Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə37/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

130
Gündüz İsmayılov
Bu baxımdan Azərbaycandakı tolerantlığın və dinlərarası dialo-
qun səbəbini həm də bunda axtarmaq lazımdır. Azərbaycanda dini 
konfessiyalar arasında tarixən formalaşmış qarşılıqlı hörmət hissi 
zaman keçdikcə bir-birinə  dəstək münasibətləri ilə  əvəz olunub. 
Bəlkə  də, bir çoxlarına, hətta, beynəlxalq ekspertlərə  də  qəribə 
gələ bilər. Onlar fi kirləşərlər ki, fərqli dinlərin mənsubları bir-birini 
necə dəstəkləyə bilər? Axı onlar ən yaxşı halda rəqibdir?! Lakin 
qəribə olsa da, bu həqiqətdir. Azərbaycandakı dini konfessiyalar 
dar gündə bir-birilərinə qarşı çıxmamış, birləşməyi, həmrəy olma-
ğı bacarmış, hətta, xoş günlərdə belə, bir-birini dəstəkləmişlər. 
Prezident İlham Əliyev dini konfessiyaların rəhbərləri ilə.
Bunun bariz nümunəsi hansısa dini konfessiya ibadət evi inşa 
edən zaman digər konfessiyaların ona dəstək verməsi və yardım 
göstərməsidir. Bununla bağlı tarixdən və günümüzdən onlar-
la nümunə  gətirmək olar. Məsələn, 2003-cü ildə Bakıda Avropa 
(aşkinazi) yəhudiləri üçün sinaqoq inşa edilən zaman ölkədəki 
digər dini konfessiyalar yalnız ənənəvi dəstək verməmiş, həm də 
ibadət evinin tikintisinə maddi kömək göstərmişlər. Həmin dövrdə 
Azərbaycandakı Dağ yəhudiləri dini icması, pravoslav kilsəsi və 


131
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Qafqaz Müsəlmanları İdarəsi bir araya gələrək vəsait toplamış və 
sinaqoqun inşası prosesində yaxından iştirak etmişlər. 
Təbii ki, bu hadisə  təkcə Avropa yəhudilərinin sinaqoqu in-
şa edilən zaman baş verməmişdir. Sonrakı dövrdə, Bakıda ka-
tolik kilsəsi tikilən zaman dini konfessiyalar eyni münasibəti 
təkrarlamışlar. Qafqaz Müsəlmanları  İdarəsi, Dağ  və Avropa 
yəhudiləri, eləcə də pravoslav kilsəsi ayrı-ayrılıqda katolik kil sə-
sinin inşasına maddi yardım göstərmişlər. 
Şübhəsiz ki, bu məsələdə dini konfessiyaların nə qədər maddi 
yardım etməsinin elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ ölkədə 
fəaliyyət göstərən dini konfessiyalar arasındakı qarşılıqlı hörməti 
bir az da qabağa aparıb, bunu bir-birinə  dəstək səviyyəsinə qal-
dırmaqdır. Təəssüf ki, XXI əsrdə yaşamağımıza, insan hüquq və 
azadlıqlarının təmin olunması məqsədilə onlarla beynəlxalq qurum 
yaradılmasına baxmayaraq, müasir dövrümüzdə bu cür nümunələr 
çox azdır. Hazırda nəinki fərqli dinlərin mənsubları, hətta, eyni 
dinin müxtəlif məzhəblərinin nümayəndələri az qala bir-birlərinə 
düşmən gözü ilə baxırlar. Halbuki, fərqli düşünsələr də, hər kəs 
eyni məqsədə - Yaradana və insanlığa xidmət göstərdiyini iddia 
edir. Amma əsas olan yalnız necə düşünmək deyil, həm də necə 
yaşamaq və  ətrafındakı  fərqli insanlarla necə davranmaqdır. Bu-
nun üçün, bəlkə  də, qalaq-qalaq kitablar yazmaq, yüzlərlə konf-
rans keçirməkdənsə, bir nümunə ortaya qoymaq daha yaxşıdır. Bu 
baxımdan çağdaş dünyamız üçün gerçək bir örnək – Azərbaycan 
nümunəsi var. 
Kiş məbədi: tariximizin müəyyən dövrü Xristianlıqla bağ  lıdır. 
Yarandığı dövrdən  eti ba  rən Azərbaycanda özünə  tə rəf darlar  tap-
mış Xristianlıq İslam dini bu ərazilərdə yayıldıqdan sonra da bəzi 
bölgələrdə nüfuzunu qoruyub saxlamışdır. 
Bu gün ölkəmizdə Xristian dininə aid yüzlərlə tarixi abidə 
var. Həmin abidələr təkcə Azərbaycan deyil, bütün xristian dün-
yası üçün böyük tarixi əhəmiyyətə malikdir. Onlardan biri, daha 
doğrusu, birincisi Şəki rayonunun Kiş kəndindəki Kiş, başqa adı 


132
Gündüz İsmayılov
ilə Yelisey məbədidir. Eramızın birinci əsrində Müqəddəs Yelisey 
tərəfi ndən inşa olunduğu güman edilən Kiş  məbədi yüz illiklər 
ərzində Alban kilsəsi kimi fəaliyyət göstərib.
Şəki, Kiş məbədi.
Əslində, Kiş  məbə-di  əsrlər boyu Alban kilsəsinin dini maarif 
mərkəzi olub. Alban apostol kilsəsi Qafqazda, eləcə  də bütün xris-
tian dünyasında ən qədim kilsələrdən sayılır. Albaniyada Xristianlı-
ğın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. 
Görkəmli alban tarixçisi Musa Kalankatuklunun verdiyi məlumatdan 
aydın olur ki, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apos-
tollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır. 
Qədim mənbələrdə də ilk kilsənin Kiş kəndində (Gis) tikil məsi 
haqqında məlumatlar var. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd 
iki min ildən artıqdır ki, “din, etiqad, pərəstiş” mənasına gələn 
“Kiş” adlanır.


133
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Rəvayətə görə, İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov 
Xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Azərbaycana - 
Albaniyaya göndərib. Çola vilayətində missionerlik etdikdən sonra 
ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada 
kilsə tikdirib. Bu, yalnız Azərbaycan Albaniyası ərazisində deyil, 
ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsidir.
Kiş  məbədinin memarlıq xüsusiyyətləri Azərbaycan Albani-
yası memarlığının ilkin xristian mərhələsinə aiddir. Məbədin  ən 
aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun il-
kin tikinti tarixini təyin etməyə imkan yaradıb. Abidə dövrümüzə 
yeniləşmiş görkəmdə gəlib çatıb. Məbədin divarları həm içəridən, 
həm də çöl hissədən qismən suvaqlanıb. Qapı  və  pəncərələrə 
əsasən yenidənqurma işlərinin tikilinin yuxarı hissəsində aparıldı-
ğını söyləmək olar. Kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı 
detallarını saxlayır. 
Kiş  məbədi qədim bünövrə üzərində tikilib. III-V əsrlərdə 
onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilsə də, VI-VII 
əsrlərdə həmin kilsə memarlıq formasını dəyişib.
2000-ci ilin fevral ayında Kiş layihəsi üzrə  işə başlanılıb. 
Layihə abidənin memarlıq, arxeoloji tədqiqi, bərpa və uyğunlaş-
dırılmasını, eləcə də gələcəkdə muzey kimi fəaliyyət göstərməsini 
nəzərdə tutub. 
Layihə dörd mərhələdə  həyata keçirilib. Birinci mərhələ 
(2000-ci il iyun-2001-ci il) abidənin memarlıq - arxeoloji cəhətdən 
öyrənilməsinə  həsr olunub. Məbədin içərisində  və  həyətində bir 
sıra maraqlı tapıntılar, o cümlədən, abidənin  əsrlər boyu mədəni 
mərkəz olduğunu göstərən çoxlu qəbirlər, keramika qalıqları, qızıl 
və tunc bəzək əşyaları üzə çıxarılıb. Məbədin qərb hissəsinin alt 
tərəfi ndən tapılmış qəbir sərdabəni ən maraqlı qazıntı hesab etmək 
olar. Qazıntılar və abidənin bünövrələrinin arxeoloji tədqiqi  mü-
asir kilsənin divarlarının tikilmə tarixini (V əsr) müəyyən etməyə 
imkan verib, həmçinin, onların daha qədim, altında bizim era-
nın birinci əsrinə aid olan məbədin divar və bünövrələrinin qalıqla-


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə