Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə94/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   90   91   92   93   94   95   96   97   ...   402

 

198 


çalışmamışdır  (hətta  Sirakuzada  belə).  Platon  üçün  bu  əsasən  ideal, 

utopiya  barədə  bir  diskurs  idi  (Dövlət  592b).  Bundan  da  daha  çox 

deyilsə,  əmin  olmaq  çətindir  ki,  Platon  özünün  yuxarıda  təqdim 

olunan  fəlsəfəsinin  müzakirə  olunmasını  arzulamırdı.  Əksinə, 

Platonun  dialoqları  onun  öz  təfəkkürü  üzərində  refleksiya  etmək 

qabiliyyətlərindən  və  həvəsindən  xəbər  verir.  Deməli,  Platon 

avtoritarizmin  "qəti"  tərəfdarı  deyildi  (bu  sözün  yuxarıda  xatırlanan 

mənasında). 

Platonun  ideal  dövlətdə  qadının  yeri  ilə  bağlı  baxışları  bioloji 

və  mədəni,  xüsusi  (oikos)  və  ümumi  (polis)  arasındakı  qarşılıqlı 

əlaqələrə dair onun anlamını aydınlaşdırır. 

Platon  qadınların  və  kişilərin  geniş  anlamda  bərabərliyini 

müəyyənləşdirir (Dövlət, 4-cü və 5-ci kitablar). Əgər ona müasir olan 

yunan  cəmiyyətində  qadınların  vəziyyəti  diqqət  mərkəzinə  gətirilsə, 

bu  hal  xüsusi  səciyyə  almış  olar.  Belə  bir  mövqe  onunla izah  olunur 

ki,  Platon  cinslər  arasındakı  bioloji  fərqləri  insanın  ümumiyyətlə 

ictimai  baxımdan  faydalı  olan hansı  vəzifələri  yerinə  yetirməyə  qabil 

olması  kontekstində  şərh  etmişdir.  Bu  kontekstdə  cinslər  arasındakı 

bioloji fərqlər insanın ümumiyyətlə yerinə yetirməli olduğu vəzifələrlə 

müqayisədə  əhəmiyyətsizdir.  Qadının  uşaq  doğması  faktı  cinslərin 

fərqinə  istinad  edən  əmək  bölgüsünə  bəraət  qazandırmır,  belə  bir 

əmək  bölgüsü  şəraitində  qadınlar  yalnız  ev  təsərrüfatı  ilə  məşğul 

olurlar, kişilər isə ictimai vəzifələri yerinə yetirirlər (Dövlət 454 d-e)

76



Bu  əsasda  Platon  cinslərin  bərabərliyi  ideyasının  ilk 

müdafiəçilərindən  biri  kimi  də  nəzərdən  keçirilə  bilər.  Platon  öz 

zəmanəsinin adət və ənənələrinin əleyhinə çıxış edərək, oğlanların və 

qızların  təhsildə  bərabər  imkanlara  malik  olmasını,  hər  hansı  bir 

sənətlə  məşğul  olmaq  üçün  və  qabiliyyətlərinə  uyğun  olan  sosial 

mövqeləri  tutmaq  üçün  ən  yaxşı  bir  qaydada  hazırlaşmaqdan  ötəri 

eyni  imkanlara  malik  olmanın  zəruriliyini  müdafiə  etmişdir.  O, 

həmçinin  də  sosial  ünsiyyətin  bərabər  imkanlarından,    ictimai  və 

siyasi  hüquqların  hamı  üçün  bərabərliyindən,  mülkiyyət  və  həmdaş 

seçimində  bərabər  hüquqlardan  çıxış  etmişdir.  Amma  mülkiyyət  və 

həmdaş seçimində bərabərlik aşağı zümrəyə aid idi. Belə bir hüquq iki 

yüksək sinfin həm qadınları, həm də kişiləri üçün qadağan olunmuşdu. 

Əlbəttə ki, bu, heç də o demək deyildir ki, Platon şəxsiyyətin ümumi 

hüquqları  anlayışlarından  Yeni  dövrdə  Lokkun  və  Millin  başa 

                                                

76

 Baxın.  S.  Benhabib  und  L.  Nicholson.  Politische  Philosophie  und  die 

Frauenfrage. - In Handbuch derpolitischen Philosophie. Hrsb. von I. Fischer 

und H. Munkler, - Munchen, 1987.  



 

199 


düşdükləri  mənada  istifadə  etmişdir  (baxın.  Fəsil  12  və  17).  Platona 

görə, bu hüquqlar insanın cəmiyyətdə yeri ilə müəyyənləşmiş olardı. 

Platona  görə,  insan  əsasən  mənəvi  varlıqdır  -  zəkalı  və  siyasi 

varlıqdır. İnsanın bioloji  varlığı Platonun görüşlərində ikinci dərəcəli 

yer  tutur.  Elə  buna  görə  də,  o,  bioloji  fərqlərə  əsaslanan  əmək 

bölgüsünü  və  iyerarxiyanı  dəstəkləmir.  Buradan  isə  təbii  bir  sual 

yaranır: qadınlar nə üçün ictimai fəaliyyətlə kişilər kimi uğurla məşğul 

ola bilmirlər? 

Əlbəttə ki, Platonun bərabər hüquqların nəzəriyyəçisi kimi belə 

bir təsviri kifayət qədər şərtidir. Onun əsərlərində onun zəmanəsi üçün 

səciyyəvi  olan  fikirlər  də  vardır  ki,  burada  qadınlar  kişilərlə 

müqayisədə  sayğısız  bir  tərzdə  qiymətləndirilir  (Timey  (42) 

dialoqunda  kişilər  ali  cins  kimi  şərh  olunurlar,  Dövlət  (395,  548b)  və 

Qanunlar  (781  a-b)  dialoqlarında  isə  qadınlar  ictimai  təhlükəli 

cinayətlərin mənbəyi kimi nəzərdən keçirirlər). 

Platonun cinslər arasındakı münasibətlərə dair mülahizələrində 

mövcud olan ikimənalılığa əsaslanan bəzi müəlliflər təsdiq edirlər ki, 

Platon qadınlara və onların cəmiyyətdə yerinə yetirdikləri funksiyalara 

– uşaq doğmaya və onlara qayğıya - ehtiyatlı münasibət göstərmişdir. 

Burada yenidən yaratma sferasında başlıca yer təbiətə və şəxsi həyata 

məxsusdur!  Bu  sfera  rasional  nəzarətdən  kənardır.  Elə  buna  görə  də, 

bu  sfera  nəzarət  altına  alınmalıdır.  İctimai  həyat  hər  şeyi  əhatə 

etməlidir,  xüsusi  həyat  isə  faktiki  olaraq  qadağan  olunmalıdır!  Elə 

buna  görə  də,  heç  bir  xüsusi  mülkiyyətə,  heç  bir  monoqam 

münasibətlərə, valideynlər və onların uşaqları arasında heç bir əlaqəyə 

yol  verilmir.  Hər  bir  şey  ümumi  olmalıdır  və  hər  bir  şey  ictimai 

xarakter daşımalıdır. Bu deyilənlər Platonu feminizmin tərəfdarı kimi 

nəzərdən  keçirməyə  imkan  vermir.  Doğrudur  ki,  o,  kişilərə  və 

qadınlara bərabər hüquqlar vermişdir, amma bu, məhz o səbəbdən baş 

vermişdir  ki,  o,  qadının  ənənəvi  fəaliyyət  sferasını  aradan 

qaldırmışdır.  Əslində,  Platon  qadınları  taxtdan  salır,  çünki  uşaqların 

və gənclərin tərbiyəsi işini onlara etibar etməkdən qorxur. 

Biz  Platonun  cins  probleminə  baxışları  ətrafında  hansı  şərhin 

daha düzgün olduğu barədə bir qərar vermək fikrində deyilik. Ən azı, 

aşkardır ki, Platon həm ictimai həyatın xüsusi həyat üzərində, həm də 

zəkanın  və  təhsilin  bioloji  təbiət  üzərində  üstünlüyü  mövqeyində 

dayanır. 

Platonun  təlimini  bizim  müasir  siyasi  ideologiyalarla 

uzlaşdırmaq  çətindir.  Onun  ideyalarının  kommunistik  və  faşist 

ideyaları  ilə  yaxınlığının  müzakirə  olunmasının  problematik  olduğu 

artıq  qeyd  olunmuşdur.  Lakin  onu  da  qeyd  edək  ki,  onun  ideal 

dövlətinin  bir  sosialist  dövləti  olaraq  nəzərdən  keçirilməsi  də  qəribə 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə