Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə97/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   93   94   95   96   97   98   99   100   ...   402

 

205 


İsgəndər hakimiyyətə gəldikdən sonra Aristotel Afinaya köçdü 

və  öz  məktəbini  –  Likeyi  -  yaratdı  (b.e.ə.  335-ci  ildə)

79

.  Likey,  860 



ildən  daha  çox  bir  müddət  ərzində,  yəni  indinin  demək  olar  ki, 

istənilən müasir universitetdən daha uzun bir müddət ərzində mövcud 

olmuşdu.  Aristotel  Likeydə  kitabxana  və  ilk  təbii  tarix  muzeyi 

yaratmışdı,  bu  muzeydə  bütün  Yunanıstandan  gətirilmiş  heyvanlar 

vardı.  Likeydə  ən  müxtəlif  tədqiqatlar  aparılırdı.  Çox  zaman  onların 

təşkili  üçün  qruplar  yaradılırdı.  Məsələn,  Aristotel  öz  gənc 

dinləyicilərinin  köməyi  ilə  yunan  polislərində  mövcud  olan  158 

müxtəlif  idarəetmə  formalarının  təsvirini  sistemləşdirmişdir.  Lakin, 

təəssüf  ki,  bu  nəhəng  əsərdən  yalnız  Afinanın  konstitusion  inkişaf 

tarixinə  həsr  olunmuş  bir  hissə  saxlanılmışdır.  Analoji  olaraq  böyük 

məcmuələrin və elmi sorğu kitablarının hazırlanması və nəşri üzrə də 

iş  aparılmışdır.  Likeydə  oxunan  kurslar  müxtəlif  bilik  sahələrinə  - 

fəlsəfəyə,  tarixə,  mülki  hüquqa,  təbiətşünaslığa  (biologiyaya), 

ritorikaya,  ədəbiyyata  və  poeziya  sənətinə  -  aid  idi.  Aristotelin 

saxlanılmış  əsərlərinin  elə  əksəriyyəti  də,  yəqin  ki,  onun 

mühazirələrindən qeydlərdir. 

323-cü  ildə  İsgəndərin  ölümündən  sonra  afinalılar  Aristotelin 

də Makedoniyadan olmasını xatırladılar. O, şəhəri tərk etməyə məcbur 

oldu və bir il sonra, 62 yaşında ikən vəfat etdi. 

Əsərləri.  Onun  bir  çox  əsərlərinin  itirilməsinə  baxmayaraq, 

onların  bir  çoxu  da  saxlanılmışdır.  Aristotelin  əsərləri  əsasən  onun 

şagirdləri tərəfindən yazıya alınmışdır. Orta əsrlərin sonunda (1200-

cü  ildən  sonra)  Aristotelin  əsərləri  Avropanın  müxtəlif  təhsil 

mərkəzlərində  tədris  olunmaq  üçün  bir  material  olaraq  qaydaya 

salınmış və sistemləşdirilmişdir. Lakin Aristotelin özü axtaran filosof 

idi, istənilən suala cavab verə bilən qapalı və bitkin təfəkkür sistemini 

yaradan bir insan deyildi. 

Onun  ən  mühüm  əsərləri  Metafizika,  Fizika,  məntiqi  və 

epistemoloji  tədqiqatların  yığımından  ibarət  olan  Orqanon,  etikanın, 

siyasi  nəzəriyyənin  müxtəlif  təsvirləri,  poeziya  və  ritorika  barədə 

əsərlər  idi.  Aristotelin  əsərləri  ilk  yunan  filosofları  haqqında 

məlumatların mənbəyi kimi də maraq kəsb edir. 

 

İdeya və ya substansiya - Platon və Aristotel 

 

Platon  və  Aristotel  güman  edirdilər  ki,  insan  yalnız  cəmiyyət 



içərisində ləyaqətli həyat sürə bilər. Bu halda cəmiyyət termini altında 

isə  onlar  yunan  şəhər-dövlətini  başa  düşürdülər.  Lakin  rasionalist  və 

                                                

79

 Lusee və ya litseylə - fransız ümumtəhsil məktəbi ilə müqayisə edin.  



 

206 


həm  də  idealist  olan  Platonla  tənqidi  rasionalist  olan  Aristotel 

arasındakı fərq özünü onların cəmiyyətə baxışlarında göstərir. Platon 

ona  müasir  olan  cəmiyyəti  zəkanın  tələbləri  nöqteyi-nəzərindən 

tənqidə  məruz  qoyur  və  cəmiyyəti  ideal  tələblərə  uyğunlaşdırma 

vəzifələri baxımından da siyasəti nəzərdən keçirir. Aristotel isə, əksinə 

olaraq, dövlətin artıq mövcud olan formalarından çıxış edir və zəkanı 

klassifikasiya vasitəsi kimi, təsnifat vasitəsi kimi, gerçəklikdə mövcud 

olanın  qiymətləndirilmə  vasitəsi  kimi  nəzərdən  keçirir.  Başqa  sözlə, 

Platon  mövcud  olan  nizamla  müqayisədə  keyfiyyət  etibarı  ilə  nəsə 

yeni  olana  meylli  olduğu  halda,  Aristotel  artıq  mövcud  olanların 

içərisində  ən  yaxşısını  axtarır.  Aristotelin  mövqeyi  o  mənada  daha 

realistikdir  ki,  o,  öz  zəmanəsinin  şəhər-dövlətlərində  mövcud  olan 

siyasi şəraitə daha artıq bir dərəcədə cavab verir. 

Platonun  və  Aristotelin  oxşar  xarakteristikası,  əlbəttə  ki, 

şərtidir.  Lakin  bu  xarakteristika  onların  xalis  siyasi  və  fəlsəfi 

nəzəriyyələrində müəyyən fərqlərin fiksasiya olunmasına yardım edir. 

Buna  diqqət  yetirərkən  o  barədə  də  unutmaq  olmaz  ki,  onlar  bir  çox 

ümumi əlamətlərə də malik idilər. Platonizm və aristotelizm arasında 

keçidi  səciyyələndirən  əlaqə,  varislik  isə  onun  sayəsində  mövcuddur 

ki,  Aristotel  Platona  etiraz  edir,  yəni  Aristotel,  Platon  təlimi əleyhinə 

əsaslandırılmış  arqumentləri  irəli  sürərkən  yeni  dünyagörüşü  elə 

həmin  anda  təklif  etmir.  Əgər  belə  bir  sual  qoyulsa  ki,  onlardan 

hansının  mövqeyi  daha  düzgün  idi,  onda  demək  olar  ki,  Aristotel 

Platonun  sanki  tənqidi  davamı  idi.  Məsələn,  Aristotel  (eləcə  də 

Platon!) ideyalar haqqında Platona aid edilən təlimi tənqid edir. 

Bu halda Aristotel təxminən belə arqumentlərdən istifadə edir. 

Əgər yaşıl ideyası bütün yaşıl şeylərin malik olduğu ümumidirsə, onda 

demək  olar  ki,  yaşıl  ideyasının  özü  yaşıldır.  Amma  bu  halda  yaşıl 

ideyası özünə eyni zamanda özünü də ehtiva edir. Biz soruşa bilərik, 

nəsə  bir  üçüncü  mövcuddurmu  ki,  həm  yaşıl  ideyası  üçün,  həm  də 

ayrıca  yaşıl  şeylər  üçün  ümumi  olmuş  olsun.  Üçüncüyə  münasibətdə 

də  eyni  sualı  vermək  olar  və  i.a.  "Üçüncü  insan  haqqında"  adlanan 

arqumentin  məğzi  məhz  bundadır.  Əgər  desək  ki,  yaşıl  ideyası  yaşıl 

deyildir, onda belə mülahizəyə məna vermək çətindir ki, o, bütün yaşıl 

şeylərin malik olduğu ümumidir. 

Platonun  özü  də  ideyalar  haqqında  təlimin  əleyhinə  oxşar 

arqumentləri  irəli  sürmüşdür  (Parmenid,  130a-136a).  Bu,  o 

deməkdirmi  ki,  həm  Platon  və  həm  də  Aristotel  ideyalar  haqqında 

təlimi  təkzib  edirlər?  Onlar  öz  tənqidlərindən  eynimi  nəticəni 

çıxarmışlar?  İdeyaları,  Aristotel,  görünür  ki,  hissi  şeylərin  oxşar 

xassələrinin  induksiya  yolu  ilə  ümumiləşdirilməsi  nəticəsində  alınan 

ümumi  anlayışlar  kimi  nəzərdən  keçirmişdir.  Məsələn,  yaşıl  ideyası 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə