211
Platona görə hissi təcrübə idrakın qeyri-mükəmməl formasıdır.
Həqiqi idrak isə ideyaların dərk olunmasıdır. Və bu dərk olunma
ideyalar dünyasının hissi dünyanın arxasında olmasını nəzərdə tutur.
Aristotel üçün hissi təcrübə, empiriklik daha çox müsbət
mənaya malikdir. Mövcud olan və yeganə olaraq mövcud olan, hər
şeydən öncə, - ayrı-ayrı şeylərdir (substansiyalardır). Amma biz
təfəkkürün köməyi ilə bu şeylərdəki ümumi formaları ayıra bilmək
iqtidarındayıq. Abstraktlaşmanın köməyi ilə biz şeylərdəki ümumi
formaları dərk edirik. Başqa sözlə, hissi təcrübə və təfəkkür Platon
üçün olduğundan fərqli olaraq Aristotel üçün daha artıq bir dərəcədə
eyni hüquqludur
82
.
Demək olar ki, Aristotel müxtəlif nəzəri elmləri adi təcrübədən
müxtəlif abstraktlaşma səviyyələri olaraq şərh etmişdir. Gündəlik
həyatda biz maddi şeylərin bilavasitə hissi təcrübəsinə malikik. Fizika
ayrıca maddi şeylərin müxtəlif qeyri-mühüm xassələrindən
abstraksiya olunur. Onun obyekti burada və indi mövcud olan konkret
daş deyildir, bir fiziki obyekt kimi mövcud olan, müəyyən ağırlığa və
hərəkətə malik olan daşdır. Riyaziyyat abstraktlaşmanın növbəti
dərəcəsidir – bu, şeylərin maddi xassələrindən abstraktlaşmadır,
burada şeylər yalnız həndəsi formalar və ya ədədlər kimi çıxış edirlər.
Nəhayət, abstraktlaşmanın sonrakı gedişində biz metafizikaya gəlib
çıxırıq, metafizika isə bütövlükdə universal prinsipləri və xassələri
tədqiq edir.
Aristotel sanki hissi təcrübədən abstraktlaşma vasitəsi ilə
"yuxarıya doğru" hərəkət edir. Platon isə əksinə, müəyyən mənada "
yuxarıdan" başlayaraq, "aşağıya doğru", hisslərlə qavranılan dünyaya
doğru hərəkət edir. Amma bu eniş ideyaların reallaşmasıdır. Biz,
Platona görə, ideyalardan başlaya bilmərik. Bu müqəddəm şərt yalnız
şeylərdə ideyaların varlığını dərk etmə vasitəsi ilə, yəni onların enişlə
predmetləşməsi vasitəsilə dialektik olaraq "yuxarıya" çevrilir.
Müəyyən və etibarlı olan - artıq əldə edilmiş ideyaların məhz dialektik
dərkidir. Biz riyaziyyat, fizika və humanitar elmlər vasitəsi ilə
"aşağıya", daha dəyişkən obyektlərə enirik, onların dərk olunması isə
getdikcə daha etibarsız və qeyri-müəyyən olur. Heç kəs idrakı
müstəsna dərəcədə ideyalar dünyasından başlamır. Bizim hamımız
ideyaların dərki yolunda bütün həyat boyu davam edən səylərimizdə
"yuxarı" və "aşağı" arasında səyahət etməliyik.
82
Aristotel üçün idrak hissi təcrübədən başlanır. Amma, onun haqqında,
məsələn, müxtəlif atların hissi qavranılması haqqında düşünərək, insan bütün
ayrıca atlarda mövcud olan "at" formasını dərk edə bilər. Fəlsəfi idrak
formalar haqqında düşüncənin nəticəsində mümkün olur.
212
Platonizm və aristotelizm arasında fərqlərin nəzərdən
keçirilməsinə biz daha, universaliyalar haqqında mübahisəni şərh
etdiyimiz zaman qayıdacağıq (Fəsil 6).
Ontologiya və epistemologiya –
forma və materiya;
dörd səbəb
Mövcudatın fundamental formaları haqqında fəlsəfi təlimlər,
məsələn ideyalar haqqında təlim və ya substansiyalar və xassələr
haqqında təlimlər ontologiyaya məxsusdur. İdrakın fundamental
formaları
haqqında
təlimlər
isə
epistemologiyaya
(idrak
nəzəriyyəsinə) aiddir.
Aristotel üçün idraki prosesdə birinci addım ayrıca şeylərin
bizim hisslərimiz tərəfindən qavrayışından ibarətdir. Növbəti addım
təsadüfidən mühüm və ümumi olanın abstraktlaşma yolu ilə dərk
olunmasıdır. Bunun ardınca qeyd edək ki, mühüm və ümumi olan
tərifdə ifadə olunur, məsələn, "at"ın bir növ kimi tərifində. Əgər biz
növün mühüm xassələrin tərifinə malikiksə, onda biz daha yüksək
səviyyənin idrakına malikik, belə ki, indi onun obyekti dəyişməzdir və
mühümdür. Deməli, Aristotel biliyin əldə edilməsini bir proses kimi
nəzərdən keçirmişdir, bu proses hissi təcrübədən başlanır və
abstraktlaşma prosesi kimi mahiyyətin dərk olunması ilə tamamlanır,
bu isə mühüm və ümumi olanın aşkar edilməsinə aparıb çıxarır.
Aristotel məhz ayrı-ayrı şeylərin, substansiyanın müstəqil
mövcudluğa malik olmasını təsdiq etsə də (onun ontologiyasının
tezisi), amma o, həmçinin belə hesab edir ki, bizim axtarmalı
olduğumuz bilik mühüm və ümumi xassələr haqqındakı bilikdir (onun
epistemologiyasının tezisi).
Ayrıcanın idrakından ümumi və mühüm olanın idrakına
keçiddən (özünəməxsus bir induksiya) sonra məntiqi olaraq ümumi
əhəmiyyətə malik olan nəticələr (deduksiya) formasında mahiyyətin
idrakı baş verir, bu isə digər həqiqi müddəaların əldə edilməsinə
imkan yaradır. Əgər biz atın məməli olduğunu və Pepelin at olduğunu
biliriksə, onda biz belə bir nəticə çıxara bilərik ki, Pepel məməlidir.
Sillogistikanın ümumi əhəmiyyətə malik olan və zəruri olan nəticələr
barədə təlim kimi işlənilmə xidməti Aristotelə məxsusdur.
1500-1600 illərdə yeni eksperimental elmin meydana çıxması
ilə bağlı olaraq Aristotelin idrak nəzəriyyəsi əsaslı tənqidə məruz
qaldı, çünki Aristotelin idrak nəzəriyyəsi ümuminin mahiyyətə tərif
verməyə aparan induktiv formulirovkalarının və onlardan alınan
deduktiv nəticələrin əhəmiyyətini vurğulayırdı. Lakin Aristotel belə