bilməmişdilər ki, əgər 
neçə nəfər sərdar və sərkərdələrdən düşmənlər ilə müqatilə edən zamanda 
məqtun və ya hakimi-vilayətdən neçəsi vəfat qılsa qətiyyən dövləti-
behiyeyi-Rusiyanın zakon və nizami-məhkəminə  xələl və  qəvaidi-
vilayətinə  iğtişaş  və  zərər hasil olmaz. Sərdar Sisianov vəfat edəndən 
sonra yenə general Nesvetayev canişin var idi. Tiflis şəhərində qoşunun 
və vilayətin nizam və intizamıyla iştaqal edərdi və  sərdarhq ümuratını 
dolandırardı. Xalqa ürək-dirək və təsəllilər verib, Gürcüstanda Pənbəkdə 
əyləşmişdi.  İbrahim xanın elçisi və  səmimi məktubları gedib və  gəlirdi. 
Hər halda xatircəmlik hasil olurdu. Pəs, haman 1806-cı ildə bahar fəsli 
olan kimi naibüssəltəneyi-İran Abbas Mirzə qoşunlar cəm edib və 
tədarüklər görüb. Qarabağa köçmək binasmı qoydu. Haman dəmlər Mirzə 
Əli bəy,  İbrahim xanın  əmizadəsi xandan xəlvət adam göndərib, oğlu 
Behbud bəyi ki, sərdar Sisianov zaval aparıb Gəncə şəhərində qoymuşdu, 
oradan oğlunu götürüb və Rusiya dövlətindən  əl çəkməyi zahir edib və 
Feyzi bəy də ki, Mirzə Əli bəyin qardaşı oğlu idi və Mirzə Əli bəydən heç 
vaxt da ayn olmazdı, köçüb Qarabağdan Qızılbaşa və Arazın şul tərəfinə 
getdilər. Bəd  əz an rəxnə düşüb xırda-xırda xalqdan çəpavül və qarət 
qorxusundan Qızılbaşiyyə canibinə azim olmağa başladılar. Tiflis və 
Gürcüstanda dəxi bir sərdari-məşhur olmamağa görə  İbrahim xan 
mülahizə elədi ki, əgər Qızılbaş qoşunları Qarabağa gəlsə, mayor 
Lisaneviç bir batalyon ilə qaladan çıxıb, onlara cavab verə bilməz. 
Qarabağın  şöylə ümdə  bəyləri dəxi Qızılbaşa getdilər. Çoxusu dəxi üz 
rugərdanlığa mayil idilər. Aşikara,  Əbülfət xan tamam xalqı  və  əhaliyi-
Qarabağı 
 206


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə