Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə35/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

122
Gündüz İsmayılov
gəlib çatmışdır. Təbii ki, atəşpərəst hindlilərə tolerant münasibətin 
yeganə göstəricisi təkcə bu karvansaray deyil. Ən mükəmməl 
nümunə Atəşgahdır. Bakının 30 kilometrliyində, Suraxanı rayonu 
ərazisində yerləşən Atəşgah XVII-XVIII əsrlərdə hindli tacirlər 
tərəfi ndən təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa 
edilmiş od məbədidir. 
Atəşgah məbədi.
Ola bilsin ki, kimlərsə odlar diyarında Atəşgah məbədinin 
tikilməsini adi hal kimi qəbul etsin. Çünki Azərbaycan xalqının 
bir hissəsinin vaxtı ilə atəşpərəst olması, hətta, Zərdüştiliyin tarixi 
Azərbaycan ərazilərində meydana çıxması hər kəsə bəllidir. Lakin 
nəzərə alınmalıdır ki, söhbət İslamdan öncəki dövrdən və ya XXI 
əsrdən yox, dini ehkamların və şəriət qaydalarının hakim olduğu 
XVIII əsrdən gedir. Həmin dövrdə təkcə İslam aləmində deyil, bü-
tün dünyada din savaşları, məzhəb qarşıdurmaları davam edir, in-
sanlar inanclarına görə mühakimə olunur, hətta, tonqalda belə yan-
dırılırdılar. O dövrdə Avropada katoliklərlə protestantlar arasında 


123
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
qanlı savaşlar olur, ilkin formada, amma fərdi qaydada və  zəif 
şəkildə tolerantlıq ideyaları səsləndirilir, İslam aləmində isə sünni-
şiə mübahisələri səngimirdi. Belə bir zamanda başqa dinin, üstəlik 
İslamın rəğbətlə yanaşmadığı atəşpərəstliyin mənsublarına ibadət 
evi tikməyə icazə vermək yalnız yüksək tolerantlıq mədəniyyətinə 
malik topluma xas nümunə sayıla bilər. 
XVIII yüz ildən artıq üç əsr keçib, dünya kiçilərək bir 
“kəndə” çevrilib, BMT kimi nüfuzlu beynəlxalq təşkilat yaranıb, 
Beynəlxalq Tolerantlıq Günü təsis olunub, Ümumdünya İnsan 
Haqları Bəyannaməsi qəbul edilib. Amma etiraf edək ki, dünyanın 
əksər ölkələrində fərqli dinlərin mənsublarının özlərinə məbəd tikə 
bilməməsi problemi hələ də qalıb. Bütün bunlardan sonra açıq-ay-
dın və təkzibedilməz bir qənaət formalaşır: Azərbaycan tolerantlıq 
məsələsində bütün dünyanı, o cümlədən demokratiyanın beşiyi sa-
yılan Avropanı ən azı üç əsr qabaqlayır. 
   Müsəlmanların kilsə 
inşa etməsi: müsəl -
man ların bütün tarixi 
dövrlərdə digər dinlə-
rin mə bəd lərinə hör-
mətlə yanaşması, onla-
ra zərər vurmaması 
mü səl man  olmayanla-
rın belə etiraf etdikləri 
həqi qətdir. Bu, bütün 
müsəlmanlara, o cüm-
lə dən azər bay canlılara 
xas xüsusiyyət dir.  Am-
ma azərbay canlı la rın 
bu mə sə ləyə mü 
na-
sibəti bir qədər fərq li-
dir. Onlar nəinki di gər 
din lə rin 
məbədlərinə 
Jen-Mironosets kilsəsi.


124
Gündüz İsmayılov
ehtiramla yanaşır, hətta, fərqli inanc sahib 
lə rinin  ibadət evi 
tikmələrinə yar dım göstərirlər. Bununla bağlı tarixdə  və müasir 
dövrdə kifayət qədər nümunələr var. Lakin istər tarix, istərsə  də 
indiki dövr baxımın danən gözəl nümunə Bakıda yer lə şən Rus-Pra-
vos lav  kilsəsinə  məx  sus Jen Mironosets Baş  Ka fed ral  kilsəsidir. 
Nə  qədər qəribə  və  təzadlı  gö rün sə  də, bu məbədi 1909-cu ildə 
Azərbay canın məş hur  xeyriy yə çisi,  müsəlman Hacı Zeynalabdin 
Tağıyev inşa etdirib. Hazırda Qafqazın  ən böyük Rus-pravoslav 
kilsəsi olan Jen-Mironosets mə bədi memarlıq  xü su siy  yətlərinə və 
tarixi keçmişinə görə Pravoslav aləmi nin  ən görkəmli kilsələrindən 
biri kimi qəbul olunur. Ən maraqlısı odur ki, Hacı Zeynalabdin 
Tağıyev bu məbədi inşa etdi rən zaman hansısa müsəlman tərəfi ndən 
qınanmayıb, əksinə, onun bu hərəkətini hamı rəğbətlə qarşılayıb. 
Çünki azərbaycanlılar məscid, kilsə, sinaqoq fərqi qoymadan, bü-
tün dinlərin məbədlərinə Allah evi kimi yanaşır, onu tikdirəni isə 
xeyirxah, əməli-saleh adam kimi qəbul edirlər. 
Azərbaycanlıların bütün dinlərin məbədlərinə Allah evi kimi 
baxmalarına dair onlarla əlavə nümunə çəkmək olar. Məsələn, XIX 
əsrin sonlarında Bakıda Aleksandr Nevski kilsəsi inşa edilən za-
man müsəlmanlar onun tikintisində yaxından iştirak ediblər. Hətta, 
Bakıda yaşayan müsəlman qadınlar kilsənin zənginin hazırlanması 
üçün könüllü şəkildə öz zinət əşyalarını məbədə bağışlayıblar. 
Tarixi qaynaqlara görə, XIX əsrdə Bakıdakı xristian məbəd-
lər dən birində yanğın olur və kilsəyə böyük ziyan dəyir. Məbədin 
bərpası üçün yerli xristian əhalidən ianə toplamaq qərarına 
gəlirlər. Bu zaman müsəlman qadınlar da vəsait toplayır, zinət 
əşya larını belə kilsəyə verirlər. Müsəlman qadınlardan bunun 
səbəbini soruşduqda onlar belə cavab verirlər: “Tanrının evi yan-
mış şəhərə bədbəxtlik üz verə bilər”. Yəqin, çoxları razılaşar ki, 
bu cür nümunələrə nəinki XIX əsrdə, hətta, günümüzdə belə rast 
gəlmək nadir hadisə olardı. Əsas məqamlardan biri də odur ki, bu, 
Azərbaycanda hansısa dövrdə baş vermiş adi hadisə deyil, artıq 
əsrlərdir davam edən ənənədir. 


125
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Azərbaycan xalqı bu ənənəni indi də davam etdirir. Təsəvvür 
edin ki, bir əsr öncə - 1909-cu ildə Hacı Zeynalabdin Tağıyevin 
tikdirdiyi Jen Mironosets kilsəsi 2001-ci ildə yenə Azərbaycanın 
müsəlman bir xeyriyyəçisi – Aydın Qurbanov tərəfi ndən bərpa olu-
nur. Bəlkə də, kimlərsə buna genetik yaddaş kimi baxacaq, hətta, 
burda mistika axtaranlar da ola bilər. Amma kimin necə  qəbul 
etməsindən asılı olmayaraq, ortada bir həqiqət var: bu, təkrarlanan 
tarix yox, Azərbaycan xalqına xas ənənədir. 
Qırmızı qəsəbə – Qafqazın Yerusəlimi: yə hu dilərin Azər bay-
can da  məskunlaşması ilə bağlı  fərqli  fi kirlər var. Amma on ların 
bu  əra ziyə köçməsinin  ta ri xinin  ən azı 2600 il əv və lə ge dib çıx-
masını hər kəs qəbul edir. Təd qiqatçılar təs diq ləyirlər ki, yəhudilər 
Azər baycana  indiki  İran  ərazisindən keçməklə  gəl miş, Dərbəndə 
qədər getmiş və ölkəmizin əsasən şimal və şimal-qərb hissəsində 
məskunlaşmışlar. Dərbənd və onun ətrafında, eləcə də Quba, Qusar, 
Şamaxı, İsmayıllı, Şəki və Oğuzda kompakt şəkildə yaşamışlar. 
Qırmızı qəsəbə “Altı günbəzli” sinaqoq


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə