TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.IV - 4



 İstiqamət: Kommunikasiya və şərh

  

T.t.IV.7  Şagird fərdi iş və qrup işlərini təqdim edir və onlarda ifadə edilən  

 

ideyalar və istifadə edilən üsullar barədə söhbət aparır.

Nəticə əldə edilmişdir, əgər şagird:

öz işlərində və digərlərinin işlərində istifadə edilən bədii üsullar və elementləri (material, 

texnika, janr, kolorit, forma, ton, faktura və s.) ayırd edir



nəyi bəyəndiyini, nəyi bəyənmədiyini qeyd edir

müəllim və sinif yoldaşlarının fikrini dinləyir



əsərdə fikrini nə dərəcədə ötürə bildiyini qiymətləndirməyə çalışır

əsər haqqında söhbət apararkən terminologiyadan istifadə edir



təqdimat zamanı suallar verir və eləcə də digərləri tərəfindən verilən sualları cavablandırır

geniş auditoriya qarşısında müəllif və ya şərhçi rolunda əsərləri təqdim edir  





T.t.IV.8  Şagird anlayır ki, incəsənət - ideyaların ifadə edilmə vasitəsidir 

Nəticə əldə edilmişdir, əgər şagird:

insanların incəsənət əsərlərini yaratma səbəblərini sadalayır və təhlil edir

işdə nəyi ötürmək istədiyi haqqda danışır (arzu, emosiya, fikir, təəssürat)



incəsənət  haqqında aludəçilik və peşə kimi müzakirə edir  



T.t.IV.9  Şagird tənqid zamanı digərlərinin işlərinə və fikirlərinə hörmətlə  

 

yanaşır.

Nəticə əldə edilmişdir, əgər şagird:

başqasının işini qiymətləndirdikdə korrektiv ifadələrdən istifadə edir

mübahisə zamanı başqasına söhbət etməyə imkan verir



sinif yoldaşlarının tərəfini tutur, iş zamanı onları həvəsləndirir



T.t.IV.10 Şagird müxtəlif növ tədbirlərdə iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

teatral səhnəcikdə, sinif və məktəb şənlikləri və sərgilərdə iştirak edir




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.IV - 5

muzeylərə və sərgilərə gedir

ekskursiyalara gedir və mədəni irslərlə tanış olur





 İstiqamət: İncəsənətin kontekstdə dərk edilməsi 

T.t.IV.11  İncəsənətin müxtəlif sahələrini bir-biri ilə müqayisə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

təsviri  üsullara,  materiala,  texnikaya  əsasən  incəsənətin  müxtəlif  sahələrinin  əsərlərini 

müqayisə edir 



incəsənətin müxtəlif sahələrinin ayrı-ayrı nümunəsinin təyinatını müzakirə edir (dekorativ, 

tətbiqi, dini, estetik, informasiya) 



sahələrlə əlaqədar peşələri xarakterizə edir

incəsənət sahələrinin duyğu orqanlarına təsirinə və vaxt müddətinə əsasən müqayisə edir  



məşhur abidələr, rəssamlıq nümunələri, heykəltaraşlıq, dekorativ-tətbiqi və xalq yaradıcılığı 

nümunəsi haqqında informasiya toplayır, onları sinif yoldaşlarına tanış edir



T.t.IV.12 Əsərlərin məzmunlarını digər fənlərdə keçilən materialla      

 

əlaqələndirir. 

 Nəticə əldə edilmişdir, əgər şagird:

eyni mövzuda yaranan incəsənət əsəri və bədii əsərləri müqayisə edir 

bədii əsərlərdə təbii hadisələri, fərqli relyefi, müxtəlif peşəli insanları tanıyır





T.t..IV.13   Şagird yerli mühitdə mövcud olan incəsənət əsərlərini təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

yerli incəsənət xadimləri, onların yaradıcılığı barədə informasiya toplayır və sinif yoldaşlarına 

tanış edir



regionda yerləşən tarixi-memarlıq abidələrini təsvir edir

mühitin və dövrün incəsənət əsərlərinin (əsərdə konkret regionun landşaftı, memarlıq abidəsi, 



dövr üçün xarakterik əşyalar və s.) mühit və dövrə nə kimi təsir göstərdiyini müzakirə 

edir



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.IV - 6



Proqramın məzmunu 

Təsviri incəsənətin əsas element və prinsipləri:

Xətt (ştrix), rəng (rəngin intensivliyi, yarımton), faktura, forma (xətlərlə, rənglərlə əhval-ruhiyyənin 

ötürülməsi); əşyanın bütöv və ümumi  ölçülərinin ötürülməsi; məkan verilişinin cəhdi (təsvirin 

miqyası və tonallığının vasitəsilə horizontun xətti, ön və arxa planın seçilməsi); simmetriya, ritm, 

tarazlıq.

Material və vəsait:

Qələm, pastel, quaş, akvarel, təbaşir, kömür, rəngli kağız, karton, plastilin, gil, kəndir, məftil, şüşə 

və plastmas qutular,  təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment.

Texnika və prosedur:

Rəssamlığın, qrafikin başqa-başqa texnikası, basmalar, yonmaq, aplikasiya, kağız plastikası kollaj,  

mozaika,  konstruksiya; kəsmək, yapışdırmaq, əymək, burmaq, toxumaq.

İdeya mənbələri: 

Fənlər  arasında  əlaqələrin,  assosiasiyaların  ötürülməsi:  ideya  mənbələri:  məşhur  rəssamların 

əsərləri, ətraf mühiti müşahidə etmək nəticəsində alınan təəssüratlar, fantaziya,  bədii ədəbiyyat, 

film, müxtəlif növ tamaşalar.



Ehtimal olunan mövzular:

“Yayın bir günü”, “Mənim ailəm”, “Səhər”, “Ad günü”, “Kəpənək”, “Mənim sevimli heyvanım”, 

“Mənim məktəbim”, “Nağıllar aləmində”, “Teatrda”, “Küçədə”, “İdman yarışması” və s.

Əmək fəaliyyəti:: 

Yerinə yetiriləsi işlərin ardıcıllığını planlaşdırmaq, sinif otağını, həyəti səliqəyə salıb yığışdırmaqda 

iştirak etmək, vaxt limiti və təhlükəsizlik qaydalarına riayət etmək; xarab olmuş əşya və məktəb 

inventarizasiyasını (kitab, xəritə) bərpa etmək, başqa-başqa sinif və ya məktəb tədbirlərini bəzəmək, 

təbrik məktubları və dəvətnamələri, çərçivələri, dibçəkləri, divar qəzetini, bayram afişasını yaratmaq 

və s.


İş strategiyası:

Müstəqil, cütlükdə, qrupda işləmək.



Tədbirlər: 

Sinif və məktəb sərgisi, bayram, tamaşalara,  muzeylərə, qalereyalara, şəhərkənarı mədəni irslərlə 

tanışlıq məqsədilə ekskursiyalara getmək.

Təqdimatlar:

İşinin təqdimatı (iş haqqında söhbət, qiymətləndirmə), suallar vermək, cavab vermək, təəssüratlarla, 

müşahidələrlə paylaşmaq, başqalarının fikirlərini diqqətlə dinləmək, başqalarının işləri və fikrinə 

qarşı hörmət göstərmək, başqalarının fikirlərinə diqqətlə qulaq asmaq,  lazımi terminologiyadan 

istifadə etmək.

Kontekstdə incəsənətin dərk edilməsi:

Təsviri incəsənətin məşhur nümunələrini nəzərdən keçirmək, tanımaq və konkret sahəyə aid etmək, 

sahələri müqayisə etmək, məzmunla digər fənlərdə keçilən materialları əlaqələndirmək; əsərdən 

alınan təəsüratlar haqqında söhbət aparmaq; əsərdə verilən əhval-ruhiyyəni tanımaq; yerli mühitdə 

mövcud incəsənət əsərlərinin təhlili (onların həyətləri, şəhərləri, kəndləri, rayonlarında yaşayan 

incəsənət xadimləri və onların yaradıcılığı haqqında informasiya toplamaq).




Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə