Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə43/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

151
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bütün dövrlərdə əsl din xadimləri xalqın içərisindən çıxmış, 
vətən, millət, Tanrı yolunda mübarizə aparmışlar. Bu həqiqəti 
qəbul etmək üçün Azərbaycan tarixinə ötəri nəzər salmağımız 
kifayətdir. Heydər  Əliyev həmişə  əsl din xadimlərinə böyük eh-
tiram göstərmiş, onların Azərbaycan xalqı və dövləti qarşısındakı 
xidmətlərini layiqincə qiymətləndirmişdir. O, din xadimlərinin im-
kanlarından təkcə öz sahələrində deyil, digər problemlərin həllində 
də istifadə olunmasını vacib sayır, bu sahədə onları daha fəal olma-
ğa çağırırdı. Çünki Ulu Öndər çox gözəl başa düşürdü ki, İslamda 
insanın mənəvi aləminə nüfuzetmə xüsusiyyəti, güclü səfərbəredici 
potensial, hər cür əsarətə, zülmə nifrət, azadlıq və hüriyyətə 
hörmət ruhu vardır. O, İslamın bu üstün xüsusiyyətlərindən istifa-
də edib ölkədə  vətənpərvərlik hissinin gücləndirilməsinə, milli 
ordunun möhkəmləndirilməsinə, Vətənin müdafi əsi naminə həm-
rəyliyin yaranmasına çalışırdı. Bu mənada Ulu Öndərin 1993-cü 
ildə  Məhəmməd Peyğəmbərin mövludu münasibəti ilə  Təzəpir 
məscidində çıxışı xüsusilə diqqətə layiqdir: “Mən tam əminəm ki, 
bizim dinimiz, din xadimlərimiz Azərbaycan Respublikasının bu 
ağır günündə xalqımızın, Vətəni qoruyan bütün adamların daha 
sıx birləşməsində, ordumuzun möhkəmlənməsində, işğal olunmuş 
torpaqların geri qaytarılmasında bundan sonra daha fəal iştirak 
edəcəklər, öz səylərini göstərəcəklər və beləliklə də bir daha İslam 
dininin nə qədər böyük qüdrətə malik olduğunu bütün dünyaya sü-
but edəcəklər”.
Təxminən iki əsrlik müstəmləkə dövründən, xüsusilə sovetlər 
dönəmində ateizmin təbliğindən sonra milli-mənəvi dəyərlərə qa-
yıdış uzun, çətin, hətta, ağrılı bir prosesdir. Sözsüz ki, bu prosesin 
qısa vaxtda başa çatması qeyri-mümkündür. Ancaq əsas odur ki, 
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin 
rəhbərliyi altında və onun müəllifi   olduğu konsepsiyaya uyğun 
şəkildə bu proses həyata keçirildi. Qısa zamanda Azərbaycan 
cəmiyyəti xeyli yol qət etmiş, milli-mənəvi dəyərlərimizə qayıdış 
dönməz xarakter almışdır. 


152
Gündüz İsmayılov
TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN 
QORUNUB-SAXLANILMASI
Ədalət naminə deməliyik ki, ölkəmizdə dövlət-din münasi bət-
lə r inin  tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, kon-
fessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qo-
runub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun 
ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti 
dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə 
də dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.
Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbay-
can bu gün də eyni funksiyanı  uğurla yerinə yetirir. Hazır-
da Azərbaycan  əhalisinin tərkibi həm etnik, həm dini, həm də 
məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif 
dinlərin və dini fəlsəfi  cərəyanların yayıldığı Azərbaycanda bütün 
tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözüm-
lülük  əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir 
ayrıseçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə 
Azərbaycan  ərazisində  məskunlaşmış dini-etnik qruplar burada 
özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-
qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini konfessiya-
ların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə  həmrəy ol-
muş, vahid Vətənimizin azadlığı və fi ravanlığı uğrunda mübarizə 
aparmışlar. Azərbaycanın azadlığı  və  ərazi bütövlüyü uğrunda 
vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara 
mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün 
bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerant-
lığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq 
mühitinin yaranması dini dözümlülüyün İslamın və Azərbaycan 
xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına 


153
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
dəlalət edir. Heydər Əliyev İslam dininin və Azərbaycan xalqının 
bu xarakterik keyfi yyətini çox gözəl ifadə etmişdir: “Hesab edirəm 
ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə 
görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan  əhalisinin 
çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də 
tolerantlıq var”. 
Ulu Öndərimiz dindarlarla, din xadimləri ilə görüşündə, bu 
sahə ilə bağlı  tədbir və beynəlxalq konfranslarda həmişə diqqəti 
dinlərin, xüsusilə  İslamın dözümlülük xüsusiyyətinə, insanları 
birliyə, vəhdətə dəvət çağırışlarına çəkirdi. O, deyirdi ki, “İslam 
dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz 
sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, 
sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik”. 
Heydər  Əliyev Azərbaycanda tolerantlıq mühitinin forma-
laşmasında digər dinlərin və xalqların xidmətlərini də  nəzərdən 
qaçırmır, həmişə bunu yüksək qiymətləndirirdi. O, 1999-cu il 
noyabrın 16-da ölkəmizdə  fəaliyyət göstərən dini konfessiya-
ların başçıları ilə görüşündə bu məqamı xüsusilə qabartmışdır: 
“Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, 
etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının – həm 
azərbaycanlıların, həm rusların, həm ukrayınların, həm yəhudilərin
digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessi-
yaların – Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristi-
an-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir”.
Heydər Əliyevin Azərbaycan xalqı və tarix qarşısında ən bö-
yük xidmətlərindən biri də xalqımızın xarakterik keyfi yyəti olan 
tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradı-
laraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsidir. 
Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusi-
yamızda, geniş  şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qa-
nunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə 
görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini 
müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə