245
Onun nəvələri sultanların və əmirlərin yanında əziz olub, rüsu-
mat sahibi idilər. Şeyxin məzarı və onların
yurdu olan kənd Şeyxlər
adı ilə adlanmışdır. Onun əsərlərindən ancaq «Bəyanüləsrar» adlı
ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddəmə və 24 fəsildən
ibarət olan bu kitab, əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, tə-
riqət sahibləri və füqəranın adət və adabına aid olan geniş mövzu-
ları müxtəsər bir surətdə izah edir. Hicri səkkizinci əsrin axırında
vəfat etmişdir.
ƏBUTAHİR ŞİRVANİ
Şirvanın gözəl təbli şairlərindən biridir. Elm və fəzilət cəhətdən
müasirləri arasında görkəmli yer tutur. Onun haqqında aşağıdakı
iki beytdən başqa heç bir şey məlum deyildir.
Mən yaşlı adamlara təəccüb edirəm
Ki, saçlarını nə üçün boyayırlar
Madam ki, boya ilə heç kəs əcəldən canını qurtara bilməz,
Onlar özlərini nə üçün incidirlər?
SEYİD HƏSƏN ŞİRVANİ
Çox fəzilətli bir vaiz olmuşdur. Xətlərinin bir çoxunu son
dərəcə gözəl yazardı. Onun gözəl sözlərindəndir:
Deyirsən, o mehriban sevgiliyə yetişmək olarmı?
Əgər öz mənliyindən keçərsənsə, Allaha and olsun
yetişmək olar.
246
BƏDR ŞİRVANİ
Onun haqqında ancaq bu qədər məlumdur ki,
mətanətli təbi və
gözəl şeirləri olmuşdur. Ömrünün bir çox illərini eyş-işrət və gözəl
şeir söyləməklə keçirmişdir. Bu mətlə onun şeir məcmuəsindədir:
Beyt
Sərxoşcasına, könlümün quşundan kabab hazırla,
Göz yaşımdan ona duzlu su səp.
Dövlətşah “Təzkirətüşşüəra”sında yazır:
Mövlana Katibi Tərşizi, Əmir İbrahim zamanında Şirvana gəldi
və onunla Bədr arasında bir çox şeirləşmə və elmi mübahisələr oldu.
Deyirlər ki, Əmir İbrahim Katibiyə son dərəcə nəvaziş göstərirdi. Bir
qəsidəyə mükafat olaraq ona on min dinar qızıl bağışladı. Katibi bu
qədər böyük pulu bir ayın ərzində Şamaxı karvansarasında xərc-
lədi. O, bu pulun bir hissəsini fazillərə, şairlərə və həqiqət əhllərinə
payladı və bir qədərini ondan oğurladılar. Belə ki, bir gün mətbə-
xində bir batman un tapılmadı. O zaman bu qitəni yazıb əmirin
hüzuruna göndərdi:
Dünən aşpazdan bir az şorba bişirməyi tələb etdim,
Ta bu şorbadan bizim və qonağın işi düzəlsin.
Dedi: - Tutaq ki, ət və quyruq tapdım, bəs onun ununu kim
verər?
Dedim: - Fələkin dəyirmanını fırladan kimsə verər.
MÖVLANA ƏBDÜRRƏŞİD İBNİ-MALEH BAKUYİ
Fəzilətlərilə şöhrət tapmış bir müəllifdir. Hicri 805-ci (=1403)
ildə anadan olmuşdur. «Təlxisülasar və əcaibül-məlikül-qəhhar»
adlı ərəbcə bir coğrafiya kitabı yazmışdır. O, bu əsərində ruslar,
slavyanlar, varyaqlar və peçeneqlər haqqında gözəl izahat vermiş-
247
dir. Avropanın məşhur alimlərindən
akademik Fren bu əsərdən bir
çox şey iqtibas edərək, çap olunmuş «İbn-Fədlan» adlı əsərində
dərc etmişdir.
MÖVLANA KƏMALƏDDİN MƏSUD ŞİRVANI
Dövrünün ən böyük alimlərindən biri olub, Sultan Hüseyn
Bayqara zamanında uzun illər boyu Heratda Gövhərşad bəyim və
Əmir Əlişir mədrəsələrində dərs verməklə məşğul olmuşdur. Bütün
Xorasan fazilləri yanında yüksək kamalatı ilə şöhrət qazanmış və
«Şəhri-hikmətüleyn» kitabına bir haşiyə yazmışdır. Hicri 905-ci
(=1500) ildə vəfat etmişdir.
MÖVLANA MƏSUD ŞİRVANİ
Əbülqazi Sultan Hüseynin şairlərindəndir. Səlis şeirlər söylə-
mişdir. Onun əsərlərindəndir:
Saf şərabın təsirilə sərxoşların sinəsini yandır,
Çünki şərabdan başqa heç bir şey mənimlə saziş etmir.
ƏBƏDİ ŞİRVANİ
Pak etiqadlı zərif bir kişi olmuşdur. Xəttat və gözəl bir təbə
malik olmaqla bərabər, şətrənc oyununu da yaxşı oynarmış. Onun
şeirlərindəndir:
Ürək yanğısından dilim ağzımda atəş kəsildi,
Ey müddəi, elə bir iş görmə ki, mənim dilimə-ağzıma düşəsən.
MÜSAHİB GƏNCƏVİ
Onun ism və rəsmi Gəncə və Qarabağ bəylərbəyisi Ziyad oğlu
Kəlbəli xandır. II Şah Abbasa çox yaxın olub, onun həmsöhbət-
lərindən
olduğu üçün, Müsahib təxəllüsünü qəbul etmişdir. O,
248
cahü-cəlal sahibi və siyasət işlərində sabit-qədəm olmaqla bəra-
bər, elmli və gözəl təbə malik bir zat olmuşdur. Divanı ələ keçmə-
miş olsa da, bu bir neçə beyt ondandır:
Ey saqi, piyaləni gəzdir və onu içirt,
Çünki müşkül işlərimiz piyalənin gəzdirilməsilə həll
olundu.
Ey saqi, şərab piyaləsinin batinindən saflıq kəsb et,
Çünki müşkül işlərimiz piyalənin gəzdirilməsilə həll
olmuşdur.
Yenə onundur:
Ey Müsahib! Dünyanı yandıran eşq yolunda
Məhəbbəti o uşaqdan öyrən ki,
Anası onu döymək istədikdə
O, anasının ətəyinə sığınar.
Yenə onundur:
Onun iki qaşı bir-birinə çatılmışdır,
Çünki o, mənimlə dilxahdan cinaq çəkmişdir.
MÖVLANA MOLLA MİRZƏ ŞİRVANİ
Əqli və nəqli elmlərdə əsrinin yeganəsi olmuşdur... Şah Süley-
man əsrində İsfahanda dərs və xitabətlə məşğul olmuşdur. Özün-
dən sonra gözəl əsərlər qoyub getmişdir. Alimlərlə bir çox elmi
söhbətləri olmuş, hamı onun fəzl və kamalını etiraf etmişdir... Şah
Sultan Hüseyn dövründə vəfat etmişdir.
249
MOLLA MƏHƏMMƏD İBN-MOLLA
NƏÇƏFQULU BAKUYİ
Təlifat işləri və elmi dərəcə etibarilə əsrinin mümtaz simaların-
dan olmuşdur. Ondan bir çox gözəl asar yadigar qalmışdır. II Mirzə
Məhəmməd xanın müəllimi olmuşdur. Şeyx Bəhaəddin Məhəm-
məd Amilinin «Kəşkül» adlı kitabını, Fətəli xan cənablarının xahişilə,
o
gözəl əsərə layiq bir tərzdə, ərəbcədən farscaya tərcümə etmiş-
dir. Onunla Hacı Məhəmməd Çələbi Əlici, şiə və sünni məzhəblə-
rini birləşdirmək haqqında təhqiqat aparmışlar. Əlican cənabları bu
xüsusda ərəbcə gözəl bir kitabça yazmışdır.
HACI MƏHƏMMƏD ÇƏLƏBİ ƏLİCİ QÜLHANİ
Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məş-
hur adamlarından olmuşdur. «Tədvinül-Əlici» adlı kitab onun əsər-
lərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri
ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmiş-
dir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı
Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba
əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman
Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlavat çə-
kildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni
dayandırıb, bir sırada durdular.
MƏSTƏLİ HACI ZEYNƏLABDİN ŞİRVANİ
Hicri 1194-cü (=1779) ildə, şəban ayının 15-də Şamaxı şəhə-
rində anadan olmuşdur. Onun anadan olmasından altı ay keçən-
dən sonra, atası axund İskəndər köç-külfətilə tərki-vətən edərək,
Kərbəlaya getmişdir... O cənab on yeddi yaşına qədər rəsmi elm-
lərlə məşğul olmuşdur. O, batini cazibələrlə zahiri həyatdan uzaq-
laşmışdır. Əvvəl hindli Məsuməli şahın
xidmətinə yetişib, sonra
250
Bağdadda İsfahanlı Nurəli şahın xidmətini ixtiyar etmişdir. Bir
müddət İraqi-Əcəm, Gilan, Şirvan, Muğan və Azərbaycanda olmuş-
dur. Buradan Təbəristan, Xorasan, Quhistan, Zabilistan və Kabilə
səyahət edərək, bir çox məşhur alimlərin və möhtərəm şəxslərin
söhbətlərindən istifadə etmişdir. Uzun bir zaman Həsənli şahın
xidmətində olmuşdur. Həsənli şah hicri 1216-cı (=1802) ildə Pişa-
vər şəhərində vəfat etdikdən sonra o, Pəncab, Dehli, Ud, Allah-
abad, Bengalə, Gücərat və Dəkən vilayətlərinə getmişdir. Cukilər,
sinasilər, birakilər və nankaşahilər, bütpərəstlər və zərdüştilərlə
ünsiyyət etmişdir. Cəlallilər, mədarilər, qadirilər, dəhrilər, hüluiclər
və mübahilər ilə oturub-durmağı lazım bilmişdir. Raylar, raclar,
bərəhmənlər və rəgirlər firqələrilə müsahib olmuşdur.
Hindistan
cəzirələrinə, Sudan, Maçin və Bənadiran ölkələrinə keçib, axırda
Sind vilayətinə və Multan yolu ilə, çox çətinliklə Kişmirə gəlib
çıxmışdır. Bir zaman da Pənc-piran, Siyah-puşan firqələri və Binə-
vayan, Xakəsaran və Nankaşahiyan tayfaları ilə durub oturmuşdur.
Müzəffərabad və Kabil yolu ilə Təuaristan, Türküstan, Bədəxşan
dağlarına getmişdir. Nəqşbəndilər, çəşkilər və sifidcaməganların
söhbətinə könül vermişdir. Məzdəkilər,
xürrəmilər və uyğurilərlə
söhbət etmişdir. Yenə Xorasan və İraq yolu ilə Farsistana qayıtmış-
dır. Bu ölkənin məşhur və məruf adamlarını görmüş, zəhəbilər,
nurbəxşilər və sair böyük adamların təriqətindən xəbərdar olmuş-
dur. Hicaz səfəri həvəsilə Darab və Hürmüz yolu ilə Ümmana və
Həzrəmovta gəlmişdir. Yəmən bəndərlərini və Həbəşistan çölünü
gəzib əbaxilər, zeydilər, təbərilər və kəysanilərin etiqadlarını dinlə-
mişdir. Həcc mərasimini yerinə yetirdikdən sonra, vəhabilər və
dörd məzhəb sahiblərilə həmsöhbət olaraq Səid və Misir ölkələrinə
getmişdir. Qibtilər, mülhidlər təriqətindən ibrət alıb, bu ölkənin bir
çox
alim və şeyxləri ilə görüşüb, Şam və Ərz-müqəddəs ölkələrinə
gəlmişdir... Əməvilər, şeytanpərəstlər, cəbrilər, qədrilər, samirilər,
yəhudilər və rahiblərlə ünsiyyət etmişdir. Ruma, Qaramana, Yuna-
nıstana, Qostəntiniyyəyə, Aydına, Məğrib-zəminə, Bərbəristan və
Cəzair ölkələrinə səfər etmişdir. Padişahlar və bəktaşilər, rifailər,