Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə46/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

161
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
sahədə görülən iş lə rə yalnız mənəvi dəs tək verə bilər di.  Əhali nin 
isə sosial-iqtisadi vəziyyəti bu tipli abi də lərin bər pa sı, yeni məscid 
və ibadət ev lərinin tikintisi üçün əlverişli deyildi. Adi vətəndaşlar 
gündəlik tə lə  batlarını güclə  ödə yir dilər. Bu gün arxaya dönüb həmin 
döv rə ötəri də olsa, nəzər  yetir dik də adamın qəlbi fərəhlə dolur, 
düzü, təəccüblənmə mək olmur. İnana bilmirsən ki, müharibənin 
ağrılı-acılı günlərində, sosial-iqtisadi problemlərin məngənəsində 
Azərbaycan xalqı bu qədər yeni məscid tikib, köhnələrini bərpa edib. 
Bəlkə  də, kimlərsə  uşağının boğazından, ailəsinin  əyin-başından 
kəsib, əlində-ovcunda olan pulunu yaşadığı kənddə, şəhərdə məscid 
tikintisinə verib. Çünki o dövrdə  məscidlərin tikintisi və  bərpası 
yalnız imkanlı şəxslərin və vətəndaşların ianələri hesabına aparılır-
dı. Qısa vaxtda çətinliklə də olsa, ölkədə yüzlərlə məscid tikildi, ta-
rixi-dini abidələr, pir və ziyarətgahlar bərpa olundu. Deməli, ateizm 
təbliğatı Azərbaycan xalqını dinindən, milli-mənəvi dəyərlərindən 
soyutmamışdı, əksinə, dini dəyərlər uzun müddət sıxışdırıldığı üçün 
insanlarda mənəvi aclıq yaranmışdı.  İnsanları sonuncu qəpiyini 
məscid tikintisinə, Allah yolunda xərcləməyə vadar edən məhz bu 
aclıq, mənəvi boşluğu doldurmaq istəyi idi. Neçə illər sonra həmin 
dövrü xarakterizə edən Ulu Öndər Heydər Əliyev bir neçə il ərzində 
yüzlərlə  məscidin tikilməsini Azərbaycan xalqınin dinə bağlılığı, 
qəlbindəki “məscid intizarı” ilə izah etmişdir: “Azərbaycan dövləti 
müstəqilliyini əldə edən zaman ölkəmizdə cəmi 18 məscid var idi. 
Azərbaycanın dövlət müstəqilliyinin hələ 7 yaşı tamam olmayıb-
dır. Yəni tarixi nöqteyi-nəzərdən biz dövlət müstəqilliyi, milli-
azadlıq şəraitində kiçik bir zaman yaşamışıq. Azərbaycan xalqı öz 
milli azadlığını qazanandan sonra, özünün dövlət müstəqilliyini 
elan edəndən sonra, öz quruluşunu öz istədiyi kimi qurandan son-
ra qısa bir zamanda indi Azərbaycanda mindən artıq məscid var. 
Demək, insanların hamısının qəlbində məscid intizarı, məscid ar-
zusu, - məscid Allah evidir, məscid dini məbəddir, dini mərkəzdir
- o qədər yaşayıbdır ki, qısa bir zamanda heç bir hökumətin, 
dövlətin köməyi, vəsaiti olmadan məscidlər tikilib yaradılıbdır”. 


162
Gündüz İsmayılov
Ulu Öndər ölkəyə  rəhbərlik etməyə başladığı ilk vaxtlardan 
tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisini öz 
nəzarətinə götürdü, bu prosesin Azərbaycan xalqının istəyinə uyğun 
aparılması üçün mümkün olduğu qədər dövlət dəstəyini əsirgəmədi. 
    Əlbəttə ki, ilk vaxtlar tarixi-dini abidə lərin bərpası üçün Azər-
baycan dövlətinin imkanları olduqca məh   dud idi, amma buna bax-
mayaraq,  Hey  dər Əli  yev  Azər bay canın gələ cək inkişafının fonun-
da sovet lərin ögey mü nasibəti nəticəsində uçub dağılmış məscid 
və ziya rət gahların bər pası üçün planlar düşünür, bu nu xalqa açıq 
söyləyirdi. Zaman keç dikcə onun arzuları reallaşdı, dövlətimiz ta-
rixi-dini abidələrimizin bərpasına vəsait ayırmaq, bu işləri plan-
lı  şəkildə  həyata keçirmək imkanı  əldə etdi və ilk iş Bibiheybət 
məscidi oldu. O deyirdi ki, “Dini ocaqların yaranması, onların 
daha da abadlaşdırılması  işini, lazımi təd birlərin görülməsini 
əhəmiyyətli hesab edirik. Çoxunu xalq özü, xeyriyyəçi insanlar 
edir. Amma dövlət də bir tərəfdən buna dəstək verir, digər tərəfdən 
də imkanı dairəsində  nə lazımdır edir. Məsələn, Bibiheybət 
məscidinin bərpası bizim üçün tarixi əhəmiyyətli olan bir hadisədir. 
Çünki Bibiheybət ziyarətgahının Azərbaycanın ... tarixində hansı 
yer tutduğunu siz yaxşı bilirsiniz.
Şübhəsiz ki, vaxtı ilə təkcə xalqımıza qarşı yox, bütün islam 
dünyasına qarşı böyük bir cinayət edilib – o məscid partladılıb, 
dağıldılıb və ziyarətgah pozulubdur. Amma buna baxmayaraq, in-
sanlar Bibiheybət ziyarətgahını heç bir vaxt unutmayıblar. Doğ-
rudur, qadağan olunduğuna görə əvvəlki kimi ziyarətlər olmayıb, 
ancaq o, müqəddəs bir yer kimi yaşayıb və yaşayacaqdır. İndi isə 
bizim vəzifəmiz Bibiheybət məscidini bərpa etmək, daha da inki-
şaf etdirmək və oranı – əsrlərdən bəri yaşamış ziyarətgahı yenidən 
əvvəlki kimi, bəlkə, ondan da yuxarı səviyyəyə qaldırmaqdır ki, 
təkcə Azərbaycan xalqı, müsəlmanları üçün yox, həqiqətən, bütün 
dünya müsəlmanları üçün ziyarətgah olsun. Ona görə də, məscidin 
bərpası üçün mənim dövlət tərəfi ndən vəsait ayırmağım təsadüfi  
bir şey deyildir”.


163
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bibiheybət ziyarətgahında məscidin təməlqoyma mərasimi.
Ulu Öndər İmam Museyi-Kazımın qızı, İmam Rizanın bacısı 
Həzrəti Hökumənin qəb ri  yerləşən  Bibi hey bət ziyarətga hında bər-
pa işlərinin aparılmasına və  məscid tikintisinə  hələ 1994-cü ildə 
buranı ziyarət edən zaman qərar vermişdi.
Bibiheybət ziyarətgahı.


164
Gündüz İsmayılov
O, sonrakı dövr lərdə  dəfələrlə Bibiheybət ziyarət ga hın da  ol-
muş, məscid-ziyarətgah kompleksinin tikintisi prosesinə  şəxsən 
nəzarət etmişdir. Bu kompleksin tikintisinə lazım olan vəsait ay-
rılmış, amma Heydər Əliyev lazım gələrsə, əlavə vəsait ayırmağa 
da hazır olduğunu bildirmişdi. Əslində, o, bu işə təkcə Prezident 
kimi deyil, həm də bir müsəlman kimi yanaşır, heç bir köməyini və 
dəstəyini əsirgəmirdi. O deyirdi: “Mən elan etmişəm – bu mənim 
şəxsi himayəm altındadır. Mən də bunu həm Azərbaycanın Prezi-
denti, həm də bir müsəlman vətəndaş kimi özümün vəzifəm hesab 
edirəm və yerinə yetirəcəyəm”. 
Təzəpir məscidi.
Dini bayramlar və əlamətdar günlərdə xalqın arasında olma-
ğa, xüsusilə  məscid və ziyarətgahlarda dindarlarla görüşməyə 
əhəmiyyət verən Heydər  Əliyev dəfələrlə  Təzəpir məscidində
“Mir Mövsüm ağa” ziyarətgahında, “Bibiheybət” məscidində ol-
muş, aparılan tikinti, bərpa və yenidənqurma işləri ilə  əlaqədar 
yerindəcə göstəriş  və  məsləhətlər vermişdir. Onun bilavasitə 
rəhbərliyi və dəstəyi ilə neçə-neçə müqəddəs ocaq, ziyarətgah və 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə