Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə44/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

154
Gündüz İsmayılov
və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüqu-
quna malikdir. Bunlardan əlavə ölkədə tolerantlığı, dini dözüm-
lülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqla-
rı, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunve-
ricilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Ulu 
Öndərimizin ölkəyə  rəhbərlik etdiyi müddətdə dövlət siyasətinə 
uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin 
daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini 
qurumların münasibəti yeni mərhələyə  qədəm qoymuşdur. Bu-
nun məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan 
azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafi q 
şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, 
dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olun-
masına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət 
Komitəsinin yaradılması barədə  fərman imzalanmışdır. Qısa bir 
müddətdə görülən işlər, proseslərin gedişi, qlobal miqyasda baş 
verən hadisələr təsdiqlədi ki, Ulu Öndər Dövlət Komitəsini yarat-
maqla ölkədə din siyasətini daha da möhkəmləndirmiş, tolerantlıq 
mühitinin inkişaf etdirilməsinə yeni bir təkan vermiş və baş verə 
biləcək mənfi  halların qarşısını əvvəlcədən almışdır. 
Ulu Öndərimizin tolerantlıq, dini dözümlülük anlayışına spe sfi k 
baxışı var idi. O, Beynəlxalq tolerantlıq günü münasibəti ilə ölkədəki 
dini konfessiyaların başçıları ilə görüşündə tolerantlıq anlayışının 
geniş məna tutumuna toxunaraq bu məfhumun qısa və lakonik izahı-
nı vermişdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm 
insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, 
həm də dövlətlərarası, millətlərarası, dinlər ara sı münasibətlərin bir 
çox cəhətlərinə aiddir. …O, təkcə din lə rin  bir-birinə dözümlülüyü-
nü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük
mədəniyyətlərə dözümlü lük demək dir”. 
Yeri gəlmişkən, Azərbaycanda və bütün regionda ilk dəfə 16 
noyabrın Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi və bu 
əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə gö-


155
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
rüş keçirilməsi məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişi 
ilə olmuşdur. O, bu təşəbbüsü ilə  həm tolerantlıq prinsiplərinə 
münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə mütərəqqi 
bir ənənənin yaranması üçün zəmin hazırlamışdır.
Heydər Əliyev vəzifəsindən və yaşından asılı olmayaraq dünya 
miqyaslı siyasətçilərin belə onunla hesablaşdığı, hətta, məsləhətlər 
aldığı nadir şəxsiyyətlərdəndir. Bu mənada onun kiminsə 
məsləhətinə yox, başqalarının onun məsləhət və tövsiyələrinə hə-
mişə ehtiyacı olmuşdur. Ancaq buna baxmayaraq, Heydər Əliyev 
dini konfessiyaların rəhbərlərini qəbul edər, müxtəlif təd bir lər də 
onlarla görüşər,  fi kir  mübadiləsi, məsləhətləşmələr aparar, əla-
mətdar günlər və dini bayramlar münasibəti ilə  səmavi dinlər 
ara sında fərq qoymadan dindarları rəsmən təbrik edərdi. Bu, Ulu 
Öndərin böyüklüyünün, səmimiliyinin və Azərbaycan xalqının 
tolerantlıq  ənənələrinə sadiqliyinin göstəricisi idi. O, deyirdi ki
“İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı ol-
mayaraq bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə 
də hörmət etməli, dinlərin bəzən kiməsə xoş  gəlməyən adət-
ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən  ədavət, 
münaqişə, müharibə yolverilməzdir”.
Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni za-
manda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç 
bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfi ndən 
qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə  və dini 
fəlsəfi  cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan 
xalqı bu spesifi k keyfi yyətinə görə nəinki Şərqdə, hətta bütün dün-
yada fərqlənmiş  və bu gün də  fərqlənməkdədir. Bu, təkcə bizim 
məmnunluq və iftixar hissi ilə qeyd etdiyimiz fakt yox, həm də 
mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf 
etdikləri həqiqətdir. 
Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfi ndən iba dət 
evlərinin tikintisinə  və  bərpasına fərqli dini icmaların nüma yən-
də lərinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması ta-


156
Gündüz İsmayılov
rixi keçmişimizdən qalan mütərəqqi  ənənədir. XIX əsrin sonla-
rına yaxın Bakıda “Qızıllı kilsə” kimi tanınan “Aleksandr-Nevs-
ki” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin 
müsəlmanlar tərəfi ndən verilməsi dünya tolerantlıq tarixinin 
ən parlaq səhifəsidir. Heydər  Əliyevin xidmətidir ki, bu böyük 
şəxsiyyətin hakimiyyəti illərində belə bir mütərəqqi ənənə bərpa 
edildi. Dinlərarası münasibətlərin gərginləşdiyi, dini-etnik qarşı-
durmaya zəmin yaradıldığı bir zamanda uzun tarixi dövr ərzində 
formalaşmış bu ənənənin bərpası bütün dünya üçün nümunə, bizim 
üçün qürurverici hadisədir. 
Azərbaycan xalqının dözümlülük keyfi yyətinin, ölkədə 
hökm sürən tolerantlıq mühitinin qorunub saxlanılmasında 
Heydər  Əliyevin xidmətlərini təkcə müxtəlif dini konfessiyala-
rın nümayəndələri, tanınmış din xadimləri yox, elm adamları, 
siyasətçilər, görkəmli şəxsiyyətlər də etiraf edirlər. Onun hakimiy-
yəti illərində müxtəlif ölkələrin din xadimlərinin, dini liderlərin 
Azərbaycana səfərlərə  dəvət olunması, bu səfərlərin yüksək 
səviyyədə təşkil edilməsi, dini liderlərin ölkədəki tolerantlıq mü-
hiti ilə yaxından tanış olması  məqsədilə dövlət səviyyəsində la-
zımi tədbirlər həyata keçirilmişdir.  Əslində, müxtəlif dinlərin 
liderlərinin Azərbaycana səfərlərinin təşkil olunması Ümummil-
li Liderin din siyasətinin tərkib hissəsi idi. Çünki belə səfərlərin 
təşkil edilməsinin mahiyyətində  təkcə Azərbaycandakı tolerant-
lıq mühitini onlara nümayiş etdirmək yox, həm də bu reallığı və 
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və təbliğ etmək kimi 
müqəddəs məram dayanırdı. 
Zaman Heydər Əliyevin  nə qədər düşünülmüş və uğurlu din 
siyasəti apardığını təsdiqlədi. Bir neçə il ərzində həm Moskva və 
Ümumrusiya Patriarxı II Aleksinin, həm Roma Papası II İohann 
Pavelin, həm Gürcüstan Patriarxı II İlyanın, həm də Rum Patriar-
xı I Varfolomeyin Azərbaycana yüksək səviyyədə səfərləri təşkil 
olundu və onlar istər-istəməz buradakı tolerantlığın  şahidinə  və 
təbliğatçısına çevrildilər. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə