Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə51/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

181
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Dini abidələrin bərpası  və yeni ibadət evlərinin inşası: 
Sovetlər zamanı müxtəlif səbəblərdən ciddi zərər dəymiş tarixi-
dini abidələrin bərpası, ehtiyac olan yerlərdə yeni ibadət evlərinin 
inşasına kömək göstərilməsi və  şərait yaradılması Azərbaycan 
höku mətinin din siyasətinin və tolerantığın təşviqinə yönəlik 
fəaliyyətinin əsas elementlərin dən biridir. Bu, yeni istiqamət deyil, 
Ulu Öndər Heydər Əli ye vin  əsasını qoyduğu ənənənin hazırda daha 
geniş miqyasda uğur la davam etdiril məsidir. Ötən əsrin doxsanıncı 
illərində iqtisadi prob lem lərə görə Azər bay can  hökuməti tarixi-di-
ni abidələrin bərpasına kifayət qədər vəsait ayıra bilmirdi, ona görə 
də proses zəif gedirdi. Ancaq dövlətin iqtisadi imkanları artdığı 
üçün indi bu sahəyə lazımi qədər vəsait ayrılır. Bunun bariz sübu-
tu Prezident İlham Əliyevin sərəncamları və tapşırığı ilə yenidən 
qurulmuş və ya bərpa edilmiş tarixi-dini abidələrimizdir. Təkcə bir 
faktı qeyd edək ki, son on il ərzində ölkədə yüzlərlə  məscid inşa 
olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri 
aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10-dan çox məscid 
tikilib və ya əsaslı bərpa edilib. 
Qəbələ şəhəri, Yeni Məscid.


182
Gündüz İsmayılov
Təbii ki, onların hamısı ilə bağlı  məlumat vermək müm-
kün olmasa da, bəziləri barədə danışmaq yaxşı olardı. Məsələn, 
Ümummilli Lider Heydər  Əliyev tərəfi ndən hələ 1997-ci il iyu-
lun 23-də  Bibiheybət ziyarətgahında yeni məscid kompleksi-
nin təməli qoyulub, 1998-ci ildə  məscidin açılış  mərasimi keçi-
rilib. Növbəti mərhələdə Prezident İlham  Əliyevin təşəbbüsü ilə 
Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və 
yenidənqurulması işi davam etdirilib. 2008-ci il iyul ayının 12-də 
əsaslı yenidənqurma və təmir işlərindən sonra məscid kompleksi-
nin açılış mərasimi olub.
Azərbaycanın memarlıq incilərindən olan Təzəpir məscidi 
də dövlət vəsaiti hesabına bərpa edilib. Belə ki, Prezident İlham 
Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf 
ərazilərin yenidən qurulması layihəsi hazırlanıb və dövlət başçısı-
nın nəzarəti altında icra olunub. 6 iyul 2009-cu ildə yenidənqurma 
və tikinti işlərindən sonra Prezident İlham  Əliyevin iştirakı ilə 
məscidin təntənəli açılış mərasimi keçirilib. 
Bakının mərkəzində məhşur memar Zivər bəy Əhmədbəyovun 
layihəsi əsasında tikilmiş Hacı Əjdərbəy məscidi də Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyevin sərəncamı ilə  bərpa 
edilib və 22 dekabr 2011-ci ildə açılış mərasimi olub.
Tarixi-dini abidələrin bərpası barədə  məlumat verilərkən 
Şamaxı Cümə  məscidinin yenidən qurulması xüsusi qeyd 
edilməlidir. Belə ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqa-
zın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidi 743-cü 
ildə inşa olunub. 1859-cu və 1902-ci illərdə baş vermiş zəlzələlər 
nəticəsində məscidə ciddi ziyan dəyib, XX əsrin əvvəllərində me-
mar Zivər bəy Əhmədbəyov və polşalı mühəndis İosif Ploşkonun 
layihəsi əsasında yenidən bərpa edilib. Lakin 1918-ci ilin martında 
ermənilərin Şamaxıda törətdikləri soyqırımı zamanı Cümə məscidi 
ora toplaşan insanlarla birlikdə yandırılıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 24 
dekabr 2009-cu ildə imzaladığı müvafi q sərəncama əsasən, Cümə 


183
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Prezi-
dentin ehtiyat fondundan 4 milyon manat vəsait ayrılıb. Əslində, 
bu məscidin bərpası Azərbaycan xalqı üçün təkcə ibadət evinin 
yenidən qurulması deyil, həm tariximizin, həm milli irsimizin, həm 
də milli təfəkkürümüzün qorunması baxımından xüsusi əhəmiyyət 
daşıyırdı. Ona görə də, Prezident İlham Əliyev məsciddə aparılan 
işləri nəzarətdə saxlamış, hətta, bir neçə  dəfə  Şamaxıya gedərək 
bərpa prosesi ilə yerində tanış olmuşdur. Nəhayət, 17 may 2013-cü 
ildə Prezident İlham Əliyevin və Qafqazın bütün din xadimlərinin 
iştirakı ilə Şamaxı Cümə məscidinin möhtəşəm açılış mərasimi ke-
çirilmişdir. 
Şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən son-
ra ölkəmizdə, ümumiyyətlə, Qafqazda inşa edilmiş ən möhtəşəm 
ibadət evi Ulu Öndərin adını daşıyan Heydər məscididir. Prezi-
dent İlham Əliyevin sərəncamı ilə inşa olunan bu məscid 12 min 
kvadratmetr sahədə salınıb. Məscidin fasadı Abşeron memarlıq 
üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fa-
sadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr 
hündürlüyündə 4 minarə inşa olunub. 
Qeyd edək ki, dövlət başçısı məscidin tikintisini daim diqqət 
mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi 
ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən 
işlərlə bağlı müvafi q tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvad-
ratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən 
istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 
metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 
metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. 
2014-cü il dekabrın 26-da Heydər məscidinin açılışı mərasimi 
olub. Mərasimdə Prezident İlham  Əliyev, xanımı Mehriban 
Əliyeva və ailə üzvləri iştirak ediblər. 
Qeyd olunan ibadət evləri ilə yanaşı, ölkə Prezidentinin müva-
fi q tapşırıq və təşəbbüsü ilə İçərişəhər Cümə, Salyan Cümə, Sum-
qayıt Cümə və digər məscidlərdə bərpa işləri aparılaraq dindarla-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə