VI fəsil. İcarə müqaviləsi
Torpaq icarəsi müqaviləsinin müddəti, icarə haqqı və digər
şərtlər.
AR Torpaq Məcəlləsinin 51-ci maddəsinin 4-cü bəndinə əsasən,
icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən
edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada
bağlanılan müqavilədə təsbit olunur. Əgər torpaq icarəsi müqaviləsi
torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya
fiziki şəxslə bağlanmışdırsa, o zaman icarə müqaviləsi torpaq
müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur (bax.
"Torpaq icarəsi haqqında" AR Qanunu, mad.10).
Bəzi kateqoriyaya aid dövlət torpaqlarının icarə müddətinin aşağı
və yuxarı həddi qanunvericiliklə müəyyən olunur. Belə ki, AR
Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və
qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək
sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on
ildən on beş ilədək verilə bilər.
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə
icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir (bax. AR "Torpaq icarəsi
haqqında" AR Qanunu, mad. 14). İcarə haqqının müəyyən olunması
xüsusiyyətləri icarəyə verən tərəfin kimliyindən asılıdır. Belə ki,
icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə
haqqının tərkibinə daxil edilir, əksinə icarəyəverən torpaq vergisi
tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə
alınmır.
Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi
və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)
onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və
keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.
Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə
tələb və təklif nəzərə alınmalıdır, (bax. AR MM, mad.710.2 və
"Torpaq icarəsi haqqında" AR Qanunu, mad. 14).
163
Rüfət Göyüşov
Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi
hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca
(müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan
torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti)
güzəştli müəyyən edilə bilər.
AR Mülki Məcəlləsinin 710.3-cü maddəsinə əsasən, icarə
haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi
ilə müəyyənləşdirilir. İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və
ya qarışıq formalarda müəyyən edilə bilər.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət
mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan
Respublikasının dövlət büdcəsinə köçürülür.
Torpaqların
icarəyə
verilməsi
qaydası.
Azərbaycan
Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi
orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya
hərracları vasitəsilə icarəyə verilə bilər. Bələdiyyə torpaqları
üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya
müsabiqələri vasitəsilə əldə edilə bilər (bax. "Torpaq icarəsi
haqqında" AR Qanunu, mad. 10). Lakin AR Torpaq Məcəlləsinin
56-cı maddəsinin 2-ci bəndində bu qayda konkretləşdirilərək
müəyyən olunmuşdur ki, bələdiyyənin ərazisində daimi yaşayan və
eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda
olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi
yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla,
digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə
hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə
əldə edilə bilər.
AR Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndində
göstərilən qaydaya əsasən, bələdiyyə mülkiyyətində olan torpaq
sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin
qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə,
mövcud texniki normalara, habelə yerquruluşu və
164
VI fəsil. İcarə müqaviləsi
şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata
keçirilir.
Dövlət torpaqları hər iki üsulla (həm bilavasitə, həm də torpaq
müsabiqələri və hərracları vasitəsilə) icarəyə verilə bilər. Dövlət
torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə
götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni
istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra
hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə
icarəçi arasında icarə müqaviləsi bağlanılır. Dövlət torpaqlarının
torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Xüsusi şəhərsalma
əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda, yaxud
layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları
vasitəsilə icarəyə verilə bilər (bax. "Torpaq icarəsi haqqında" AR
Qanunu, mad. 10).
Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların
torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini
mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə
icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada
müvafiq icra hakimiyyəti orqanı təşkil edir.
Müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan
torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq
müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları"nm 3-cü
maddəsinin 3-cü abzasına əsasən, özəlləşdirilən dövlət müəssisə və
obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq
sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyətə və icarəyə
verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə,
165
Dostları ilə paylaş: |