Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə61/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

 
245 
Onun nəvələri sultanların və əmirlərin yanında əziz olub, rüsu-
mat sahibi idilər. Şeyxin məzarı və onların yurdu olan kənd Şeyxlər 
adı ilə adlanmışdır. Onun əsərlərindən ancaq «Bəyanüləsrar» adlı 
ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddəmə və 24 fəsildən 
ibarət olan bu kitab, əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, tə-
riqət sahibləri və füqəranın adət və adabına aid olan geniş  mövzu-
ları müxtəsər bir surətdə izah edir. Hicri səkkizinci  əsrin axırında 
vəfat etmişdir. 
 
ƏBUTAHİR ŞİRVANİ 
 
Şirvanın gözəl təbli şairlərindən biridir. Elm və fəzilət cəhətdən 
müasirləri arasında görkəmli yer tutur. Onun haqqında aşağıdakı 
iki beytdən başqa heç bir şey məlum deyildir. 
 
Mən yaşlı adamlara təəccüb edirəm  
Ki, saçlarını nə üçün boyayırlar 
Madam ki, boya ilə heç kəs əcəldən canını qurtara bilməz,  
Onlar özlərini nə üçün incidirlər? 
 
SEYİD HƏSƏN ŞİRVANİ 
 
Çox fəzilətli bir vaiz olmuşdur. Xətlərinin bir çoxunu son 
dərəcə gözəl yazardı. Onun gözəl sözlərindəndir: 
 
Deyirsən, o mehriban sevgiliyə yetişmək olarmı? 
Əgər öz mənliyindən keçərsənsə, Allaha and olsun 
                                                          yetişmək olar. 
 
 
246
BƏDR ŞİRVANİ 
 
Onun haqqında ancaq bu qədər məlumdur ki, mətanətli təbi və 
gözəl şeirləri olmuşdur. Ömrünün bir çox illərini eyş-işrət və gözəl 
şeir söyləməklə keçirmişdir. Bu mətlə onun şeir məcmuəsindədir: 
 
Beyt 
 
Sərxoşcasına, könlümün quşundan kabab hazırla,  
Göz yaşımdan ona duzlu su səp. 
 
Dövlətşah “Təzkirətüşşüəra”sında yazır:  
Mövlana Katibi Tərşizi, Əmir İbrahim zamanında Şirvana gəldi 
və onunla Bədr arasında bir çox şeirləşmə və elmi mübahisələr oldu. 
Deyirlər ki, Əmir İbrahim Katibiyə son dərəcə nəvaziş göstərirdi. Bir 
qəsidəyə mükafat olaraq ona on min dinar qızıl bağışladı. Katibi bu 
qədər böyük pulu bir ayın  ərzində  Şamaxı karvansarasında xərc-
lədi. O, bu pulun bir hissəsini fazillərə, şairlərə və həqiqət əhllərinə 
payladı və bir qədərini ondan oğurladılar. Belə ki, bir gün mətbə-
xində bir batman un tapılmadı. O zaman bu qitəni yazıb  əmirin 
hüzuruna göndərdi: 
 
Dünən aşpazdan bir az şorba bişirməyi tələb etdim,  
Ta bu şorbadan bizim və qonağın işi düzəlsin.  
Dedi: - Tutaq ki, ət və quyruq tapdım, bəs onun ununu kim 
                                                                            verər? 
Dedim: - Fələkin dəyirmanını fırladan kimsə verər. 
 
MÖVLANA ƏBDÜRRƏŞİD İBNİ-MALEH BAKUYİ 
 
Fəzilətlərilə  şöhrət tapmış bir müəllifdir. Hicri 805-ci (=1403) 
ildə anadan olmuşdur. «Təlxisülasar və  əcaibül-məlikül-qəhhar» 
adlı  ərəbcə bir coğrafiya kitabı yazmışdır. O, bu əsərində ruslar, 
slavyanlar, varyaqlar və peçeneqlər haqqında gözəl izahat vermiş-


 
247 
dir. Avropanın məşhur alimlərindən akademik Fren bu əsərdən bir 
çox  şey iqtibas edərək, çap olunmuş  «İbn-Fədlan» adlı  əsərində 
dərc etmişdir. 
 
MÖVLANA KƏMALƏDDİN MƏSUD ŞİRVANI 
 
Dövrünün  ən böyük alimlərindən biri olub, Sultan Hüseyn 
Bayqara zamanında uzun illər boyu Heratda Gövhərşad bəyim və 
Əmir Əlişir mədrəsələrində dərs verməklə məşğul olmuşdur. Bütün 
Xorasan fazilləri yanında yüksək kamalatı ilə  şöhrət qazanmış  və 
«Şəhri-hikmətüleyn» kitabına bir haşiyə yazmışdır. Hicri 905-ci 
(=1500) ildə vəfat etmişdir. 
 
MÖVLANA MƏSUD ŞİRVANİ 
 
Əbülqazi Sultan Hüseynin şairlərindəndir. Səlis  şeirlər söylə-
mişdir. Onun əsərlərindəndir: 
Saf şərabın təsirilə sərxoşların sinəsini yandır,  
Çünki şərabdan başqa heç bir şey mənimlə saziş etmir. 
 
ƏBƏDİ ŞİRVANİ 
 
Pak etiqadlı  zərif bir kişi olmuşdur. Xəttat və gözəl bir təbə 
malik olmaqla bərabər, şətrənc oyununu da yaxşı oynarmış. Onun 
şeirlərindəndir: 
Ürək yanğısından dilim ağzımda atəş kəsildi,  
Ey müddəi, elə bir iş görmə ki, mənim dilimə-ağzıma düşəsən. 
 
MÜSAHİB GƏNCƏVİ 
 
Onun ism və rəsmi Gəncə və Qarabağ bəylərbəyisi Ziyad oğlu 
Kəlbəli xandır. II Şah Abbasa çox yaxın olub, onun həmsöhbət-
lərindən olduğu üçün, Müsahib təxəllüsünü qəbul etmişdir. O, 
 
248
cahü-cəlal sahibi və siyasət işlərində sabit-qədəm olmaqla bəra-
bər, elmli və gözəl təbə malik bir zat olmuşdur. Divanı ələ keçmə-
miş olsa da, bu bir neçə beyt ondandır: 
 
Ey saqi, piyaləni gəzdir və onu içirt,  
Çünki müşkül işlərimiz piyalənin gəzdirilməsilə həll 
                                                       olundu. 
Ey saqi, şərab piyaləsinin batinindən saflıq kəsb et,  
Çünki müşkül işlərimiz piyalənin gəzdirilməsilə həll 
                                                      olmuşdur. 
 
Yenə onundur: 
 
Ey Müsahib! Dünyanı yandıran eşq yolunda  
Məhəbbəti o uşaqdan öyrən ki,  
Anası onu döymək istədikdə  
O, anasının ətəyinə sığınar. 
 
Yenə onundur: 
 
Onun iki qaşı bir-birinə çatılmışdır,  
Çünki o, mənimlə dilxahdan cinaq çəkmişdir. 
 
MÖVLANA MOLLA MİRZƏ ŞİRVANİ 
 
Əqli və nəqli elmlərdə əsrinin yeganəsi olmuşdur... Şah Süley-
man əsrində İsfahanda dərs və xitabətlə məşğul olmuşdur. Özün-
dən sonra gözəl  əsərlər qoyub getmişdir. Alimlərlə bir çox elmi 
söhbətləri olmuş, hamı onun fəzl və kamalını etiraf etmişdir... Şah 
Sultan Hüseyn dövründə vəfat etmişdir. 
 


 
249 
MOLLA MƏHƏMMƏD İBN-MOLLA 
NƏÇƏFQULU BAKUYİ 
 
Təlifat işləri və elmi dərəcə etibarilə əsrinin mümtaz simaların-
dan olmuşdur. Ondan bir çox gözəl asar yadigar qalmışdır. II Mirzə 
Məhəmməd xanın müəllimi olmuşdur.  Şeyx Bəhaəddin Məhəm-
məd Amilinin «Kəşkül» adlı kitabını, Fətəli xan cənablarının xahişilə, 
o gözəl əsərə layiq bir tərzdə, ərəbcədən farscaya tərcümə etmiş-
dir. Onunla Hacı Məhəmməd Çələbi Əlici, şiə və sünni məzhəblə-
rini birləşdirmək haqqında təhqiqat aparmışlar. Əlican cənabları bu 
xüsusda ərəbcə gözəl bir kitabça yazmışdır. 
 
HACI MƏHƏMMƏD ÇƏLƏBİ ƏLİCİ QÜLHANİ 
 
Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məş-
hur adamlarından olmuşdur. «Tədvinül-Əlici» adlı kitab onun əsər-
lərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri 
ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmiş-
dir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı 
Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba 
əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman 
Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlavat çə-
kildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni 
dayandırıb, bir sırada durdular. 
 
MƏSTƏLİ HACI ZEYNƏLABDİN ŞİRVANİ 
 
Hicri 1194-cü (=1779) ildə, şəban ayının 15-də Şamaxı şəhə-
rində anadan olmuşdur. Onun anadan olmasından altı ay keçən-
dən sonra, atası axund İskəndər köç-külfətilə  tərki-vətən edərək, 
Kərbəlaya getmişdir... O cənab on yeddi yaşına qədər rəsmi elm-
lərlə məşğul olmuşdur. O, batini cazibələrlə zahiri həyatdan uzaq-
laşmışdır.  Əvvəl hindli Məsuməli  şahın xidmətinə yetişib, sonra 
 
250
Bağdadda  İsfahanlı Nurəli  şahın xidmətini ixtiyar etmişdir. Bir 
müddət İraqi-Əcəm, Gilan, Şirvan, Muğan və Azərbaycanda olmuş-
dur. Buradan Təbəristan, Xorasan, Quhistan, Zabilistan və Kabilə 
səyahət edərək, bir çox məşhur alimlərin və möhtərəm  şəxslərin 
söhbətlərindən istifadə etmişdir. Uzun bir zaman Həsənli  şahın 
xidmətində olmuşdur. Həsənli şah hicri 1216-cı (=1802) ildə Pişa-
vər  şəhərində  vəfat etdikdən sonra o, Pəncab, Dehli, Ud, Allah-
abad, Bengalə, Gücərat və  Dəkən vilayətlərinə getmişdir. Cukilər, 
sinasilər, birakilər və nankaşahilər, bütpərəstlər və  zərdüştilərlə 
ünsiyyət etmişdir. Cəlallilər, mədarilər, qadirilər, dəhrilər, hüluiclər 
və mübahilər ilə oturub-durmağı lazım bilmişdir. Raylar, raclar, 
bərəhmənlər və  rəgirlər firqələrilə müsahib olmuşdur. Hindistan 
cəzirələrinə, Sudan, Maçin və  Bənadiran ölkələrinə keçib, axırda 
Sind vilayətinə  və Multan yolu ilə, çox çətinliklə Kişmirə  gəlib 
çıxmışdır. Bir zaman da Pənc-piran, Siyah-puşan firqələri və Binə-
vayan, Xakəsaran və Nankaşahiyan tayfaları ilə durub oturmuşdur. 
Müzəffərabad və Kabil yolu ilə  Təuaristan, Türküstan, Bədəxşan 
dağlarına getmişdir. Nəqşbəndilər, çəşkilər və sifidcaməganların 
söhbətinə könül vermişdir. Məzdəkilər, xürrəmilər və uyğurilərlə 
söhbət etmişdir. Yenə Xorasan və İraq yolu ilə Farsistana qayıtmış-
dır. Bu ölkənin məşhur və  məruf adamlarını görmüş, zəhəbilər, 
nurbəxşilər və sair böyük adamların təriqətindən xəbərdar olmuş-
dur. Hicaz səfəri həvəsilə Darab və Hürmüz yolu ilə Ümmana və 
Həzrəmovta gəlmişdir. Yəmən bəndərlərini və  Həbəşistan çölünü 
gəzib əbaxilər, zeydilər, təbərilər və kəysanilərin etiqadlarını dinlə-
mişdir. Həcc mərasimini yerinə yetirdikdən sonra, vəhabilər və 
dörd məzhəb sahiblərilə həmsöhbət olaraq Səid və Misir ölkələrinə 
getmişdir. Qibtilər, mülhidlər təriqətindən ibrət alıb, bu ölkənin bir 
çox alim və şeyxləri ilə görüşüb, Şam və Ərz-müqəddəs ölkələrinə 
gəlmişdir...  Əməvilər,  şeytanpərəstlər, cəbrilər, qədrilər, samirilər, 
yəhudilər və rahiblərlə ünsiyyət etmişdir. Ruma, Qaramana, Yuna-
nıstana, Qostəntiniyyəyə, Aydına, Məğrib-zəminə, Bərbəristan və 
Cəzair ölkələrinə  səfər etmişdir. Padişahlar və  bəktaşilər, rifailər, 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə