Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə50/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

176
Gündüz İsmayılov
(ölkə daxilində köçürülmüş  şəxslərin) statusu haqqında”, “Fərdi 
məlumatlar haqqında”, “Təhsil haqqında”, “Təhsil sahəsində ayrı-
seçkiliklə mübarizə haqqında” Konvensiyanın təsdiq edilməsi 
barədə”, “İnsan hüquqlarının və əsas azadlıqların müdafi əsi haq-
qında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının 
təsdiq edilməsi barədə”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, 
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti 
haqqında”, “Siyasi partiyalar haqqında” və s. onlarla belə xarakter-
li Azərbaycan Respublikasının qanunlarını göstərmək olar. 
Qəbul edilmiş yeni aktların aliliyi və həyatda öz əksini tapması 
üçün dövlət səviyyəsində, dövlətin müvafi q  qurumları vasitəsilə 
mühüm tədbirlər həyata keçirilir. Son illər Azərbaycanda həyata 
keçirilmiş  və kütləvi informasiya vasitələrində  işıqlandırılmış 
tədbirlər bunun əyani sübutudur.
Bir sözlə, hazırda qüvvədə olan qanunvericilik cəmiyyətin in-
kişaf dinamikasına uyğun olaraq zamanın tələbinə, ümumi inkişaf 
qanunauyğunluqlarına, indi və gələcəkdə yarana biləcək bütün növ 
hüquqi münasibətlərin xarakterinə və tənzimlənməsinə, tolerantlıq 
prinsiplərinə tam uyğun gəlir. Hətta, həmin aktlar dini aspektdən 
mütərəqqi qanunlar hesab edilə bilər.  


177
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ÖLKƏ DAXİLİNƏ YÖNƏLİK FƏALİYYƏT
Azərbaycan hökumətinin hazırda tolerantlıqla bağlı fəaliyyəti 
iki istiqamətdə qurulub: ölkə daxilinə yönəlik və beynəlxalq aləmə 
yönəlik fəaliyyət. Hər iki istiqamətin müxtəlif aspektləri var. 
Məsələn, ölkə daxilinə yönəlik fəaliyyəti aşağıdakı kimi qruplaş-
dırmaq olar: tolerantlığın təşviq olunması, dini abidələrin bərpası 
və yenilərinin inşası, dini qurumların fəaliyyətinin dəstəkləməsi, 
dini ekstremizmə  və radikalizmə qarşı mübarizə.  Əslində, bu 
istiqamətlərə Azərbaycan hökumətinin din siyasətinin elementləri 
kimi də baxmaq olar. 
Tolerantlığın təşviq olunması: Azərbaycanda fəaliyyət gös -
tərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant 
münasibət mövcuddur. Bu münasibət qarşılıqlı hörmətə,  əmək-
daş lığa və  zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə 
əsaslanır. 
Prezident İlham Əliyev Pravoslav Dini Mədəniyyət Mərkəzinin açılışında


178
Gündüz İsmayılov
Bəlkə  də, bunu ümumi şəkildə tolerantlıq yox, dini konfes-
siyalar arasında əməkdaşlıq mühiti adlandırsaq, daha doğru olar. 
Çünki əməkdaşlıq tolerantlığın daha yüksək formasıdır. 
Hökumətin qarşısına qoyduğu məqsədlərdən biri bu mühiti 
qoruyub-saxlamaq və inkişaf etdirməkdir. Bunun üçün bütün dini 
konfessiyalara bərabər münasibət göstərilir, onların  əməkdaşlığı 
üçün münbit zəmin yaradılır. Eyni zamanda, tolerantlığın təşviqi 
ilə bağlı çoxsaylı  tədbirlər və konkret lahiyələr həyata keçiri-
lir. Bu istiqamətdə dövlət qurumları  tərəfi ndən təşkil olunan və 
ya dəstəklənən tədbirlər, demək olar ki, cəmiyyətin bütün sosial 
təbəqələrini əhatə edir. Son on ildə bu cür tədbirlər dini icmalarla 
yanaşı, dini və dünyəvi təhsil verən tədris müəssisələrində, idarə 
və təşkilatlarda, yerli icra hakimiyyəti və hüquq mühafi zə orqanla-
rında, hətta, cəzaçəkmə müəssisələrində təşkil olunub. Tolerantlı-
ğın təşviqi ilə bağlı tədbirlər həm dövlət qurumları, xüsusilə Dini 
Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfi ndən, həm də hökumətin 
dəstəyi ilə dini qurumlar və qeyri-hökumət təşkilatlarının xətti ilə 
keçirilir. 
Bakıda Xabad Or-Avner yəhudi Təhsil Mərkəzinin açılış mərasimi.


179
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Prezident İlham Əliyev və Vatikanın Dövlət Katibi Tarçizio Bertoni.
Bakıda Müqəddəs Məryəm Katolik kilsəsinin açılışı.
Onu da qeyd etmək lazımdır ki, bu gün Prezidenti İlham Əliyev 
ölkəmizdə  fəaliyyət göstərən konfessiyaların dini bayramlarında 
və  əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, 
xristianlara və  yəhudilərə müraciətlər edir, dini və milli bay-
ramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da 
möhkəmləndirilməsi üçün dövlət səviyyəsində  həyata keçirilən 
tədbirlərin icrasına nəzarət edir. Eyni zamanda, dövlət başçısı hər 
il Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxü-
lislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsində iştirak edir. 
Həmin iftar mərasiminə təkcə İslam dininin nümayəndələri deyil, 
həm də digər dini konfessiyaların təmsilçiləri qatılırlar. Həmçinin, 
dövlət tədbirlərinə, o cümlədən ölkə  rəhbərliyinin qatıldığı bay-
ram və əlamətdar günlərlə bağlı mərasimlərə dini konfessiyaların 
başçıları dəvət olunur, onların beynəlxalq konfrans və forumlarda 
iştirakına hərtərəfl i dəstək verilir. 
Azərbaycan hökuməti tolerantlığın təşviqi məqsədilə  zərurət 
yarandıqca lazım qədər maliyyə  vəsaiti də ayırır. Maliyyə  və sa-


180
Gündüz İsmayılov
iti dini qurumlarla yanaşı, həm də ayrı-ayrı  təşkilatlara veri lir. 
Məsələn, Prezident İlham Əliyev Azərbaycanda dini mədəniy yətin, 
tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dia loqun təbliğinin 
gücləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublika-
sının dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fon-
dundan “Dini Mədəniyyətin İnkişafı” Fonduna 3 milyon manat ay-
rılması barədə 2014 və 2015-ci illərdə sərəncamlar imzalayıb. 
Prezident İlham Əliyev “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə 
əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda çıxış edərkən.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan hökuməti  tolerantlığın 
təşviq edilməsi məqsədilə  həm dini qurumların, həm də qeyri-
hökumət təşkilatlarının konkret lahiyələrini müxtəlif maliyyə qay-
naqlarından istifadə etməklə maliyyələşdirib. Məsələn, Azərbaycan 
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fon-
du indiyədək bir sıra yerli təşkilatların bu tipli lahiyələrinin icrası 
üçün vəsait ayırıb.


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə