Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə37/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

__________________Milli Kitabxana___________________ 

149 


 

Heç rəvadırmı ki, Harundan sonra mən sağ qalam,  

Ol şəhidi ticikən, mən həm əsiri-dam olam. 

 

Ağlayır; bədə birdən fikrinə düşür ki, qırx gün keçibdir və Z e y d gələcəkdir. 



 

L e y l a (söz ilə hövlnak)--Ax, qırx gün keçdi.... Bu gün vaxt tamamdır, Zeyd 

gələcəkdir! (Daha hövlnak). Yox, yox! Mən özümü xilas edərəm. 

 

Belindən xəncərini çəkir və oxuyur.  



 

Çünki yox başqa əlacım, var ümidim bir sənə,  

Mərhəmət eylə, a xəncər! Tez əcəl göndər mənə!  

(Yanıq ilə), Gəl, gəl, Zeyd! (Lakin yenə sustalıb,Harunu yad edir). 

Bir bu qədri dərd içində könlümü məsrur edən,  

Bir odur ki, tez ölüm, ta kim, görüm Harunu mən.  

Çatmadıq çün biz murada bu cahani-fanidə,  

Axirətdir aqibət hər yarı yara vəsl edən. 

 

Bu yerdə Ə m i r və h a m ı daxil olub, L e y l a n ı nalan görürlər.  



 

H a m ı-- 

 

Bəsdir, Leyla, bunca möhnət,  



Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

Qismətdir bu, keçdi müddət,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)   

 

T ə k q ı z l a r-- 



 

Ax, necə etmək, ax, necə etmək?  

Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)  

 

H a m ı-- 



 

Allahdandır çün bu işlər,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

Səbr et, səbr et söyləmişlər;  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

 



__________________Milli Kitabxana___________________ 

150 


 

T ə k q ı z l a r-- 

Ax, necə etmək, ax, necə etmək?  

Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)  

 

H a m ı-- 



 

Bəsdir, Leyla, bunca möhnət,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

Qismətdir bu, keçdi müddət,  

Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)  

 

Ə m i r-- 



 

 

Qismətin buymuş, qızım, yox çarəmiz təğyir edək,  



Biz gərək daim bizə qismət olan yolla gedək. 

 

L e y l a-- 



 

Ax, ata, bil sirrimi: Haruna aşiqdir qızın!  

Aşiqi etmiş bu yarın halətin, fikr et özün! 

 

Ə m i r-- 



 

Gər desəydin sən qabaq: Haruna ver, ata, məni,  

Bil, yəqin Haruna, Leyla kim, verərdim mən səni. 

 

L e y l a-- 



 

Oldu Harunum şəhid, söz vermisən həm Zeydə sən,  

Qoy olum qurban, sözün ver, ver ... gedim ol Zeydə mən

 

(Ağlayır). 



 

H a m ı-- 

 

Bəsdir, Leyla, bunca möhnət! 



(Necə ki, qabaqda var, axıra kimi). 

 



__________________Milli Kitabxana___________________ 

151 


 

(M u s i q i)  

 

Ə m i r əyləşir. Hər kəs öz məqamında durur. Bu əsnadə Z e y d daxil olur. 



 

Z e y d-- 

 

Qırx gün keçdi,   



Qırx gün keçdi.  

Leylanı aparmağa gəldim,  

Leyla, Leyla!  

Sevdim, billah, ah!  

Sevdim, sevdim səni, Leyla! 

 

Ə m i r--Zeyd! Əmirin sözü sözdür.... Apar, apar Leylanı. (Zeyd baş əyir). 



L e y l a (rişxənd ilə)--Gəl, gəl, Zeyd! Mən hazıram! (Zeyd Leylaya tərəf hərəkət 

edərkən). Apar Leylanın nəşini! 

 

Xancərini çəkir və qalxızır ki, sinəsinə çaxsın, bu halda qapılar açılır, H a r u n  



daxil olur və tez L e y l a n ı n  qolundan tutur. Bu əhvalat hamını mat və məəttəl 

qoyur; elə ki, bir neçə saniyə heç kəsdə söz deməyə ixtiyar olmur. Leyla heyran

təəccüb, sürur və xof ilə yavaş-yavaş dönərək Haruna baxır və bunun Harun 

olduğunu yəqin edib qışqırır. 

 

L e y l a--Harun! 



 

Ürəyi gedir. İndiyə qədər gözləri bərəlmiş və Haruna təəccüb ilə baxan Z e y d,  

axır özünə gəlib qaçmaq istərkən H a r u n  cəld onun qolundan yapışır və deyir: 

 

H a r u n--Dayan, namərd qatil!  Qaça bilməzsən! 



Ə m i r (təəccüblə)--Harun, sən qəbirdən dirilib gəldinmi? 

 

L e y l a  şadlığından ağlayır. 



 

H a r u n--Əmir sağ olsun! Qəbirdən dirilən kimi olmuşam, lakin allahın 

mərhəməti üstümdə çox imiş! 

Ə m i r--Bəs söylə bu nə əhvalatdır! 




__________________Milli Kitabxana___________________ 

152 


 

H a r u n--Mən düşməni məğlub edib qayıdarkən, bu məlun hiylə ilə qoşunu 

ötürüb, öz gizli qatilləri ilə üzərimə hücum etdi. Adamlarımı və Rəhmanı öldürüb, 

məni də ağır yaralar ilə yıxdılar! 

Ə m i r--Səbəb? 

H a r u n--Səbəbini qızın Leyladan soruş! 

Ə m i r--Harun, Leyla mənə söylədi ki, sənə aşiqdir. Sən də ona aşiqsənmi? 

 

(M u s i q i) 



 

H a r u n-- 

 

Ax, Əmir! Leylanı mən canımdan artıq sevmişəm,  



Sevmişəm, bu yolda həm min cür cəfalar görmüşəm.  

(Leyla ilə bir yerdə). 

Sevmişik bir-birimizi, olmuşuq bir təndə can,  

Olma razı, ey Əmir, kim, ayrılıq, ah, əlaman!... 

 

(M u s i q i)  



 

Ə m i r (dəbdəbə ilə)-- 

 

Olun agah, qızım Leylanı mən verdim bu Haruna,  



Gərək qırx gün-gecə şadlıq edək hər növü hər gunə. 

 

H a m ı-- 



 

Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, 

Həm ədalət, həm səxavəq, həm şücaət səndə çox! (2 dəfə) 

Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! 

Canü başdan keçməyə hazırıq biz, bil, 

Ömr versin allahım, çox yaşasın il, 

Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 

Canü başdan keçməyə hazırıq biz, bil, 

Ömr versin allahım, çox yaşasın il; 

Həm ədalət həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) 

 

Z e y d-- 



 

Öldürün, öldürün, 

 

Qoy yetim mən öz cəzama!  (2 dəfə) 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə