Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə42/226
tarix26.10.2018
ölçüsü4,34 Mb.
#75697
1   ...   38   39   40   41   42   43   44   45   ...   226

Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



tərəfindən imza olunmuşdur. Lakin, belə kəramətlər və təriflər 

nəinki bu iki kitabın mətni ilə hətta, öz müəlliflərinin nöqteyi-

nəzərindən  düzgün  deyildir.  Bu  mövzu  barədə  geniş  şəkildə 

bəhs edəcəyik. 

Hər  şeydən  öncə  əziz  oxucunun  belə  təriflərdən  bir  neçəsinə 

diqqət yetirməsini istəyir, sonra isə bu iki kitab barədə təhqiqə 

başlayacağıq. 

Katibe Çələbi deyir: -“ Hədis elmi barədə saysız-hesabsız 

səh:93 

 

1



-

 [

1



  .  ]

Nəvəvi  “Ət-Təqrib”kitabında  fəqət  hədislərin  sayını 

təkrar olmamaqla ad aparmışdır . 

kitablar  yazılmışdır.  Lakin,  bizim  alimlərimizin  Qurani-

Kərimdən sonra  ən səhih kitabın  “Səhihi-Buxari” və  “Səhihi-

Müslim” kitablarının olması barədə nəzərləri uzlaşır” 

)1(

 . 


Məhəmməd  ibn  Yusif  Şafei  deyir:  “Birinci  hədis  kitabı 

“Səhihi-Buxari” və ondan sonra isə “Səhihi-Müslim” kitabıdır. 

Bu  iki  kitab  Qurani-Kərimdən  sonra  ən  səhih  sayılan 

kitablardır

)2(

.” 


Zəhəbi  deyir:  -  “Səhihi-Buxari”  kitabı  İslam  aləmində  ən 

böyük, bəlkə Qurandan sonra ən yaxşı kitabdır

)3(



Çələbi  “Səhihi-Müslim”  kitabı  barədə  deyir:  “Səhihi-Müslim 



doğru və düzgünlüyünə görə kitablar arasında ikinci kitabdır. 


Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Qurandan sonra ən səhih sayılan iki kitabdan biridir. Qurandan 

sonra bu iki kitabdan başqa səhih kitab yoxdur

)4(

 .” 


Əbu  Əli  Nişapuri  deyir:  -  “Mavi  səma  altında  “Səhihi- 

Müsllüm” kitabından başqa bir səhih kitab yoxdur

)5(

.” 


Fazil Nəvəvi "Ət-təqrib 

)6(


"kitabında deyir: “Səhihi-Buxari və 

Səhihi-Müslim  kitabları  Qurani-Kərimdən  sonra  ən  səhih 

kitablardır.  Baxmayaraq  ki,  bəziləri  Səhihi-Müslimü  birinci 

sayırlar  lakin,  Səhihi-Buxari  kitabı  Səhihi-Müslim  kitabına 

nisbətən ən səhih və çox faydalıdır.” 

Yenə də Nəvəvi “Səhihi-Müslim” kitabına şərhində belə deyir: 

“Qurani-Kərimdən  sonra  ən  səhih  kitab  “səhiheyn”  (Səhihi-

Buxari və Səhihi-Müslim) kitablarıdır. İslam ümməti də bu iki 

kitabı qəbul etməklə onun düzgün və səhihliyini 

səh:94 


 

1

-



 [

1

“ . ]



Kəşfuz-zunun”, “Elmul-hədis” bölümü ;  

2

-



 [

2

“ . ]



Hədyus-sari”, 2-ci cild ;  

3

-



 [

3

“ . ]



İrşadus-sari”; 1-ci cild, səh. 28 ;  

4

-



 [

4

“ . ]



Kəşfuz–zunun”, “Elmul-hədis” bölümü ;  

5

-



 [

5

“  .  ]



Vəfəyatul-əyan”,  4-cü  cild,  səh.  208  və  “Təzkirətul-

hifaz”, 2-ci cild; səh. 589 ;  

6

-

 [



6

“  .  ]


Əttəqrib”  qədim  kitablardan  biridir  ki,  usul  elmində 

hədis  yazılmışdır.  Süyuti  ona  şərh  yazmış  və  adını  Tədribur-

ravi qoymuşdur. Bu elmdə seçillmiş kitablardan sayılır . 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



təsdiq etmişlər. Bu məsələ barədə bütün alimlərin nəzərləri və 

fikirləri eynidir

)1(

.” 


Qəstəlani  deyir:  “Bütün  İslam  ümmətinin  bu  iki  kitabın 

səhihliyi barədə nəzərləri eynidir və hər ikisinin səhih olduğunu 

qəbul etmişlər. Lakin, onlardan hansı biri digərindən üstündür? 

Bu  barədə  müxtəlif  nəzərlər  var.  Bəziləri  “Səhihi-Buxari”-yə 

və bəziləri isə “Səhihi-Müslim” kitabına üstünlük verirlər

)2(


 .” 

İbn  Həcər  Məkki  deyir:  “Səhihi-Buxari  və  Səhihi-Müslim 

kitabları  din  alimlərinin  nəzərində  Qurandan  sonra  ən  səhih 

kitabdır


)3(

.” 


İmamul-Hərəmeyn  demişdir:  “Əgər  bir  şəxs  and  içsə  ki, 

səhiheynin 

hədislərinin 

hamısı  həqiqətlə  uyğun  və 

Peyğəmbərin (s) söylədikləridir, onun andı düzdür və kəffarəsi 

də  yoxdur.  Çünki,  İslam  ümmətinin  hamısının  nəzəri  bu  iki 

kitabın səhih olması barədə eynidir

)4(


.” 

Hələ bu azmış kimi 

Əhli-sünnə alimlərinin bəziləri bu iki kitabın bütün hədislərinin 

səhihliyi  və  onun haqqında və təriflər söyləməkdə bura qədər 

qeyd  olunanlara  kifayətlənməmiş  və  bu  mövzuda  həddi 

aşmışlar. Bununla da bu  iki kitabın tərifində  ifrata varmış  və 

onun  içindəki  hədislərin  hamısının  səhih  olmasına  və 

Peyğəmbər (s) tərəfindən imzalanmasını söyləmişlər. Bəzən də 

“Səhihi-Buxari” kitabı üçün yuxu görmüş və onu Peyğəmbərin 

(s) öz kitabı kimi tanıtdırmışlar. 

səh:95 

 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



1

-

 [



1

“ . ]


Səhihi-Müslimün” şərhi, 1-ci cild, səh. 15 ;  

2

-



 [

2

“ . ]



İrşadus-sari”, 1-ci cild, səh. 19 ;  

3

-



 [

3

“ . ]



Səvaiqu nuhərrəqə”, səh. 5; “Təthirul-cinan” – Səvaiqin 

haşiyəsində çap olunmuşdur səh. 14 ;  

4

-

 [



4

 . ]


Şərhi Nəvəvinin müqəddiməsi səh. 19 ;  

“Müxtəsəri  Xəlil”  kitabını  şərh  edən  Şeyx  Məhəmməd  ibn 

Əbdur-Rəhmandan  nəql olunmuşdur ki, deyir:  “Mən ustadım 

Şeyx Əbdur Muta Tunesi ilə birlikdə Həzrət Peyğəmbərin (s) 

(s)  mübarək  hərəminin  ziyarətinə  getdik.  Həmişəki  adətinin 

əksinə olaraq bu dəfə ustadım, hərəmin içində bir neçə addım 

yeridikdən sonra bir an dayandı. Bu minvalla mübarək qəbirə 

yaxınlaşdı. Qəbirlə üz-üzə durub bir neçə cümlə söylədi. Mən 

onun  məzmununu  başa  düşmədim.  Mübarək  qəbri  ziyarət 

etdikdən sonra bu məsələni (dayanmaq və söhbət etmək) ondan 

soruşdum. Cavabımda belə dedi:  Mən  mübarək hərəmə daxil 

olub  Həzrət  Peyğəmbəri  (s)  ziyarət  etmək  istəyərkən,  o 

Həzrətin  (s)  özündən  icazə  istədim.  Həzrət  (s)  icazə  verdi  və 

mən də daxil oldum. Həzrətə (s) yaxınlaşdım və ərz etdim: Ya 

Rəsuləllah!  Buxarinin  sizdən  nəql  etdiyi  bütün  hədislər 

səhihdirmi?  Buyurdu:  Bəli  səhihdir!  Ərz  etdim:  -  Onun 

hədislərinin  hamısını  sizdən  nəql  edimmi?  Buyurdu:  Bəli, 

mənim dilimdən nəql et”!! 

Bəzi  kitablarda  bu  əhvalatı  belə  nəql  edirlər  ki:  “Şeyx, 

Peyğəmbəri  (s)  ziyarət  etdikdən  sonra  sual  etdi:  “Səhihi-

Buxari”  və  “Səhihi-Müslim”  kitablarının  hər  ikisi  doğru  və 

düzgündürmü?  Onların  hər  ikisindən  hədis  nəql  etsinmi? 

Peyğəmbər (s) da onun cavabında hər ikisinin səhih olduğunu 

bildirmiş və onlardan hədis nəql etməyi icazə vermişdir

)1(

.” 



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə