GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə73/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   69   70   71   72   73   74   75   76   ...   112
Avtoservis - 2010 a

 
Yanğına qarşı (daxili) su kəməri: 
− avtomobillərin saxlandığı bağlı dayanacaqlarda məcburi 
qaydada quraşdırılır. 
Sprinkler və drençer qurğuları ilə təchiz olunur:
− rəngləmə şöbəsi; 
− yanğın təhlükəsizliyinə görə A, "B" və "V" kateqoriya-
larına aid edilən şöbələr (akkumulyator, üzçəkmə şöbələri və s.); 
− avtomobillərə texniki xidmət binaları (sahələri); 
− avtomobillərin bağlı dayanacaqları. 
Ərazidə yanğına qarşı tədbirlər üçün su hovuzu nəzərdə 
tutulur. 
Yanğına qarşı təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi üçün 
istehsalat binasının, inzibati binanın, baş planın cizgiləri, texnoloji 
hesablamaların nəticələri istifadə olunur. 
 
7.5. TXS-də İŞIQLANMA VƏ GÜC ELEKTRİK ENERJİSİ
SƏRFİNƏ AİD TÖVSİYƏ-GÖSTƏRİŞLƏR 


169 
Təbii işıqlanma kənar divarlardakı pəncərələrdən təmin 
olunur. İşıq buraxan yuvaların sahəsinin döşəməsinin sahəsinə olan 
nisbəti 0,20…0,30 olmalıdır. 
Binanın bütün hissələrinin, həmçinin texnoloji avadanlıq-
ların rəng çalarları işıqlı tonlarda olmalıdır. 
Ümumi və yerli işıqlanma işçi yerlərində təmir edilən qovşaq 
və detalların lazımi işıqlanmasını təmin etməli, işçiyə korlaşdırıcı 
təsir etməməlidir. 
İşıqlandırıcıların və naqillərin tipi, işıqlandırıcılar və elektrik 
mühərriklərinin, işəsalma aparaturasının qidalanması üçün 
gərginlik otaqların təsnifatına və elektrik qurğularının 
quraşdırılması qaydalarına uyğun seçilməlidir. 
Elektrik enerjisi işlədiciləri, onların gücü (kVt), gərginliyi 
(V), sayı haqqında məlumatlar avadanlıq cədvəllərində, yerləşmə 
yerləri isə avadanlıq düzülüşü verilmiş istehsalat sahələri və 
zonalarının planlarında göstərilir. Elektrik işlədicilərinin iş rejimi 
texnoloji hesabatdan istehsalat sahələrinin və zonalarının iş 
rejimlərinə uyğun seçilir. Bu məlumatlar avtonəqliyyat 
müəssisəsinin elektrik enerjisi sərfiyyatının hesablanması və 
elektrik enerjisi şəbəkəsinin yaradılması üçün əsas sayılır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə