Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə57/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   53   54   55   56   57   58   59   60   61

2-HAQQIN ZÜHURU


“Tövbə” surəsinin 33-cü ayəsində buyurulur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Diqqət yetirmək lazımdır ki, bu ayə “Onlar Allahın nurunu batil sözləri ilə söndürmək istəyirlər; Allah isə kafirlərin xoşuna gəlməsə də, yalnız Öz nurunu tamamlamaq istəyir” ayəsindən sonra gəlir. Ötən ayələrdəki kimi, bu ayələrdə də Allah-taala İslamın digər dinlərə qalib gələcəyini vəd etmişdir. İslamın bütün dinlərə qalib gəlməsi necə başa düşülməlidir? Bu barədə təfsirçilərin çoxlu ehtimalları var.

Fəxri-Razi burada beş cür təfsir qeyd edir və qələbənin keyfiyyəti ilə bağlı suallara cavab verir:



1. Məqsəd nisbi qələbədir; çünki İslamın tutduğu hər bir yerdə bu din hakimdir.

2. Məqsəd Ərəbistan yarımadasındakı dinlər üzərində üstünlükdür.

3. Məqsəd Peyğəmbəri-əkrəmi (s) bütün ilahi dinlərdən agah etməkdir (ayədəki “li-yuzhirəhu” ifadəsi tam agahlıq kimi məna edilmişdir).

4. Məqsəd məntiqli qələbədir, yəni İslamın mahiyyəti digər dinlərlə müqayisədə bitkin və idealdır.

5. Məqsəd İslamın həzrət İsanın (ə) zühuru və imam Mehdinin (ə) inqilabı ilə bütün din və ayinlər üzərində son qələbəsidir.

Şübhəsiz, burada İslamın mahiyyətcə qələbəsi təfsiri düzgün deyil. Çünki İslamın mahiyyətcə digər dinlərin fövqündə durması elə İslamın zühuru ilə aşkar oldu.

Bundan əlavə, ayədə qeyd olunan “li-yuzhirəhu” sözünün kökü olan “zühur” və “izhar” sözləri Qurani-kərimin digər ayələrindəki kimi, xarici və həqiqi qələbəni ifadə edir. Necə ki, “Əshabi-Kəhf”in əhvalatında buyurulur: “Əgər onlar sizə qələbə çalsa, sizi daş-qalaq edəcəklər!”1

“Tövbə” surəsinin 8-ci ayəsində buyurulur:



كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً

Necə onların əhd-peymanının bir dəyəri olsun? Əgər onlar sizə qalib gəlsələr, nə sizinlə qohumluğu gözləyər, nə də bir əhdə əməl edərlər?!”

Aydındır ki, Məkkənin bütpərəstləri və müşrikləri allahpərəstlərin məntiqinə qalib gələ bilmədilər. Burada məqsəd, yalnız döyüşdə qələbədir. Buna əsasən, İslamın bütün dinlər üzərində qələbəsi məntiqi və zehni aləmdəki qələbə yox, xarici aləmdəki qələbədir. Öncə qeyd etdiyimiz kimi, bu qələbənin müxtəlif mərhələləri var: birinci mərhələ İslam peyğəmbərinin (s) dövründə və daha geniş bir mərhələsi sonrakı əsrlərdə baş vermişdir. Son mərhələ isə imam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Çünki bu ayədə İslam dininin qeyd-şərtsiz bütün dinlərə qalib gələcəyindən söz açılır. Mütləq və qeyd-şərtsiz qələbə yalnız bütün yer üzünü əhatə etdiyi bir vaxt gerçəkləşə bilər. Necə ki, Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur:

لا يَبْقى عَلى ظَهْرِ الْاَرْضِ بَيْتُ مَدَرٍ وَلا وَبَرٍ اِلاّ اَدْخَلَهُ اللهُ كَلِمَةُ الْاِسْلامِ:

Yer üzündə daşdan və palçıqdan tikilən elə bir ev, yundan və kürkdən hazırlanan elə bir xeymə tapılmayacaq ki, Allah-taala İslamın səsini oraya daxil etməsin!”2

Süyuti “Əd-durrul-mənsur” kitabında Səid ibn Mənsur və İbn Münzərdən, eləcə də Beyhəqi “Sünən” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql etmişlər: “Bu hadisə (Peyğəmbərin (s) buyurduğu hədis) o zaman gerçəkləşəcək ki, (yer üzündə) başqa məzhəb və din sahibi olan yəhudi və məsihilər belə kənarda qalmayacaq! (Hamı İslam sayəsində yerləşəcək və hər yerdə İslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danışılacaq.)”1 Bəli, o gün bu ilahi vəd həyata keçəcəkdir.

Bu ayənin təfsirində imam Sadiqdən (ə) belə bir hədis nəql olunmuşdur: “Allaha and olsun! Bu ayənin mənası (sonuncu mərhələsi) hələ gerçəkləşməmişdir və yalnız Qaimin zühuru zamanı əks olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir məntəqəsində Allaha qarşı küfr edən bir şəxs tapılmayacaq!”2

Bunu da qeyd etməliyik ki, هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ (Müşriklərin xoşuna gəlməsə də, bütün dinlərə qələbə çalmaq üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!) – ayəsi Qurani-kərimin üç surəsində – “Tövbə” surəsinin 33-cü, “Fəth” surəsinin 28-ci, “Səff” surəsinin 9-cu ayəsində gəlmişdir. Bunun üç dəfə təkrar olunması məsələnin əhəmiyyətli olduğunu göstərir.

Əhli-sünnə mənbələrində Əbu Hüreyrədən nəql olunan bir hədisdə belə deyilir: “Ayədəki “Li-yuzhirəhu ələd-dini kullih” – cümləsində məqsəd İsa ibn Məryəmin (ə) gəlişinə işarə olunur.” (Bildiyimiz kimi, rəvayətlərə əsasən, həzrət İsa-Məsih (ə) imam Mehdinin (ə) qiyamı zamanı yenidən gələcəkdir!)3

***

Bu bəhsi də məşhur təfsir alimi Qütadənin nəql etdiyi bir hədislə sona yetiririk. O, bu ayənin təfsirində yazır: “Dünyada altı cür pərəstiş edən var: müsəlmanlar, məsihilər, yəhudilər, ulduzpərəstlər, məcuslar və müşriklər. Bütün bunlar İslam dininə qoşulacaq!”4



Məlum olduğu kimi, bu şərait, yalnız imam Mehdinin (ə) inqilabı zamanı hasil olacaqdır. Bunu da deyək ki, yəhudi və məsihi dinləri tamamilə aradan getməyəcək və burada məqsəd, İslam dininin bütün dünyaya hakim olmasıdır.

***

İMAM MEHDİNİN (Ə) İNTİZARININ TƏSİRLƏRİ


Bəzi nadanlar elə güman edirlər ki, bu ayə və rəvayətlər imam Mehdinin (ə) intizarı fikrini irəli sürməklə irtica və geriliyə, insanların məsuliyyətdən boyun qaçırmasına və zülmə təslim olmasına zəmin yaradır. Çünki bu rəvayətlərə görə, imam Mehdinin (ə) qiyam və gəlişindən öncə dünyada islah və əmin-amanlığa ümid yoxdur. Hətta zühura zəmin yaradılması belə zülm və fitnə-fəsadın yayılmasına kömək edir!

Bu söz qədimdən düşmənlərin, imam Mehdinin (ə) qiyamını inkar edənlərin sözü olmuş, hətta İbn Xəldun bu məsələyə işarə etmişdir. Halbuki həqiqət tamamilə bunun əksidir. Böyük zühur intizarını çəkməyin çoxlu müsbət təsirləri var. Aşağıda onlara qısa şəkildə işarə edəcək və nadanların hökmlərinin düzgün olmadığı anlaşılacaq. Qurani-kərim ayələrinə, şiə və əhli-sünnənin məşhur kitablarında nəql olunan “mütəvatir” hədislərə əsaslanmaqla onların yanlış mövqe tutduqlarını göstərəcəyik.

***


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə