GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   26   27   28   29   30   31   32   33   ...   112
Avtoservis - 2010 a

Tənəkə işlərinə
qanadların, kapotun, radiator üzlüyünün, 
qapıların və kuzovun digər hissələrinin təmiri (əziklərin, çatların, 
cırılmaların düzəldilməsi), həmçinin çox da mürəkkəb olmayan 
təmir detallarının (gücləndirici elementlər, yamaq hissələri və s.) 
hazırlanması aiddir. 
Sökmə-yığma işlərinə qapıların, panellərin və ya kuzovun 
başqa hissələrinin, mexanizmlərin, şüşələrin, sökülə bilən digər 
detalların çıxarılması və yenidən quraşdırılması aiddir. 
Kuzovun təmirdən sonra yığılması, o cümlədən qovşaq və 
detalların (qapıların, qanadların, panellərin) kuzova quraşdırılması 
uyuşma (oturma) işlərinin aparılması ilə bağlıdır. Bu məqsədlə 
müxtəlif tərtibatlar və alətlər dəsti, şablonlar komplekti istifadə 
olunur. Düzəltmə işləri zədələrin xarakterindən asılı olaraq defor-
masiya olunmuş səthlərin kələ-kötürlüyünün (nahamarlılığının) 
hamarlanmasından, həmçinin kuzovun pozulmuş həndəsi 
ölçülərinin düzəldilməsindən ibarətdir. 


63 
Şəkil 2.18. Kuzov sahəsində texnoloji prosesin təşkili sxemi 
Qaynaq işləri tənəkə-kuzov işlərinin vacib, ayrılmaz 
hissəsidir. Bu işlərin təmir əməliyyatlarında qaynaq bu və ya digər 
həcmdə tələb olunur. Kuzov şöbəsində qaz, elektrik-qövs, kontakt 
qaynaq növləri istifadə olunur. Təmir zamanı qaynaqdan 
zədələnmiş hissələrin kəsilib atılması üçün, düzəltmə işlərində, 
kuzovun hissələrinin quraşdırılmasında, əlavə detalların 
(möhkəmləndirici
hissələrin, içliklərin və s.) birləşdirilməsində
Автомобил сащяйя эяtiriлир 
Kузов сащяси 
Qüsurlaşdırma 
Dəyişdirmə 
Təmir 
Сюкмя-йыьма 
ишляри 
Kuzovun ayrı-ayrı his- 
sələrinin dəyişdirilməsi 
Аnбар 
Тямир ишляриня щазырлыг 
Tənəkə 
Qaynaq 
Düzəltmə 
Уйьунлашдырма, 
тутушдурма,гурашдырма 
Монтаъ 
Keyfiyyətə nəzarət 
Щазыр автомобиллярин сахланмасы 


64 
həmçinin çatların, cırıqların, deşiklərin yamaqla qaynaq 
edilməsində istifadə olunur. 
Armatur işləri
kuzovun bütün mexanizmlərinin (qıfılların, 
qapı cəftələrinin, şüşə qaldırıcıların və b.) təmiri, həmçinin 
pəncərələrin təmiri və şüşələrin dəyişdirilməsi üzrə işləri nəzərdə 
tutur. Təmir edilmiş və yığılmış mexanizm yerinə quraşdırılaraq 
nizamlanır. Şüşələri dəyişdikdə xüsusi tərtibatlar istifadə edilir. 
Kuzov şöbəsi lazımi texniki sənədlərlə, o cımlədən əsas iş 
növləri üzrə texnoloji xəritələrlə təchiz edilir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə