Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə34/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

118
Gündüz İsmayılov
Azərbaycanda Nic kimi örnəklər çoxdur. Onlardan biri də 
Oğuz şəhəridir. Azərbaycanın ən dilbər guşələrindən biri olan, Bö-
yük Qafqaz dağlarının  ətəyində yerləşən Oğuzda hər üç səmavi 
dinin –Yəhudiliyin, Xristianlığın və  İslamın mənsubları yaşayır. 
Neçə  əsrdir ki, Oğuzda yaşayan yəhudilər, udilər və müsəlman 
azərbaycanlılar təkcə bu torpağın suyunu, çörəyini, havasını deyil, 
həm də taleyini bölüşürlər. Onlar fərqli dinlərin daşıyıcıları olsalar 
da, kiçik bir şəhərdə, hətta, eyni məhəllədə yaşayır, eyni məktəbdə 
oxuyur, eyni yerdə işləyir, amma bir-birindən cəmi bir neçə yüz 
metr aralı yerləşən məsciddə, kilsədə və sinaqoqda ibadət edirlər. 
Bu gün Oğuz  şəhərində bir məscid, bir Alban-udi kilsəsi və 
iki sinaqoq fəaliyyət göstərir. Bu baxımdan Oğuzu tolerantlıq 
nöqteyi-nəzərdən Azərbaycanın kiçildilmiş modeli kimi də qəbul 
etmək olar. Oğuzlular üçün məscid, kilsə və sinaqoqun bir adı var: 
Allah evi. Bütün Allah evləri isə müqəddəsdir, hörmət və ehtira-
ma layiqdir. Əslində, Azərbaycandakı tolerantlığın səbəbini, həm 
də üstün cəhətlərindən birini məhz elə bunda axtarmaq lazımdır. 
Azərbaycanlılar hansı dinin ibadət evi olmasına baxmayaraq, bü-
tün məbədləri Allah evi, ora gedənləri isə Allah adamı kimi qəbul 
edirlər. Məscid kimi kilsəni də, sinaqoqu da Allah evi sayan, ora 
gələn xristianı, yəhudini də Allah adamı hesab edən bir xalqdan 
başqalarına zərər dəyə bilərmi? Başqalarının inancına öz inancı 
qədər hörmət göstərən, başqalarının məbədinə öz məbədi qədər 
ehtiram bəsləyən bir xalq tolerantlıq nümunəsi hesab edilməyə 
bilərmi? Yəqin ki, bu ritorik sualların cavabını biz yox, beynəlxalq 
mütəxəssislər versə, daha doğru olar. Axı bizə görə həyat tərzi olan 
tolerantlıq onlar üçün tədqiqat sahəsi, araşdırma predmetidir. 


119
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
AZƏRBAYCANIN SEÇİLMİŞ TOLERANTLIQ 
NÜMUNƏLƏRİ
Bəzən bir modeli, yüzilliklər boyu formalaşmış  ənənələri 
qısa və  dəqiq  şəkildə izah etmək, mahiyyətini tam açmaq çətin 
olur. Bunun ən qısa yolu və  ən dolğun ifadə forması konkret 
nümunələr verməkdir. Konkret bir nümunə çox vaxt əlavə sual-
lara belə yer qoymur, əksinə, məsələni daha da aydınlaşdırır. Bu 
baxımdan Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitini 
və ənənələrini, eləcə də onun miqyasını və səviyyəsini tam açmaq 
üçün ən doğru variant konkret nümunələr təqdim etməkdir. 
Kürmükoba bayramı. Qax Azərbaycanın tarixi abidələrlə 
zəngin rayonlarından biridir. Bu rayonda Qafqaz Albaniyası 
dövrünə aid xeyli sayda tarixi abidə var. Onlardan biri də Azər-
bay canın dini və mə dəni ir sini bu günədək özün də qoruyub sax-
layan Kürmük məbədi dir.  IV  əsrin yadigarı olan Kürmük mə bə di 
Alban kilsəsi ləğv edi lə nə  qədər fəaliyyət gös tər miş, daha son-
ra dağın tılara mə ruz  qalmışdır. Çar Rusiyası dağılmış  məbə da 
rus-pravoslav kilsəsi inşa etmiş, lakin Alban kilsəsinin qalıqları 
günümüzə qədər gəlib çatmışdır. 
Kürmük məbədi bütün dövrlərdə, hətta, fəaliyyət göstər mə diyi 
zamanlarda da Azərbaycan xalqının inanc yerlərindən biri kimi 
qalmışdır. Azərbaycanlılar İslamı qəbul etdikdən sonra da Kürmük 
məbədinə biganə qalmamış, onunla bağlı olan Kürmükoba bayramı-
nı bütün dövrlərdə qeyd etmişdir. Əslində, azərbaycanlıların İslam 
dinini qəbul etdikdən sonra da keçmiş dinlərinə məxsus məbədləri 
qoruyub saxlamaları, hətta, onları müqəddəs və mübarək məkan 
kimi ziyarət etmələri ölkəmizin bütün bölgələrində müşahidə olu-
nan həqiqətdir. Bəlkə  də, bu, həm də xalqın genetik yaddaşının 
ifadəsi və göstəricisidir. 


120
Gündüz İsmayılov
Kürmük məbədi.
Bu baxımdan dünyada dəyişdirdiyi inancına və keçmiş dininə 
azərbaycanlılar qədər ehtiramla yanaşan ikinci bir xalq yoxdur. 
Ola bilsin ki, Azərbaycan xalqının tolerantlığının səbəblərindən 
biri də məhz elə bu amillə bağlıdır. Amma Kürmük məbədinin və 
Kürmükoba bayramının nümunə kimi təqdim edilməsinin yeganə 
səbəbi bu deyil. Məsələ ondadır ki, Kürmükoba bayramını bu gün 
müsəlman qaxlılarla yanaşı, hazırda həmin rayonda yaşayan xris-
tian gürcülər də qeyd edir. Onların bu bayramı qeyd etmək üçün 
azərbaycanlılara nə vaxtdan qoşulduqları bilinmir, ancaq həqiqət 
budur ki, Kürmükoba müsəlmanlarla xristianların birgə qeyd 
etdikləri yeganə bayramdır. Hər il bu bayramda azərbaycanlılarla 
gürcülər Kürmük məbədini ziyarət edir və qurbanlar kəsirlər. 
Müsəlmanlarla yəhudilərin və xristianların müqəddəs saydıq-
ları ortaq məkanlar var. Məsələn, Qüds şəhəri hər üç səmavi dinin 
mənsubları üçün müqəddəs məkandır. Amma onlar bu şəhəri sülh 
və əmin-amanlıq şəraitində nəinki paylaşa bilmir, hətta onun uğ-
runda qanlı mübarizədən belə çəkinmirlər. Bu baxımdan Kürmük 


121
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
məbədi yeganə məkandır ki, müsəlmanlarla xristianlar onu birlikdə 
ziyarət edir və bu ziyarəti qardaşlıq bayramına çevirə bilirlər. 
Əslində, Kürmük məbədinə  və Kürmükoba bayramına təkcə 
Azərbaycanda tarixən mövcud olan dözümlülük mədəniyyətinə 
nümunə kimi yanaşmaq olmaz. Bu məbəd və bayram həm də xristi-
anlarla müsəlmanların birlikdə və sülh şəraitində yaşaya bilməsinin 
əyani təsdiqidir. Kürmükoba bayramı sübut edir ki, dinlər insanları 
ayırmır, əksinə, onları ortaq dəyərlər ətrafında birləşdirə bilir. Bu 
mənada dinlərin sülh yaratma potensialı  həddindən artıq böyük-
dür. Sadəcə, bu potensialı düzgün qiymətləndirmək və dini siya-
si məqsədlərin alətinə çevirməmək lazımdır. Dinlərin tarixi sübut 
edir ki, bütün dövrlərdə bunu Azərbaycan xalqından daha yaxşı ba-
caran ikinci bir toplum olmamışdır. Ona görə də, Azərbaycanın bu 
sahədə təcrübəsi həm də dünyada dinlərarası dialoqu təmin etmək 
və dinlərin sülhyaratma potensialını öyrənmək və tətbiq etmək ba-
xımından əhəmiyyətlidir. 
Atəşgah məbədinin inşası:  İslam dininin bütpərəstliyə mü-
nasibəti bəllidir. Səmavi dinlər – Yəhudilik və Xristianlıq istisna 
olmaqla, digər dinləri, o cüm lə dən atəşpə rəst liyi  qəbul etmir və 
onları bütpərəst sayır. Eyni zamanda, büt pə rəst dinlərin nümayən-
dələri ilə müqayisədə səmavi dinlərin mən sub larına daha çox gü-
zəşt lə yanaşır, onlara xüsusi imtiyazlar tanıyır. Lakin tarixi faktlar 
təsdiqləyir ki, bütpə rəstliyə münasibət heç də bütün İslam dünya-
sında eyni olmamış və bəzi ölkələrdə müsbət mənada fərqlənmişdir. 
Məsələn, İslam Azərbaycanda yayıldıqdan sonra da bu coğrafi ya-
da atəşpərəstliyin təzahürləri qalmış, xalqın məişətindən və inanc 
sistemindən tam çıxmamışdır. Üstəlik, atəşpərəst tacirlər üçün bü-
tün dövrlərdə Azərbaycanda ticarətlə məşğul olmuş və digər dinlərə 
mənsub tacirlərlə onlar arasında heç bir fərq qoyulmamışdır. Tarixi 
sənədlər və abidələr təsdiqləyir ki, Azərbaycanda həm yəhudi və 
xristian, həm də hindli tacirlərə məxsus karvansaraylar, eləcə də 
ibadət evləri olmuşdur. Məsələn, İçərişəhər ərazisində yerləşən və 
hindli tacirlərə  məxsus olan Moltanı karvansarayı günümüzədək 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə