Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə40/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

142
Gündüz İsmayılov
onların  əvəzinə sovet ideologiyasına xidmət edən, yalançı din 
xadimləri yetişdirmək idi. Buna görə də, milli kadrlar xüsusi xidmət 
orqanlarına yaxın buraxılmır, bu sahədə qeyri-azərbaycanlılar irəli 
çəkilirdilər. Bu baxımdan Heydər  Əliyev Dövlət Təhlükəsizlik 
Komitəsinə, daha sonra isə respublikaya rəhbərlik etməsi təkcə 
xüsusi xidmət orqanlarının milliləşməsinə yox, həm də ölkə din-
darlarının əsassız təqib və təzyiqlərdən yaxa qurtarıb rahat nəfəs 
almasına səbəb oldu. 
Bu böyük  şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıtdıqda isə 
ölkədə tamamilə  fərqli vəziyyət yaranmışdı: Sovetlər Birliyi da-
ğılmış, Azərbaycan müstəqilliyini bərpa etmiş, bununla yanaşı 
işğalçı Ermənistanın təcavüzü nəticəsində ərazisinin bir hissəsini 
itirmiş, uçurumun bir addımlığında dayanmışdı.  Əslində, bu, 
hakimiyyətə qayıdış yox, məhv olmaq təhlükəsi ilə üzləşmiş bir 
dövləti yenidən qurmaq missiyasını öz üzərinə götürmək idi. Bu 
baxımdan Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışını  həm 
də uğurun start nöqtəsi kimi də qəbul etmək olar. O, bu missiya-
nı  uğurla və özünəxas ustalıqla yerinə yetirdi: cəbhədə atəşkəsə 
nail oldu, “əsrin müqaviləsi” imzalandı, Konstitusiyamız qəbul 
edildi, Azərbaycanda sivilizasiyaların və dinlərin qovşağı kimi 
milli-mənəvi dəyərlərimizin qorunması konsepsiyasına uyğun 
hüquqi dövlət quruculuğu prosesinə start verildi. Başqa sözlə
Azərbaycanın müstəqil dövlət olması Heydər  Əliyevin böyük 
planlarını  həyata keçirmək üçün zəmin yaratmış, milli-mənəvi 
dəyərlərimizə söykənən Azərbaycançılığın hakim ideologiyaya 
çevrilməsi labüdləşmişdi. 


143
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRƏ QAYIDIŞ
Hələ müstəqilliyimizin ilk günlərindən təbii olaraq milli-
mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, ateizm buxovla-
rı  qırıldığı üçün xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə 
dövlət səviyyəsində hörmət göstərilməyə başlamış, bu dəyişikliyin 
fonunda həm də ölkədə etiqad, inanc azadlığı tam bərqərar olmuşdu. 
Milli-mənəvi dəyərlərə münasibətin bu şəkildə dəyişməsi insanla-
rımızın milli və dini mənsubiyyətlərinin fərqinə varmalarına, tarixi 
keçmişlərinə, babalarının maddi və mənəvi miraslarına sahib çıx-
malarına böyük zəmin yaratmışdı. Bu baxımdan müstəqilliyimizi 
bərpa etdikdən sonrakı dövrü milli-mənəvi dəyərlərə qayıdış dövrü 
kimi xarakterizə etmək daha doğru olardı. 
Müstəqilliyimizin ilk dövrlərindən  xalqımız öz dini və mil-
li bayramlarını  sərbəst  şəkildə qeyd etdi, insanlar əvvəlki kimi 
çəkinə-çəkinə, qorxa-qorxa deyil, ürəklə, gözəl ovqatla məscidlərə, 
kilsələrə, sinaqoqlara üz tutub ibadət edə bildilər. Respublikanın 
rayon, şəhər və kəndlərində məscidlər tikildi, minarələrdən azan 
səsi eşidildi.  İllər boyu yolu-izi itmiş, baxımsızlıqdan uçub da-
ğılmış müqəddəs ocaqlar, pirlər və ziyarətgahlar yenidən canlan-
dı. Lakin bu da həqiqətdir ki, XX əsrin ən böyük azərbaycanlısı 
Heydər  Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 
milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başladı. Bu, 
milli-mənəvi dəyərlərə qayıdışın geniş vüsət alması və xalqımızın 
mənəvi mədəniyyətində yeni dövrün başlanğıc nöqtəsi idi. 
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq 
və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar 
olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, insanların, 
əsasən də gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə bö-
yük önəm verildi. Gənclərin milli ruhda tərbiyə olunmasına xüsusi 


144
Gündüz İsmayılov
diqqət və qayğı ilə yanaşmağı vacib sayan Ulu Öndər Azərbaycan 
Gənclərinin I Forumundakı çıxışında bu məqamı önə çəkərək demiş-
dir: “…Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli 
və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, 
ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, 
İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və 
mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar”. 
Milli və dini bayramlar münasibəti ilə xalqa müraciət etməyi, 
ölkə vətəndaşlarına təbrik ünvanlamağı unutmayan böyük dövlət 
xadimi bütün dini və milli bayramlarda insanlar arasında olur, on-
larla söhbətlər edirdi. Heydər Əliyevin böyüklüyü həm də onda idi 
ki, müxtəlif dinlərə  mənsub ölkə  vətəndaşları arasında ayrı-seç-
kilik qoymur, bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə 
baxır, istər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və 
tikintisinə dəstək verirdi. Bütün bunlar xalqa olan diqqətin, onun 
milli mənəviyyatına bəslənən sevginin və min illər boyu formala-
şan tolerantlıq ənənələrinə hörmətin təzahürü idi.
“Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” - deyən Ümum-
milli Lider mənəvi dəyərlərimizə  həm də  gələcəyimizin təməli 
kimi baxırdı. Onun yürütdüyü siyasətin, xüsusilə din siyasətinin 
əsas istiqamətlərindən birini elə bu təşkil edirdi. Azərbaycan 
xalqının tarixi keçmişini çox gözəl bilən, Sovetlər dönəmində 
müxtəlif təqib və  təzyiqlərə  məruz qalmasına baxmayaraq, xal-
qımızın öz inancından uzaqlaşmadığının yaxından  şahidi olmuş 
Heydər Əliyev deyirdi: “Biz azərbaycanlılar heç vaxt inamımız-
dan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən 
istifadə edərək gələcəyimizi quracağıq”.
Hər kəs mənsub olduğu xalqın və dinin xüsusiyyətlərini genetik 
kodlarla da olsa, özündə daşıyır. Amma xalqına və dininə bağlılıq baxı-
mından hamı eyni olmur. Tarixdə xalqına, onun milli-mənəvi dəyərlərinə 
bağlı olmuş, ömrünü vətənin çiçəklənməsinə, həmvətənlilərinin xoş-
bəxt liyinə həsr etmiş şəxsiyyətlər çox azdır. Heydər Əliyev bu azlıqda 
xüsusilə fərqlənənlərdən biridir. Vətəninə və xalqına xidmət, onun milli-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə