Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə35/226
tarix26.10.2018
ölçüsü4,34 Mb.
#75697
1   ...   31   32   33   34   35   36   37   38   ...   226

Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



cinayətlərin  nəticəsində  Əli  (ə)  şiələri  İraqdan  qaçaraq,  ucqar 

yerlərə  pənah  aparır  və  öz  əqidələrini  hamıdan  məxfi 

saxlayırdılar.  Xülasə,  Kufədə  tanınmış  və  iş  bilən  bir  şiə 

qalmadı”. 

Mədaini sonra əlavə edərək deyir: “Əbu Süfyan oğlu Müaviyə 

öz  sərkərdələrinə  əmr  etdi  ki,  Əli  (ə)  övladlarının  və  onun 

şiələrinin  məhkəmədə  verdikləri  şahidliyi  qəbul  etməsinlər. 

Həmçinin əmr etdi ki, öz yerlərində Osmanın və onun ailəsinin 

tərəfdarları  və  Osmanın  fəzilətləri  barədə  uydurma  hədis 

söyləyən  şəxslər  barədə  çox  diqqətli  olsunlar.  Onlara 

məclislərdə  hörmət  etmək  və  əzizləməkdə  səhlənkarlıq 

etməsinlər. O cümlədən, Osmanın barəsində hədis söyləyən hər 

bir  kəsin  şəxsiyyətini  və  tərcümeyi-halını  kamil  surətdə 

yazaraq Müaviyənin sarayına, Şam şəhərinə göndərsinlər. 

Sərkərdələr bu əmrə əsasən, Osmanın fəziləti barədə bir cümlə 

belə  söyləyən  hər  bir  kəsə  xüsusi  sənəd  verərək  ona  maaş  və 

ənamlar müəyyən edirdilər. Bu da, Osmanın fəzilətləri barədə 

çoxlu  mətləblərin  nəql  olunmasına  səbəb  oldu.  Çünki,  belə 

hədisləri  nəql  edənlər  Müaviyənin  məxsus  hədiyyə  və 

mükafatlarına layiq görülürdülər.” 

Mədaini  deyir:  “Müaviyənin  belə  bəxşişləri,  hakimlərin 

uydurma hədis yazmağa həvəsləndirmələri nəticəsində bütün 

səh:65 

İslam  şəhərlərində  saxta  hədis  yazmaq  adi  bir  hala  çevrildi. 



Müaviyənin  şəhərlərə  qoyduğu  hakimlərin  yanında  hər  kəs 

istər yaxşı və ya pis Osmanın barəsində bir fəzilət və ya hədis 

nəql  edərdisə  hədis  sual  cavabsız  qəbul  olunur,  hədis 

söyləyənin  adı  isə  hədiyyələr  dəftərində  qeyd  olunurdu.  O 




Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



cümlədən, Müaviyə  yanında hörmətə minir, belə şəxsin istəyi 

və sözü heç vaxt rədd olunmurdu.” 

İkinci fərman 

Görkəmli  və  tanınmış  alim  Mədaini  öz  sözlərini  belə  davam 

edir: 

“Əbu  Süfyan  oğlu  Müaviyə  Osman  barədə  söylənilən 



rəvayətlərin  düzəlməsindən  bir  müddət  sonra  vilayət 

başçılarına belə yazdı: 

“Osman  barədə  hədislər  kifayət  edər.  Həddindən  artıq 

çoxalaraq  İslam  məmləkətlərinin  bütün  nöqtələrinə  kifayət 

qədər  çatmışdır.  Bu  fərman  əlinizə  çatan  kimi  camaatı 

səhabələrin  və  iki  xəlifənin  (  Əbu  Bəkr  və  Ömər)  fəzilətləri 

barəsində  hədis  uydurmalarına  rəğbətləndirin.  Əbu  Turabın 

(Əlinin  (ə))  barəsində  nəql  olunan  hər  bir  hədisə  oxşar  bir 

hədisi  səhabələr  barədə  də  qoşsunlar.  Bu  əməl  mənim 

gözlərimin işıqlanmasına, bununla da Əbu Turab şiələrinin və 

övladlarının məhv olmasına səbəb olacaqdır. 

Bu  fərman  camaata  oxundu  və  onun  məzmunu  xalq  arasında 

yayıldı.  Dərhal  səhabənin  fəziləti  barədə  uydurma  və 

həqiqətdən  uzaq  olan  çoxlu  xəbər  və  hədislər  söylənilməyə 

başlandı.  Camaat  belə  hədislərin  düzəlməsində  və 

yayılmasında  çox  çalışırdılar.  İş  o  yerə  çatdı  ki,  uydurma 

fəzilətləri  mənbərlərdə,  namaz  arası  xütbələrdə  camaat  üçün 

oxunur  və  müsəlmanlara  əmr  olunurdu  ki,  bu  hədisləri  öz 

uşaqlarına  da  öyrətsinlər.  Quran  ayələri  kimi  onları 

əzbərləməkdə çalışırdılar. Hətta qadınlara, qızlara və 

səh:66 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



xidmətçilərə  də  bu  uydurma  fəzilətləri  öyrədirdilər.  Bu 

minvalla bir müddət belə davam etdi”. 

Üçüncü və dördüncü fərman 

Mədaini yenə də deyir: 

-

“ Bir  müddət  də  keçdi.  Əbu  Süfyan  oğlu  Müaviyənin 



xidmətində  olanların  və  ona  itaət  edənlərin  səhabələr  və  iki 

xəlifə  barədə  uydurduqları  saxta  hədislərini  yazdıqdan  sonra 

Müaviyə bu məzmunda üçüncü və dördüncü fərmanı çıxartdı: 

-

 



“ Diqqətli olun ki, hər bir kəs Əlinin (ə) və onun övladlarının 

dostu  adı  ilə  ittiham  olunsa  və  bu  ittihama  kiçik  bir  sübut 

tapılsa, onun adını hədiyyə dəftərindən silin və payını beytul -

maldan kəsin  

”!  

Bu fərmanin ardınca bu məzmunda yeni bir fərmanı göndərdi: 



 “Hər  bir  kəs  Əli  (ə)  övladlarının  dostu  adı  ilə  ittiham  olunsa 

ona təzyiq göstərin və evini alt-üst edin ki, başqaları üçün ibrət 

dərsi olsun”. 

Mədaini deyir: 

-

“ İraq  əhli,  məxsusən  kufəlilər  bu  hadisədən  və  müsibətdən 



böyük  bir  müsibət  görmədilər.  Çünki,  Əli  (ə)  şiələri  bu 

fərmanın təsiri və hakimlərin əziyyəti nəticəsində çox dəhşətli 

qorxu  şəraitində  yaşayırdılar.  Belə  ki,  bəzən  Əlinin  (ə) 

şiələrindən iki nəfər dost bir-birlərinin evlərinə gedərdilər. Ev 

sahibi  qulamının  və  xidmətçisinin  qorxusundan  onlara  and 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



verib  əhd-peyman  bağlamazdan  əvvəl  qonağına  bir  söz 

açıqlaya bilmirdi. O da başqalarına deməmək şərti ilə olurdu. 

Beləliklə,  Əli  (ə)  və  onun  övladları  barədə  uydurma  hədislər 

tapıldı. Hədis söyləyənlər, qazilər və hakimlər həmin uydurma 

hədislərə qeyd-şərtsiz itaət edirdilər. Riyakar, camaatın ən pisi, 

əqidəsi zəif olan, zahirdə imanlı və ibadət əhli olan, hakimliyə 

səh:67 

yaxınlaşmaq, dünya malına və sərvətinə nail olmaq istəyənlər 



uydurma  hədislər  düzəldirdilər.  Zaman  keçdikcə  bu  yalan  və 

böhtanlarla  dolu  olan  uydurma  xəbərlər  dindar  və  təqvalı 

şəxslərin əlinə keçdi. Lakin, bir qrup insanlar əqidələrinin yaxşı 

olması  və  sadəlikdən  həmin  uydurmaları  qəbul  etmiş  və 

başqalarına da söyləmişlər . Əgər o hədislərin batil və uydurma 

olduğuna diqqət etsəydilər onu söyləməkdən çəkinərdilər

)1(

.” 


Əməvi xəlifələri zamanında hədisin vəziyyəti 

Mədaini  Müaviyənin  dövründə  hədislərin  vəziyyətini  nəql 

etdikdən sonra, iyirmi bir il Əbdul Məlik ibn Mərvanın səltənəti 

və xilafəti dövründə hədislərin aqibətini, şiələrin əzab-əziyyət 

çəkmələrini  Müaviyənin  zamanından  heç  də  az  olmadığını 

geniş  şəkildə  bəyan  etmişdir.  O  cümlədən,  Mərvan  və  onun 

qaniçən  və  şiələrə  zülm  edən,  vilayət  başçısı  təyin  etdiyi 

Həccac  ibn  Yusifin  etdikləri  günahların  və  cinayətlərin  bir 

qismini qeyd edərək belə deyir: 

“Həccacın məclisinə bir kişi daxil oldu və dedi: 




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə