Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə46/226
tarix26.10.2018
ölçüsü4,34 Mb.
#75697
1   ...   42   43   44   45   46   47   48   49   ...   226

Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Buxari o günlərdə  öz ustadı Zohəlinin  və Nişapur alimlərinin 

çoxunun  nəzərində  şübhəli,  yolunu  azmış,  xarab  əqidəli  şəxs 

kimi tanınmışdır. Özünə qarşı Nişapur əhalisinin bədbinliyini 

elə bir həddə qazanmışdı ki, hətta orada yaşaya bilmədi və digər 

bir şəhərə köçmək məcburiyyətində qaldı. Bəziləri deyirlər ki: 

Onu  Nişapurdan  sürgün  etdilər,  Müslim  və  Əhməd  ibn 

Müslimədən başqa bütün şagirdləri onun ətrafından dağıldılar. 

Çünki onlar, öz şəxsiyyətlərinin, Buxarinin mənfur əqidəsi ilə 

ləkələnməsindən, başqalarının bədbinlik və nifrətindən amanda 

qalmağını istəyirdilər. 

Bu  tarixi  hadisədən  belə  nəticə  əldə  etmək  olar  ki,  həmin 

vaxtlar  Buxarinin  və  onun  yeganə  şagirdi  olan  Müslim  ibn 

Həccac  Nişapurinin  yazıları  Zohəli  kimi  alimlər  tərəfindən 

qınanmışdır. Bu iki kitab bu günlərdə "Səhiheyn" adı ilə əhli-

sünnə  məzhəbinin  ən  mühüm  sənədləri  kimi  təqdim  edilir.  O 

zaman  bu  iki  kitabın  müəlliflərinin  kafir  adlandırılması  ilə 

yanaşı  nə  dərəcədə  müsəlmanların  bədbinliyini  özlərinə  cəlb 

etmişlər. 

Xətib  Bağdadi  yazır:  “Məhəmməd  ibn  Yəhya  dedi: 

“Bağdaddan  bizim  üçün  yazdılar  ki,  Buxari  Quranın 

kəlmələrinin  məxluq  olması  barədə  şəkk  edir.  Biz  onu  batil 

əqidəsindən çəkindirdik. Lakin, təsiri olmadı. Bundan sonra 

səh:108 

əgər  bir  kəs  onun  məclisində  iştirak  etsə,  bizim  məclislərdə 

iştirak etməyə haqqı yoxdur

)1(


”. 

Müslim də şübhəlidir 

Zohəli  nəinki  Buxarinin  əqidəsini  doğru  saymır,  özünə  də 

hörmət qoymurdu. Bəlkə, onun şagirdi Müslim ibn Həccacı da 




Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



onun  kimi  əqidəsi  xarab  sayırdı.  Buna  görə  də  onu  öz 

məclisindən  qovdu  və  onunla  oturub  durmağı  heç  kəsə  icazə 

vermirdi

)2(


İbn  Xəlləkan  deyir:  “Müslim  bu  əqidəsinə  görə  Hicazın  və 

İraqın da nifrətini qazandı və bu şəhərlərdən də qovuldu

)3(


”. 

Bu  hadisələrdən  məlum  olur  ki,  Buxari  və  Müslim  nəinki 

Nişapur əhalisi tərəfindən, hətta özlərinin xas əqidələrinə görə 

Bağdad  alimləri  tərəfindən  tənqid  olunmuş  və  qınanmışdır. 

Bununla da Nişapur şəhərindən qovulmuşlar. 

Səhiheyn Əbu Zərənin nəzərində 

Əbu Zər`ə hədis, rical və başqa elmlərdə böyük mütəxəssis bir 

alimdir. Fazil Nəvəvi onu belə təqdim edir: 

هَعْرَذوُبَا ناَساَرُخ ِلهَا ْنِم ِهَبَعَبْرا یَلِا ِظْفَحْلا یَهَتْنِا 

_

 



HəDIS  əZBəRLəMəK  Və  BU  FəNDə  MəHARəT 

QAZANMAQ  DöRD  NəFəRə  MəXSUSDUR.  ONLARDAN 

BIRI Də ƏBU ZəR`əDIR

)4(


_ . 

Əbu Zər`ə belə elmi məqamı ilə Müslimü və onun timsalında 

olanları tənqid etmiş, onları zahiri mənaları tutan bir adam kimi 

təqdim etmiş və “Səhihi-Müslim”kitabının bir çox 

səh:109 

 

1



-

 [

1



  .  ]

Bu  əhvalat  barədə  “Tarixi-Bağdadi”-də  geniş  söhbət 

olunmuşdur.  2-ci  cild;  səh.  31-32;  və  3-cü  cild,  səh.  415  və 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



“İrşadus-sari”,  1-ci  cild,  səh.  38  və  “Fəthul-bari”nin 

müqəddiməsi, 1-ci cild, səh. 978-i mütaliə edin . 

2

-

 [



2

“ . ]


Dairatul-maarif” müəllifi Fərid Vəcdi, 5-ci cild; səh. 292 

və ;Təzkirətul-hifaz;, 2-ci cild; səh. 589 ;  

3

-

 [



3

“ . ]


Vafiyətul-Əyan”, 2-ci cild;. səh. 281 ;  

4

-



 [

4

“ . ]



Təhzibul-əsma vəl-luğat”, 1-ci cild, səh. 68 ;  

hədislərinin yanlış olduğunu bildirmişdir. 

Xətib  Bağdadi  Səid  ibn  Ömər  Bərzəidən  nəql  edir  ki,  dedi: 

“Mən Əbu Zər`ə ilə bir yerdə idim. Söhbət “Səhihi-Müslim” və 

ona  oxşar  kitablardan  düşdü.  Əbu  Zər`ə  dedi:  Bunlar  o 

şəxslərdir  ki,  vaxtından  qabaq  istəyirdilər  məqam  və  şöhrətə 

çatsınlar.  Özlərindən  bir  şey  düzəldib  kitab  yazdılar.  Öz 

kitablarını cilvələndirərək məqama yetişdilər

)1(

”. 


Xətib  Bağdadi  yenə  Səiddən  nəql  edərək  belə  deyir:  “Əbu 

Zər`ənin yanında idim. “Səhihi-Müslim” kitabını onun yanına 

gətirdilər.  Əbu  Zər`ə  baxdı.  Növbə  Müslimün  Əsbat  ibn 

Nəsrdən nəql etdiyi hədisə çatdı, belə dedi: - Bu hədis nə qədər 

də səhv və yanlışdır  ! 

Sonra “Qutn” adına çatdıqda dedi: 

“-Bu əvvəlkindən də lap pisdir

)2(


.” 

Əbu  Zər`ənin  söhbətini  Zəhəbi  də  nəql  etmiş  və

 

 هِب  َنوُفِتْشَی



(yəştifunə  bih)  “özlərini  nümayiş  etdilər”  kəlməsinin 

əvəzinə


  

َنوُفِتْسَی

 

هِب


 

(yəstifunə  bih)  gətirmişdir.  Yəni  elə  bir  iş 

gördülər ki, onun vasitəsilə özlərini məşhurlaşdırdılar

)3(





Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Səhiheyn kitabları Nəvəvinin nəzərində 

Fazil  Nəvəvi  Buxari  və  Müslimün  səhihlərinə  özü  şərh 

yazmışdır. Onun rical elmində mütəxəssis olmasına və bu elm 

barədə  saysız  kitablar  yazmasına  baxmayaraq,  bu  iki  kitabın 

hədislərinin bir miqdarının düzgün və səhihliyində şübhə etmiş, 

bəzən açıq şəkildə onun batil olduğunu bildirmişdir. 

Səhihi-Müslimə  yazdığı  öz  şərhinin  müqəddiməsində  belə 

deyir: “Müslim belə iddia edirdi ki: ”Mən bu kitabda təkcə öz 

səh:110 

 

1



-

 [

1



“ . ]

Tarixi-Bağdadi”, 4-cü cild; səh. 273-274 ;

   

2

-



 [

2

 . ]



Həmin mənbə   . 

3

-



 [

3

“ . ]



Mizanul-etidal”, 1-ci cild, səh. 126 ;

   


nəzərimdə  səhih  olan  hədisləri  toplamışam.  Bəlkə  də 

topladığım hədislərin səhihliyində fikir birliyi vardır”. 

Nəvəvi bu cümlələrin nəqlindən sonra belə deyir: “Bu iddianı 

sübut  etmək  çətindir.  Çünki,  elə  bir  şəxslər  tərəfindən  nəql 

olunmuşdur ki, onların düz danışmağı və hədislərinin səhihliyi 

mübahisəlidir. Biz onların bəzilərinin adlarını qeyd etmişik

)1(

”. 


Nəvəvi  “Səhihi-Müslim”  kitabının  şərhində  yazılmış  hədis 

barədə  belə  deyir:  “Əba  Sələmə  “Bədul  vəhy  mövzusunda” 

belə  nəql  edir  ki,  Peyğəmbərə  (s)  nazil  olan  ilk  surə  “ 

Muddəssir “ surəsidir. Lakin, “Bu hədis zəif, bəlkə də batildir. 

Çünki,  Peyğəmbərə  (s)  nazil  olan  ilk  surə  “Ələq”  surəsi 

olmuşdur


)2(

”. 



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə