Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə42/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

148
Gündüz İsmayılov
lüyünü bilirdi və din siyasətində bu amili nəzərə alırdı. Ona görə
ən optimal vasitə düzgün dini bilikləri, dinin cəmiyyət həyatının 
inkişafına çağıran, insanı kamilləşdirən, dözümlülük mühiti-
ni möhkəmləndirən  əsas prinsiplərini maarifl əndirmə yolu ilə 
vətəndaşlara çatdırmaqdır. Çünki yalnız düzgün maarifl əndirmə 
nəticəsində xurafatın kökünü kəsmək, radikal ekstremist qüvvə lə-
rin qarşısını almaq və dini cahillərin girovundan qurtarmaq müm-
kündür. Din cahillərin əlində xurafat, alimlərin əlində isə xurafa-
ta qarşı ən güclü silahdır. Bu mənada Ulu Öndərin “Din incə bir 
materiyadır” kəlamının arxasında hansı  mənaların giz ləndiyini 
müəyyən etmək elə  də  çətin deyildir. Ümumiyyətlə, Heydər 
Əliyevin dinə münasibəti, ona verdiyi xarakteristik tərif orijinallığı 
ilə seçilir. O, deyirdi ki, “Biz dini ilk növbədə mədəniyyətin, tarixi 
irsin, milli mentalitetimizin bir fenomini və ayrılmaz bir hissəsi 
kimi qəbul edirik”. 
Məlum məsələdir ki, yalnız güclü iqtisadiyyata və sağlam ide-
ologiyaya malik dövlətlər yaşamaq və parlaq gələcək qurmaq iq-
tidarındadır. Çünki bu iki amil bir-birini tamamladıqda dövlətlər 
inkişaf edir. Heydər Əliyev ilk gündən dövlətçiliyimizi güclü iqti-
sadiyyat və sağlam ideologiya üzərində qurmağı qarşısına məqsəd 
qoymuşdu və buna da nail oldu. Bu gün Azərbaycanın güclü iq-
tisadiyyatının və sağlam ideoloji xəttinin olduğunu, hətta bəzən 
düşmənlərimiz də etiraf etmək məcburiyyətində qalırlar. 
Bütün ideologiyalar müəyyən zamandan sonra dəyişikliyə 
məruz qalır, bəziləri isə ümumiyyətlə, ifl asa uğrayır. Tarix sübut 
edib ki, dinə söykənməyən, tərkibində dini dəyərlərə yer verilməyən 
ideologiyalar qısa ömürlü, nəticəsiz olurlar. Əksinə, dini dəyərlərə 
söykənən ideologiyalar isə daha sağlam və sarsılmazdır. Bu ba-
xımdan Ümummilli Liderimizin “milli-mənəvi sərvətimiz” adlan-
dırdığı dinimizin ideologiyamızın tərkib hissəsi olması həm təbii 
haldır, həm də dərin təfəkkürün göstəricisidir. Bu onu deməyə əsas 
verir ki, Azərbaycanın inkişafını təmin edəcək güclü iqtisadiyyatı 
olduğu kimi, sağlam və əbədi ideologiyası da var. 


149
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bir ictimai quruluşdan başqa ictimai quruluşa keçid asan ol-
madığı kimi, milli-mənəvi dəyərlərə qayıdış da asan başa gəlmir. 
Belə  vəziyyətlərdə müəyyən problemlərin üzə  çıxması  təbiidir. 
Məsələ ondadır ki, milli-mənəvi dəyərlərə, daha konkret desək, 
dini dəyərlərə qayıdışı  hər kəs eyni cür qəbul etmir. Hətta bunu 
İslamın meydana çıxdığı VII əsrə qayıdış kimi başa düşənlər də 
tapılır. Yaxud İslami dəyərlər dedikdə bunu hansısa təriqət və ya 
məzhəblə məhdudlaşdıranlar olur. Problem də elə burdan yaranır. 
Ulu Öndər dinə qayıdışın kütləviləşməsinə həmişə normal yanaş-
mış, amma bu prosesin kor-koranə aparılmasını heç vaxt düzgün 
hesab etməmişdir. Çünki kor-koranə  İslama qayıdış  nəinki ciddi 
fəsadlar yarada, hətta,  əks effekt verə, dövlətçiliyimiz və milli 
təhlükəsizliyimiz üçün ciddi problemə çevrilə bilər. 
Heydər Əliyev xarici dairələrin bu prosesdən bəhrələnmək, din 
pərdəsi altında öz maraqlarını təmin etmək niyyətini də nəzərə alır, 
bu sahədə yerli milli kadrların hazırlanmasına, dini maarifl əndirmə 
işində  əsasən daxili potensialdan istifadə olunmasına diqqət 
yetirməyi vacib sayırdı. Ümumiyyətlə, ölkəmizdə dini təhsillə 
bağlı məsələ müstəqilliyimizi bərpa etdikdən sonra bu sahədə ən 
ciddi problemlərdən biri kimi ortaya çıxıb. Məsələ burasındadır ki, 
XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsi 
ilə ölkədə dini təhsilin inkişafı uzun müddət ləngimişdir. Son 
200 il ərzində Azərbaycanda iri mötəbər dini təhsil ocağı olma-
yıb. Azərbaycan ruhanilərinin nümayəndələri ali dini təhsili Qum
Nəcəf, İstanbul, Qahirə və Mədinə şəhərlərindəki müxtəlif təhsil 
müəssisələrində almışlar. Sovet dövründə isə yalnız XX əsrin 
70-ci illərindən etibarən azərbaycanlılar Buxara mədrəsəsində 
və Daşkənd  İslam  İnstitutunda dini təhsil almaq hüququ əldə 
etmişdilər. Azərbaycan müstəqilliyini bərpa  etdikdən sonra bu 
problemin həlli istiqamətində ciddi addımlar atılmış, ölkədə dini 
sahədə milli kadrların hazırlanması  məqsədilə Bakı  İslam Uni-
versiteti, onun bölgələrdə  fi lialları, Bakı Dövlət Universitetinin 
nəzdində ilahiyyat fakültəsi, müxtəlif mədrəsələr və dini mərkəzlər 


150
Gündüz İsmayılov
açılmış, Heydər Əliyevin apardığı din siyasəti nəticəsində bu təhsil 
ocaqlarının fəaliyyətinin güclənməsi və genişlənməsi üçün böyük 
zəmin yaranmışdır. Qətiyyətlə deyə bilərik ki, hazırda ölkəmizdə 
islamşünaslıq elmi inkişaf dövrünü yaşayır və bu inkişafda Ulu 
Öndərin rolu əvəzsizdir. Onun şəxsi təşəbbüsü və qayğısı ilə dini 
sahə ilə bağlı Bakıda bir neçə beynəlxalq konfrans keçirilmiş və 
həmin tədbirlər  İslam dünyasında ciddi əks-səda doğurmuşdur. 
1998-ci ildə  keçirilmiş “Müasirlik və dini-mənəvi dəyərlər” möv-
zusunda beynəlxalq konfrans, “İslam sivilizasiyası Qafqazda” 
mövzusunda  beynəlxalq simpozium Ümummilli Liderimizin adı 
ilə bağlı möhtəşəm tədbirlər kimi tariximizə düşüb. 
O, 1998-ci il dekabrın 9-11-də Bakıda keçirilən “Qafqazda İs-
lam sivilizasiyası” adlı beynəlxalq simpoziumda çıxışında islamşü-
naslıq elminin inkişaf etdirilməsini bir vəzifə kimi qarşıya qoymuş, 
bu məqsədlə ayrıca təşkilatların, orqanların və elmi mərkəzlərin ya-
radılmasını tövsiyə etmiş  və simpozium iştirakçılarına müraciətlə 
demişdir: “… Mən belə fi krə gəlirəm ki, Azərbaycan Qafqazda İs-
lam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın 
buna haqqı da vardır. ... Əgər siz hamınız belə bir qərara gələ 
bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan 
dövləti də buna himayəçilik edə, kömək göstərə bilər. Mən hər halda 
Azərbaycanın timsalında demək istəyirəm ki, bu sahədə çox böyük 
işlər görülməlidir. Elmi tədqiqat üçün burada geniş imkanlar vardır”. 
Azərbaycanda islamşünaslıq elminin inkişafı sahəsində 
önəmli addımlardan biri kimi Ulu Öndərin xeyir-duası ilə Qaf-
qaz Müsəlmanları  İdarəsinin nəzdində Elmi-Dini Şuranın yara-
dılmasını göstərmək olar. Azərbaycan elminin inkişafında böyük 
xidmətləri olan görkəmli alimlərin və din xadimlərinin Elmi-Dini 
Şurada bir araya gəlməsi, şübhəsiz ki, ölkədə islamşünaslığın inki-
şafına əhəmiyyətli dərəcədə təsir göstərir. Ümumiyyətlə, müxtəlif 
sahələr üzrə tanınmış mütəxəssis alimlərin bu sahəyə cəlb olunma-
sı, həm tədqiqatların dairəsini genişləndirir, həm də yeni islamşü-
nas alimlərin yetişməsinə zəmin yaradır. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə