Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə36/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

__________________Milli Kitabxana___________________ 

145 


 

Z e y d--Əmir sağ olsun, Leyladan başqa özgə istəyim yoxdur, Sizin vədiniz 

mənə cürət verib istəyirəm. 

Ə m i r--Bir övladım var, o da Leyladır.... Zeyd, Leylanı əlimdən alma! 

Z e y d--Əmir sağ olsun, cürətim böyükdür, buyur boynumu vursunlar; amma sən 

söz verdin, mən də cürət etdim.Ə m i r (vəzirə)--Sənin sözün doğru imiş.... (Zeydə). 

Hansı şəhərimi istəsən sənə verərəm, amma Leylanı alma! 

 

(M u s i q i)  



 

Z e y d-- 

 

Sən söz verdin,  



Mən eşitdim. 

Düşmən ilə 

 

Cəngə getdim. (2 dəfə) 



Qoşun çəkdim,      

Mən cəng etdim;       

Düşmən halın         

Mən təng etdim!  (2 dəfə)  

 

Nə tövr komanda etdiyini əli ilə işarə edir.  



 

Hay ... hay ... hay.... Leylanı mən 

 

(M u s i q i) 



 

Sevdim, ey Əmir!   

Leylanı mən.  

Sevdim ey Əmir! (2 dəfə). 

Bəs nə edim,  

Nədir tədbir?  

Qoşun çəkdim,       

Mən cəng etdim.         

Düşmən halın        

Mən təng etdim! (2 dəfə)          




__________________Milli Kitabxana___________________ 

146 


 

Hay ... hay....  

Hay ... cəngə gəl! 

 

Ə m i r--Zeyd, bir ləhzə gözlə, mən sənə cavab verərəm! 



 

Z e y d çıxır. 

 

Ə m i r (Vəzirə)--Vəzir, nə etməli? Bu mənhus dava Harun kimi sər-əsgərimi 



əlimdən aldı.... Bu nakəs də qızımı almaq istəyir, təki düşmən bizə qalib gələydi, bu 

iş olmayaydı. 

V ə z i r--Əmir sağ olsun, əlbəttə, sən istəsən bu saat əmr edərsən, Zeydin boynu 

vurulsun. Lakin sən söz verdin.... Əmir sözü ... nə etmək!  

 

Ə m i r-- 



 

Bu qulu bir əmr ilə rədd eyləmək məqdur ikən,  

Gör əlində mən onun acizü naçar olmuşam;  

Çünki mən söz vermişəm, sözdən dönüm, ya dönməyim.  

Bunca müşkül məsələ həllinə vadar olmuşam! 

 

H a m ı-- 



 

Çox çətin məsələ!  

Həlli onun müşkül,  

Həlli onun müşküldür.  

Zeydi rədd eyləmək  

Hər bir şeydən yüngül,  

Hər bir şeydən yüngüldür.  

Amma ki, söz verdin,  

Əmrini bildirdin,  

Əmrini bildirdin! 

Çünki sən söz verdin! 

 

Ə m i r (söz ilə)--Vəzir, nə etməli? Bir çarə tap! 



V ə z i r--Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün 

ərzində bir əlac tapaq. 

Ə m i r (şad olur)--Doğru deyirsən, vəzir. Cağırın Zeydi?!... Bəlkə bu qırx gündə 

bir əlac tapılsın. (Zeyd daxil olur). 




__________________Milli Kitabxana___________________ 

147 


 

Ə m i r--Zeyd, mənim sözüm əmir sözüdür, onda xilaf ola bilməz; Leylanı sənə 

verərəm. Lakin sən mənə qırx gün möhlət ver, sonra Leylanı apar. 

Z e y d--Mərhəmət və iltifatın, Əmir, artıq olsun! Baş üstə, mən qırx gün 

gözlərəm. 

Ə m i r--İndi mürəxxassən (Zeyd baş əyib gedir). 

 

(M u s i q i) 



Ə m i r-- 

 

Nökərimdən, nökərimdən möhlət aldım, çünki mən söz vermişəm. 



Verdiyim sözlərdə mən daim vəfadar olmuşam.  

 

H a m ı-- 



 

Çox çətin məsələ,  

Həlli onun müşkül,  

Həlli onun müşküldür.  

Zeydi rədd eyləmək  

Hər bir şeydən yüngül,  

Hər bir şeydən yüngüldür,  

Amma ki, söz verdin,  

Əmrini bildirdin,  

Əmrini bildirdin!  

Çünki sən söz verdin! 

 

Ə m i r  və  h a m ı durub gedirlər. 



 

(M u s i q i)  

 

L e y l a  gözü yaşlı daxil olur. 



 

L e y l a-- 

 

Bu qədər zülmü, fələk, sən ki, rəva gördün mənə,  



Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə?  

Zülm ilə aldın əlimdən yarımı, qıydın ona,  

Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə? 

 



__________________Milli Kitabxana___________________ 

148 


 

Qaldı yolda gözlərim, canım, ənisim gəlmədi, 

Çünki Leyladır adım, səhrada Qeysim gəlmədi;  

Eylədin zayil  ümidim, verdirdin həsrət mənə,  

Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə? 

 

(ağlayır). 



 

PƏRDƏ 


 

BEŞİNCİ PƏRDƏ 

 

 



Əmirin hamankı s a r a y ı n d a  vaqe olur, Səhnəda v ə z i r ilə B ə k i r d i r. 

Pərdə qalxır.    

 

V ə z i r--Qırx gün keçdi.... Bu gün vədə tamamdır. Zeyd gələcəkdir, amma biz 



bir əlac tapa bilmədik ... hiyləgər Zeyd Əmirin sözündən asıldı özünə yol tapdı. 

Harun isə ... ax, Harun, Harun! Kim bilir, davadamı öldürdülər, ya Zeydin namərd əli 

ilə qətl oldun. (Fikrə gedib, sonra Bəkirə tərəf yönəlir). Bəkir! Doğrusunu söylə, 

yoxsa həm bu dünyada və həm o dünyada şədid cəzalara düçar olarsan! Harunu 

davada öldürdülər, yoxsa?... 

B ə k i r (başını aşaqı salır)--Vəzir sağ olsun, davada öldürdülər. 

V ə z i r--Davada! Hansı davada? Bəs Rəhmanı?  

B ə k i r--Onu da öldürdülər! 

V ə z i r--Amma, bil, Bəkir! Nahaq tökülmüş qan yerdə qalmaz! (Tez dönüb 

çıxır). 


B ə k i r (tək)--Vəzirin gözünə düz baxa bilmirəm. Vicdanım özümü incidir, 

deyim, deməyim? Kim bu sirri aça bilər? Harun ölübdür, Rəhman ölübdür.... (Qəti 

surətdə). Yox! Demərəm. (Dönüb bu da tez çıxır). 

 

Bu halda L e y l a  qara geyimli, gözü yaşlı, zəif, pərişanhal, iftan və xizan daxil 



olub oturur, bədə əllərini yuxarı qalxızıb minacat diləyir. 

 

(M u s i q i) 



 

L e y l a-- 

 

Ya ilahi, ya ilahi! 



Bir ölüm ver, canımı qurtar əzabi-hicrdən, 

Bir dəqiqə rahatım yox dərddən, min fikrdən. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə