Riyaziyyat
2009
Gir. Riy. - 6
arasında münasibətlərin təyin edilməsi və həndəsi obyektlərin təsnifatı, ölçü, müqayisə və həndəsi
çevrilmələrin istifadəsi bacarığının inkişaf etdirilməsidir. Ətrafda istiqamət zamanı koordinatlardan
istifadə etmək və birbaşa olmayan yolla obyektlərin ölçüsünü təyin etməyi öyrətməkdir; induktiv/
deduktiv müzakirə və ehtimalların söylənilmə/yoxlanılma bacarığını inkişaf etdirməkdir.
Orta məktəb. Qeyd olunan pillədə deduktiv/induktiv müzakirə və həndəsi tədqiqat nəticələrini
ümumiləşdirmək bacarığı möhkəmləndirilməlidir. Praktiki həndəsi problemlərin həlli üçün
koordinatlardan, triqonometriyadan və çevrilmələrdən istifadə etmək və bu üsullardan ən
effektivini seçmək qabiliyyətini inkişaf etdirmək.
Göstəricilərin analizi, ehtimal və statistika
Ümumtəhsil məktəbində statistik anlayışların və aparatın daxil edilməsinin məqsədi şagirdlərin
intuitiv təsəvvürlərini nizamlamaq, strukturlaşdırma şəklində formalaşdırmaq və şagirdlərin
ehtimal-statistik intuisiya və düşüncələrini inkişaf etdirməkdir.
Ibtidai pillə. Bu pillənin məqsədi şagirdlərin təsviri statistik elementləri – xassə və diskret
miqdar göstərcilərinin toplanılması, qaydaya salınması, təqdim etmək və şərh etmək vasitələri
ilə tanış edilməsidir.
Baza məktəbi. Bu pillənin tədris məqsədi şagirdlərin təsviri statistikanın əsas anlayışları və
metodlarına sahib olmaqlarıdır ki, onların vasitəsilə şagirdlər göstəricilərin xüsusiyyətlərinı ayırd
edə bilsinlər və göstəricilərə əsaslanaraq fərziyyələr söyləsinlər. Bundan əlavə, tədrisin məqsədi
odur ki, şagirdlər ehtimal nəzəriyyəsinin əsasları ilə tanış olsunlar və determinist və təsadüfi
hadisələr arasında fərqləri təyin edə bilsinlər.
Orta məktəb. Bu pillənin istiqamətinin tədris məqsədi ehtimal nəzəriyyəsi və statistika
haqqında şagirdlərdə sistemləşdirilmiş təsəvvürlərin yaradılmasıdır ki, şagirdlər qeyri-müəyyən
hadisədə nəticələr əldə edə və ya qiymətləndirə bilsinlər, bu və ya digər başlanğıcda təsadüflüyün
rolunu təyin edə bilsinlər və qərar qəbul etmək üçün onu kvantifikasiya edə bilsinlər.
Riyaziyyatın məktəb kursunun təşkili
Ümumtəhsil məktəbində tədrisin icbari kursu ilk doqquz sinfi əhatə edir, doqquzuncu sinifdən
sonra isə şagirdlərin bir qismi ola bilsin ki, təhsillərini ümumtəhsil məktəblərində davam
etdirməsinlər. Ümumtəhsil məktəbinin bütün pillələrində riyaziyyat icbari fənn kimi tədris edilir.
Onuncu sinifdə şagirdlər elə bir təhsili əldə edirlər, hansı ki, onların meylləri və maraqlarının
dərinləşdirilməsi üçün əlverişlidir.
Milli tədris planının təyinatı və onun strukturu
Milli tədris planının təyinatı odur ki, məktəb təhsili prosesində iştirak edənlərə (müəllimlərə,
şagirdlərin valideynlərinə, dərslik müəlliflərinə və təhsil prosesini idarə edən mütəxəssislərə) bu
prosesin planlaşdırılması və həyata keçirilməsində yardım etsin.
Milli tədris planında hər şagirdin müəyyən sinfi bitirdikdən sonra cavab verə biləcəyi
tələblər yazılıbdır. Bu tələblər, hər istiqamət üçün nəticələr və onların indikatorları dilində
formalaşdırılıbdır.
Nəticə - şagirdin tədrisin verilən pilləsini sona çatdırdıqdan sonra nəyi bacaracağı haqqında
müddəadır.
Riyaziyyat
2009
Gir. Riy. - 7
Indikator uyğun nəticə üzrə bilık və və vərdiş-bacarığı nümayiş etdirmək haqqında
müddəadır.
İndikatorun əsas təyinatı nəticənin əldə edilib-edilməməsini göstərməkdir. İndikator vərdiş-
bacarıqlara yönəlib və fəallığın dilində formalaşdırılıbdır. Nəticə ilə əlaqədar indikatorlar birliyi
nəticəni örtür və eyni zamanda onların hər biri müəyyən bir tərəfdən nəticəni göstərir. Nəticənin
nə dərəcədə əldə edilməsi şagirdin cavab verə bildiyi uyğun indikatorların sayı ilə müəyyən edilir.
Əgər şagird həmin nəticənin uyğun indikatorlarının əksəriyyətinə cavab verə bilirsə, o zaman
nəticə əldə edilmiş hesab edilir .
Hər bir pillənin uyğun nəticələri və onların indikatorlar birliyinə məzmun əlavə edilir.
Məzmun tədris materialının suallarının siyahısıdır, hansılardan istifadə etməklə verilən pillədə
formalaşdırılmış nəticələri əldə etmək mümkündür. Sənəddə verilən məzmun yalnız tövsiyyə
xarakterini daşıyır və bundan irəli gələrək o, bu pillə üçün nəzərdə tutulan icbari tədris materialı
kimi müzakirə edilmir. Nəzərdə tututlur ki, eyni nəticəni əldə etmək (yəni, bu nəticədə yazılan
bacarıqların inkişafı) fərqli tədris materilının əsasında da mümkündür.
Riyaziyyat
2009
I sinif
İlin sonunda əldə edilən nəticələr:
Riy. I İstiqamət:
Ədədlər və əməllər
Qanunauyğunluq və cəbr
Həndəsə və məkan
anlayışı
Ədədləri, ədədi
1.
ifadələri və
sayları bir-biri ilə
əlaqələndirir
Sıra saylarının
2.
adlandırmasını
lövhəcik (“yarlık”)
kimi istifadə edir
Hesabı, ədədlər
3.
arasında yanaşmaları
və
toplama-
çıxma əməllərini
əlaqələndirir
Sayı müqayisə edir və
4.
qiymətləndirir
Əşyaların dövri
5.
yerləşmələrini
(ardıcıllıqları) aid edir,
təqdim edir və müqayisə
edir
Düz fiqurları təyin
6.
və təsvir edir
Düz həndəsi
7.
fiqurları təsvir edir
və
obyektlərin
qarşılıqlı
vəziyyətini təyin
edir
Riy. I. - 1