Giriş (Ümumtəhsil məktəbində riyaziyyatın tədris konsepsiyası)



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19548
1   2   3   4   5   6   7   8   9   ...   31

Riyaziyyat

2009

Gir. Riy.  - 6

arasında münasibətlərin təyin edilməsi və həndəsi obyektlərin təsnifatı, ölçü, müqayisə və həndəsi 

çevrilmələrin istifadəsi bacarığının inkişaf etdirilməsidir. Ətrafda istiqamət zamanı koordinatlardan 

istifadə etmək və birbaşa olmayan yolla obyektlərin ölçüsünü təyin etməyi öyrətməkdir; induktiv/

deduktiv müzakirə və ehtimalların söylənilmə/yoxlanılma bacarığını inkişaf etdirməkdir. 



Orta məktəb. Qeyd olunan pillədə deduktiv/induktiv müzakirə və həndəsi tədqiqat nəticələrini 

ümumiləşdirmək  bacarığı  möhkəmləndirilməlidir.  Praktiki  həndəsi  problemlərin  həlli  üçün 

koordinatlardan,  triqonometriyadan  və  çevrilmələrdən    istifadə  etmək  və  bu  üsullardan  ən 

effektivini seçmək qabiliyyətini inkişaf etdirmək.



Göstəricilərin analizi, ehtimal və statistika

Ümumtəhsil məktəbində statistik anlayışların və aparatın daxil edilməsinin məqsədi şagirdlərin 

intuitiv  təsəvvürlərini  nizamlamaq,  strukturlaşdırma  şəklində  formalaşdırmaq  və  şagirdlərin 

ehtimal-statistik intuisiya və düşüncələrini inkişaf etdirməkdir. 



Ibtidai pillə. Bu pillənin məqsədi şagirdlərin təsviri statistik elementləri – xassə və diskret 

miqdar göstərcilərinin toplanılması, qaydaya salınması, təqdim etmək və şərh etmək vasitələri 

ilə tanış edilməsidir.  

Baza məktəbi. Bu pillənin tədris məqsədi şagirdlərin təsviri statistikanın əsas anlayışları və 

metodlarına sahib olmaqlarıdır ki, onların vasitəsilə şagirdlər göstəricilərin xüsusiyyətlərinı ayırd 

edə bilsinlər və göstəricilərə əsaslanaraq fərziyyələr söyləsinlər. Bundan əlavə, tədrisin məqsədi 

odur ki, şagirdlər ehtimal nəzəriyyəsinin əsasları ilə tanış olsunlar və determinist və təsadüfi 

hadisələr arasında fərqləri təyin edə bilsinlər.

Orta məktəb.  Bu pillənin istiqamətinin tədris məqsədi ehtimal nəzəriyyəsi və statistika 

haqqında şagirdlərdə sistemləşdirilmiş təsəvvürlərin yaradılmasıdır ki, şagirdlər qeyri-müəyyən 

hadisədə nəticələr əldə edə və ya qiymətləndirə bilsinlər, bu və ya digər başlanğıcda təsadüflüyün 

rolunu təyin edə bilsinlər  və qərar qəbul etmək üçün onu kvantifikasiya edə bilsinlər.



Riyaziyyatın məktəb kursunun təşkili

Ümumtəhsil məktəbində tədrisin icbari kursu ilk doqquz sinfi əhatə edir, doqquzuncu sinifdən 

sonra  isə  şagirdlərin  bir  qismi  ola  bilsin  ki,      təhsillərini  ümumtəhsil  məktəblərində  davam 

etdirməsinlər.  Ümumtəhsil məktəbinin bütün pillələrində riyaziyyat icbari fənn kimi tədris edilir. 

Onuncu sinifdə şagirdlər elə bir təhsili əldə edirlər, hansı ki, onların meylləri və maraqlarının 

dərinləşdirilməsi üçün əlverişlidir.



Milli tədris planının təyinatı və onun strukturu

Milli tədris planının təyinatı odur ki, məktəb təhsili prosesində iştirak edənlərə (müəllimlərə, 

şagirdlərin valideynlərinə, dərslik müəlliflərinə və təhsil prosesini idarə edən mütəxəssislərə) bu 

prosesin planlaşdırılması və həyata keçirilməsində yardım etsin.

Milli  tədris  planında  hər  şagirdin  müəyyən  sinfi  bitirdikdən  sonra  cavab  verə  biləcəyi 

tələblər yazılıbdır. Bu tələblər, hər istiqamət üçün nəticələr və onların indikatorları dilində 

formalaşdırılıbdır.

Nəticə - şagirdin tədrisin verilən pilləsini sona çatdırdıqdan sonra nəyi bacaracağı haqqında 

müddəadır.  



Riyaziyyat

2009

Gir. Riy.  - 7



Indikator  uyğun  nəticə  üzrə  bilık  və  və  vərdiş-bacarığı  nümayiş  etdirmək  haqqında 

müddəadır.

 İndikatorun əsas təyinatı nəticənin əldə edilib-edilməməsini göstərməkdir. İndikator vərdiş-

bacarıqlara yönəlib və fəallığın dilində formalaşdırılıbdır. Nəticə ilə əlaqədar indikatorlar birliyi 

nəticəni örtür və eyni zamanda onların hər biri müəyyən bir tərəfdən nəticəni  göstərir. Nəticənin 

nə dərəcədə əldə edilməsi şagirdin cavab verə bildiyi uyğun indikatorların sayı ilə müəyyən edilir. 

Əgər şagird həmin nəticənin uyğun indikatorlarının əksəriyyətinə cavab verə bilirsə, o zaman 

nəticə əldə edilmiş hesab edilir .

Hər  bir  pillənin  uyğun  nəticələri  və  onların  indikatorlar  birliyinə  məzmun  əlavə  edilir. 

Məzmun tədris materialının suallarının siyahısıdır, hansılardan istifadə etməklə verilən pillədə 

formalaşdırılmış nəticələri əldə etmək mümkündür. Sənəddə verilən məzmun yalnız tövsiyyə 

xarakterini daşıyır və bundan irəli gələrək o, bu pillə üçün nəzərdə tutulan icbari tədris materialı 

kimi müzakirə edilmir. Nəzərdə tututlur ki, eyni nəticəni əldə etmək (yəni, bu nəticədə yazılan 



bacarıqların inkişafı) fərqli tədris materilının əsasında da mümkündür.  


Riyaziyyat

2009

Gir. Riy. - 8




Riyaziyyat

2009

 I sinif

İlin sonunda əldə edilən nəticələr:  

Riy. I İstiqamət:

Ədədlər və əməllər 

Qanunauyğunluq və cəbr

Həndəsə və məkan 

anlayışı

Ədədləri, ədədi 

1. 

ifadələri və 



sayları bir-biri ilə 

əlaqələndirir

Sıra saylarının 

2. 


adlandırmasını  

lövhəcik (“yarlık”) 

kimi istifadə edir 

Hesabı, ədədlər 

3. 

arasında yanaşmaları 



toplama-

çıxma əməllərini 

əlaqələndirir  

Sayı müqayisə edir və  

4. 

qiymətləndirir 



Əşyaların dövri 

5. 


yerləşmələrini 

(ardıcıllıqları) aid edir, 

təqdim edir və müqayisə 

edir


Düz fiqurları təyin 

6. 


və təsvir edir

Düz həndəsi 

7. 

fiqurları təsvir edir 



obyektlərin 

qarşılıqlı 

vəziyyətini təyin 

edir


Riy. I. - 1


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə