Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə47/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

165
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
məscid bərpa edildi, ateizmin qurbanı olmuş tarixi-dini abidələrimiz 
yenidən xalqın inanc və ibadət yerinə çevrildi. Bəzi dini abidə və 
məbədlərin bərpası üçün təkcə vəsait yox, həm də vaxt lazım idi. 
Çünki Sovetlər dövründə dağıdılmış, ya da məhv olmaq təhlükəsi 
ilə üz-üzə qoyulmuş abidələri qısa vaxtda bərpa etmək mümkün 
deyildi. Əsas o idi ki, bu proses dövlət səviyyəsində başlamış və 
dönməz xarakter almışdı. 
“Beş il öncəni görməyən adam siyasətçi ola bilməz”, - 
deyiblər. Yəni siyasətçi yalnız bu günü yox, həm də gələcəyi gö-
rüb qərarlar qəbul etməlidir. Bu gün qəbul edilən qərarlar, atılan 
addımlar,  əsası qoyulan ənənələr öz bəhrəsini 5 ildən, 10 ildən 
sonra da verə bilər. Deməli, əsl siyasətçi bu gün yox, tarix üçün 
işləyən siyasətçidir. 
Heydər  Əliyev tarixi-dini abidələrimizin bərpası  işini dövlət 
himayəsinə götürməklə bu günün həqiqətinə, gələcəyin tarixinə 
çevrilmək hüququ qazandı. Onilliklər, yüzilliklər keçəcək, amma 
hər dəfə tarixi-dini abidələrimiz dövlətimiz tərəfi ndən bərpa 
olunarkən bu, Ulu Öndərin  ənənəsinin, siyasətinin davamı kimi 
qiymətləndiriləcək və müdrik, uzaqgörən  şəxsiyyətin sözləri xa-
tırlanacaqdır: “Əmin ola bilərsiniz ki, bütün imkanlardan istifadə 
ediləcək, nəinki bu müqəddəs yeri, həm də Azərbaycan xalqının 
tarixini, milli, dini ənənələrini  əks etdirən bütün abidələr, ocaq-
lar, müqəddəs yerlər bərpa olunacaqdır. Bunu biz sizinlə birgə 
edəcəyik. Bizim görə bilmədiyimiz işləri gələcək nəsillər, davam-
çılarımız yerinə yetirəcəklər. Buna heç şübhəniz olmasın.  Əmin 
olun ki, biz birləşib müstəqilliyimizi, torpaqlarımızı qoruyacaq, 
həm də xalqımızın yaratdığı tarixi abidələri, ənənələri yaşadaca-
ğıq”.
Heydər  Əliyevin böyüklüyü həm də onda idi ki, tarixi-di-
ni abidələrin bərpası dedikdə yalnız  İslama deyil, digər səmavi 
dinlərə məxsus abidələri də nəzərdə tuturdu. O, həm Ümummilli 
Lider, həm Prezident, həm də bir vətəndaş kimi ölkədəki dini kon-
fessiyalara eyni gözlə baxır, istər yəhudilərə, istərsə də xristianlara 


166
Gündüz İsmayılov
məxsus tarixi-dini abidələrin, sinaqoq və kilsələrin bərpasına lazı-
mi köməyini əsirgəmirdi. Məhz onun dəstəyi ilə qısa bir müddətdə 
neçə-neçə kilsə və sinaqoq təmir olundu, yeniləri inşa edildi. 
Bakıda Rus Pravoslav Baş Kafedral Kilsəsinin bərpası  və 
onun açılış mərasimində Ulu Öndərin iştirakı tək Azərbay canda 
yox, onun sərhədlərindən kənarda da geniş  əks-səda doğurdu. 
Çünki bu, bütün dünya pravoslavlarının həyatında  əla mət dar 
hadisə idi. Jen Mironosets kilsəsi adlandırılan bu mə bəd 1920-ci 
ildə bağlanmış, Sovet hakimiyyəti dövründə anbar kimi istifadə 
olunmuş və dağıntılara məruz qalmışdır. Dövlət müstəqilliyimizi 
bərpa etdikdən sonra Azərbaycan hökuməti tərəfi ndən Rus-
Pravoslav kilsəsinə verilən mədəbin təmirini azərbaycanlı  iş 
adamı Aydın Qurbanov öz üzərinə götürmüş, əsaslı şəkildə təmir 
edilərək əvvəlki görkəminə qaytarılmışdır. 2001-ci ilin mayında 
Azərbaycanda səfərdə olan Moskva və Ümumrusiya Patriarxı II 
Aleksi isə məbədə baş kafedral kilsə statusu verilmişdir. Kilsənin 
açılış  mərasimində Ümummilli Liderimiz də  iştirak etmiş  və 
mədəbin təmir olunaraq dindarların istifadəsinə verilməsini 
yüksək qiymətləndirmişdir. 
Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qol-
larının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət 
etmək,  əqidələrini yaymaq imkanı yaradılıb. Heç kimə sirr de-
yil ki, Azərbaycanda katolik xristianların sayı azdır, onlar əsasən 
müxtəlif vaxtlarda ölkəmizə pənah gətirmiş insanlardır. Bununla 
belə, 1999-cu ildə katolik icması da dövlət qeydiyyatına alınmış, 
əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi 
şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi 
məqsədilə xüsusi bina alınaraq kilsəyə çevrilmiş, daha sonra 
Azərbaycan hökuməti ilə Vatikan arasında Bakıda  Roma-Kato-
lik kilsəsinin inşa olunması barədə razılıq əldə edilmişdir. Bütün 
bunlar isə Heydər  Əliyevin  şəxsi nəzarəti və  dəstəyi ilə  həyata 
keçirilmişdir. 


167
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bakı şəhərində Dağ yəhudiləri üçün inşa edilmiş yeni sinaqoq.
Ulu Öndərin dəstəyi ilə xristian məbədlərinə paralel olaraq 
yəhudi sinaqoqları da bərpa olun muş, yeniləri inşa edilmişdir. 
2003-cü ilin mart ayında Bakıda yəhudi sinaqoqunun dindar ların 
istifadəsinə verilməsi dünya yəhudilərinin tarixinə əlamət dar  hadisə 
kimi düşmüş, onların diqqətini ölkəmizə yönəltmişdir. Avropada 
ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə  məbə din  yerində 
inşa olunmuşdur. Sevindirici haldır ki, sinaqoqun tikintisində 
xaricdə  fəaliyyət gös tərən yəhudi təşkilatları ilə ya na şı, Qafqaz 
Müsəlmanları İdarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Xəzəryanı 
Yeparxiyası (indiki Bakı  və Azərbaycan Yeparxiyası) yaxından 
iştirak etmişdir. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun 
tikintisində iştirakı və yardım göstərməsi dünyada analoqu olma-
yan hadisədir. Bu, həm Azərbaycan xalqının tolerantlığının, həm 
Ulu Önədərin  din siyasətinin nəticəsinin, həm də gələcəyimiz üçün 
yaradılan böyük bir zəminin və zəmanətin göstəricisidir. 


168
Gündüz İsmayılov
Heydər  Əliyevi narahat edən məsələlərdən biri də Ermə-
nis tanın işğal etdiyi ərazilərimizdəki minlərlə tarixi-dini abidə-
lərimizin taleyi idi. Onu işğal nəticəsində məhv edilmiş məscid və 
ziyarətgahlarla yanaşı, ermənilərin məkirli siyasətinin qurbanına 
çevrilmiş, müxtəlif vaxtlarda qriqoryanlaşdırılmış alban məbədləri 
də düşündürürdü. Bu baxımdan Ulu Öndərin dəstəyi ilə Kiş və Nic 
qəsəbələrində alban kilsələrinin təmir olunması, Alban-Udi Xristi-
an dini icmasının yaradılması təsadüfi  deyildir. 
Ulu Öndərimizin apardığı uğurlu din siyasəti nəticəsində qo-
runub-saxlanılmış tolerantlıq mühiti və  bərpa edilmiş tarixi-di-
ni abidələrimiz bizim dünya mədəniyyətinə  ən böyük töhfəmiz, 
gələcək nəsillər üçünsə ən dəyərli mirasımızdır. Heç şübhə yoxdur 
ki, Azərbaycan xalqı bu mirasın sahibi, Heydər  Əliyev isə onun 
qoruyucusu kimi tarixdə qalacaqdır. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə