Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə38/226
tarix26.10.2018
ölçüsü4,34 Mb.
#75697
1   ...   34   35   36   37   38   39   40   41   ...   226

Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Əbu Davud Səcistani Süleyman ibn Davud (hicri-qəməri tarixi 

ilə 275-ci il) və onun ardınca Termizi Məhəmməd ibn İsa 

səh:73 

 

1



-

 [

1



“ . ]

Kəşəfuz-zunun”un sahibi təkcə məsanid barədə 40-dan 

çox musnədin adlarını qeyd etmişdir. Onlar arasında musnəde 

Əhməd ibn Həmbəl 30000 hədisə malik olmaqla birinci yerdə 

dururdu . 

2

-



 [

2

 . ]



Hədis elminin istilahlarındandır . 

3

-



 [

3

“ . ]



Hədyus-sari”, 1-ci cild, səh. 4 ;  

ibn  Surə  (hicri-qəməri  tarixi  ilə  279-cu  il)  öz  “Came”  adlı 

kitabını “Camei-Termizi” adı ilə təqdim etdi. Termizidən sonra 

Əhməd  ibn Şueyb Nəsai (hicri-qəməri tarixi  ilə  303-cü il) öz 

məruf “Sunəni-Nəsai” adlı kitabını 

)1(


yazdı. 

Bu altı kitab sünni məzhəbinin birinci “Came” kitablarını təşkil 

edir.  Bu  kitablar  onların  etiqadlar,  füruiddin,  təfsir  və  İslam 

tarixi kimi mövzularda etimad etdikləri kitablar sayılır. Bu altı 

kitab  “Sihahi-sittə”  yəni  altı  səhih  kitab  adı  ilə  tanınmış  və 

bəzən Səhihi-Buxari və Səhihi-Müslimdən “Səhiheyn” yəni iki 

səhih kitab, başqa dörd kitablar isə “Sunən” adı ilə tanındı

)2(


Bu  kitablardan  sonra  yüzlərlə  müsnəd,  mustədrək,  mustəxrəc 

və  s.  adlı  kitablar  yazıldı.  Lakin  bunların  heç  biri  sihah 

kitablarının səviyyəsinə çatmamışdır. 

Sihah və Məsanid kıtabları arasında olan fərqlər 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Hədis istilahı dilində, “səhih” o hədisə deyilir ki, onun sənədi 

adil və təqvalı şəxslər vasitəsilə Peyğəmbərə (s) ya da məsum 

imamlardan birinə çatsın

)3(


Bu  altı  kitab  öz  məzmunu  və  bütün  hədisləri,  sənəd  və  ravi, 

həmçinin mətn cəhətindən səhih sayıldığına görə onu “sihah”, 

yəni “səhihlər” adlandırmışlar. Mümkündür ki, bir hədis səhih 

sahiblərinin  birinin  nəzərində  düzgün,  lakin  başqalarının 

nəzərində  isə  düzgün  sayılmasın.  Amma  sihah  müəlliflərinin 

nəzərində  bu  kitablarda  yazılanlar  və  nəql  olunanlar  hamısı 

düzgün və mötəbər şəxslər tərəfindən nəql olunmuşdur. Lakin 

məsanid və başqa kitabların məzmunlari belə deyildir. Onların 

müəllifləri bu hədislərin hamısının səhih və düzgün olmasına 

səh:74 

 

1



-

 [

1



 . ]

Bəzən bu kitab, “Muctəba” da adlandırılmışdır . 

2

-

 [



2

 . ]


Bəzən “Muvəttəi-Malik” kitabını “Sünən” və “Sihah”ın 

sıralarında sayırlar . 

3

-

 [



3

  .  ]


Bu  tərif  barədə  hər  iki  məzhəbin  (şiə  və  sünni) 

kitablarında dərc edilmişdir . 

inanmırlar.  Bu  hədisləri  yazanların  əsas  və  ümdə  hədəfləri 

doğru və  yanlışlığına  baxmayaraq onları toplamaq olmuşdur. 

Hətta  Əhməd  ibn  Həmbəl  öz  müsnəd  adlı  kitabında  4000-ə 

yaxın hədis qeyd etmişdir ki, onların hamısını doğru və düzgün 

sayır. 

Bu kitabı yazmaqda məqsədimiz 




Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Biz hədisin meydana gəlməsi və onun xüsusiyyətlərini xülasə 

şəkildə açıqladıq. Peyğəmbərin (s) vəfatından sonra hədislərin 

Ömər  ibn  Əbdul-Əzizin  xilafətinə  kimi  necə  nəql  olunub 

yazılması barədə möhkəm dəlillərə əsaslanaraq, əziz oxucunun 

nəzərinə  qısa  şəkildə  çatdırdıq.  Bəhs  olunan  mövzularda  iki 

əsas və mühüm nöqtə diqqəti cəlb edir: 

1

 . Allah peyğəmbərinin (s) vəfatından bir əsr keçdikdən sonra 



sünni məzhəbində hədis yazılışının başlanması. 

Hədis qadağası dövründən yüz illik bir müddət keçdiyinə görə, 

əllərdə heç bir yazılı əsər və ya sənəd qalmamışdı. Ona görə də 

bu  dövrdə  hədis  yazmaq  istəyənlər,  müəlliflər  və  yazıçılar 

hədis  əzbərləyənlərin  yaddaşına  və  sinədən–sinəyə  gəlib  o 

zamana kimi çatmış hədislərə əsaslanmışlar. 

2

  . Hədis  söyləməyin  qadağan  olunması  və  Ömər  ibn  Əbdul-



Əzizin  xilafəti  dövrünə  qədər  uzun  müddətin  davam  etməsi, 

saxta və uydurma hədis söyləyənlərin çoxalmasına səbəb oldu. 

Peyğəmbərdən  (s)  nəql  olunmuş  hədislər  arasında  çoxlu 

uydurma hədislər vardı. 

Bu  iki  nöqtəni  nəzərə  alaraq  sünni  məzhəbi  sihahi-sittəyə, 

xüsusən “səhiheyn”-ə (Səhihi-Buxari və Səhihi-Müslimə) çox 

əhəmiyyət  verir  və  bu  kitabları  Qurani-Kərimdən  sonra  yer 

üzündə  ən  düzgün  və  səhih  kitab  hesab  edirlər.  Bəlkə  də  bu 

hədisləri  Qurani-Kərimin  ayələri  kimi  müqəddəs  sayırlar  və 

bəzən  də  bir  hədisə  görə  Quranın  ayəsinin  zahiri  mənasını 

dəyişərək onu hədisə 

səh:75 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



uyğunlaşdırmağa çalışırlar

)1(


Bu  iki  kitab  əhli-sünnə  məzhəbinin  əqidələrini  və  əsaslarını 

təşkil  edir.  Bu  iki  kitabın  hədislərinə  diqqət  edib  belə  qərara 

gəldik  ki,  onun  içindəki  həqiqətləri  hamıya  bildirək  və 

görəcəyimiz bu işlə hədislərin həqiqi mahiyyəti aşkar olunsun. 

Bəlkə  bu  yolla  əsrlərdən  bəri  təəssübkeşlik  və  kor-koranə 

təqlidlərin ucbatından qaranlıq və zülmətdə qalmış həqiqətlərin 

çoxu zahir və aşkar olsun. 

ِقیِفْوَت اَمَو ُتْعَطَتْسا اَم َحَلاْصِلإا َّلاِإ ُدیِرُأ ْنِإ ُهْنَع ْمُکاَهْنَأ اَم یَلِإ ْمُکَفِلاَخُأ ْنَأ ُدیِرُأ اَمَو{

 َّلاِإ ی

 ِهْیَلَع ِهّللاِب

}ُبیِنُأ ِهْیَلِإَو ُتْلَّکَوَت

 

_

 



MəN  SIZə  QADAğAN  ETDIYIM  şEYIN  əKSINə 

GEDəRəK  ONA  öZüM  əMəL  ETMəK  ISTəMIRəM.  MəN 

YALNıZ  BACARDığıM  QəDəR  SIZə  ISLAH  ETMəK 

ISTəYIRəM.  MəNIM  (BU  IşDə)  MüVəFFəQIYYəTIM 

YALNıZ  ALLAHıN  KöMəYILəDIR.  MəN  YALNıZ  ONA 

TəVəKKüL  ETDIM  Və  MəHZ  ONUN  HüZURUNA 

DöNəCəYəM

)2(


_ ! 

Bizim  bu  kitablarda  apardığımız  təhqiqat  neçə  mövzudan 

ibarətdir: 

Buxari və Müslimün tərcümeyi-halı; 

Səhihi-Buxari və Səhihi-Müslim sünni məzhəbinin nəzərində; 

 Elm  və  təhqiq  baxımından  Səhihi-Buxari  və  Səhihi-Müslim 

kitablarına bir baxış; 



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə