217
(baxın. Fəsillər 5-6) mənzərəsi adlanan sistemə daxil olmuşdur, bu
sistem isə Yeni dövrə qədər, Kopernik, Kepler və başqaları tərəfindən
tənqidi olaraq nəzərdən keçirilincəyə qədər aparıcı mövqe tutmuşdur.
Yeni mexanika (Qaliley, Nyuton) Yer üzərində hərəkətlə bağlı
Aristotel anlamını təkzib etdiyi kimi, yeni astronomiya (Kopernik,
Kepler, Nyuton) da göstərilən üç müddəanı təkzib etmişdir. Yeni
baxışlara görə, bütün dünya eyni qanunlara tabedir. Göy cisimləri
sonsuz kainatda dəyişkən sürətlə elliptik orbitlər üzrə hərəkət edir.
Aristotel tərəfindən formanın və materiyanın fərqləndirilməsi
aktualın və potensialın qarşı-qarşıya qoyulması ilə sıx bağlıdır. Toxum
burada və indi (aktual olaraq) yalnız toxumdur, amma o, məsələn,
ağac olmaq təbii qabiliyyətini(potensialını) özündə daşıyır. Toxumun
özündə daşıdığı qabiliyyətlər reallaşır. Potensial olan aktuallaşır.
Aristotel bu (bioloji) baxışı hər bir şey üçün ümumiləşdirir.
Bütün ayrı-ayrı şeylər onlara xas olan potensial və aktual vəziyyətlər
arasında gərginlik halındadırlar. Hər bir şey öz potensialını
aktuallaşdırmağa çalışır. Burada Aristotel miletlilərdən və
atomistlərdən fərqli olaraq, dəyişikliyin bioloji izahını təklif edir.
Dəyişiklik potensiallığın aktuallaşmasıdır.
Dəyişikliklərin
izahı
zamanı
yoxluğun
problematik
anlayışından qaçmaq Aristotelə müəyyən mənada nəsib olur.
Dəyişiklik varlıq və yoxluq arasında tərəddüd kimi nəzərdən
keçirilmir. Törətmə heç nədən (ex nihilo) yaratma deyildir. Bioloji
inkişafla və sənətkar fəaliyyəti ilə bağlı olan dəyişikliklər mövcud
qabiliyyətlərin reallaşmasını özünə ehtiva edir. Mümkün varlıq bir
potensial olaraq mövcuddur.
Aktualın və potensialın qarşılıqlı münasibətləri haqqında
təlimdən belə bir nəticə çıxarmaq olar ki, Platon üçün olduğu kimi
Aristotel üçün də həqiqi olan hazırda mövcud olanla eyni deyildir.
(Bu, "gerçəyin "pozitiv", yəni hazırda mövcud olan kimi" pozitivist
anlamına ziddir). Aristotel üçün həqiqi olan odur ki, aktuallaşmağa
çalışır. İstisnanı xalis aktuallıq təşkil edir, xalis aktuallıq -
potensiallıqsız və aktuallaşma olmadan da gerçəkdir. Həqiqi olmaq -
aktuallaşmaya qabil olmaq deməkdir. Bunun təsiri ilə, həqiqi dərin
dinamik gərginliyə malik olur. Elə buna görə də, gerçəkliyin tədqiqi –
mövcud faktların registrasiyasına və sintezinə aid edilə bilməz. O,
həmçinin əsas dinamik aktuallaşma prosesinin axtarılmasını da
özündə ehtiva etməlidir. Bunun sayəsində fəlsəfə hazırda faktiki
olaraq mövcud olanı əslində həqiqi olanın dərk olunması nöqteyi-
nəzərindən tənqid etməyə qabil olur.
Beləliklə, dünya, Aristotelə görə iyerarxik olaraq qurulmuşdur.
218
Xalis aktuallıq
İnsan
b.k.s.127
Heyvan
Bitki
Qeyri-canlı şeylər (daşlar, torpaq)
Xalis potensiallıq (xalis materiya)
Qeyri-canlı şeylər (daşlar, torpaq və i.a.) aşağıda yerləşir.
Bitkilər mövcud olmanın daha yüksək formasına malikdirlər. Onlar
reproduktiv və vegetativ ruha (ruh yunanca, psyche = həyati prinsip)
malikdirlər - onlar çoxalırlar və qidalanırlar. Heyvanlar yuxarı
səviyyədədirlər, onlar çoxalma və qidalanma qabiliyyətləri ilə yanaşı
hiss edən ruha (onlar hiss edirlər) və "hərəkətverici" ruha (onlar
yerlərini dəyişirlər: qaçırlar, üzürlər, uçurlar) da malikdirlər. Ən
yuxarıda insan dayanır, insan vegetativ, reproduktiv, hiss edən və
"hərəkətverici" ruhdan başqa zəka qabiliyyətinə də malikdir. Zəka
sözün geniş mənasında yalnız insana xas olan "ruh"dur (psyche logike,
psyche noetike). İnsan zəkalı heyvandır(canlıdır)
84
. Lakin zəka insani
formadır, bu, elə bir formadır ki, insanın heyvani formalarını
(çoxalma, qidalanma, hiss etmə, hərəkət qabiliyyətini) elə dəyişir ki,
onlar spesifik insani forma üçün, yəni zəka (yunanca, nous) üçün
material olurlar. İnsanda onun heyvani formaları zəka tərəfindən sanki
nəcibləşdirilir
85
.
84
Bitkilərdə, heyvanlarda və insanlarda qidalanmanın və artımın, hissin,
yerdəyişmənin və zəkanın həyati prinsiplərinə əsaslanan Aristotel
fərqləndirilməsini istehsalçıların, müdafiə edənlərin və fikirləşənlərin Platon
tərəfindən verilmiş fərqləndirilmə ilə müqayisə edin.
85
Biz bəzi hadisələrin "həddindən artıq qiymətləndirilməsi" və "lazımi qədər
qiymətləndirilməməsi" barədə danışa bilərik. İnsani xassələrin heyvanlara aid
edilməsi heyvanların həddindən artıq qiymətləndirilməsi demək olardı. Bu,
bizim nağıllarda və təmsillərdə etdiklərimizdir, burada, məsələn, tülkü və ayı
bir-biri ilə danışırlar. Nitq qabiliyyəti rasional həyati prinsiplə bağlıdır ki, bu
prinsipə də heyvanlar deyil, insanlar malikdirlər. Elə buna görə də, bizim
nağıllarda və təmsillərdə danışdıqlarımız həqiqi deyildir. Amma əgər insana
yalnız heyvani xassələr aid edilsə, bu insanların lazımi qədər
qiymətləndirilməməsi demək olardı. İnsanların belə bir xarakteristikası
müəyyən ölçüdə düzgündür, çünki insanlar heyvanların bütün həyati
prinsiplərinə malikdirlər, amma belə bir xarakteristika müəyyən mənada
kifayət deyildir. Animizm, yəni mənəvi xassələrin, məsələn, daşlara və
ağaclara şamil edilməsi bizim zəmanədə həddindən artıq qiymətləndirmənin o
qədər də çox yayılmış forması deyildir. Amma, digər tərəfdən, adamların
müstəsna dərəcədə insani həyati prinsiplərdən "aşağı olan" olan həyati