202
Gündüz İsmayılov
Birinci Forum Bakıda 7-9 aprel 2011-ci ildə keçirilib. Foru-
ma dünyanın
lider və ictimai xadimləri, beynəlxalq təşkilatların
rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlamentarilər, dip-
lomatlar, qeyri-hökumət təşkilatları, media mənsubları, ümumilikdə
400-dən çox nümayəndə qatılıb. Beynəlxalq Forumun işi kifayət
qədər uğurlu olub, nəticədə Prezident İlham Əliyev 27 may 2011-ci
ildə Azərbaycanda hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkil edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, “
ölkəmizin İslam dünyası ilə Qərb sivili-
zasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar ara-
sında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu-
nu nəzərə almaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq
üçün qlobal platformanın təmsil edilməsi və Azərbaycan xalqının
tolerantlıq mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmdə
tanıdılması məqsədilə qərara alıram: 1. Azərbaycan Respubli-
kasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilsin”.
Prezident İlham Əliyev bütün ermənilərin katalikosu
II Qaregini qəbul edərkən.
203
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edi-
lib. Beynəlxalq aləmdə Bakı prosesi
kimi təqdim və qəbul edilən
bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən he-
sab olunur.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri
“Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi”
mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olu-
nan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforma-
sı” adlı sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən
nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar
qəbul olunub. 2016-cı ildə “Dövlət və din: qloballaşan dünyada
tolerantlığın gücləndirilməsi” mövzusunda II Beynəlxalq Bakı Fo-
rumunun keçirilməsi nəzərdə tutulur.
204
Gündüz İsmayılov
HEYDƏR ƏLİYEV FONDU VƏ
“TOLERANTLIĞIN ÜNVANI – AZƏRBAYCAN”
LAYİHƏSİ
10 may 2004-cü ildə – Ümummilli Liderin doğum günündə,
açılış mərasimini keçirmiş Heydər Əliyev
Fondu fəaliyyət
göstərdiyi müddətdə qarşısına qoyduğu başlıca məqsəd kimi Ulu
Öndərin milli dövlətçilik ideyasının həyata keçirilməsi, eləcə də
onun zəngin ideoloji və siyasi irsinin dərindən öyrənilməsi və
təbliği istiqamətində böyük işlər görüb. Eyni zamanda, Fondun
fəaliyyət imkanları və gördüyü işlərin əhatə dairəsi Azərbaycanın
hüdudlarını aşıb.
Heydər Əliyev Fondunun uğurlu fəaliyyətinin təminatçısı
onun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfi ri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevadır. Onun rəhbərliyi ilə
təhsil, səhiyyə,
ekologiya, mədəniyyət, sosial, beynəlxalq əlaqələr,
elm və texnologiya, idman sahələrində, eləcə də sanballı əsərlərin
nəşri istiqamətində böyük layihələr həyata keçirilib.
Məlumdur ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyər-
lərimizin qorunmasına, tarixi-dini abidələrimizin bərpasına və to-
lerantlığın təşviqinə müvəqqəti, kampaniya xarakterli iş kimi yox,
uzunmüddətli din siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Onun
mövqeyi
bu idi ki, tarixi-dini abidələrin bərpası və tolerantlığın
təşviqi həmişə Azərbaycan dövlətinin din siyasətinin tərkib hissəsi
olmalı, əsla müvəqqəti xarakter daşımamalıdır. Heydər Əliyev
Fondunun ilk gündən qeyd olunan məsələni diqqət mərkəzində
saxlaması bu həqiqəti bir daha təsdiqlədi. Məlum oldu ki, Ümum-
milli Liderin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi
kimi bu ənənə Ulu Öndərə layiq şəkildə həm də Heydər Əliyev
Fondu tərəfi ndən davam etdiriləcəkdir.
205
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin
tikintisi və bərpasında Heydər Əliyev
Fondunun məqsədyönlü və
ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Fond fəaliyyətində
milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələ-
rimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir.
Həqiqət naminə deyilməlidir ki, Fond qısa vaxtda Azərbaycan
həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli dözümlülük
ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara
imza atıb. Təsadüfi deyil ki, Azərbaycanın tarixi tolerantlıq ənənə-
lərini nəzərə alaraq, Latın Mədəniyyəti Akademiyası özünün sayca
XII konfransını 2006-cı ilin aprelində Bakıda
Heydər Əliyev Fondu
ilə birgə keçirib. Eyni zamanda, Mehriban xanım Əliyevanın qayğısı
və təşəbbüsü ilə mədəni müxtəlifl iyə, dinlərarası dialoqa həsr edil-
miş mötəbər beynəlxalq konfranslar təşkil olunub, Fondda nüfuzlu
din xadimləri ilə yüksək səviyyədə görüşlər keçirilib. Ən əsası odur
ki, Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin UNESCO və
İSESCO səviyyəsində təbliğ olunmasına, bu mötəbər beynəlxalq
təşkilatların ölkəmizin təbliğatçısına çevrilməsinə nail olub.
Ulu Öndərin apardığı uğurlu din siyasəti nəticəsində qoru-
nub-saxlanılmış tolerantlıq ənənələri,
bərpa edilmiş tarixi-dini,
memarlıq abidələrimiz, xalqımızın zəngin incəsənəti, ədəbiyyatı
bizim dünya mədəniyyətinə ən böyük töhfəmiz, gələcək nəsillər
üçünsə ən dəyərli mirasımızdır. Heç şübhə yoxdur ki, Azərbaycan
xalqı bu mirasın sahibi, Heydər Əliyev onun qorucusu, Heydər
Əliyev Fondu isə himayədarı və təbliğatçısı kimi tarixdə qalacaq-
dır. Bu mənada Fondun həyata keçirdiyi “Tolerantlığın ünvanı –
Azərbaycan” layihəsi çərçivəsində görülmüş işlər barədə ətrafl ı
məlumat vermək yerinə düşərdi.
2005-ci ildə Heydər Əliyev Fondu adıçəkilən
layihə çərçi-
və sində Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid
Pir Həsən
ziyarətgahında əsaslı təmir və bərpa işləri aparıb. Ziyarətgahdakı
məqbərə yenidən inşa edilib, ibadətgah kompleksi milli, dini
ornamentlərlə bəzədilib, memarlıq abidəsi olan və dövlət tərəfi ndən