Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə49/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

172
Gündüz İsmayılov
Azərbaycan Respublikası hökumətinin vətəndaşların eti-
qad azadlığının təmin etmək sahəsində  həyata keçirdiyi siyasət 
öz müsbət bəhrələrini verməkdədir. Hazırda respublikada dini 
durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, 
din sahəsində beynəlxalq konfranslar və görüşlər keçirilir, dini 
əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol ve-
rilmir.
Qanunvericilik bazası:  Azərbaycan Respublikasında dövlət-
din münasibətlərini tənzimləyən və birbaşa vətəndaşların vicdan 
azadlığı ilə bağlı olan qanunvericilik bazası formalaşdırılarkən, 
eləcə də mövcud qanunvericilikdə dəyişikliklərin layihəsi hazırla-
narkən ölkə ərazisində yaşayan və fəaliyyət göstərən çoxmillətli və 
çoxdinli etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə 
xüsusi diqqət yetirilmişdir.  Əsas məqsəd uzun dövrlər  ərzində 
azərbaycanlılarla birgə harmoniya və qardaşlıq  şəraitində yaşa-
yan xalqların  ən böyük nailiyyəti olan dini və milli dözümlülük 
ənənələrinin möhkəmləndirilməsi və onu yad təsirlərdən qorumaq 
olmuşdur.


173
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
12 noyabr 1995-ci ildə  qəbul edilmiş Azərbaycan Respub-
likasının Konstitusiyasına indiyədək iki dəfə (24.08.2002 və 
18.03.2009-cu illərdə) ümumxalq səsverməsi (referendum) 
vasitəsilə  əlavələr və dəyişikliklər edilmişdir. Təkcə son referen-
dumda dini etiqad azadlığının normativ əsası olan üç maddəyə 
mühüm  əlavələr olunmuşdur. Məsələn, 18-ci maddə dövlət-din 
münasibətlərinin  əsasını  və hüquqi vəziyyətini müəyyən edən 
mühüm normadır. Bu normada dinin dövlətdən ayrı olması, bü-
tün dini etiqadların qanun qarşısında bərabərliyi göstərilmişdir. Bu 
müddəa ilə dövlət dinlərə qarşı Konstitusiya səviyyəsində özünün 
ali niyyətini bəyan edir. İkinci hissədə  insan ləyaqətini alçaldan 
və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və 
təbliğinin qadağan olması göstərilir. 
Yeni dəyişikliklərdən biri dinlərlə yanaşı, belə  fəaliyyətə 
xidmət edən dini cərəyanların qadağan olunmasıdır. Bu yenilik yeni 
yaranmış qeyri-ənənəvi cərəyanların ölkədəki dini duruma zərərli 
təsirinin qarşısını almağa və müxtəlif dinə mənsub olan insanların 
bərabər səviyyədə hüquqlarının təmin edilməsinə yönəlmiş addım 
hesab edilir.
Bundan başqa, “Bərabərlik hüququ” adlanan 25-ci maddəyə 
iki yeni – IV və V bəndlər  əlavə edilmişdir. Həmin maddənin 
3-cü hissəsinə görə “dövlət, irqindən, milliyyətindən, dinindən
dilindən, cinsindən, mənşəyindən,  əmlak vəziyyətindən, qulluq 
mövqeyindən,  əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaq-
larına və digər ictimai birliklərə  mənsubiyyətindən asılı olma-
yaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə  təminat 
verir.  İnsan və  vətəndaş hüquqlarını  və azadlıqlarını irqi, mil-
li, dini, dil, cinsi, mənşəyi,  əqidə, siyasi və sosial mənsubiyyətə 
görə məhdudlaşdırmaq qadağandır”. Bu bənddə nəzərdə tutulmuş 
müddəalar real həyatda öz əksini tapmışdır və bilavasitə milli və 
dini azadlıqların hüquqlarının müdafi əsinə yönəlmişdir. Buna bax-
mayaraq, Konstitusiya səviyyəsində belə təminatın gücləndirilməsi 
məqsədilə aşağıdakı yeni bəndlər qəbul edilmişdir: 


174
Gündüz İsmayılov
“IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara 
görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, 
yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna 
bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət or-
qanları  və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə 
münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. 
Göründüyü kimi, bu bəndlər ümumən insanlar, o cümlədən 
müxtəlif etnik və dini qruplar arasında hüquq bərabərliyinin təmin 
edilməsinə xidmət edir, eləcə  də bu hüquqların mühafi zəsində 
dövlət hakimiyyəti nümayəndələrinə imperativ göstərişlər verir. 
Dini etiqad azadlığının  əsas prinsiplərini özündə  əks edirən 
48-ci, “Vicdan azadlığı” maddəsinə ciddi dəyişikliklər edilmişdir. 
Həmin maddənin mətni aşağıdakı kimidir: 
“I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, 
hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, 
yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı 
əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı poz-
mursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və  əqidə hüquq pozuntusuna bəraət qazan-
dırmır.” Əlavə edilmiş bəndə görə isə “Heç kəs öz dini etiqadını 
və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri 
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur 
edilə bilməz”. 
Əsas Qanunun dinə aid maddələrinə olunmuş əlavələr dövlətin 
vətəndaşların və dini azlıqların mənafeyinin qorunmasında maraq-
lı olduğunu göstərir.             
Qanunvericiliyə din sahəsindəki insan hüquqları baxımından 
edilmiş  dəyişikliklər bununla məhdudlaşmır. Bu sahəyə aid əsas 
tənzimləyici qanunlardan biri olan “Dini etiqad azadlığı haqqında” 
Azərbaycan Respublikasının Qanununa Konstitusiya yeniliklərinə 


175
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
uyğun xeyli əlavələr və dəyişikliklər edilmişdir. Məsələn, adıçəkilən 
Qanunun preambula hissəsində və “Dini etiqad azadlığı” adlanan 
1-ci maddəsində  Əsas Qanunda olan əlavələr və  dəyişikliklər 
qanunvericiliyə uyğun olaraq bu Qanuna da daxil edilmişdir. 
1-ci maddənin 2-ci hissəsinə  əsasən, “şəxsin dini etiqadını ifadə 
etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə 
və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz 
dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri 
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur 
edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə 
və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə, irqi, milli, dini, 
sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol ve-
rilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə 
zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağan-
dır”. Həmin müddəalar nəzərə alınarkən Azərbaycan Respublika-
sının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin prinsipləri hüquqi 
təminatlar sisteminə daxil edilmişdir.
Bundan başqa, hüquqi məsuliyyətin növlərini özündə  əks 
etdirən Azərbaycan Respublikasının Cinayət,  İnzibati Xətalar və 
Cinayət-Prosessual məcəllələrinə mühüm dəyişikliklər olunmuş-
dur. 
Ümumiyyətlə, dövlət-din münasibətlərini tənzimləyən norma-
tiv hüquqi aktların demək olar ki, tam əksəriyyətinə insan hüquq və 
azadlıqlarının mühafi zəsi və qarşılıqlı vəzifələrin gücləndirilməsi 
istiqamətində mühüm əlavələr və düzəlişlər edilmişdir. Bura 
Azərbaycan Respublikası Prezidentinin müvafi q  fərman və 
sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Dövlət Komitəsi 
haqqında Əsasnaməni və digər normativ hüquqi aktları aid etmək 
olar. 
Bunlarla yanaşı, Azərbaycanda qanunvericiliyin yaradılma-
sında və  təkmilləşdirilməsində belə bir tendensiya mövcuddur 
ki, qanunların qəbulunda dini məsələlərin tənzimlənməsinə xü-
susi yer ayrılır. Misal kimi, “Qaçqınların və məcburi köçkünlərin 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə