GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


+  texnoloji əsaslandırılmış vaxt itkisi  +



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə28/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   24   25   26   27   28   29   30   31   ...   112
Avtoservis - 2010 a

+
 texnoloji əsaslandırılmış vaxt itkisi 

əsaslandırılmamış vaxt itkisi. 
Əsaslandırılmamış vaxt
 
itkiləri, adətən, istehsalatın hazırlıq 
işlərinin kifayət qədər düzgün təşkil edilməməsilə əlaqədardır. 
Məsələn, lazım olan avadanlığın və alətin olmaması və ya nasazlığı, 
ehtiyat hissələri gözləməklə yaranan vaxt itkiləri və s. 
Avtomobilin CT-yə olan tələbatı TXS-in istehsalat prosesinin 
müxtəlif mərhələlərində aşkar oluna bilər (şəkil 2.14). 
CT-nin bütün iş həcmi öz xarakterinə və aparılma yerinə görə 
iki hissəyə
bölünür: işçi postlarda (avtomobil-yerlərində) yerinə 
yetirilən işlər və sexlərdə, şöbələrdə, emalatxanalarda və s. yerinə 
yetirilən istehsalat-sex işləri (köməkçi işlər). İşçi postlarda yerinə 
yetirilən işlərə sökmə-yığma işləri və bu işlərlə əlaqədar 
aqreqatların, qovşaqların bilavasitə avtomobildə nizamlanması və 
bərkitmə işləri aiddir. Uyğun olaraq CT işlərinin qalan hissəsi iş 
növlərindən asılı olaraq sexlər üzrə paylanır: aqreqat-mexaniki, 
akkumulyator batareyalarının təmiri və doldurulması, elektrik 
avadanlığının təmiri, qida sistemi aparatlarının təmiri, şinmontaj, 
misgər, kuzov (tənəkə, qaynaq, üzçəkmə), rəngsaz. İş həcmlərinə 
və təşkilati mülahizələrə görə bu sexlər ixtisaslaşdırılmış köməkçi 
sahələr hesab olunur. Lazım olduqda (tələbata görə) bu şöbələr 
üçün CT zonasında şərti olaraq gözləmə avtomobil-yerləri və işçi 
postlar nəzərdə tutulur. 
Kuzov və rəngləmə sahələri izolə edilmiş binalarda 
(otaqlarda) yerləşdirilir; GQ zonasında bu sahələr üçün şərti olaraq 
postların nəzərdə tutulması məqsədəuyğundur. Bu postlarda 
köməkçi hazırlıq montaj-demontaj işləri yerinə yetirilə bilər, 
texnoloji gözləmə avtomobil-yerləri kimi istifadə oluna bilər. Bu, 
avadanlıqdan və icraçıların iş vaxtı fondundan faydalı istifadə 
əmsalını yüksəltməyə imkan yaradır. 
TXS-də CT-nin təşkil sxemi şəkil 2.17-də verilmişdir. 


59 
Şəkil 2.17. CT-nin təşkil sxemi 
əsas marşrutlar; mümkün marşrutlar 
Dispetçer xidməti təmir işlərinin növündən və həcmindən 
asılı olaraq, həm də müvafiq sahənin işlə yüklənmə dərəcəsini 
nəzərə almaqla avtomobilləri uyğun postlara və ya gözləmə 
avtomobil-yerlərinə göndərir, işlərin yerinə yetirilmə prosesinə və 
müddətlərinə nəzarət edir. 
Yuma sahəsi 
Gözləmə
zonası
Гябул-тящвил сащяси 
Диагностика 
сащяси 
Эари тямирин 
пост ишляри 
сащяси 
Кузов 
сащяси 
Техники 
гул-луг 
сащяси 
Цзчякмя-
арматур 
сащяси 
Рянэля-
мя 
ишляри
сащяс
и 
Агрегат вя говшагларын жари тямири цчцн 
ихисаслашдырылмыш
сащяляр (постдан кянар ишляр) 
A
kkum
u
lya
tor
bat
ar
ey
al
ar
ını


m
ir
i v
ə 
dol
du
rul
m
ası
Ele
k
tr
ik 
ava
dan

ğı



m
ir

Q
ida s
is
te
m

ci
ha
zl
ar
ını


m
ir

Şinqu
raş

rm

sa
həs

A
qr
eqa
t-
m
exa
ni
ki
s
ahə
Нязарят вя 
тящвил 
Qəbul 


60 
CT postlarında həyata keçirilən texnoloji prosesin ən mühüm 
tərkib hissəsi sökmə-yığma işləridir. Bu işlərə avtomobildə nasaz 
aqreqatların, mexanizmlərin və qovşaqların sazları ilə əvəz 
edilməsi, onlarda nasaz detalların yeniləri və ya təmir edilən ilə 
dəyişdirliməsi işləri, həmçinin ayrı-ayrı hissələrin təmiri və onların 
yerlərinə quraşdırılması, oturdulması ilə əlaqədar sökmə-yığma 
işləri aiddir. 
Daha xarakterik sökmə-yığma işlərinə aşağıdakılar aiddir: 
mühərrikin, arxa və qabaq körpülərin, ötürmələr qutusunun, 
radiatorların, ilişmə muftalarının, asqı detallarının, ressorların, 
aqreqat və qovşaqlarda yeyilmiş detalların dəyişdirilməsi (təmir 
edildikdən sonra). Bunların yerinə yetirilməsi zamanı müxtəlif tip 
qaldırıcılar, həmçinin xüsusi xəndək qaldırıcıları və aqreqatları 
çıxarmaq-quraşdırmaq üçün qurğularla təchiz edilmiş baxış 
xəndəkləri geniş istifadə olunur. 
Sökmə-yığma işlərində xüsusi çıxarıcılar (tərtibatlar) tətbiq 
olunur. Avtomobillərin CT-nin əsas sökmə-yığma işlərini təmin 
edən və onların əmək tutumunu azaldan çıxarıcılar və tərtibat 
komplektləri sənaye tərəfindən istehsal olunur və daim 
təkmilləşdirilir. Bu işlər üçün müxtəlif stendlər, alət komplektləri 
və xüsusi alətlər: elektropnevmo-qaykaburanlar, dinamometrik 
açarlar və s. də geniş tətbiq edilir. CT postlarında iş zamanı 
təhlükəsizlik texnikası və əmək mühafizəsi qaydalarına ciddi əməl 
etmək lazımdır. İstifadə olunan qaldırıcı-nəqledici mexanizmlər və 
qurğular iş təhlükəsizliyini təmin edən tutqaclar və digər 
elementlərlə təchiz edilməlidir. Bəzi xüsusi hallardan başqa 
(məsələn, mühərrikdə , hidrogücləndiricisi olan sükan idarəsində, 
tormoz mexanizmlərində nizamlama işləri) mühərriki işləyən 
avtomobildə təmirə icazə verilmir. CT postunda yerləşən avtomobil 
əl tormozu ilə tormozlanmalı və ötürmələr qutusunda aşağı pillə 
qoşulmalıdır (tormoz mexanizmlərinin təmiri və nizamlanması 
halından başqa). Qaldırılmış avtomobilin altında qoruyucu 
quruluşlar olmadan işləmək qəti qadağaqdır. 
TQ və CT zonasında əməyin səmərəli, qənaətli təşkili üçün 
ən vacib şərtlərdən biri işlərin əsas və köməkçi işlərə dəqiq 
bölünməsidir. Bunun üçün istehsalatın kompleks hazırlanmasını 
təşkil etmək lazımdır. Bu isə aşağıdakı əsas funksiyaların yerinə 


61 
yetirilməsini tələb edir: aqreqat, qovşaq, detallar, həmçinin 
materialların işçi postlara və yerlərə əvvəlcədən və ya operativ 
komplektləşdirilərək çatdırılması (gətirilməsi); aqreqatların 
aqreqat-mexaniki şöbəyə vaxtında ləngimədən çatdırılması; işçi 
postların lazımi alət və ləvazimatla təchiz edilməsi; avtomobillərin 
qəbul, təmir və gözləmə postlarından ləngimədən sürülərək lazımi 
yerlərə nəql edilməsi. İşlərin keyfiyyətini, tam həcmdə yerinə 
yetirilməsini və texnoloji ardıcıllığını təmin etmək üçün TQ və CT 
zonası müvafiq sənədlərlə (texnoloji xəritələr, təlimatlər və s.) və 
texnoloji avadanlıqla təchiz edilməlidir. 
Praktiki məqsədlər üçün postun tipinin seçilməsi verilmiş 
tövsiyələrə əsasən aparıla bilər. Burada iş növündən asılı olaraq işçi 
postların məqsədəuyğun və ya buraxılabilən təchizatı 
göstərilmişdir. TXS-də TQ və CT postlarının təşkil sxemi şəkil
2.12 və şəkil 2.17- də verilmişdir.
TXS-də 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə