Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə39/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

139
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Hər bir xalqın formalaşmasında müxtəlif etnoslar və etnik 
qruplar iştirak edir. Dünyada elə bir xalq yoxdur ki, yalnız bir 
etnos və ya tayfa birləşməsindən ibarət olsun. Azərbaycan xal-
qının formalaşmasında onlarla etnos və etnik qrup iştirak edib. 
Bu xüsusiyyətinə görə azərbaycanlılarla müqayisə oluna biləcək 
xalqların sayı çox azdır. Çünki Azərbaycan ərazilərində hələ erkən 
dövlətlər formalaşmazdan xeyli öncə çoxsaylı etnoslar yaşayıb, 
üstəlik, zaman keçdikcə onlarla etnik qrup müxtəlif səbəblərdən 
burada məskunlaşıb və xalqımızın formalaşmasında iştirak edib. 
Maraqlıdır ki, çoxsaylı etnosların Azərbaycanda yaşama-
sına və etnik tərkibin bu qədər müxtəlif olmasına baxmayaraq, 
minilliklər boyu heç bir etnik qrup  buradan başqa bir əraziyə 
köçürülməyib. Bu, tolerantlıq keyfi yyətinin Azərbaycan xalqının 
etnik tərkibindən irəli gəldiyini, eyni zamanda, minillər öncə bu 
ərazilərdə mövcud olmuş sivilizasiyanın bünövrəsində dözümlü-
lük mədəniyyətinin dayandığını göstərir. Deməli, Azərbaycan ilk 
insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük 
mədəniyyətinin formalaşdığı  ərazi və tolerantlığın beşiyidir. Bu 
fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə forma-
laşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qa-
zanmış və bu coğrafi yada yaşayan insanların başlıca keyfi yyətinə 
çevrilmişdir. 
Mədəniyyətlər adətən milli zəmində yaranır, formalaşdıqla-
rı bölgənin və xalqın sərhədlərini aşdıqda ümumbəşəri dəyərlər 
sisteminə daxil olurlar. Azərbaycan xalqının min illər ərzində for-
malaşdırdığı mədəniyyətə də bu prizmadan yanaşılmalıdır. Çünki 
yalnız belə olduğu təqdirdə o, əsl qiymətini ala bilər. 


140
Gündüz İsmayılov
UĞURUN BAŞLANĞICI
Cəmiyyətin dinsiz yaşaya bilməyəcəyini tarix çoxdan sübut 
edib. Hələ  qədim dövrlərdən yunan fi losofl arı allahların möv-
cudluğunu zəruri və labüd sayırdılar. Məşhur fransız mütəfəkkiri 
Volter həqiqətdən meydana gələn bu zərurəti çox gözəl ifadə edir. 
Onun  fi krincə,  əgər Allah olmasaydı, insanlar onu uydurmaq 
məcburiyyətində qalardılar. Ancaq bu da reallıqdır ki, müxtəlif ta-
rixi dövrlərdə dinə  həqiqətdən meydana çıxan zərurət kimi yox, 
zərurətdən hasil olan uydurma kimi baxanlar da olub. Bu cür 
düşünən fi losofl arın fi kirlərinin, həmin fi kirlərə əsaslanan ideolo-
giyaların populyarlaşdığı, hətta hakim ideologiya kimi təbliğ edil-
diyi zamanlar olsa da, onlar heç vaxt özünü doğrultmayıb. Yetmiş 
bir il ateizmin, allahsızlığın təbliğ olunduğu Sovetlər Birliyi buna 
örnək sayıla biləcək yaxın keçmişimizdir. Altı qitənin altısında da 
söz sahibi olan bu nəhəng dövlət ateizmə əsaslanan kommunizm 
ideologiyasını bütün dünyada yayırdı, ancaq özü də fərqinə varma-
dan ideologiyasının qurbanına çevrildi. 
Şübhəsiz, böyük bir imperiyanın süqutunda din amili yeganə 
şərt sayıla bilməz, amma bu ideologiyanın ifl asa  uğramasının 
səbəbləri arasında Sovetlərin milli və din siyasətini düzgün qurma-
ması əsas amillərdən biri, bəlkə də birincisidir. Çünki Allahı, dini 
inancları inkar etmək min illər boyu fomalaşan ehkamlara qarşı 
çıxmaq, bəşərlə yaşıd olan dini dəyərlərdən imtina etmək, başqa 
sözlə, insanların fi trətini dəyişdirməyə çalışmaq deməkdir. 
O da nəzərə alınmalıdır ki, Sovetlər Birliyinin dağılma-
sı  nəticəsində yeni bir dövrün başlaması, başqa sözlə, ateizmə 
əsaslanan cəmiyyətdən milli-dini dəyərlərə hörmətlə yanaşılan to-
lerant cəmiyyətə keçid heç də asan olmadı. Dövrün ziddiyyətləri 
insanları fakt qarşısında qoydu. Bir vaxtlar hakim ideologiyaya 


141
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
xidmət edən, bilərəkdən və ya bilməyərəkdən onun təbliğatçısına 
çevrilən insanlar yolayrıcında qaldı: ya keçmişin üstündən xətt 
çəkib dövrlə ayaqlaşmalı, ya da keçmişlə yaşamalı oldular. Belələri 
zamanın ziddiyyətlərinə ram olmuş və onun “qurbanına” çevrilmiş 
adi insanlardır. Lakin elə insanlar da var ki, bütün dövrlərdə eyni 
mövqedən çıxış edir, eyni amal uğrunda çalışır, zamanın diqtəsini 
nəzərə alsalar da, həqiqətə və xalqa xidmət edirlər. Bu cür şəxslər 
dahilərdir. Çünki onlar zamanın fövqündə dayanır, dövr dəyişsə 
də, özləri, məqsəd və məramları dəyişmir: Ulu Öndərimiz Heydər 
Əliyev kimi. 
Bu böyük insanın dinə, tolerantlığa, milli-mənəvi dəyərlərimizə 
münasibəti həmişə dəyişməz olub, bu sahədə apardığı siyasətlə həm 
xalqına, həm bəşəriyyətə, həm də mənsub olduğu dinə xidmət edib. 
Şübhəsiz ki, dinə müharibə elan etmiş bir ölkədə dini dəyərlərdən 
danışmaq, açıq-aydın onun müdafi əsinə qalxmaq qeyri-müm-
kün idi. Hətta bəzi məmurlar özlərini yuxarılara şirin göstərmək 
məqsədilə dinə, din xadimlərinə qarşı çıxır, onların əleyhinə gu-
rultulu çıxışlar edirdilər. Ancaq xalqının milli-mənəvi dəyərlərinə 
hörmətlə yanaşan, açıq olmasa da, dolayısı yollarla din xadimlərini 
müdafi ə edən, onları nahaq ittihamlardan qoruyan milli kadrları-
mız da az olmayıb. Heydər  Əliyev Sovetlər dövründə belə milli 
kadrların ən öndə gələni və xalqına ən çox xidmət göstərəni kimi 
tarixə düşüb. 
Bu böyük insan istər Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik 
Komitəsinə, istərsə də Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə 
dini dəyərlərimizə,  əsl din xadimlərinə mümkün olduğu qədər 
hörmətlə yanaşılıb, onlara qarşı repressiyalara yol verilməyib, to-
lerantlığın, tarixi-dini abidələrimizin qorunmasına və  bərpasına 
böyük diqqət göstərilib. 
Məlum məsələdir ki, o dövrdə dinə və din xadimlərinə nəzarət 
Dövlət Təhlükəsizlik Komitəsi tərəfi ndən həyata keçirilirdi. 
Əslində, bu Komitənin işi təkcə nəzarət etmək yox, həm də dindar-
ları daha çox sıxışdırmaq,  əsl din xadimlərini zərərsizləşdirmək, 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə