GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


Rəngləmə və antikorroziya örtüyünün çəkilməsi sahəsi



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə31/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   27   28   29   30   31   32   33   34   ...   112
Avtoservis - 2010 a

2.2.5.2. Rəngləmə və antikorroziya örtüyünün çəkilməsi sahəsi 
 
Rəngləmə sahəsi
köhnə lak-rəng örtüyünü çıxarmaqla 
rəngləmək, zədələnmiş yerlərin yerli rənglənməsi, kuzovun ayrı-
ayrı detallarının rənglənməsi və kuzovun dib (döşəmə) və alt 
hissəsinə korroziya və səs-küyə qarşı mastikanın çəkilməsi üçün 
nəzərdə tutulur. Bu sahəyə üç şöbə daxildir: hazırlıq işləri, 
rənghazırlama və rəngləmə şöbələri. 
Rəngləmənin ümumi texnoloji prosesi rənglənəcək səthin 
təmizlənməsi, hazırlanması, qrunt, astar örtüklərinin vurulmasını, 
pardaxlamanı, rəng örtüyünün aralıq və xarici təbəqələrinin 
çəkilməsini əhatə edir. Bu zaman örtüyün hər bir çəkilmiş təbəqəsi 
üçün nəzərdə tutulmuş qurutma rejiminə ciddi əməl olunmalıdır. 
Səthin rənglənməyə hazırlıq işlərində xüsusi yumşaldıcı-yuyucu 
mayelərdən, qaşıyıcı alətlərdən (qaşov), şpatellərdən, fırçalardan 
və rəngləmə pistoletlərindən (pulveri-zatorlar) istifadə olunur. 
Avtomobilin kuzovu çiləmə üsulu ilə rənglənir, qurutma isə xüsusi 
kameralarda aparılır. Əsasən kombinə edilmiş rəngləmə-qurutma 
kameralarından istifadə olunur. Yerli rənglənmiş səthləri rəngləmə-
qurutma kameralarında və ya səyyar lampalı qurğuların vasitəsilə 
qurudulur. 
Kuzovun dib və alt səthinə korroziyaya və səs-küyə qarşı 
mastika rəngləmə sahəsində çəkilir. Ancaq istehsalat sahəsi imkan 
verirsə, bu işi ayrı sahədə təşkil etmək daha məqsədəuyğundur. Bu 
əməliyyatın aparılması üçün kuzovun dibinin təmirində istifadə 
olunduğu kimi qaldırıcı-aşırıcıdan istifadə etmək əlverişlidir.


65 
Şəkil 2.19. Rəngləmə işlərinin texnoloji prosesinin
təşkili sxemi


66 
Qoruyucu örtüyü çəkməzdən qabaq səth köhnə antikorroziya 
örtüyündən, pasdan, köhnə rəngdən və çirkdən məftilli fırçalar, 
qaşovlar vasitəsilə və ya kimyəvi üsulla təmizlənir. Kuzovun alt 
səthi pardaxlayıcı maşınla mexaniki emal edilir, sıxılmış hava ilə 
üfürülür və uayt-spirtlə yağsızlaşdırılır.
Daha sonra rəngləyici vasitələrlə fosfatlaşdırıcı qrunt, 1,5...2 
mm qalınlığında mastika qatı çəkilir və təbii şəraitdə qurudulur. 
Kuzovun hər hansı bir hissəsi ayrıca rəngləndikdə lazım olan 
rəngi almaq üçün xüsusi avadanlıqdan istifadə olunur. Xüsusi 
kataloq üzrə tələb olunan rəng və onun çalarları seçilir. Seçilmiş 
rənglə nümunə rənglənilir. Qurutduqdan sonra nümunənin rəngini 
rənglənəcək detalın rəngi ilə tutuşdurur və rənglər uyğun gəlirsə, 
detalın səthinin tələb olunan hissəsini rəngləyir və pardaxlayırlar. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə