Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə38/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

134
Gündüz İsmayılov
rı yerləşən çoxtəbəqəli bünövrənin üstündə tikilməsi haqqında gü-
manı təsdiq edib.
Layihənin ikinci mərhələsinə 2001-ci ilin iyun ayında başlanı-
lıb. Azərbaycan Mədəniyyət Nazirliyinin Şəki Bərpa İdarəsi bərpa 
layihəsini həyata keçirib. Bu bərpa işi 2 il, 2002-ci ilin sonuna qədər 
davam edib. Məbədin simasını pozan XIX əsrə aid əlavələr ləğv 
olunub. Bundan əlavə, binanın bütün parametri üzrə bünövrələr 
möhkəmləndirilib,  şimal divarında və digər üç divarda bəzi 
sahələrdə üzlük daşları alınıb və yenidən möhkəmləndirilib.
İcrasına 2003-cü ildə başlanılan layihənin dördüncü mərhələsi 
isə abidənin muzeyləşdirilməsinə həsr olunub. 
Təbii ki, tarixilik baxımından Kiş  məbədinin xüsusi əhə-
miyyəti var. Lakin məbədin bizim üçün ən önəmli cəhət lə  rindən 
biri onun Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitinə 
əyani nümunə göstərilməsidir. Belə ki, İslam Azərbaycanda ya-
yıldıqdan sonra bu bölgədə sürətli müsəl man laşma prosesi gedib, 
Şəkidə və onun ətrafında, demək olar ki, kompakt halda xristian 
əhali yaşamayıb. Hətta, böyük Azərbaycan maarifçisi Rəşid bəy 
Əfəndiyevin məlumatına görə, XIX əsrdə Kiş kəndində bir nəfər 
də xristian olmayıb. Amma Azərbaycan xalqı bu məbədi tarixinin 
və keçmiş dini inancının bir hissəsi kimi qoruyub saxlayıb. Bu ba-
xımdan keçmiş inancına Azərbaycan xalqı qədər ehtiramla yana-
şan çox az xalq tapmaq olar.


III FƏSİL 
TOLERANTLIQ – 
AZƏRBAYCANIN DÖVLƏT 
SİYASƏTİ 


136
Gündüz İsmayılov
KEÇMİŞİNİ BİLMƏYƏN GƏLƏCƏYİNİ QURA 
BİLMƏZ
Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların 
nümayəndələri yaşamış, bir çox xalqların dinləri möv-
cud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dö-
zümlülüyü ilə fərqlənmişdir
Heydər Əliyev,
Azərbaycan xalqının Ümummilli Lideri
Keçmişini öyrənmədən sağlam gələcək qurmağın mümkün 
olma dığını tarix çoxdan sübut edib. Minilliklərin sınağından çıx-
mış bu sadə  və adi qaydanı müdriklər elə sadə ifadə ilə  də tari-
xin yaddaşına həkk ediblər: keçmiş gələcəyin bünövrəsi, gələcək 
isə keçmişin davamıdır. Bəlkə, elə buna görədir ki, keçmiş insana 
həmişə cazibədar və əlçatmaz görünür. Amma bəzən istisnalar da 
olur. İnsan keçmişinə baxanda köks ötürür, hətta, xəcalət çəkdiyi 
məqamlar da ola bilər. 
Xalqlar, toplumlar da insanlar kimidir: keçmişi, bu günü və 
gələcəyi var. Lakin keçmişinə sahib çıxmayan xalqlar gələcəyin 
qurbanına çevrilir. Bəzən də, xalqlar bəzi insanlar kimi keçmişə 
baxmağa cəsarət etmirlər. Çünki arxaya boylandıqda qaranlıq və 
ləkəli keçmişlə qarşılaşacaqlarından ehtiyatlanırlar.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, gələcəyinə ümid 
və inamla baxdığı kimi, keçmişinə  də alnıaçıq və  şərəfl ə baxır. 
Xalqımızın tarixində çətin və əzablı dövrlər çox olub, lakin heç bir 
zaman ümidsizliyə qapılmayıb, qaranlıq günlər yaşamayıb.
Bəzən xalqlar iki qrupa ayrılırlar: tarix yaradan və tarix ya-
zan xalqlar. Azərbaycan xalqı bütün dövrlərdə tarix yaradıb, 
amma nədənsə yaratdıqlarını tarixə köçürməyə diqqət yetirməyib. 


137
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bəlkə, elə buna görədir ki, tariximizi bəzən başqalarının yazdıqları 
əsasında öyrənmək məcburiyyətində qalırıq. Başqalarının yazdığı 
tarix isə bir çox hallarda ya saxta, ya da təhrif olunmuş faktlara 
əsaslanır. 
Azərbaycan xalqı dəfələrlə işğala, soyqırımlara məruz qalıb, 
tarixi ərazilərini itirib, milyonlarla soydaşımız didərgin həyatı ya-
şamalı olub. Çünki xalqımız tarixdən ya gec və az nəticə çıxarıb, 
ya da ümumiyyətlə, nəticə çıxarmayıb, zaman keçdikcə unutqan-
laşıb, bəlkə də, məqsədli şəkildə unutqanlaşdırılıb. Bu baxımdan 
bizim üçün tarix yazmaq, tarix yaratmaq qədər zəruri və labüddür.
Başqalarından fərqli olaraq, Azərbaycan xalqının sağlam gələ-
cək qurmaq üçün saxta tarix yazmağa, dumanlı keçmiş uydurmağa 
ehtiyacı yoxdur. Sadəcə, keçmişə boylanmağımıza, məqsədli  şə-
kil də saxtalaşdırılmış tariximizi yenidən vərəqləməyimizə, nəticə 
çıxarmağımıza ehtiyac var. Bu, bizə təkcə tariximizi doğru-dürüst 
bilmək və  gələcəyimizi sağlam təməllər üzərində qurmaq yox, 
həm də saxta tarix uydurub, onun arxasında gizlənənlərin maskası-
nı yırtmaq üçün lazımdır. Çağdaş ifadə ilə desək, Azərbaycan xal-
qının tarixini reklam etməsinə gərək yoxdur, amma haqlı olduğunu 
sübut etmək üçün həqiqəti təbliğ etməyə ehtiyacı böyükdür. Bəlkə 
də, bu, gələ cəyimiz üçün labüd və  zəruridir. Çünki zərurət ehti-
yacdan doğur, ödənilmədikdə ciddi fəsadların yaranması qaçılmaz 
hala çevrilir.
Dünyada iki mindən artıq xalq yaşayır. Amma onlardan yal-
nız iki yüzünün dövləti mövcuddur. Azərbaycan xalqının müstəqil 
dövlət qurmuş iki yüz xalqdan biri olması qürurverici  faktdır. 
Lakin o da nəzərə alınmalıdır ki, Azərbaycan xalqının coğrafi  
sərhədləri bugünkü Azərbaycan dövlətinin sərhədlərindən çox-
çox böyükdür və bu xüsusiyyətinə görə, bəlkə də, azərbaycanlılar 
heç bir xalqla müqayisə oluna bilməzlər. Çünki bu gün dünyada 
60 milyona yaxın azərbaycanlı yaşasa da, onlardan cəmi 10 mil-
yona yaxını Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, 
tariximizin yaranma coğrafi yası Azərbaycan Respublikasının 


138
Gündüz İsmayılov
ərazisindən dəfələrlə böyük, bu tarixi yaradanların sayı isə onun 
vətəndaşlarının sayından qat-qat çoxdur.
Azərbaycan  Şərqlə  Qərbin, Cənubla  Şimalın qovşağın-
da yerləşdiyi üçün müxtəlifl ikdən doğan zənginlik təkcə onun 
mədə niy yətində  deyil, eyni zamanda təbiətində  də açıq  şəkildə 
özünü büruzə verir. Ölkəmizin  ərazisinə  nəzər yetirdikdə, Azər-
bay can  təbiətinin iqlim, relyef, hətta fauna və  fl ora  baxımından 
rəngarəngliyini görməmək mümkün deyil. Şübhəsiz, bu rənga-
rəng lik  Azərbaycanın tarixi-coğrafi   ərazilərinin timsalında daha 
qabarıq nəzərə çarpır. Təsəvvür edin ki, tarixən Azərbaycana 
məxsus olmuş ərazilərdə əksər iqlim tiplərinə - subtropik və mü-
layim qurşaqlara, səhra və yarımsəhra, eləcə də yüksək dağlıq və 
meşə relyefi nə rast gəlmək mümkündür. Bu cür əlverişli təbii-
coğrafi  şəraitə, zəngin fauna və fl ora aləminə və mülayim iqlimə 
malik olan Azərbaycanın Yer kürəsində ibtidai insanın formalaşdı-
ğı bölgələrdən biri olması təsadüfi  deyil. 
Mədəniyyəti xalqlar, toplumlar yaradır, amma onu qorumaq 
hər xalqa nəsib olmur. Yəqin çoxları razılaşar ki, yalnız güclü və 
qüdrətli dövlət qurmuş  xalqlar yaratdıqları yüksək mədəniyyəti qo-
ruya bilərlər. Çünki qorunmayacağı təqdirdə ən yüksək mədəniy-
yətin belə məhvi labüddür. Əslində, hər bir xalqın qurduğu dövlət 
həm də onun mədəni səviyyəsinin göstəricisidir. Bu baxımdan 
dövlət böyük mənada mədəniyyətin tərkib hissəsidir. Bu, həm 
də böyük dövləti yüksək mədəniyyətə malik xalqların qurması 
deməkdir. 
Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması  və dövlət  
halında birləşməsinin tarixi eramızdan əvvəl üçüncü minilliyə ge-
dib çıxır. Həmin dövrdə formalaşmış və Azərbaycan ərazilərinin 
böyük bir hissəsini əhatə edən Aratta dövləti yaranma tarixinə və 
idarəçilik formasına görə Mesopotomiyanın ən qədim dövləti sa-
yılan Şumerlə müqayisə edilə bilər. Deməli, Aratta kimi bir dövləti 
mədəni səviyyəsi  ən azı  şumerlilər qədər olan bir toplum qura 
bilərdi.


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə