GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   25   26   27   28   29   30   31   32   ...   112
Avtoservis - 2010 a

«özünəxidmət»
postları da nəzərdə tutula bilər. Bu 
postlarda TQ və CT-nin bəzi işləri avtomobil sahibinin özü 
tərəfindən yerinə yetirilir. İşə başlamazdan qabaq avtomobil sahibi 
təhlükəsizlik texnikası üzrə qısa təlimat keçir. Təhlükəsizlik 
texnikası qaydalarına görə xüsusi hazırlıq tələb edən işlər və ya bu 
postun avadanlığına müvafiq olmayan işlərin özünəxidmət 
postlarında aparılması qəti qadağandır. Özünəxidmət postları üçün 
müvafiq haqq ödənilir. Özünəxidmət postları əsas istehsalat 
sahələrindən kənarda, bu məqsədlə ayrılmış sahədə yerləşdirilir və 
xüsusi stendlər, ləvazimat tələb etməyən işlər yerinə yetirmək üçün 
müvafiq avadanlıqla təchiz edilir. Bu zonada işlər TXS-in 
əməkdaşının nəzarəti və texniki məsləhətləri ilə həyata keçirilir. 
Avtomobil sahibinin rahatlığı diqqət mərkəzində olmalıdır. TXS 
üçün bu postlar eyni zamanda ehtiyat postları olaraq gərgin iş 
saatlarında istifadə oluna bilər. Bu postların anbarla da əlaqəsini 
nəzərdə tutmaq məqsədəuyğundur. 
 
 
 
 
 
 


62 
2.2.5. İXTİSASLAŞDIRILMIŞ İSTEHSALAT 
SAHƏLƏRİNDƏ İŞLƏRİN TƏŞKİLİ 
 
2.2.5.1. Kuzov işləri sahəsi 
 
Avtoservis müəssisəsində avtomobillərin kuzovlarının 
texniki qulluğu və təmiri üçün xüsusi zona ayrılır. Bu zonaya 
kuzov, rəngləmə və antikorroziya örtüyünün çəkilməsi, üzçəkmə-
armatur şöbələri daxildir. Zonanın bütün şöbələri texnoloji və 
təşkilat baxımından bir-birilə, ehtiyat hissələri anbarı və 
avtomobillərin CT postları ilə əlaqəlidir.
Kuzov şöbəsi
istismar prosesində kuzovlarda yaranan qüsur 
və nasazlıqları aradan qaldırmaq üçündür. Şöbədə təmir edilən 
kuzovun ilkin formasının və möhkəmliyinin bərpası, həmçinin 
kuzovun və onun mexanizmlərinin texniki saz vəziyyətdə 
saxlanılması ilə bağlı işlər yerinə yetirilir (şəkil 2.18). 
Şöbədə yerinə yetirilən tənəkə-qaynaq və armatur-kuzov 
işlərinə kuzovun zədələnmiş panellərinin, detallarının, onun 
mexanizmlərinin sökülməsi, yığılması, düzəldilməsi və qaynağı 
üzrə əməliyyatlar aiddir. Qəzaya uğramış avtomobilin kuzovu 
şöbəyə xüsusi arabacıqlarla gətirilə bilər. Bu halda kuzov əsasən 
CT postunda çıxarılır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə