Günah lüğət elmində


BİRİNCİ FƏLSƏFƏ: FƏRDİ İSLAHAT



Yüklə 3,25 Mb.
səhifə59/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   53   54   55   56   57   58   59   60   61

BİRİNCİ FƏLSƏFƏ: FƏRDİ İSLAHAT


Belə dəyişiklik hər şeydən öncə insani dəyərlərə ehtiyac duyur ki, ümumdünyəvi islahatın ağır məsuliyyətini çəkə bilsin. Belə böyük bir proqramın icrasında həmkarlıq üçün mütləq elmi dərəcə, yüksək məlumat, ruhi və fikri hazırlıq tələb edir. Dardüşüncəlik, ümumiyyətlə, hər növ irtica həqiqi intizarla uyğun gəlmir. Əsas məsələ budur ki, həqiqi intizar çəkənlər belə bir mühüm proqramda heç vaxt tamaşaçı rolunu ifa edə bilməz və elə indidən inqilabçılar sırasına qoşulmalıdır.

Əgər mən özüm əyri işlərə əl atıramsa, necə düzgün bir nizamın intizarını çəkə bilərəm?!

Görəsən, bu intizarın özü ruhi, fikri və cismi çirkinliklərdən təmizlənib saflaşma üçün kifayət deyildirmi? Azadlıq uğrunda mübarizə intizarı çəkən ordu tam hazır vəziyyətdə olmalı, hərbiçilərin hazırlığı və ruhiyyələrini gücləndirməli, fədakarlıq hissini dirçəltməlidir. Belə hazırlığa malik olmayan ordu heç vaxt intizardan danışa bilməz.

Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, əxlaqi, maddi və mənəvi cəhətdən tam hazırlıq tələb edir ki, bu hazırlığın bir çox müsbət təsirləri vardır. Bütün yer üzünü islah etmək, zülm, təfriqə və ixtilafa son qoymaq isə asan və sadə bir iş deyil. Belə bir inqilabı həyata keçirmək üçün şücaətli, dərrakəli, ağıllı, dərin düşüncəli, tam hazırlıqlı, söz və əməlində doğru olan şəxsiyyətlər lazımdır. Belə böyük hədəf üçün insanın dərin əxlaqi, fikri və ictimai cəhətdən islahı lazımdır. Həqiqi intizarın mənası məhz budur və kimsə onun irtica olduğunu deyə bilməz!


İKİNCİ FƏLSƏFƏ: İCTİMAİ HAZIRLIQ


Həqiqi intizar fərdi islahat tələb etdiyi kimi, ictimai birliyin qorunmasını, ümumi islahat nəzərdə tutur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edəcək, hamı bir məqsəd üçün çalışacaq. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Mübarizlərin fəal iştirakı olmadan belə bir proqramın icrası qeyri-mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir. Bu da böyük islahatçının qiyamı intizarının başqa bir müsbət təsiridir!

ÜÇÜNCÜ FƏLSƏFƏ: HƏQİQİ İNTİZARÇILAR ÇİRKİNLİKDƏN UZAQDIR!


İmam Mehdinin (ə) intizarının digər mühüm təsirlərindən biri də çirkinlik və eybəcərliklərə qarşı islahat proqramıdır.

İzah: Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bəzən pak insanları belə, ruhi sıxıntıya, ümidsizliyə düçar edir. Bəzən də elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir. Əsla islahata ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş fitnə-fəsada, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşkil edərək qorunmaq onlar üçün çətinləşir. Bəzən də camaatla həmrəng olmağa üstünlük verirlər.

Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islahına ümidvar ola bilərlər.

İslam göstərişlərində ümidsizlik ən böyük günahlardandır. Bu məsələyə böyük əhəmiyyət verildiyini görürüksə, bunun səbəbi Allahın mərhəmətindən naümid olan günahkar şəxsin günahını yumaq, heç olmazsa, günahdan çəkinmək fikrinə düşməməsilə əlaqədardır. O fikirləşir ki, mən onsuz da cəhənnəmə gedəcəyəm. Bəs nə üçün dünyada qəm-qüssə çəkməliyəm?! İslanmışın yağışdan nə qorxusu!

Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişir. Onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Eləcə də, çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər.

Hazırda dünya çirkinliyə, fitnə-fəsada doğru nə qədər sürətlə gedirsə, imam Mehdinin (ə) zühuruna ümid bir o qədər artır. Ona inananların fəsad və çirkinliyin tufanları qarşısında müqaviməti möhkəmlənir. Mühit nə qədər aludə olsa belə onlar naümid olmur, üstəlik hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar.

***


Ötən bəhslərdən belə nəticəyə gəldik ki, intizarın viranedici olması təsəvvürü yalnız onun məfhumunun təhrifi ilə yaranır. Necə ki, qədimdən təhrif əlləri ona doğru uzanmışdır. Onun həqiqi məfhum və mənası ictimai-fərdi islahatın, tərbiyə və təşviqin əsasını təşkil edir. Bu məsələyə əvvəldən obyektiv yanaşan Quranın özü olmuş və bu haqda “Nur” surəsinin 55-ci ayəsində buyurulmuşdur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا

Allah aranızda iman gətirib saleh işlər görənlərə – yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir!”

Böyük İslam rəhbərlərindən nəql olunan bir çox rəvayətlərə əsasən, bu ayədə işarə olunmuşlar imam Mehdi (ə) və onun yaxınlarıdır.1 Başqa bir hədisdə isə deyilir: “Bu ayə Mehdi (ə) haqqında nazil olmuşdur!”

Bu ayədə imam Mehdi (ə) və onun yaxınları ”iman gətirən və saleh iş görənlər” kimi tanıtdırılmışdır. Beləliklə, cahanşümul bir inqilabın həyata keçməsi hər bir süstlük və nöqsandan uzaq olan möhkəm iman və dünyəvi islahı təmin edə biləcək saleh əməllər olmadan qeyri-mümkündür. Belə bir proqram üçün həm yetkin bilik, həm güclü iman, həm də saleh əməl lazımdır. Yalnız bu xüsusiyyətlərə malik olanlar özlərinə bəşəriyyətin xilaskarının islahatlarında iştirakla müjdələyə bilər. Zülm və haqsızlıq yolu seçib, iman və saleh əmələ biganə qalanlar, iman zəifliyinə görə hətta öz kölgələrindən qorxanlar, cəmiyyətdən uzaqlaşaraq əllərini əllərinin üstünə qoyub tamaşa edənlər və haqq uğrunda mübarizəyə qoşulmayanlar verilən həmin vəd və müjdələrdən məhrumdurlar! Budur imam Mehdinin (ə) intizarının müsbət təsiri!



İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır! Bizi onun vəfalı dostlarından və fədakar əsgərlərindən qərar ver! Amin!
Mündəricat


ÖN SÖZ 4

İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR? 5

İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN? 7

İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI? 8

QURAN VƏ LÜĞƏTDƏ “İMAM” SÖZÜ 10

QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI 12

İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ) 18

QURANİ-KƏRİMDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT 22

"İNZAR VƏ HİDAYƏT" AYƏSİ 23

"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİ 27

"ULİL-ƏMR" (ƏMR SAHİBLƏRİ) AYƏSİ 31

İKİNCİ FƏSİL 37

RƏVAYƏTLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT 37

1-“SƏQƏLEYN” HƏDİSİ 37

"SƏQƏLEYN" HƏDİSİ PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) DİLİNDƏ TƏKRARLANIR 46

"SƏQƏLEYN" HƏDİSİNDƏN ANLAŞILAN MÜHÜM NÖQTƏLƏR 48

YALNIZ BİR SUAL 49

2-“SƏFİNƏ” (GƏMİ) HƏDİSİ 51

SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR? 53



3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ 55

NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ 57



4-“ON İKİ İMAM” HƏDİSİ 61

ON İKİ İMAM” HƏDİSİNİN MÖHTƏVASI 63



BİR İNCƏLİK 67

YER ÜZÜ İLAHİ HÖCCƏTSİZ QALMAZ 67

İLAHİ HÖCCƏTİN ZƏRURİLİYİNƏ AİD QURAN AYƏLƏRİ VƏ MƏNTİQİ DƏLİLLƏR 69

ÜÇÜNCÜ FƏSİL 72

İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR 72

İMAMIN ELMİ 73

İMAMLARIN ELMİ MƏNBƏLƏRİ 78

İMAMLARIN MƏSUM VƏ GÜNAHSIZ OLMASI 89

ƏHLİ-BEYT KİMLƏRDİR? 93

BİR NEÇƏ SUALA CAVAB 97

İSMƏT” MƏSƏLƏSİLƏ BAĞLI İRADLAR 101



İMAMLARA XAS XÜSUSİYYƏTLƏR 103

İMAM ALLAH TƏRƏFİNDƏN TƏYİN OLUNUR 105

DÖRDÜNCÜ FƏSİL 106

PEYĞƏMBƏR VƏ İMAMLARIN “TƏKVİNİ” VİLAYƏTİ 106

HƏDİSLƏRDƏ “TƏKVİNİ VİLAYƏT” 113

BEŞİNCİ FƏSİL 118

XÜSUSİ İMAMƏT VƏ VİLAYƏT 118

1-“TƏBLİĞ” AYƏSİ 119

AYƏNİN NAZİL OLMA SƏBƏBİ 120

QƏDİR-XUM” HADİSƏSİ 121

QƏDİR-XUM” RƏVAYƏTLƏRİNƏ BİR BAXIŞ 122

TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL 126



ŞƏRHLƏR 127

1-“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ 127



2-“QƏDİR-XUM” HƏDİSİNİ TƏSDİQ EDƏN DİGƏR AYƏLƏR 129

3-BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR? 133

4-NƏ ÜÇÜN ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMƏDİ? 133

2-“VİLAYƏT” AYƏSİ 135

AYƏNİN NAZİL OLMA SƏBƏBİ 135

VİLAYƏT” AYƏSİNİN XİLAFƏTƏ DƏLALƏTİ 138



İRADLAR VƏ BƏHANƏLƏR 139

3-“ULİL-ƏMR” AYƏSİ 145

4-“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİ 148

5-“QURBA” AYƏSİ 150

İSLAM RƏVAYƏTLƏRİNDƏ “QURBA” AYƏSİ 154

FƏZİLƏT AYƏLƏRİ 159

1-“MÜBAHİLƏ” AYƏSİ 160

MÜBAHİLƏ” AYƏSİNİN MƏFHUMU 160

MÜBAHİLƏ” HƏDİS ALİMLƏRİNİN KƏLAMLARINDA 162

MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ 166

MÜBAHİLƏ” AYƏSİ VƏ İRADLAR 169

2-“XEYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ 173

3-“LEYLƏTÜL-MƏBİT” AYƏSİ 176

4-“HİKMƏT” AYƏSİ 180

5-“HƏL-ƏTA” (İNSAN) SURƏSİ 182

HƏL-ƏTA” SURƏSİ ŞER ƏDƏBİYYATINDA 186

HƏL-ƏTA” SURƏSİ VƏ İRADLAR 187

6-“BƏRAƏT” AYƏLƏRİ 190

7-“SİQAYƏTÜL-HACC” (HACILARA SU VERMƏ) AYƏSİ 196

8-“SALİHUL-MUMİNİN” (MÖMİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ 198

9-“VƏZİRLİK” AYƏSİ 200

VƏZİRLİK” AYƏSİ VƏ HƏDİSLƏRİNİN MƏZMUNU 202



10-11-“ƏHZAB” SURƏSİNİN AYƏLƏRİ 203

12-“BƏYYİNƏ” (ŞAHİD) AYƏSİ 206

13-“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ 210

14-“NUR” AYƏSİ 211

15-“İNZAR” AYƏSİ 213

16-“MƏRƏCƏL-BƏHREYN” AYƏSİ 217

17-“NƏCVA” (PIÇILTI) AYƏSİ 220

18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ 225

19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ 236

20-“MƏVƏDDƏT” (MƏHƏBBƏT) AYƏSİ 238

21-“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ 241

22-“İYZA” (ƏZİYYƏT) AYƏSİ 243

23-“İNFAQ” AYƏSİ 246

24-“MƏHƏBBƏT” AYƏSİ 248

25-“MƏSULUN” (SORĞU-SUALA TUTULANLAR) AYƏSİ 253

ALTINCI FƏSİL 257

ON İKİ İMAM 257

1-“SALAVAT” AYƏSİ 259

2-“NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİ 265

3-“SİRATİ-MÜSTƏQİM” (DOĞRU YOL) AYƏSİ 267

4-ADƏM PEYĞƏMBƏRİN TÖVBƏSİ 269

5-ƏN YAXŞI ƏMƏL 271

HƏDİSLƏRDƏ ƏHLİ-BEYT İMAMLARININ ADLARI 275

YEDDİNCİ FƏSİL 277

PEYĞƏMBƏRİN (S) SONUNCU XƏLİFƏSİ İMAM MEHDİ (Ə) 277

1-YER ÜZÜNDƏ SALEHLƏRİN HÖKUMƏTİ 279

2-“NUR” AYƏSİ 284

2-HAQQIN ZÜHURU 288

İMAM MEHDİNİN (Ə) İNTİZARININ TƏSİRLƏRİ 291

İNTİZARIN MAHİYYƏTİ VƏ ONUN MÜSBƏT TƏSİRLƏRİ 291

İNTİZAR” MƏFHUMU 293



İNTİZAR – TAM HAZIRLIQ 294

BİRİNCİ FƏLSƏFƏ: FƏRDİ İSLAHAT 294

İKİNCİ FƏLSƏFƏ: İCTİMAİ HAZIRLIQ 295

ÜÇÜNCÜ FƏLSƏFƏ: HƏQİQİ İNTİZARÇILAR ÇİRKİNLİKDƏN UZAQDIR! 295




1 “Sünnə” lüğətdə üslub mənasındadır – istər yaxşı olsun, istərsə də pis. Dini termin kimi isə Peyğəmbəri-əkrəmin (s) əməl və sözlərindən ibarət olan və Qurani-kərimdə aşkar şəkildə qeyd olunmayan əmr, nəhy və göstərişlər mənasını daşıyır. Həmçinin, o həzrətin bir şeyi müşahidə edib təsdiqləməsinə də şamil olur. Yəni Peyğəmbər (s) hər hansı bir müsəlmanda gördüyü bir işi ona qadağan etməyibsə və sükutu ilə həmin əməli təsdiqləyibsə, sünnə ona da aid olur. İslamda şəriət mənbələrindən biri də sünnədir. (“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.)

2 “İmamət və rəhbəri”, Şəhid Mütəhhəri, səh. 13.

1 “Şərhi-təcrid”, Quşçi, səh. 472.

2 “Təcridül-etiqad” kitabının qədim şərhi, Şəmsəddin İsfahani Əşəri, “Tovzihul-murad”dan (“Şərhu-təcridil-etiqad”ın haşiyəsi) nəqlən, Seyid Haşim Hüseyni Tehrani, səh. 672.

1 “İsmət”, yəni insan elə bir güclü dərketmə qüvvəsinə malik olsun ki, başqaları kimi günah etməyə qadir olduğu halda, günaha düşməsin. Bu məsələ Allahın məsum şəxsi günahı tərk etməyə məcbur etməsi kimi təsəvvür olunmamalıdır. Allah-taalanın insana yüksək ağıl, kamal, dərrakə, mənəvi paklıq, eləcə də, ibadət və itaətə son dərəcədə diqqət kimi böyük nemətlər bəxş etməsi nəticəsində onun günah etmək qüdrətinə malik olmasına bayxmayaraq, onu öz ixtiyarı ilə tərk edir. Peyğəmbərlər və imamlar da bu məqama malik olduqları üçün onlara “məsum” deyilir. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 180.) (Müt.)

2 Şəriətdə bəzi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir. (Müt.)

3 “Müqəddimə”, İbn Xəldun, səh. 191.

4 “Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə).

1 “Ehqaqul-həqq” kitabı ona cavab olaraq yazılmışdır.

2 “Ehqaqul-həqq”, 2-ci cild, səh. 294 və “Dəlailus-sidq”, 2-ci cild, səh.4.

3 “Dəlailus-sidq”, 2-ci cild, səh. 8.

1 “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379. (“Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.)

1 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 357.

2 Yenə orada, səh. 359.

3 “Əs-səvaiq”, səh. 96 və “Nurul-əbsar”, səh. 70 və 110. Bu hədisin raviləri və onu nəql edən kitablar barəsində əlavə məlumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 3-cü cildinin 287-ci və 14-cü cildinin 258-ci səhifələrinə müraciət etsinlər.

1 “Ət-təhqiq”, “əmm” kökü.

1 “Yasin” surəsi, ayə: 12.

2 “Hicr” surəsi, ayə: 78.

3 “Əhqaf” surəsi, ayə: 12 və “Hud” surəsi, ayə: 17.

4 “Bəqərə” surəsi, ayə: 124.

5 “Ənbiya” surəsi, ayə: 73.

1 “Tövbə” surəsi, ayə: 12.

2 “İsra” surəsi, ayə: 71.

3 “Ruhul-məani”, 1-ci cild, səh. 336.

1 “Təqva” sözü əsasən Allahın əzəmət və cəlalından qafil olmamaq, Onun hökmləri ilə müxalifət etməmək, inadkar və günahkarların qazandıqları ilahi əzabların çətin və ağır olmasından qorxmaq mənasındadır. Təqvanın müxtəlif dərəcəsi vardır: 1-Günah və haram işlərdən uzaq olmaqdan ibarət olan xalqın əmr olunmuş təqva həddidir; 2-Məxsus insanların əldə etdikləri təqva həddidir ki, təkcə haram işlərdən deyil, həm də məkruh və bəyənilməz işlərdən də uzaq olmaq və pəhriz etməkdir; 3-Məxsusların məxsusunun nail olduqları təqva dərəcəsinə şamil olur. Bu seçilmiş şəxsiyyətlər hətta bəzi mübah və halal olan, lakin insanın özünü məşğul edib, onu Allahın yadı və zikrindən yayındıran əməllərdən çəkinib pəhriz edirlər. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 98.) (Müt.)

1 “Loğman” surəsi, ayə: 13.

1 “Əmali”, Şeyx Müfid, “Burhan” təfsirindən nəqlən, 1-ci cild, səh. 151, hədis: 13.

2 “Mənaqib”, İbn Məğazili, “Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278, həmin ayənin təfsirində.

3 “Əl-mizan”, 1-ci cild, səh. 274.

1 “Şərhi-təcrid”, səh. 271 (ixtisarla).

2 “Cümə” surəsi, ayə: 2.

1 “Hədid” surəsi, ayə: 25.

1 “Bidət” sözü lüğətdə yeni zühur edən iş mənasındadır. Dində bidət dedikdə, hər hansı yeni bir saxta (qondarma) işi və sözü şəriət sahibinə aid etmək nəzərdə tutulur. (“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.)

2 “Üsuli-kafi”, 1-ci cild, səh. 32, “sifətül-elm” bölümü, hədis: 2.

3 “Nəhcül-bəlağə”, qısa kəlamlar: 147

1 “Xilafət” ərəb dilində başqasının əvəzedicisi olmaq mənasındadır. Xəlifə o kəsə deyilir ki, başqasının ardınca gəlib onun canişini olsun və mövcud boşluğu doldursun. (“Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 156.) (Müt.)

2 “Üsuli-kafi”, 1-ci cild, səh. 200.

3 “Nəhcül-bəlağə”, xütbə: 46.

1 "Rəd” surəsi, ayə: 7.

2 "Bəraət” surəsi, ayə: 119.

3 "Nisa” surəsi, ayə: 59.

1 "Kəbir" təfsiri, Fəxri-Razi, 19-cu cild, səh. 14.

1 "Əd-durrul-mənsur", (Cəlaləddin Süyuti, vəfatı: 910 h.q), 4-cü cild, səh. 45.

2 Yenə orada.

3 Yenə orada.

1 Bu hədisin mənbə və sənədləri ilə əlaqədar məlumat əldə etmək istəyənlər "Ehqaqul-həqq" kitabının 3-cü cildinin 92-188-ci səhifələrinə müraciət edə bilərlər.

2 "Həbibus-seyr", 2-ci cild, səh. 12.

3 "Ehqaqul-həqq", 3-cü cild, səh. 92.

4 "Əl-mizan", 11-ci cild, səh. 327, bəhs etdiyimiz ayənin təfsirində.

5 "Nurus-səqəleyn", 2-ci cild, səh. 482-485.

1 Yenə orada, səh. 483, hədis: 19-20.

2 Müxtəlif sənədlərlə nəql olunan, lakin “təvatür” həddinə çatmayan rəvayətə deyilir.

1 "Hücurat” surəsi, ayə: 15.

1 "Kəbir” təfsiri, 16-cı cild, səh. 221.

1 "Ehqaqul-həqq", 3-cü cild, səh. 297.

2 Yenə orada.

3 "Nurus-səqəleyn", 2-ci cild, səh. 280, hədis: 392-393.

4 Yenə orada.

1 "Burhan" təfsiri, 2-ci cild, səh. 170.

1 "Əl-mənar", 5-ci cild, səh. 181.

1 "Kəbir” təfsiri, 10-cu cild, səh. 144.

2 "Səhihi-Müslim", 3-cü cild, "əmarə" kitabı, "vücubu taətil-uməra..." bölümü, səh. 474.

1 Yenə orada, "vücubu taətil-uməra..." bölümü.

2 “Nəhcül-bəlağə", “qısa kəlamlar”: 165.

1 İslam peyğəmbərinin (s) Mədinə şəhərinin yerli sakinlərindən olan səhabələri “ənsar” (yardımçılar) və Məkkə şəhərindən gələn səhabələrə isə “mühacirlər” (hicrət və köç edənlər) adlandırılmışlar. (Müt.)

2 "Yənabiul-məvəddət", səh. 114-116.

1 "Şəvahidut-tənzil", 1-ci cild, səh. 148, "Beyrut" çapı.

2 Əlavə məlumat əldə etmək istəyənlər "Burhan" təfsirinin 1-ci cildinin 381-387 və "Kənzüd-dəqaiq" kitabının 3-cü cildinin 437-452-ci səhifələrinə müraciət edə bilərlər.

1 "Səqəleyn" sözünü iki cür oxumaq olar: 1-"Səqəleyn", onun tək forması "səqəl"dir, qiymətli və dəyərli, eləcə də müsafirin əmtəəsi mənasını daşıyır. 2-"Siqleyn", onun tək forması "siql"dir, bu da ağır şey mənasını verir. "Ət-təhqiq" kitabının müəllifinin əqidəsinə əsasən, birinci məna mənəvi baxımdan qiymətli şeyə deyilir, ikincisi isə ümumi məna kəsb edir. Yeri gəlmişkən, diqqət yetirmək lazımdır ki, "səqəl" sözü "sifəti-müşəbbəhə", "siql" sözü isə məsdər formasında olan isimdir.

1 Su yığılıb qalan bir torpağın yerləşdiyi məntəqəyə deyilir. (“Fərhəngi-muin.” (Müt.)

1 "Səhihi-Termizi", 5-ci cild, səh. 662, "Əhli-beytin fəzilətləri" bölümü, hədis: 3786.

2 İnsanın “itrəti” dedikdə, onun övladı, nəvə-nəticəsi və nəslindən olan ən yaxın ailə üzvləri nəzərdə tutulur. Bu söz əslində ceyranın göbəyindəki qandan yaranmış ətirli müşkün böyük bir qisminə deyilir. Əhli-beytin və məsum imamların “itrət” adlanması onların “Bəni-Haşim” qəbiləsindən və cənab Əbu Talibin bütün övladları içərisində ətirli müşk parçalarının böyük və qiymətli hissəsinə bənzədilməsidir. Allahın tam və kamil vilayəti də ətirli müşkün yerləşdiyi ceyran göbəyinə bənzəyir. Müşk parçaları damarcıqlar vasitəsilə bir-birlərinə birləşdikləri kimi, bütövlükdə həmin damarcıqlarla ceyran göbəyinə birləşərək böyüyüb inkişaf edir. Məsum imamlar da vilayət ipləri vasitəsilə həm bir-birilə, həm Peyğəmbəri-əkrəm (s)-lə, həm də Allah-taalanın kamal vilayəti ilə əlaqə yaradırlar. Elə bu bağlılıq və əlaqə səbəbindən də inkişaf edib ən yüksək məqama çatırlar. (“Ədəb finayi-müqərrəban”, Cavadi Amoli, 1-ci cild, səh. 323.) (Müt.)

3 Behiştdə bulaq adıdır, lüğətdə firavan, bol, böyük nemət və xeyir-bərəkət mənasını daşıyır. Quran surələrindən birinin adı “Kövsər”dir. Təfsirçilər bu surənin Peyğəmbəri-əkrəmin (s) pak övladları – həzrət Fatimeyi-Zəhra (ə.s) və məsum imamlar barəsində nazil olduğunu qeyd etmişlər. (“Nəsri-tuba”, 2-ci cild, səh. 330.) (Müt.)

4 Yenə orada, səh. 663, hədis: 3788.

1 "Sünəni-Darəmi", 2-ci cild, səh. 432, Beyrutun "Darul-fikr" çapı.

2 "Müsnədi-Əhməd", 5-ci cild, səh. 182, Beyrutun "Darus-sadir" çapı.

1 "Xəsaisi-Nisai", səh. 20, Misirin "Təqəddüm" çapı.

2 "Müstədrəküs-səhiheyn", 3-cü cild, səh. 109.

3 Buxari və Müslimin şərtində məqsəd budur ki, onlar yalnız sənədi İslam peyğəmbərinə (s) çatan hədisləri nəql edirdilər. Onların nəzərində belə hədislərin raviləri etimadlı şəxslər olmuşlar. Onlar bu şərtə əsaslanan bütün hədisləri nəql etmədiklərindən, Hakim Nişapuri onları "Müstədrəküs-səhiheyn" kitabında toplamışdır. Buna görə də bu kitabı "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitabları ilə eyni səviyyədə hesab etmək olar.

1 "Əs-səvaiqul-muhriqə", səh. 226, Misirin "Əbdüllətif" çapı.

2 "Usdul-ğabə fi mərifətis-səhabə", 3-cü cild, səh. 47.

1 O, bir çox dəyərli kitablar yazmış və beş yüzdən çox kitab yazdığı nəql olunmuşdur. "Əl-kuna vəl-əlqab", 1-ci cild, səh. 207.)

2 "Ehyaul-məyyit" ("Əl-ithaf"ın haşiyəsində), səh. 116.

3 "Əl-kuna vəl-əlqab", 2-ci cild, səh. 114.

4 "Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114.

5 "Əl-möcəmül-kəbir", səh. 137, ("Ehqaqul-həqq" kitabından nəqlən, 9-cu cild, səh. 322.)

1 "Minhacus-sünnə", 4-cü cild, səh. 104, Qahirə çapı.

2 "Ehqaqul-həqq", 4-cü cild, səh. 438 (dəstixətt nüsxədən nəqlən).

3 "Mənaqib", səh. 93.

4 "Təlxisul-müstədrək" (Hakimin "Müstədrək" kitabının haşiyəsində), 3-cü cild, səh. 109, "Heydərabad" çapı.

5 Sənədi məsumlara çatan, raviləri ədalətli və on iki imamçı olan hədisə “səhih hədis” deyilir.

6 Raviləri şiə olmasa belə, ədalətli olan hədisə “həsən hədis” deyilir.

7 "Sireyi-Hələbi", 3-cü cild, səh. 274, Qahirə çapı.

8"Əl-muqtəbəsu fi əhvalil-Əndəlus" səh. 167, Paris çapı.

1 "Xazin" təfsiri, 1-ci cild, səh. 4, Qahirə çapı.

2 "Nəhcül-bəlağə"nin şərhi, 2-ci cild, səh. 437, Qahirə çapı, 6-cı cild, səh. 375, Beyrutun "Hələbi" çapı, xütbə: 86.

3 "Sireyi-nəbəviyyə", 2-ci cild, səh. 300 – "Sireyi-Hələbi"nin haşiyəsində, səh. 33, Misir çapı.

4 "Əbəqatul-ənvar"ın xülasəsi, 2-ci cild, səh. 105-242, "Müəssəsətul-bəsə" çapı.

1 "Əs-səvaiqul-muhriqə", səh. 75.

2 "Təfsiri-Əli ibn İbrahim", "Biharul-ənvar", 23-cü cild, səh. 129, hədis: 61, "Təfsiri-Əli ibn İbrahim"dən nəqlən.

1 "Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114.

2 "Sünəni-Beyhəqi", 10-cu cild, səh. 114.

1 Üç və ya daha artıq ravilər silsiləsi vasitəsilə nəql olunub, yəqin hasil edilən hədis qisminə “mütəvatir” və “təvatür həddinə çatmış” hədis deyilir. Bu növ hədislər, silsilə və təbəqəsinin müxtəlifliyi, ravilərinin çoxluğu və bir-birilə əlaqələrinin olmaması üzündən həm şiə, həm də sünnilərin hədis alimləri tərəfindən tam surətdə qəbul olunur. (Müt.)

1 “Zəxirətül-məal”, “Xülasətul-əbəqat” kitabından nəqlən, 2-ci cild, səh. 277.

2 “Səfinə” hədisi bu kitablarda nəql olunmuşdur: “Möcəmül-kəbir vəl-möcəmüs-səğir”, Hafiz Təbərani, səh. 78, Dehli çapı; “Üyunul-əxbar”, İbn Qüteybə Dinəvəri, 1-ci cild, səh. 212, Misir çapı; “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 150; “Mizanul-etidal”, Zəhəbi, 1-ci cild, səh. 224; “Tarixul-xüləfa”, Süyuti, səh. 573 və s.

1 Təvatür həddinə çatmayan və ravilərinin sayı üçdən az olmayan rəvayətə deyilir. (Müt.)

2 “Sirə” – Peyğəmbəri-əkrəmin (s) əməli rəftar və davranışlarına deyilir.

3 “Limaza əxtərtu məzhəbə Əhlil-beyt”, səh. 166.

4 “Xülasətül-əbəqatil-ənvar”, 2-ci cild, səh. 126-195.

1 “Qəmər” surəsi, ayə: 11-12.

2 “Hud” surəsi, ayə: 43.

1 Qurani-kərimdə və çoxlu rəvayətdə buyurulduğu kimi, qiyamət günü ixtilafların aradan qaldırılacağı və Allah-taalanın ümmətlər arasında qəzavət və hökm kəsəcəyi bir gündür.

1 Bu rəvayəti bir çox şiə və sünni alimləri nəql etmiş, hətta bəzi rəvayətlərdə göstərilmişdir ki, imam Əli (ə) Peyğəmbəri-əkrəmdən (s) “Nicat əhli olan firqə hansıdır?” – deyə soruşduqda, o həzrət buyurmuşdur: “Əl-mutəməssiku bima əntə və şiətukə və əshabukə!” – (Sənin, şiələrinin səhabələrinin yolundan yapışanlar!) (“Ehqaqul-həqq”, 7-ci cild, səh. 185.)

2 İbn Əsirin “Usdul-ğabə” kitabında qeyd etdiyinə əsasən, Məhəmməd ibn Münkədirin atası Münkədir ibn Abdullah Peyğəmbərin (s) səhabələrindən olmuşdur.

3 Keçmiş zamanlarda cəhətlərin təyini mümkün olmadığından, dəniz səfərlərində onları bilmək üçün ən gözəl vasitə səma ulduzları idi.

1 “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 141, “Heydərabad” çapı, “Ehqaqul-həqq” kitabından nəqlən, 9-cu cild, səh. 294.

2 Əllamə Həmzavinin qeydi belədir: “Buxari və Müslimün hədislərin düzgünlüyündəki şərtinə əsasən, bu hədis səhih və düzgündür. (“Məşariqul-ənvar”, səh. 90, Misirin “Şərqiyyə” çapı.)

3 Əlavə məlumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 9-cu cildinin 294-296-cı səhifələrinə müraciət edə bilərlər.

4 Bu hədis “Camius-səğir” (Süyuti) (səh. 587, Misir çapı), “Zəxairul-üqba” (Muhibbuddin Təbəri), “Əs-səvaiqul-muhriqə” (İbn Həcər) və s. kitablarda nəql olunmuşdur.

1 “Zəxairul-üqba”, səh. 7, Qahirənin “Qudsi” çapı.

2 “Nəhl” surəsi, ayə: 16.

3 “Ənam” surəsi, ayə: 97.

1 “Saffat” surəsi, ayə: 6-9.

1 “Nəhcül-bəlağə”, xütbə: 100.

2 Hətta Peyğəmbərin (s) zövcəsi Ayişənin ixtilafların daha da artmasındakı rolu inkaredilməz bir həqiqətdir.

Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə