Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə45/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

157
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi 
ölkəmizdəki tolerantlıq mühitinə, necə deyərlər, heyran qaldı  və 
səmimi etirafl ar etdi: “Burada pravoslavlar heç bir sıxışdırmaya 
məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta, 
bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrdə belə yoxdur”. 
Ulu Öndər Heydər Əliyev və Moskva və Ümumrusiya Patriarxı mıərhum II Aleksi
Açıq deyək ki, bu gün Azərbaycanın və Azərbaycan həqiqət-
lərinin beynəlxalq miqyasda təbliğinə böyük ehtiyac var. Bunun 
üçün ciddi işlər görüb,  külli miqdarda vəsait xərcləməliyik. Ro ma 
Papası, Rusiya və Rum patriarxları kimi dini avtoritetlərin Azər bay-
cana səfər etməsi və buradakı tolerantlıq mühitini, həqiqətləri görüb 
qiymətləndirməsi əslində bir neçə il ərzində görülməsi mümkün olma-
yan işin və təbliğatın bir neçə gün ərzində həyata keçirilməsi deməkdir. 
Çunki belə nüfuzlu dini liderlər həmişə dünya ictimaiyyətinin və me-
dianın diqqət mərkəzində olur, onların mövqeləri nəinki ictimai fi krə 
təsir göstərir, hətta, siyasi proseslərə belə təsirsiz qalmır. Bu mənada 
Heydər Əliyevin nüfuzlu dini liderlərin Azərbaycana dəvət edilməsi, 
onların səfərlərinin yüksək səviyyədə  təşkili məsələsinə bu qədər 
əhəmiyyət verməsinə və bu addımla hansı məqsədləri hədəf seçməsinə 
heyrətlənməmək mümkün deyildir. 
Azərbaycana səfəri zamanı Ulu Öndərimizə müraciətlə “Siz 
bu torpaqlarda yaşayan insanların bərabər hüquqlu olmaları, öz 


158
Gündüz İsmayılov
dinlərinə etiqad etmələri, bərabər işləmələri və bir-birilərinə qarşı 
durmamaları üçün səy göstərmiş və buna nail olmusunuz” - deyən 
Moskva və Ümumrusiya Patriarxı II Aleksi əslində bu sözləri ilə 
həm Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdi, həm də 
Azərbaycanda insan hüquqlarının, o cümlədən vicdan azadlığının 
qorunduğunu və nəticədə ölkədə nümunəvi spesifi k bir tolerantlıq 
mühiti formalaşdığını təsdiqlədi.
Ulu Öndər Heydər Əliyevin 
Roma Papası mərhum II İohann Pavellə görüşü.
Roma Papasının katoliklər, ümumiyyətlə, xristianlar arasında 
necə böyük nüfuza malik olduğuna, yəqin ki, heç kimin şübhəsi 
yoxdur. O da məlumdur ki, ermənilər haqqında “yazıq, müsəlman 
türklərin zorakılığına və soyqırımına məruz qalmış xalq” obra-
zı yaradan erməni lobbisi xristian aləmində müəyyən qədər icti-
mai rəyi və siyasi dairələri çaşdıra bilib. Təsəvvür edin ki, belə 
bir dövrdə Roma Papası Bakıya səfərə  gəlir və “Azərbaycanda 
dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri 


159
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər” - deyir 
və bu fi kirlər dünyanın  ən nüfuzlu telekanallarında, qəzetlərində 
yayımlanır. Bu, Azərbaycanın azərbaycanlılar yox, Roma Papası 
səviyyəsində təbliğ olunması və onun Azərbaycan həqiqətlərinin 
təbliğatçısına çevrilməsi deməkdir. 
Ölkəmizdə  səfərdə olan dini liderlərin hər birini yüksək 
səviyyədə  qəbul etmiş Heydər  Əliyev istər Azərbaycan həqiqət-
lərinin dünya ictimaiyyətinə çatdırılmasında, istərsə  də Qarabağ 
münaqişəsinin həllində onların imkanlarından maksimum istifadə 
edilməsinə çalışırdı. Bu gün baş verən hadisələr və proseslərin ge-
dişi təsdiqləyir ki, Ulu Öndərimiz müəyyən mənada istəyinə nail 
ola bilib. Bu mənada Rum Patriarxı I Varfolomeyin Azərbaycana 
səfəri zamanı buradakı tolerantlığa verdiyi  qiymət də çox ma-
raqlıdır: “Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi 
kimi ibadət edə bilir. Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və 
xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm”. 
Qısa vaxtda Azərbaycanda tolerantlığın yüksək səviyyədə ol-
ması həm də xarici siyasətçilərin və diplomatların etiraf etdikləri 
həqiqətə çevrildi. O dövrdə ATƏT-in İnsan Hüquqları və Demok-
ratik Təsisatlar Bürosunun keçmiş  rəhbəri Jerar Ştudman etiraf 
etmişdi ki, “Azərbaycanda dini dözümlülük heç də yeni konsep-
siya deyildir. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin 
yanaşı yaşamasına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu 
ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik”. 
Tolerantlığın Azərbaycan xalqının spesifi k  keyfi yyəti oldu-
ğu, az qala, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu 
həqiqətdir. Onun möhkəmləndirilməsində, beynəlxalq miqyasda 
təbliğ edilməsində  və dünyada nümunə kimi qəbul olunmasında 
ən böyük xidməti Heydər Əliyevə aid etmək bu böyük şəxsiyyətin 
halal haqqındır.


160
Gündüz İsmayılov
TARİXİ-DİNİ ABİDƏLƏRİN BƏRPASI
Qurub-yaratmaq bir missiya, keçmişi bərpa edib qorumaq isə 
başqa bir missiyadır. Hər iki missiya müqəddəsdir. Çünki ikisinin də 
mahiyyətində qurmaq-yaratmaq məqsədi dayanır, yaratmaq isə Ya-
radana xas xüsusiyyətdir. Heydər Əliyev hər iki missiyanın uğurlu 
və şərəfl i daşıyıcısı kimi keçmişi bərpa edib qorumaqla tarixə sahib 
çıxıb, yenisini qurub-yaratmaqla isə tarixə çevrilib. Bu mənada onu 
keçmişi qoruyan, gələcəyi quran şəxsiyyət kimi xarakterizə etmək 
daha  ədalətli olardı. Amma məsələnin başqa tərəfi   də var: tarixi 
abidələri bərpa etmək keçmişə, tarixi-dini abidələri bərpa edib qo-
rumaq isə  həm keçmişə, həm də xalqın milli-mənəvi dəyərlərinə, 
konkret desək, dininə sahib çıxmaq deməkdir. Bu baxımdan tarixi-
dini abidələri bərpa edərək milli-mənəvi dəyərləri qorumağı həm də 
Allaha xatir görülən müqəddəs iş  hesab etmək olar. 
Ulu Öndər Heydər Əliyev tarixi-dini abidələrimizin bərpasına 
müvəqqəti, kampaniya xarakterli iş kimi yox, uzun müddətli din 
siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə, bu iş dövlətin 
dinə hörmətinin və xalqın milli-mənəvi dəyərlərə qayıdışı-
nın göstəricisidir. Deməli, tarixi-dini abidələrin bərpası  həmişə 
Azərbaycan dövlətinin din siyasətinin tərkib hissəsi olmalı,  əsla 
müvəqqəti xarakter daşımamalıdır. 
Heç kimə sirr deyil ki, Azərbaycan müstəqilliyinin ilk illərində 
Ermənistanla müharibə apardığı üçün dövlət büdcəsi nin  bö-
yük bir hissəsi hərbi xərclərə  sərf olunur, bu da əhalinin yaşa yış 
səviyyəsində özünü büruzə verirdi. Sosial-iqtisadi prob lemlərin 
daha da dərinləşməsi, hakimiyyət böhranının katostrofi k həddə çat-
ması ölkədəki vəziyyəti yetərincə ağırlaşdırmışdı. Belə bir şəraitdə 
dövlət tərəfi ndən tarixi-dini abidələrin bərpası, müqəddəs yerlərin, 
ziyarətgahların təmiri qeyri-mümkün idi. Azərbaycan dövləti bu 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə