Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə104/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   100   101   102   103   104   105   106   107   ...   402

 

219 


Bu  sırada  insan  maddi  mövcudluğa  malik  olan  sonuncu 

məxluqatdır. Aristotel özünün iyerarxik olaraq qurduğu dünyasında ən 

yuxarı pilləni ilk prinsip (ilk forma) olan Tanrı üçün ayırır, Tanrı hər 

cür potensiallıqdan və deməli, həm də hərəkətdən məhrum olan xalis 

aktuallıqdır.  Tanrı  öz  özü  ilə  də  sükunət  vəziyyətindədir.  Beləliklə, 

Aristotelin  metafizikası  teologiya  ilə,  ali  varlıq  haqqında  təlimlə 

tamamlanır.  O,  şəxsləndirilməmiş  Tanrıdır.  Aristotel  ali  varlığı 

"hərəkətsiz 

hərəkətverən" 

olaraq 


başa  düşür,  o,  sükunət 

vəziyyətindədir  (heç  bir  potensiallığı  olmayan  xalis  aktuallıqdır)  və 

bunun  sayəsində  də  qalan  hər  bir  şeyin  son  məqsədidir  (yunanca, 

telos). Hərəkətsiz hərəkətverən qalan hər bir şeyi hərəkətə gətirir (hər 

bir şeyi ona xas olan üsulla və müəyyən zaman ərzində). Bu, iyerarxik 

olaraq  anlaşılan  dünyanın  aşağısında  xalis  materiya  (potensiallıq)  yer 

alır,  xalis  materiya  mahiyyətin  "xaricində  duran"dır  ki,  onu  da  biz 

təsəvvür  edə  bilmirik,  belə  ki,  o,  aktuallığa  (aktual  xassələrə)  malik 

deyildir. 

Aristotelin  iyerarxik  dünyasında  hər  bir  şey  ona  xas  olan 

imkanları  (potensiallığı)  ən  yaxşı  bir  qaydada  reallaşdırmağa  çalışır. 

Hər  bir  şeyin  məqsədi  (telos)  elə  bundadır.  Hər  bir  şey  "ali"nin 

təşnəsidir. Bu mənada şeyin potensiallığının aktuallaşması teleolojidir. 

Bu yanğı və dəyişikliklər vasitəsi ilə bu reallaşma hər bir şeyə xasdır. 

Amma  hər  bir  növ  dünyada  öz  yerinə  malikdir  (Darvinlə  müqayisə 

edin, Fəsil 23). 

Bu  dünyagörüş  böyük  bir  təsirə  malik  olmuşdur  və  digər 

amillərlə  yanaşı  bəzi  xristian  filosofları  tərəfindən  qəbul  edilmişdir 

(məsələn, XIII əsrdə Foma Akvinalı tərəfindən). 

 

Aristotel və ekologiya 

 

Xarakterik bir haldır ki, Aristotel üçün çıxış nöqtəsi olaraq çox 



zaman  Demokritdə  olduğu  kimi  ölü  təbiət  deyil,  canlı  təbiət  xidmət 

edir. Bununla əlaqədar olaraq izahın iki modeli arasında seçim barədə 

danışmaq  olar.  Onlardan  biri  anlayışlarını  canlı  orqanizmlərin 

tədqiqindən,  digəri  isə  cansız  təbiətin  tədqiqindən  götürür.  Demokrit 

hər bir şeyi mexaniki, qeyri-üzvi anlayışların və qanunların köməyi ilə 

izah  etməyə  çalışır:  "bilyard  daşları"  modeli.  Son  nəticədə  o,  bioloji 

                                                                                            

prinsiplər  planında  nəzərdən  keçirilməsi  ("naturalist  reduksiya")  adamların 

lazımınca  qiymətləndirilməməsinin  o  qədər  də  nadir  forması  deyildir 

("insanlar mahiyyət etibarı ilə yalnız fizioloji orqanizm olmaqdan heç də artıq 

deyillər"). Lakin insanların düzgün qiymətləndirilməsi nədədir? Bu, mürəkkəb 

diskussion problem olmuşdur və olmaqda da qalır.  



 

220 


(və  sosial)  fenomenlərin  izahı  problemi  ilə  rastlaşır.  Aristotel  isə  hər 

bir  şeyi  bioloji,  orqanik  kateqoriyaların  vasitəsi  ilə  izah  etməyə  səy 

edir:  "orqanik"  model.  Elə  buna  görə  də,  o,  daşlar  və  hava  da  daxil 

olmaqla  bütün  şeylər  haqqında  deyir  ki,  onlar  öz  "təbii  yerlərinə" 

malikdirlər və öz təbii məqsədlərini "axtarırlar"

86



Görünür,  demək  olar  ki,  Aristotel  üçün  çıxış  nöqtəsi  olaraq 

əməl  anlayışı,  Demokrit  üçün  isə  hadisə  anlayışı  ön  plana  çıxır. 

Hadisə  təbiətdə  baş  verən  elə  bir  vaqiədir  ki,  onu  biz  müşahidələrin 

köməyi ilə və onun mexaniki səbəbiyyət qanunlarının üzə çıxarılması 

məqsədi  ilə  öyrənirik.  Əməl  -  sosial  fenomendir,  o,  onu  düşünərək 

yerinə  yetirən  şəxsi,  yəni  nə  etdiyini  bu  və  ya  digər  dərəcədə  dərk 

edən  şəxsi  nəzərdə  tutur.  Aristotelin  səbəbiyyət  nəzəriyyəsi 

"məqsədyönlü"  əməllərin  anlaşılması  üçün  xüsusən  yararlıdır.  Amma 

təbii hadisələr Aristotelin bu nəzəriyyəsinin kontekstinə pis yatımlıdır. 

Lakin  Demokrit  kimi  filosoflar  hadisələrdən  başlayır  və  əməllə, 

niyyətlə, subyektlə və intersubyektivliklə bağlı olan sosial hadisələrin 

izahı  zamanı  çətinliklərlə  qarşılaşırlar.  Elə  buna  görə  də,  İntibah 

dövründən  sonra  öz  işini  hadisələrdən  (onlar  təbii-elmi  planda  başa 

düşülür) başlayan mütəfəkkirlər reallığın sosial tərəfinin izahı zamanı 

mütəmadi  olaraq  problemlərlə  qarşılaşmışlar.  On  doqquzuncu  əsrdə 

sosial elmlərin formalaşmasından (Kont, Marks, Mill və Tokvil) sonra 

onların əsas  problemləri  daimi  olaraq  əməllərin  və hadisələrin qarşı-

qarşıya qoyulmasından yaranan kolliziyalar sahəsində olmuşdur. 

Aristotel  üçün  təbiətin  fəlsəfəsi

87

 müəyyən  mənada  bizim 



hislərlə qavradığımız təbiətin təsviridir. O, hiss olunan təbiətə aid olan 

ümumi anlayışlarla, yəni torpaq, su, hava və od, "yuxarı" və "aşağı" və 

i.a.  kimi  bazis  elementləri  ilə  mühakimə  yürüdür

88

.  Başqa  sözlə, 



                                                

86

 Bu,  onun  ifadə  üsuludur  ki,  bizim  konseptual  terminlər  bitkilərin  və 

heyvanların təsviri üçün yaxşıdır, amma cansız şeylərin təsviri üçün isə bir o 

qədər  də  uğurlu  deyildir.  Beləliklə,  Aristotel  və  Demokrit  təbiətin  monist 

fəlsəfəsinin iki alternativini təmsil edirlər. (Öz tərəfindən, Dekart orqanikin və 

qeyri-orqanikin  qarşı-qarşıya  qoyulması  ilə  uzlaşmayan  bir  fərq  üzərində 

qurulan dualist fəlsəfəni təklif etdi.  

87

 Təbiətin  bu  fəlsəfəsi  "fizika",  yəni  physis  və  ya  təbiət  haqqında  təlim 

adlandırılırdı.  Belə  ki,  Aristotelin ilk  fəlsəfəyə  həsr  olunmuş  əsərləri təbiətin 

fəlsəfəsi  üzrə  əsərlərdən  (fizikadan)  sonra  yerləşdirilmişdi  və  ilk  fəlsəfə 

metafizika  (meta  ta  physica  –  yəni  fizikadan  ("fiziki"  əsərlərdən,  fizikadan 

sonra gələn)) adlandırılmışdı.  

88

 Aristotelin təbiət fəlsəfəsi  demək olar  ki, təbiətin  anlaşılmasına olan insani 

maraqdan  doğmuşdur,  bu  isə  Yeni  dövr  alimlərinin  mövqeyinə  əks  idi,  Yeni 

dövr  alimləri  bunun  əksinə  olaraq  təbiət  üzərində  hökmranlıqdan  maraqlı 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə