Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

33
USTAD 
dərgisi \ Fevral 2016
32
USTAD 
dərgisi \ Fevral 2016
yazıçı sözü
33
USTAD 
dərgisi \ Fevral 2016
32
USTAD 
dərgisi \ Fevral 2016
– Buydu! – inamla dedi.
– Səhv eləmirsən ki?
– Yox, – oğlan başını yırğaladı, – pulumu  
qabaqcadan verdi, başdaşını da gəlib 
vaxtında apardı. Təzə model “BMW”-si var 
idi.
Polislər onu güclə qızın qohumlarının 
əlindən ala bildilər, qəzəblənmiş adamlar 
onu didib-parçalamaq, öldürmək istəyirdilər. 
Saçını yolur, paltarlarını cırıb dağıdır, harası 
gəldi təpik-yumruq ilişdirirdilər. Kameraya 
gətiriləndən sonra belə bir müddət özünə 
gələ bilmədi, bu adamlar ondan nə 
istəyirdilər, axı bu cinayətdən  xəbəri yox idi. 
Di gəl buna kimisə inandıra bilmir, yanıb- 
yaxılırdı.
Onu qəbirin üstünü götürən usta, orda 
işləyən fəhlələrlə də üzləşdirdilər, hamısı 
birağızdan işi onun gördürdüyünü deyirdilər. 
Hətta usta bir xeyli də razılıq elədi, guya 
haqlarını artıqlaması ilə veribmiş, elə buna 
görə də istəsə belə, onu unuda bilməzmiş. 
O isə bu adamları həyatında ilk dəfəydi 
görürdü. 
Sonra onu xəstəxanaya tibbi müayinəyə 
göndərdilər, müstəntiq ağlının, şüurunun 
qaydada olmadığı qənaətinə gəlmişdi. 
Həkimlər isə hərtərəfli müayinədən sonra 
tamamilə sağlam, normal adam olduğunu 
dedilər. Həkimlər haqlı idilər, indiyə kimi 
xəstələnməmiş, nə vaxtsa həkimə müraciət 
eləməmişdi.
Müstəntiq onu yanına çağırdı, – “Sənə  
köməyim dəyməyəcək, – dedi. – Fakt 
ortalıqdadı, deyək ki, qızı sən öldürməyibsən, 
bəs öldürmədiyin qız üçün niyə başdaşı sifariş 
verirdin? Nəyə görə tanımadığın, bilmədiyin 
qızı dəfn eləməliydin? Qaldı tarixlərdəki 
dolaşıqlığa, qəbri satan işçilərin dedikləri 
ilə qızın qohumlarının, qonum-qonşularının 
dediklərinin üst-üstə düşməməsinə, belə 
düşünürəm, biz bu məsələləri heç vaxt sona 
qədər aydınlaşdıra bilməyəcəyik, onu da 
düşünürəm ki, heç lazım da deyil. Ortalıqda 
cinayət və qatillər var, cinayət açılıb, qatillər 
həbs olunub. Bunları aydınlaşdırmışıq 
kifayətdir. Sənə yalnız bir köməyim dəyə 
bilər, tapşıraram, nə lazımsa, versinlər”.
Müstəntiq  gedəndən sonra acı-acı 
düşünürdü: “Mənə nə lazım olacaq, 
verələr, ya verməyələr. İşləmədiyim bir 
cinayətdən ötrü ittiham olunuram, məni 
öldürmək istəyirlər. Yaxşısı həmən gün 
dəfnə getməmək idi, getməsəydim, qızın 
şəklini görməsəydim, ağılsızlıq eləyib qızı 
axtarmasaydım, indi burda deyildim”.
Böyük qardaşı onunla görüşə gəldi, ona 
bir bağlama  verdi. 
– Çörəyin arasında lezva var, – pıçıltı ilə 
dedi.
– Nə? – inamsızlıqla soruşdu.
– Lezva.
– Nəyimə lazımdı, olmaya boğazımı 
kəsməliyəm?
– Boğazını yox, ay qoyun, venanı!
– Niyə, nədən ötrü?
– Niyəsini bilmirsən? 
– Bilmirəm! – səsi gəldikcə qışqırırdı.
Qardaşı nifrətlə başını yırğalayırdı: 
– Camaatın qızını zorlayırsan, öldürüb 
basdırırsan, amma niyəsini bilmirsən, hələ 
bir böyürürsən də. Bu maddə ilə türməyə 
düşəndə bilirsənmi neyləyəcəklər? Alçaldıb, 
işgəncə verə-verə öldürəcəklər. Orda 
yatanların anaları, bacıları, qızları çöldədi, 
sənin kimi manyakı bağışlamazlar. Sağ olsun 
müstəntiq, bizi ikinci rüsvayçılıqan qurtardı. 
Qardaşına qulaq asır, başa düşürdü ki, 
taleyi artıq həll olunub, kimsənin ona köməyi 
dəyə bilməz. Yer üzündə onu qurtaracaq, 
xilas eləyəcək qüvvə yoxdu. Əslində qardaşı 
ağıllı təklif eləyirdi.
– Sənə bir şey lazım olacaq? – qardaşı 
soruşdu.
– Hə, – dedi.
– Nə?
– Araq və yovşan.
– Gətirərəm, – qardaşı söz verdi.
– Qəbiristanlıq yovşanı olmasın, – 
arxadan qışqırdı, amma deyəsən,  qardaşı 
onu eşitmədi.


yaddaşımız üçün
33
USTAD 
dərgisi \ Fevral 2016
32
USTAD 
dərgisi \ Fevral 2016
33
USTAD 
dərgisi \ Fevral 2016
32
USTAD 
dərgisi \ Fevral 2016
istədi. Başa düşdü ki, özü zirvədədir, xalqı 
dərədə. İt boğuşduran xalqa povest yazırdı. 
Axundovun teatrı olmayan xalqa dram 
yazması kimi... Jurnal buraxırdı. Oxucularını 
özü yaradırdı. 
Jurnalının şöhrəti ölkələri aşdı. İllər 
keçirdi, o, doldurduğu bir anketə peşəsini 
“jurnalist” kimi qeyd etdi. Yazıçı yox. 
Ömrünü ədəbiyyatdan çox oxuculara həsr 
etdi. Bircə onu deyim ki, yazısıyla Təbrizdə 
fahişəxana bağlatdırdı. Yazıçısı fahişəxana 
bağlatdıran başqa xalq varmı bu dünyada?!
Mirzə Cəlil insan kimi heç də inqilabi 
keyfiyyətlərə malik deyildi. Ünsiyyətə 
girməyi sevmirdi. Əleyhinə çoxlu yazılar 
yazılırdı. Dostu, demək olar ki, yox idi. 
Başının üstünə yazıb yapışdırmışdı ki, 
salamlaşanda əl verməyin. Bu qədər xəstəhal 
bir vasvasılığı vardı. Tanısaydınız, insan 
kimi çox sevməzdiniz bəlkə. Amma xalqı 
yolunda yanan və bunu bircə dəfə də dilinə 
gətirməyən bir ocaq idi. Bu ocaqdan çox 
ürəklərə qığılcım düşəcəkdi. O ocaqla əsrlər 
qızınacaqdı. 
Bu adam Azərbaycan jurnalistikasını 
yaradacaqdı. Axundovdan sonra 
ölgünləşən Azərbaycan dramaturgiyasını 
dirildəcəkdi. Sabiri yetişdirəcəkdi. Üzeyir 
bəyi yetişdirəcəkdi. Amma heç kimlə əllə 
görüşmək istəməyəcəkdi.
İndi yuxarı başa çıxartdığınız o Bakı 
milyonçuları var ha, onlar muzdlu qatil tutub 
Tiflisə göndərəcəkdilər. O qatili təsadüfən 
Tiflis polisi həbs edəcəkdi. Üstündə də iki 
tapança. Etiraf edəcəkdi ki, muzdlu qatildir, 
Mirzəni vurmağa gəlib. Mirzə revolver 
alacaqdı, üstündə gəzdirəcəkdi. O silah yüz il 
sonra açılıb Rafiq Tağını öldürəcəkdi. 
Üç dəfə evlənəcəkdi. İki arvadı da 
öləcəkdi. İlk arvadı öldükdən sonra qızına 
baxa bilməyəcək, bir gün susmadan ağlayan 
qızını aparıb quyuya atmaq istəyəcək, yoldan 
qayıdacaqdı. Qızının qatili olmayacaqdı, 
minlərlə qızın gözünü açacaq, onları maarif 
nuruna boyayacaqdı. Müəllim kimi evlərə 
gedib qız uşaqlarını məktəbə gətirtmək üçün 
yalvaracaqdı. 
Evləndiyi ikinci arvadı əsəb xəstəsi 
olacaqdı. Dözəcəkdi ona. Deyinmələrinə, 
Qan Turalı
Ustad
U
stad deyəndə mənim 
gözüm qarşısında 
Mirzə Cəlil canlanır. 
Mən bu dünyada Mirzə 
Cəlildən usta yazıçı tanımıram. 
Onu zəmanə özü yaratmışdı, 
təbiət özü yaratmışdı. Lakin 
bütün dahilər kimi Mirzə 
Cəlil anlaşılmaq dərdi ilə 
üzləşdi. Mistika kimi çıxmasın, 
başımıza gələn bütün bəlaların 
kökündə də Mirzə Cəlili 
anlamamaq dayanır.
“Zira o hər şeydən əvvəl inqilabçı idi”. 
Engels bu sözü Marks haqqında deyib. Biz də 
Mirzə Cəlil haqqında deyək. Bəli, o, inqilabçı 
idi. Amma onun inqilabçılığı zorən idi. 
1894-cü ildə, cəmi 28 yaşında Azərbaycan 
ədəbiyyatının ən ali əsərini yaratmışdı. 
“Danabaş kəndinin əhvalatları”nı deyirəm. 
Nobel verilmədiyi zamanlardır. Amma bu 
cür şedevrə imza atan adam nə deyirdi? 
“Yazaram, amma inanmıram ki, oxuyalar”. 
Və o şedevri qırağa qoyub yazdığını oxutmaq 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə