“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   26   27   28   29   30   31   32   33   34

 
128
rəməl-6 qəlibində yazılmış  mətninin ritmindən kəskin 
fərqlənir və himn oxunduqda əruz qaydaları tamamı ilə 
pozulur.  
Ritmik mahnılarda sözlər ritmik cəhətdən musiqiyə 
tabe olduğundan mətnin ritmik quruluşu ilə musiqinin 
ritmik quruluşu fərqləndikdə mahnı oxunarkən musiqinin 
tələbi ilə məcburi olaraq sözlərdəki qısa hecalar uzun və 
ya uzun hecalar qısa tələffüz olunur. Mahnıda bu hallar 
nə  qədər çox baş verirsə, mahnının gözəlliyinə o qədər 
çox xələl gəlir. Ona görə də bu hallara mahnılarda müm-
kün qədər az yer vermək lazımdır. Sözə musiqi bəstələn-
dikdə ritmik uyğunluğun məsuliyyəti bəstəkarın üzərinə, 
musiqiyə söz yazıldıqda isə şairin üzərinə düşür. Təəssüf 
ki, müasir Azərbaycan mahnılarında mətnlə musiqinin 
ritmik uyğunluğu çox pozulur. Bəlkə də bunun səbəbi mə-
sələnin nəzəriyyəsinin lazımınca öyrənilməməsidir. Bu-
nun üçün ilk növbədə sözlərdə uzun və qısa hecaları biri-
birindən fərqləndirə bilmək lazımdır. Qısa hecalara saiti 
uzanmayan açıq hecalar, uzun hecalara isə qapalı 
hecalar və saiti uzanan açıq hecalar aiddir. 
Mətn və musiqinin ritmik uyğunluq məsələsində  
müasir Türkiyə estradasının bir çox nümunələri demək 
olar ki, idealdır.  
Misal:  
 
Ya-na ya-na gel-dim ben sa-na 
Dada-dada-dahdah dah-dadah 
Bi-re i-ki ver-dim al-sa-na 
Dada-dada-dahdah dah-dadah 
Ge-çip gi-der-ken bak bu ha-yat 
Dadahda-dahdah dahda-dadah 
He-ye-can la-zım in-sa-na 
Dadadah-dahdah dah-dadah 
 
 


 
129
Yü-rek-te kıv-rak ten-de kıv-rak 
Dadahda-dahdah dahda-dahdah 
Se-ver de bil-mez dur du-rak 
Dadahda-dahdah dah-dadah 
A-te-şi çı-kın-ca bağ-la-nın-ca 
Dada-dada-dahdah dahda-dahdah 
Aş-ka kıs-kıv-rak 
Dahda-dahdahdah 
 
Ha-di bü-tü-n aşk-lar a-la-tur-ka 
Dada-dada-dahdah dada-dahdah 
İ-na-dı-na i-na-dı-na dar-bu-ka 
Dada-dada dada-dadah dah-dadah 
Ha-di ha-di gel-de ya-ka-lan-ma  
Dada-dada-dahdah dada-dahdah 
Aş-ka kıs-kıv-rak 
Dahda-dahdahdah 
 
Bi-le bi-le gel-dim ben sa-na 
Dada-dada-dahdah dah-dadah 
Yü-re-ği-mi ver-dim al-sa-na 
Dada-dada-dahdah dah-dadah 
Du-rup du-rur-ken bak bu ha-yat 
Dadahda-dahdah dahda-dadah 
Ha-re-ket la-zım in-sana 
Dadadah-dahdah dah-dadah 
                                    Sibel Can  
 
Mahnının müsiqisinin metro-ritmik quruluşu ilə 
mətnin metro-ritmik quruluşu  biri-birinə 100% dəqiqliklə 
uyğundur. Bu uyğunluq bir hecada belə pozulmamışdır. 
Yəni heç bir hecadakı sait musiqi ritminin təsirindən süni 
uzanmaya (normal hal kimi söz sonlarında gələn saitlər 
istisna olmaqla) və ya süni qısalmaya məruz qalmamış-
dır! Mahnı  əsasən  Dadahda-dahdah  ritmik vahidinin 
(X.İ.Əhməd sistemində  fA’ilAtün  təfiləsinin) üzərində 


 
130
qurulub. Eyni zamanda mahnınin ritmik quruluşunda 
həmin ritmik vahidin müxtəlif improvizələri – dada-dada-
dahdah   dadadah-dahdah,  həmçinin  dahda-dadah  (ftə-
ilün),  dah-dadah  (fA’ilün), dahda-dahdah  (fA’ilAtün)  kimi 
əruz təfilələrinə uyğun ritmik vahidlərə davamlı rast gəli-
nir. Halbuki, əruz ritmləri yəqin ki, bu mahnını yaradanla-
rın heç ağıllarına da gəlməyib. Özləri bilmədən mahnıda 
əruzdakı ritmlərə uyğun ritmlər yaradıblar. Belə mahnılara 
müasir Türkiyə estradasından çox misal gətirmək olar və 
onların sevilməsinin  əsas səbəblərindən biri də  məhz 
sabit və mükəmməl ritmk sistemə malik olmalarıdır.  
Mahnının mətninin şeir formasına gəldikə bu mətnin 
bölgüsüz, qafiyəli sərbəst  şeir  olduğunu görürük. Belə 
ki, mətnin mahnı üçün mükəmməl ritmik sistemə malik 
olmasına baxmayaraq şeir deyilişi üçün münasib bölgüsü 
yoxdur. Eyni zamanda burada ritmik quruluşları dəqiqliklə 
eyni olan misralar vardır ki, bu da mahnıda mükəmməl 
ritmik sistemin yaranmasına şərait yaratmışdır.  
İstərdik ki, Azərbaycan estradasında da belə mü-
kəmməl ritmik sistemə malik mahnılar yaradılsın və dili-
miz mahnılarda “əyinti”lərə  məruz qalmasın. Təəssüf ki, 
bəzi istisnalarla deyə bilərik ki, bu məsələdə müasir 
Azərbaycan estradası geri qalır. İstisna hallardan biri kimi 
kimi R.Rəhimlinin “Başım ağrıyor” mahnısının bu tələb-
lərə tam uyğun olduğunu qeyd edə bilərik. Bu mahnı isə 
göründüyü kimi məhz Türkiyə estradasının təsiri ilə yazıl-
mışdır və hətta mətni də Türkiyə türkcəsindədir. 
Mətnlə musiqinin tonik uyğunluq məsələsinə 
gəldikdə, tonik uyğunluq özünü mətnin sözlərinin vurğulu 
hecalarına musiqinin nisbətən yüksək tonlarının (“ton 
sıçrayışları”nın) uyğun gəlməsində göstərir. Bu zaman 
musiqi sanki, sözləri “danışır”, sözlərin ifadə etdiyi emo-
siyaları daha yaxşı ifadə etmiş olur. Ritmik uyğunluğa 
nisbətən tonik uyğunluğun 100%-li təmin olunması çox 
çətindir.  


 
131
Xalq musiqimizdə geniş yayılmış ritmik 
vahidlər və qəliblər haqqında 
 
Müəyyən ritmik parçalar vardır ki, onlara xalq musi-
qimizin nümunələrində çox tez-tez rast gəlirik. Lakin 
nədənsə bu ritmik parçaların geniş siyahısının toplan-
ması və tədqiqi sahəsində indiyə qədər demək olar ki, iş 
aparılmayıb. Halbuki, ritm xalq musiqimizin, həm də dili-
mizin çox mühüm ünsürlərindən, özəlliklərindən biridir. 
Daha dərinə getsək milli ritmlər həm də  hər bir xalqın 
ruhunu, mentalitetini, həyat tərzini, mənəviyyatını özün-
də daşıyır. Eyni zamanda bəstəkar mahnılarında milli 
ritmlərdən istifadə bu mahnıların özümüzə məxsusluğunu 
daha çox təmin etmiş olar.   
Əvvəlki kitabımızda (13) xalq musiqimizdəki müəy-
yən ritmik vahidlərin  əruzdakı ritmik vahidlərlə eyniliyini 
göstərmişdik. Həmçinin yeni əruz qəliblərinin yaradılması 
imkanlarına baxarkən xalq musiqimizdəki ritmik parça-
lara əsaslanaraq bir neçə ritmik qəlib nümunəsi müəyyən 
etmişdik. İndi isə əvvəlkilər də daxil olmaqla xalq musiqi-
mizdə çox rast gəlinən ritmik vahidlərin ayrıca siyahısını 
tərtib etməyə çalışmışıq. Bu vahidlər həm yeni əruz 
qəliblərinin yaradılmasında, həm bəstəkarlıqda, həm də 
xalq musiqimizin ritmik əsaslarının tədqiqində istifadə 
oluna bilər. 
Ritmik vahidləri əvvəlki kimi iki ünsür (“dah” – uzun 
heca, “da” – qısa heca) vasitəsi ilə ifadə etmişik. Bu ritmik 
ünsürləri notlarla da asanlıqla ifadə etmək olar. Belə ki, 
uzun hecanı  şərti olaraq çərək not işarəsi ( ) ilə, qısa 
hecanı isə səkkizlik not işarəsi (♪) ilə ifadə etmək olar.  
Azərbaycan xalq musiqisində ilkin olaraq müəyyən 
etdiyimiz daha çox rast gəlinən ritmik vahidlər aşağıdakı-
lardır: 
1. Dahdada-dadah.  Bu ritmik vahid  xalq dilində “üç 
badam, bir qoz” adlanırGörünür çox qədim olduğundan 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə