Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə45/226
tarix26.10.2018
ölçüsü4,34 Mb.
#75697
1   ...   41   42   43   44   45   46   47   48   ...   226

Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



sənəd  və  mətn  cəhətindən  yanlış  və  səhv  saymışlar.  O 

cümlədən,  o  kitablarda  olan  bir  çox  hədislərin  elm  və  dinlə 

müxalif olduğunu bildirmişlər. 

səh:105 


Bir  qrup  şəxslər  də  təəssübkeşliyi  kənara  ataraq,  həqiqət 

nöqteyi-nəzərindən  Buxari  və  Müslimün  şəxsiyyəti  barədə 

təhqiqat aparmışlar. 

Beləliklə,  bu kitabın  səhifələrində bu  həqiqət açıqlanacaq, bu 

iki  kitabın  mahiyyəti  və  onların  müəlliflərinin  şəxsiyyəti 

həqiqət axtaranlara aydın olacaqdır. 

Öncə, etimadlı əhli-sünnə alimlərindən bir neçə nəfərin bu iki 

kitab  barədə  apardıqları  araşdırmalardan  sonra  söylədikləri 

nəzərləri nəzərinizə çatdıracağıq. Çünki, bəziləri bizim bir şiə 

yazarı  olaraq  bu  kitabların  tənqid  etdiyimizi  düşünə  bilərlər. 

Məlum  olduğu  kimi,  sünni  məzhəbinin  alimləri  bu  yolda 

bizdən  öncə  təhqiqatlar  aparmiş,  açıq-aydın  bu  kitabların  bir 

çox  hədislərinin  düzgün  olmamasında  bizdən  qabağa 

düşmüşlər. Belə şəxslərin arasında hədis alimləri və “səhiheyn” 

kitablarını  şərh  edən  hörmətli  və  böyük  alimlər  də  müşahidə 

olunur. 


Onların  böyük  elmi  məqamları  və  apardıqları  təhqiqatlar 

nəticəsində  bu iki kitab barədə olan nəzərlər həqiqəti daha da 

işıqlandırmışdır. Belə şəxslərdən Məhəmməd ibn Yəhyanı ,

)1(


rical və hədis elmində ustad olan Əbu Zər`əni, “Səhihi-Buxari” 

və  “Səhihi-Müslim”  kitablarına  şərh  yazmış  Fazil  Nəvəvini, 

İbn  Həcəri,  Qazi  Əbu  Bəkr  Baqilanini,  İmam  Qəzalini,  İbn 

Həmmamı,  Şeyx  Məhəmməd  Əbduh  və  onun  ustadı  Seyyid 

Məhəmməd  Rəşid  Rza  Misrini,  professor  Əhməd  Əmini, 



Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



Müsliməni  və  s..  bunun  kimi  başqa  əhli  -sünnə  alimlərinin 

adlarını çəkmək olar. 

Beləliklə,  hədis  və  rical  elmlərində  mahir  olan  ustad  və 

alimlərin  bir  neçəsinin  “Səhihi-Buxari”  və  “Səhihi-Müslim” 

kitabları  barədə  olan  nəzərlərini  əziz  oxucularımıza  təqdim 

edirik. 


səh:106 

 

1



-

 [

1



 ]

-

 



Məhəmməd ibn Yəhya Zohəli adı ilə məşhurdur . 

Səhiheyn Məhəmməd ibn Yəhya Zohəlinin nəzərində 

İbn Xəlləkan deyir:  - “Zohəli  ləqəbi  ilə tanınmış  Məhəmməd 

ibn  Yəhya  böyük və şəxsiyyətli  alimlərdən  biri, hədis  əhlinin 

tanınmış əzbərçilərindən, Buxari və Müslimün, Əbu Davudun, 

Termizinin, Nəsai və İbn Macənin ustadı olmuşdur

)1(

.” 


Zohəli  bir  şəxsdir  ki,  Əhməd  ibn  Hənbəl  öz  övladlarına  və 

şagirdlərinə əmr etmişdir ki, ondan hədis və elm öyrənsinlər

)2(



Xətib  Bağdadi  deyir:  “Zohəli  və  kəlam  alimlərinin  bir  çoxu 



Qurani-Kərimin  kəlmələrinin  qədim 

)3(


olmasına  etiqadlı 

olmuşlar.  Öz  müxaliflərini  isə  bu  kəlami  bəhsdə  kafir  və 

mürtəd  sayırdılar.  Onlar  deyirdilər  ki:  belə  bir  əqidəyə  malik 

olan  şəxsin  həyat  yoldaşı  ondan  ayrılmalı,  özü  isə  tövbə 

etməlidir.  Əgər  tövbə  etməsə,  gərək  boynu  vurulsun  və  mal-

dövləti  müsəlmanlar  arasında  bölünsün.  Həmçinin,  cənazəsi 

müsəlman  qəbristanlığında  dəfn  olunmamalıdır.  Hər  kəs  bu 

məsələdə  sakit  dayansa  və  Qurani-Kərimin  mübarək 




Ziyaos-salehin

                                                                               

az.ziaossalehin.ir

 

 



kəlmələrinin iki yoldan (qədim və ya məxluq olmasında) birinə 

inanmasa o da, kafir və mürtəd sayılır. 

Əgər bir kəs Quranın kəlmələrinin  məxluq olmasını düşünsə, 

onun da əqidəsi xarabdır. Belə bir şəxslə bir məclisdə oturmaq 

olmaz. 

səh:107 


 

1

-



 [

1

“  .  ]



Vəfəyatul-əyan”,  4-cü  cild,  səh.  282;  Qeyd  etmək 

lazımdır ki, Buxari öz səhihinin oruc bölümü;nda və s. otuza 

yaxın  yerlərdə Zohəlidən (Məhəmməd  ibn Yəhya Zohəlidən) 

hədis  nəql  etmişdir.  Lakin,  heç  vaxt  onun  məşhur  “Zohəli” 

ləqəbini  qeyd  etməmişdir.  Bəzən  Məhəmməd  və  bəzən  isə 

Məhəmməd ibn Əbdullah ibarətləri ilə yazmışdır. Bu ədavətin 

səbəbi Zohəlinin Buxari  barəsində olan ”küfr dastanı”-dır ki, 

Buxari  Nişapurdan  sürgün  olundu.  Lakin  hədisləri  bu 

hadisədən öncə öyrəndiyinə görə onları kitabında qeyd etmiş 

ancaq, Zohəlinin adını yazmaqda isə səhlənkarlıq etmişdir . 

2

-

 [



2

“ . ]


Tarixi Bağdad”, 4-cü cild, səh. 416 ;  

3

-



 [

3

  .  ]



Qədim  və  məxluq  o  zamanın  mübahisəli  əqaid 

bəhslərindən biridir. (Mütərcim) . 

Təsadüfən  Buxari,  o  günün  kəlam  alimlərinin  əksinə  olaraq, 

Qurani-Kərimin  mübarək  kəlmələrinin  məxluq  olmasına 

inanırdı.  Buna  görə  də  Nişapura  daxil  olduqdan  sonra  orada 

dini rəhbərlik məqamına malik olan Zohəli əmr etdi ki: “Buxari 

olan məclisdə heç kəsin haqqı yoxdur iştirak etsin. Əgər bir kəs 

Buxarinin  məclisinə  gələrsə,  onu  ittiham  edin.  Çünki  onunla, 

onun əqidəsində olanlardan başqa heç kəs yoldaşlıq etmir.” 



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə