Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə36/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

126
Gündüz İsmayılov
Bu gün Azərbaycanın müxtəlif şəhər və rayonlarında, o cümlədən 
Bakı, Sumqayıt və  Gəncə  şəhərlərində, eləcə  də  Cəlilabad, Quba 
və Oğuzda onlarla yəhudi ailəsinə rast gəlmək mümkündür. Ancaq 
yəhudilərin yaşadığı şəhər və rayonlar arasında ən çox diqqəti çəkən 
Quba rayonu, Qırmızı qəsəbədir. Bəlkə də, kimlərsə bunun səbəbini 
həmin qəsəbədə minlərlə yəhudinin yaşamasında görür. Ancaq əsas 
və yeganə  səbəb bu deyil. Yəqin, çox az adam bilir ki, Qırmızı 
qəsəbə İsraildən sonra yəhudilərin kompakt halda yaşadığı ən böyük 
tarixi yaşayış məntəqəsidir. Ona görə də, Qırmızı qəsəbə bütün dün-
yada “Qafqazın Yerusəlimi” kimi tanınır və qəbul edilir. 
Nadir  şah  Əfşarın  Şimali Azərbaycan  ərazilərinə yürüşləri 
(1741-1744)  ərəfəsində  yəhudilər artıq  Şimali Azərbaycanın Hil 
(Qusar), Çıraqqala, Kürdəvan,  Şamaxı  və bir çox digər yaşayış 
məntəqələrində yaşasalar da, yürüşlər zamanı onlar sığınacaq 
məqsədilə dağlıq yerlərə çəkiliblər. Nadir şahın vəfatından (1747), 
yəni bu ərazilərdə hakimiyyət Quba xanı Hüseynəli xana (1747-
1758) keçdikdən sonra, o, yəhudilərə Qudiyalçayın Quba şəhəri 
ilə üzbəüz olan sahilində məskunlaşmağa razılıq verib və orada ge-
niş yəhudi qəsəbəsi salınmağa başlanılıb. Onun oğlu Fətəli xanın 
(1758-1789) dövründə isə  qəsəbə daha da genişləndirilib, Sovet 
hakimiyyəti illərində isə (1926-cı ildən) o, “Qırmızı qəsəbə” ad-
landırılıb. İlk əvvəl onun əhalisini yaxın kəndlərdən olan yəhudilər 
təşkil edərək öz məhəllələrini yaratsalar da, sonralar Dağıstandan 
və Gilandan köçən yəhudilər də onlara qoşularaq – “Gərcəi” və 
“Giləki” adlı məhəllələr  salıblar.
XVIII  əsrdə “Giləki”lərin  Şərqi Qafqaza köçürülməsi  İran 
yəhudilərinin  Şimali Azərbaycana və Dağıstana miqrasiyasının 
üçüncü dalğasını təşkil edib. “Giləki”, yəni “Gilandan köçənlər”  
adını onlara elə Dağ  yəhudiləri özləri veriblər. Bu ad sonralar 
qəsəbədə məhəllənin adı kimi tanınıb.
Hazırda qəsəbədə 4 minə yaxın yəhudi yaşayır. Tarixi qaynaq-
lara görə, əvvəllər bu rəqəm 8 minə yaxın imiş. Lakin Sovetlər Bir-
liyi zamanı əhalinin bir hissəsi Bakıya, Azərbaycan müstəqilliyini 


127
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
bərpa etdikdən sonra isə İsrailə və Rusiya Federasiyasının müxtəlif 
şəhərlərinə köçüb. Nə qədər qəribə də olsa, həqiqətdir ki, müxtəlif 
vaxtlarda Qırmızı qəsəbədən köçmüş yəhudilər vətənlərini nəinki 
unutmur, hətta, başqa ölkələrdə yaşamalarına baxmayaraq, burada 
özlərinə ev tikirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Qırmızı qəsəbədə.
Əslində, bunun iki səbəbi var. Birincisi odur ki, yəhudilər 
Qırmızı  qəsəbədən, ümumiyyətlə, Azərbaycandan zorla köçürül-
məyiblər. Sadəcə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 
yaranmış sosial-iqtisadi problemlərə görə ölkəni tərk etmək 
məcburiyyətində qalıblar. 
Ötən əsri 90-cı illərində təkcə yəhudilər deyil, hətta, azər bay-
canlılar da eyni problemlər, xüsusilə işsizlik ucbatından müxtəlif 
ölkələrə üz tutublar. Bu gün Rusiyada və Avropada minlərlə bu 
cür azərbaycanlı ailəsi var. Sevindirici haldır ki, Azərbaycan in-
kişaf etdikcə, sosial-iqtisadi problemlər həll olunduqca, həmin 
azərbaycanlılar, o cümlədən yəhudilərin bir qismi artıq  geri dön-


128
Gündüz İsmayılov
məyə başlayıb. Son illər Azərbaycana geri qayıtmış xeyli yəhudi 
var. Bunu təkcə biz demirik, yəhudilər özləri də etiraf edirlər. 
İkinci səbəbi də odur ki, Azərbaycanda yaşayan yəhudilər 
azərbaycanlılar kimi öz vətənlərinə, doğulduqları torpağa bağlı-
dırlar. Onlar Azərbaycanı yad hesab etmir, öz vətənləri sayırlar. 
Yəhudilər deyirlər ki, İsrail onların tarixi, Azərbaycan isə ana 
vətənləridir. Bəlkə, elə buna görədir ki, yəhudilər başqa ölkələrdə 
yaşasalar da, vəfat etdikdə Azərbaycana gətirilərək burada torpağa 
tapşırılırlar. Bu, yalnız azərbaycanlılara və Azərbaycanda yaşayan 
yəhudilərə xas xüsusiyyətdir. 
Qırmızı qəsəbədə az sayda azərbaycanlılar da yaşayır. Amma 
onlarla yəhudilər arasında indiyədək dini zəmində heç bir insident 
olmayıb, bir-birilərinə mehriban, eyni vətənin övladları kimi dav-
ranıblar. 
Hazırda qəsəbədə 3 sinaqoq və bir yəhudi dini məktəbi fəaliy-
yət göstərir. Qəsəbədəki İsaak Xanukov küçəsində yerləşən “Altı 
günbəzli” sinaqoq 1888-ci ildə inşa edilib, memarı Gilen ben Xa-
imdir. Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qil-
qat məhəlləsi sakinlərinin Qələduz kəndi  ətrafından Quba xanı 
Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin 
rəmzidir. Məbədin 14 əsas pəncərəsi var. 
Böyük ibadət zalı olan sinaqoq Şərq üslubunda tikilmiş qədim 
memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-
kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və 
Yerusəlimə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs 
kitab həmin divarda yerləşən dolabda saxlanılır. 
Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırla-
nıb. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılıb və 2000-ci ilin 
oktyabr ayında başa çatdırılıb. Hazırda dindarların istifadəsində 
olan məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 
nəfərlik ibadət zalı və mətbəx var.
Qəsəbədəki “Giləki” adlı sinaqoq Cənubi Azərbaycanın Gilan 
vilayətindən gəlmiş mühacirlər tərəfi ndən inşa edilib. Məbədin 


129
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
memarı Gilen ben Xaimdir. Onun adı sinaqoqun kərpic fasadın-
da həkk olunub. Özül daşının üzərindəki yazıdan məlum olur ki, 
məbəd 1896-cı ildə ucaldılıb. Lakin giriş qapısının üzərində başqa 
bir lövhə də var. Burada isə başqa bir tarix, yəni 1857-ci il yazı-
lıb. Ola bilər ki, bu lövhə gilanlı  yəhudi mühacirlərin daha əski 
məbədindən gətirilib və sinaqoqun giriş qapısı üzərinə vurulub.
Dördsütunlu dam üzərində ucalan ensiz, altıguşəli günbəz 
“Giləki” məbədinə xüsusi gözəllik verir. Sinaqoqun binasında İs-
rail qolunun sayına uyğun olaraq 12 pəncərə var. Tarixi qaynaqlar-
dan məlum olur ki, əvvəllər sinaqoqun yanında bulaq olub. 
Ehtimal edilir ki, Qubada XIX əsrin birinci yarısında tikilmiş 
məscid Gilan məbədi üçün prototip seçilib, çünki altıguşəli günbəz 
bir vaxtlar şüşədən idi və dua otağını işıqlandırırdı. Anoloji dam 
örtüyü isə Quba məscidində də mövcuddur.
Dini konfessiyaların bir-birini dəstəkləməsi: həm fərdi, həm 
də ictimai münasibətlərdə tez-tez işlətdiyimiz bir fi kir  var:  sev-
mə yə bilərik, amma hörmət göstərməyə  məcburuq. Bu gün bü-
tün mütərəqqi dünya, beynəlxalq təşkilatlar dilindən, dinindən
irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin bu 
fi kri ortaq prinsip kimi qəbul etməsinə çalışır. Amma etiraf edək 
ki, bu prinsipin hakim olması üçün hələ çox işlər görülməlidir. 
Çünki etnik və dini dözümsüzlük hələ də bir çox münaqişələrin və 
problemlərin əsas səbəbi kimi qalır. Təəssüf ki, hər gün yüzlərlə 
insan fərqli etnik qrupun və fərqli dinin mənsubu olduğuna görə 
ya öldürülür, ya da zorakılığa məruz qalır. Ancaq nə olursa-olsun, 
dünyamızın xilası, bəşəriyyətin əmin-amanlığı naminə bu prinsi-
pin hamı  tərəfi ndən qəbul olunan hakim dəyərə çevrilməsindən 
başqa çıxış yolu yoxdur. Müharibələrə, qanlı toqquşmalara yalnız 
bu yolla son qoymaq mümkündür. 
Eyni zamanda, nəzərə alınmalıdır ki, dünyada dinlərarası di-
aloqun və əməkdaşlığın reallaşması üçün onlarla, yüzlərlə, hətta, 
minlərlə görüş, konfrans keçirilə bilər. Amma tərəfl ər bir-birinə 
hörmətlə yanaşmadıqdan sonra bunların heç bir faydası yoxdur. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə