Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə102/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   98   99   100   101   102   103   104   105   ...   402

 

215 


Buna  əlavə  olaraq,  Aristoteldən  gələn  ənənələrdə  materiya 

adətən  qadın  başlanğıcı  ilə,  forma,  formalaşdıran  isə  kişi  başlanğıcı 

ilə əlaqələndirilir. Oxşar anlam çox zaman adi şüurda qeyri-aşkar bir 

şəkildə  mövcuddur,  məsələn,  ana  torpaq  passiv  material  kimi 

nəzərdən  keçirilir,  torpaq  o  zaman  məhsuldar  olur  ki,  əkinçi  onu 

şumlayır və toxum səpir. 

Biz  dörd  səbəbi  və  ya  prinsipi  sənətkar  işinin  nümunəsində 

illüstrasiya etdik. Bu, tamamilə Aristotel ruhundadır, onun düşüncələri 

çox zaman müxtəlif sənətlər üçün səciyyəvi olan yaradıcı proseslərin 

analizinə əsaslanırdı. Aristotel eyni zamanda bundan biologiyada çıxış 

nöqtəsi olaraq istifadə etmişdir

83



Dörd  səbəb  istənilən  şeyə  xasdır.  O  zaman  ki,  canlı 



orqanizmlər (məsələn qızılgüllər və pişiklər) özlərini öz inkişaflarının 

nəticəsi kimi yaradırlar, son səbəb və hərəkətverici səbəb demək olar 

ki,  müəyyən  mənada  şeylərin  öz  daxilindədir.  Onlar  məqsədə  və 

hərəkətverici  qüvvəyə  məsələn  duluzçu  tərəfindən  olduğu kimi xarici 

təsir  nəticəsində  deyil,  özlüyündə  malikdirlər.  Burada  biz  təbiət  və 

insani  fəaliyyət  (mədəniyyət)  arasındakı  fərqlə  rastlaşırıq.  Təbii 

şeylər,  insan  tərəfindən  yaradılmışların  əksinə  olaraq  dörd səbəbə  və 

ya prinsipə, özlüyündə malikdirlər. 

Amma,  heç  də  bütün  təbii  şeylər  belə  deyillər.  Cansız  şeylər, 

məsələn, daş və su inkişafla xarakterizə olunmur. Onlara münasibətdə 

son səbəb barədə danışmaq kifayət qədər problematikdir. 

Amma,  Aristotelin  "təbii"  və  "məcburi"  adlanan  hərəkətlər 

barədə təlimi son səbəbləri qeyri-üzvi təbiətlə əlaqələndirməyə imkan 

verir.  Hər  şeydən  öncə  qeyd  etmək  lazımdır  ki,  Aristotel 

dəyişikliklərin dörd tipini irəli sürmüşdür. 1) Substansial dəyişikliklər 

substansiyaların  (şeylərin)  yaranması  və  yox  olması  ilə  əlaqədardır. 

Nümunə  üçün  atın  doğuluşunu  və  ölümünü  götürmək  olar.  2) 

Keyfiyyət 

dəyişiklikləri 

substansiyanın 

(şeyin) 

xassələrinin 

dəyişiklikləri  ilə  bağlıdırlar.  Nümunə  üçün  yarpağın  yaşıldan  sarıya 

çevrilməsini götürmək olar. 3) Kəmiyyət dəyişiklikləri onunla bağlıdır 

ki,  substansiyalar  (şeylər)  daha  böyük  (və  ya  daha  kiçik)  ölçülü 

xassələrə malik olmağa başlayırlar. Deyək ki, pişik daha ağır və daha 

kök  və  ya  daha  yüngül  və  daha  arıq  olur.  4)  Məkan  dəyişiklikləri 

substansiyanın (şeyin) məkanda öz yerini dəyişməsi ilə bağlıdır. Onlar 

o  zaman  baş  verirlər  ki,  məsələn  daş  yerə  düşür  və  ya  ox  hədəfə 

yönəldilir. 

                                                

83

 Yunan  polisində  sənətlərin  və  kənd  təsərrüfatının  aparıcı  mövqeyi  ilə 

müqayisə edin.  



 

216 


Təbii  və  məcburi  hərəkətlər  haqqında  təlim  dəyişikliklərin 

sonuncu tipinə aiddir.  O,  belə  bir  gümandan  çıxış  edir  ki, hər  bir  şey 

dörd  elementdən  ibarətdilər:  oddan,  havadan,  sudan  və  torpaqdan. 

Bunlardan ilk ikisi "yuxarıya" qalxmağa (od havaya nisbətən daha çox 

səy göstərir), qalan ikisi isə "aşağıya etməyə" (torpaq sudan daha çox 

səy  göstərir)  çalışırlar.  Müxtəlif  şeylər  elementlərin  qeyri-münasib 

miqdarından  təşəkkül  tapmışlar.  Deməli,  özlərində  daha  çox  torpağı 

daşıyan  şeylər  təbii  olaraq  "aşağıya"  üz tuturlar.  İçərilərində havanın 

üstünlük təşkil etdiyi şeylər içərilərində torpağın üstünlük təşkil etdiyi 

şeylərə  nisbətən  təbii  olaraq  yuxarıda  olacaqlar.  İçərilərində  odun 

üstünlük təşkil etdiyi şeylər yuxarıya üz tutacaqlar, onların altında isə 

içərilərində havanın üstünlük təşkil etdiyi şeylər yerləşəcəkdir. Bu, o 

deməkdir, ki,  məsələn, ayrıca  şeylərin  yerə  düşməsi  onların  "öz  təbii 

yerinə  meyli"  ilə  izah  olunur,  bu  meyl  isə  onlarda  dörd  elementin 

münasibəti  ilə  müəyyənləşir.  Beləliklə,  düşmə  hərəkəti  son  səbəbin 

köməyi ilə izah olunur. 

Dörd səbəbdən istifadə edərək, demək olar ki, şeyin təbii yeri 

onun  son  səbəbidir,  şeyin  ağırlığı  onun  hərəkətverici  səbəbidir,  onun 

təbii yerinə aparan yol formal səbəbdir və şeyin hazırlandığı material 

onun maddi səbəbidir. 

O  zaman ki,  biz  oxu horizontal  istiqamətdə  buraxırıq,  o,  öncə 

horizontal olaraq hərəkət edir, sonra tədricən aşağı enməyə başlayır və 

bucaq altında yerə düşür. Ox yaydan buraxıldığı zaman birbaşa olaraq 

yerə  düşmür.  Oxa  onun  "təbii"  hərəkətindən,  yəni  birbaşa  yerə 

düşmədən  fərqli  bir  hərəkət,  yəni  müəyyən  istiqamətdə  hərəkət 

verilmişdir.  Yaydan  buraxılmış  ox  o  istiqamətdə  hərəkət  etməyə 

"məcburdur"  ki,  onun  ondan  başqa  bir  seçimi  yoxdur.  Aristotelin 

"məcburi" hərəkət barədə təliminin məğzi elə bundadır. 

Oxşar hadisələri  İntibahdan  başlayaraq  başqa  cür izah  edirlər, 

bu izah zamanı son təbii səbəblər haqqında təsəvvürlə yanaşı, həm də 

"təbii" və "məcburi" hərəkət anlayışlarını da rədd edirlər (Qaliley). 

Aristotel  astronomiyada  dünyanın  yuxarı  və  aşağı  sferalarını 

fərqləndirmişdir.  "Təbii"  və  "məcburi"  hərəkətlər  haqqında  təlim 

dünyanın  Yerə  yaxın  olan  hissəsinə  ("ayaltı  dünya"ya)  tətbiq 

olunmuşdur.  Ulduzlar  və  planetlər  yuxarı  sferaya  məxsusdurlar, 

hərəkət  burada  mükəmməl  çevrələr  üzrə  və  daimi  sürətlə  həyata 

keçirilir.  Aristotelin  astronomiyası  üç  fundamental  hipotezdən  çıxış 

edir. 1) dünya yuxarı və aşağı sferalara bölünmüşdür, bunlardan da hər 

birinə  hərəkətin  spesifik  qanunları  xasdır.  2)  Yuxarı  sferada  hərəkət 

dairəvidir. 3) Göy cisimləri çevrələr üzrə daimi sürətlə hərəkət edirlər. 

Bundan  da  daha  çox  deyilsə,  dünya  bir  son  olaraq  başa  düşülürdü. 

Bütün  bu  müddəalar  dünyanın  Ptolemey  (akme  127-145-ci  illər) 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə